Test sualları: Dünyanın iqtisadi və sosial coğrafiyası

6. OPEK təşkilatına daxil olan ölkə:
A) Portuqaliya     B) Əfqanıstan     C) İndoneziya
D) Efiopiya          E) Yunanıstan

14. Adambaşına düşən elektrik enerjisi istehsalına görə irəlidə olan ölkə:
A) Türkiyə            B) Çin                    C) Norveç
D) Yaponiya        E) ABŞ

22. Mineral ehtiyatları kasıb oldugu halda, güclü metallurgiya sənayesinə malik olan ölkələr:
A) ABŞ, Hindistan              B) Rusiya, Fransa
C) Norveç, Yaponiya D) Avstraliya, Braziliya
E) Kanada, CAR

38. Meşə və meşə sənayesinə görə liderlik edən ölkələr qrupu:
A) Konqo, Misir                  B) İndoneziya, Qabon
C) Kanada, Rusiya            D) Finlandiya, Polşa
E) Kanada, Meksika

46. Avrasiyada taxıl istehsalına görə fərqlənən ölkələr:
A) Özbəkistan, Monqolustan, Gürcüstan
B) Fransa, Almaniya, Norveç
C) Qazaxıstan, Hindistan, Çin
D) Türkiyə, Azərbaycan, Tacikistan
E) Rusiya, Vyetnam, Livan

54. Qərbi Avropada suvarma əkinçiliyinin inkişaf etdiyi ölkələr:
A) Fransa, Böyük Britaniya
B) Bolqarıstan, Polşa
C) İspaniya, İtaliya
D) Yunanıstan, Danimarka
E) Almaniya, Portuqaliya

60. Ölkədə əhalinin ümumi sayı 8 milyon nəfərdir. Təbii artım 6 nəfər olarsa, ümumi illik artım sayını tapın:
A) 60 min nəfər                   B) 13 min nəfər 
C) 48 min nəfər                   D) 80 min nəfər  
E) 84 min nəfər

64. Federativ və monarxiya ölkələrini müəyyən edin.
A) Kanada, Avstriya, CAR
B) Nigeriya, Myanma, Nepal
C) Böyük Britaniya, Küveyt, Yaponiya
D) ABŞ, Braziliya, Venesuela
E) Belçika, İspaniya, Malayziya

68. Ölkədə əhalinin ümumi sayı 6 milyon nəfərdir. Təbii artım 14 nəfər olarsa, ümumi illik artım sayını tapın.
A) 48 min nəfər                   B) 60min nəfər                    C) 84 min nəfər  
D) 14 min nəfər                   E) 2,5 min nəfər

72. Qərb yarımkürəsində yerləşən federativ ölkələr:
A) ABŞ, Kanada, Peru
B) Çili, Meksika, Braziliya
C) Argentina, Kolumbiya, Çili
D) Kuba, Yamayka, Meksika
E) Meksika, Venesuela, Argentina

77. Ölkədə əhalinin sayı 8 milyon nəfərdir. Hər ildə ümumi artım 48 min nəfər olarsa, təbii artımı təyin edin.
A)  4 nəfər            B) 8 nəfər             C) 6 nəfər     
D) 4,8 nəfər          E) 32 nəfər

82. Şimali, Orta, Cənubi Avropada yerləşən monarxiya ölkələrinin müvafiq ardıcıllığını müəyyən edin.
A) Norveç, Belçika, Portuqaliya
B) Danimarka, Avstriya, İspaniya
C) Belçika, İspaniya,İsveç
D) Andorra, Monako, Vatikan
E) İsveç, Niderland, Monako

86. Ölkədə əhalinin ümumi sayı 6 milyon nəfərdir. Hər il əhalinin sayının 84 min nəfər artdığını nəzərə alaraq təbii artımı təyin edin:
A) 8,4 nəfər          B) 6 nəfər             C) 14 nəfər
D) 9 nəfər             E) 84 nəfər

91. Cənubi Avropa regionuna daxil olan mikrodövlətlər:
A) Malta, Lixtenşteyn, Andorra
B) Andorra, Lüksenburq, Qətər
C) Niderland, Portuqaliya, Çexiya
D) Vatikan, Lüksenburq, Lixtenşteyn
E) Vatikan, San-Marino, Monako

95. Ölkədə əhalinin sayı 20 milyon nəfərdir. Təbii artım 12 nəfərdirsə, il ərzində ümumi artım sayını tapın:
A) 200 min nəfər                B) 120 min nəfər 
C) 240 min nəfər                D) 1,6 min nəfər
E) 4,5 min nəfər

100. Şərqi, Cənub-Şərqi, Cənubi Asiya regionlarına daxil olan monarxiya ölkələrinin müvafiq ardıcıllığını təyin edin.
A) Cin, İndoneziya, Hindistan
B) Yaponiya Pakistan, Vyetnam
C) Koreya, Kamboca, Şri-Lanka
D) Nepal, Kamboca, Yaponiya
E) Yaponiya, Malayziya, Nepal

104. Ölkədə əhalinin sayı 20 milyon nəfərdir. Hər il ölkə əhalisi 240 min nəfər artırsa, təbii artımı tapın.
A) 20 nəfər           B) 24 nəfər          C) 12 nəfər
D) 16 nəfər           E) 18 nəfər

108. Asiya qitəsində yerləşən federativ respublikalar:
A) Gürcüstan, BƏƏ, Əfqanıstan
B) Çin, İndoneziya, İran
C) İraq, Pakistan, Yaponiya
D) Hindistan, Səudiyyə Ərəbistanı, Nepal
E) Hindistan, Pakistan, Myanma

112. Ölkədə 16 milyon əhali qeydə alınmışdır. Bir il ərzində əhalinin sayı 80 min nəfər artmışsa, təbii artımı hesablayın:
A)  6 nəfər            B) 8 nəfər             C) 5 nəfər   
D)  4 nəfər            E) 12,8 nəfər

114. Qazaxıstan Respublikasının digər Mərkəzi Asiya Türk Respublikalarından fərqli xüsusiyyətləri:
1.  Materik daxili mövqeyə malikdir.
2.  Avropa və Asiya qitələrində yerləşir.
3.  Şimalında çöl zonası landşaftı və qara torpaqlar geniş yayılmışdır.
4.  Qrup kənd forması ilə yanaşı dağınıq kənd tipli yaşayış məntəqələri xarakterdir.
5.  RF ilə geniş quru sərhəddinə malikdir.
6.  Ərazisində ekstermal sahələr mövcuddur.
A) 1, 3, 5               B) 1, 4, 5               C) 2, 5, 6 
D) 2, 3, 5               E) 1, 3, 6

116. Cənub-Qərbi Asiyanın mütləq monarxiya ölkələri:
A) İraq, İran, Əfqanıstan
B)  İordaniya, Suriya, Küveyt
C) Bəhreyn, Bruney, Pakistan
D) Səudiyyə Ərəbistanı, İran, Küveyt
E)  Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman

121. Tükənən, bərpa edilən təbii ehtiyatlar qrupu:
A) şirin su, torpaq, daş kömür
B) neft, təbii qaz, torf
C) torpaq, şirin su, meşə
D) Dünya okeanı, qabarma və çəkilmə
E) meşə, günəş enerjisi, hidroenerji

128. Dünya okeanında tropik enliklərdə üzvü aləmin kasıb olması nə ilə əlaqədardır?
A) dərinliyin az olması ilə
B) soyuq cərəyanların geniş yayılması ilə
C) suyun temperaturunun aşagı olması ilə
D) suyun duzluluğunun yüksək olması ilə
E) qabarma hadisələrinin tez-tez təkrarlanması ilə

136. Üzvi mənşəli mineral ehtiyatlar qrupu.
A) neft, qızıl, dəmir filizi
B) əhəng daşı, almaz, polimetal
C) daş kömür, torf, əhəng daşı
D) təbii qaz, daş kömür, uran
E) molibden, volfram, qalay

154. Urbanizasiya deyilir?
A) kənd əhalisinin sürətlə artmasına
B) şəhər əhalisinin və ərazisinin sayının kəskin azalmasına
C) şəhər əhalisinin kəndə axımı hesabına azalmasına
D) şəhər əhalisinin sayının kənddən gələnlər hesabına artmasına
E) kənddə əhalinin sənaye sahələrində çalışmasına

178. Cənub-Şərqi Asiya regionunda yerləşən ölkələri müəyyən edin:
A) Misir, Liviya                   B) Livan, İsrail
C) Malayziya Nepal          D) Filippin, Qazaxıstan
E) Vyetnam, İndoneziya

180. Pambığın becərilməsi üçün tələb olunur:
A) isti, rütubətli  hava şəraiti
B) dağlıq relyef, terraslaşmış dağ yamacları
C) mülayim, rütubətli hava şəraiti, suvarma
D) isti, quru hava şəraiti və suvarma
E) düzən relyef, soyuq, quru iqlim

186. Cənub Qərbi Asiya regionunda yerləşən ölkələri müəyyən edin:
A) Misir, Liviya                   B) Livan, İsrail
C) Malayziya Nepal          D) Filippin, Qazaxıstan
E) Vyetnam, İndoneziya

188. Şəkər qamışının becərilməsi üçün tələb olunur:
A) isti, rütubətli  hava şəraiti
B) dağlıq relyef, terraslaşmış dağ yamacları
C) mülayim, rütubətli hava şəraiti, suvarma
D) isti, quru hava şəraiti, daglıg relyef
E) düzən relyef, soyuq, quru iqlim

194. Cənubi Asiya regionunda yerləşən ölkələri müəyyən edin:
A) Misir, Liviya                   B) Livan, İsrail
C) Pakistan Nepal              D) Filippin, Qazaxıstan
E) Vyetnam, İndoneziya

196. Şəkər çuğundurunun becərilməsi üçün tələb olunur:
A) isti, rütubətli  hava şəraiti
B) dağlıq relyef, terraslaşmış  dağ yamacları
C) mülayim, rütubətli hava şəraiti
D) isti, quru hava şəraiti, suvarma
E) düzən relyef, soyuq, quru iqlim

202.  Şimali Avropa regionunda yerləşən ölkələri müəyyən edin:
A) Fransa, Polşa                  B) Norveç, Finlandiya
C) Ukrayna, Çexiya           D) Finlandiya, İtaliya
E) Böyük Britaniya, İspaniya

204. Çəltik bitkisinin becərilməsi üçün tələb olunur:
A) isti, rütubətli iqlim şəraiti, düzənlik relyef
B) dağlıq relyef, terraslaşmış dağ yamacları, quru iqlim
C) mülayim, rütubətli hava şəraiti, düzənlik relyef
D) isti, quru hava şəraiti, suvarma şəraiti
E) düzən relyef, soyuq, quru iqlim şəraiti

210. Cənubi  Avropa regionunda yerləşən ölkələri müəyyən edin:
A) Fransa, Polşa                  B) Norveç, Finlandiya
C) Ukrayna, Çexiya           D) Yunanıstan, İtaliya
E) Böyük Britaniya, İspaniya

212. Kofe və kakao bitkilərinin  becərilməsi üçün tələb olunur:
A) isti, rütubətli iqlim şəraiti, düzənlik relyef
B) dağlıq relyef, terraslaşmış yamaclar, quru iqlim
C) mülayim, rütubətli hava şəraiti, düzənlik relyef
D) isti, quru hava şəraiti, suvarma şəraiti
E) düzən relyef, soyuq, quru iqlim şəraiti

218. Şimali Afrika regionunda yerləşən ölkələri müəyyən edin:
A) Misir, Mozambik           B) Efiopiya, Nigeriya
C)  Liviya, İspaniya           D) Əlcəzair, Tunis
E)  Mərakeş, Konqo

220. Banan və ananas bitkilərinin becərilməsi üçün tələb olunur:
A) isti, rütubətli iqlim şəraiti, düzənlik relyef
B) dağlıq relyef, terraslaşmış yamaclar, quru iqlim
C) mülayim, rütubətli hava şəraiti, düzənlik relyef
D) isti, quru hava şəraiti, düzən relyef
E) düzən relyef, soyuq, quru iqlim şəraiti

226. Orta  Avropa regionunda yerləşən ölkələri müəyyən edin:
A) Fransa, Polşa                  B) Norveç, Finlandiya
C)  Ukrayna, Çexiya          D) Yunanıstan, İtaliya
E)  Böyük Britaniya, Almaniya

228. Xurma bitkisinin becərilməsi üçün tələb olunur:
A) isti, rütubətli iqlim şəraiti
B) dağlıq relyef, quru iqlim
C) mülayim, rütubətli hava şəraiti
D) dağlıq relyef, suvarma şəraiti
E) düzən relyef, isti, quru iqlim şəraiti

 

VIII. Türk dünyasının coğrafiyası

8. Türkiyənin həmsərhəd ölkələrindən biri:
A) Qazaxıstan                     B) Türkmənistan
C) Bolqarıstan                    D) Əfqanıstan
E) Tacikistan

16. Türk xalqları hansı dil ailəsinə məxsusdur?
A)  Qafqaz           B) Hind-Avropa       C) Altay
D) Ural                  E) Çin-Tibet

24. Türk dil qrupunun oğuz yarımqrupuna daxil olan xalqlar:
A) azərbaycanlılar, qazaxlar, kumuqlar
B) türklər, tatarlar, başqırdlar
C) türkmənlər, qaqauzlar, azərbaycanlılar
D) türkiyə türkləri, özbəklər, altaylar
E) yakutlar, xakaslar, azərbaycanlılar

30. Pambıq istehsalına görə dünyada liderlik edən ölkələr:
A) Pakistan, Türkmənistan             
B) İran, İraq
C) Çin, ABŞ                                        
D) Braziliya, Avstraliya
E) İspaniya, Misir

32. Türk dünyasında ən hündür zirvənin yerləşdiyi ölkə:
A) Türkiyə                            B) Qazaxıstan
C) Qırgızıstan                      D) Azərbaycan
E) Türkmənistan

40. Mənşəyinə görə türk xalqları hansı qruplara ayrılır?
A) uyğur, slavyan, bulkar, tat
B) tatar, qıpçaq, uyğur, kartli
C) uyğyr, oğuz,bulkar, qıpçak
D) oğuz, german, iran, tacik
E) qıpçak, qazax, oğuz, tibet

48.  Rusiya Federasiyasının Volqaboyu regionunda yaşayan yerli türk xalqları:
A) tatarlar, altaylar            B) başkırtlar, yakutlar
C) tatarlar, çuvaşlar           D) tatarlar, tuvalılar
E) qaraçaylılar, balkarlar

56. Qaqauz türklərinin əsasən məskulaşdığı ölkə:
A) Bolqarıstan     B) Gürcustan       C) Moldova
D) Albaniya         E) Ukrayna

62. Qazaxıstan və Türkmənistan Respublikaları üçün oxşar olan əlamətlər:
1. Çöl zonası geniş yer tututr.
2. Xəzər dənizinə çıxışa malikdir.
3. Azərbaycan ilə su sərhədlərinə malikdir.
4. Zəngin dəmir və kömür yataqları vardır.
5. Turan ovalığı bu ölkələrin ərazisindədir.
6. İki qitədə yerləşirlər.
A) 1, 4, 5               B) 1, 4, 6               C) 2, 3, 6  
D) 2, 3, 5               E) 1, 3, 6

70. Qazaxıstan və Türkmənistanın bir-birindən fərqli ələmətləri:
1. Çöl zonası geniş yer tutur.
2. Xəzər dənizinə çıxışa malikdir.
3. İqlimin kontinentallığı müşahidə olunur.
4. Avropa və Asiya qitələrində yerləşirlər.
5. Zəngin dəmir və kömür yataqları vardır.
6 .Turan ovalığı bu ölkələrin ərazisindədir.
A) 1, 2, 3               B) 2, 3, 5               C) 2, 4, 6  
D) 1, 4, 5               E) 1, 2, 4

79.  Türkiyə və Qazaxıstanın oxşar cəhətləri.
1. Dünya okeanına çıxışa malikdirlər.
2. İki qitədə yerləşirlər.
3. Ərazisində kömür ehtiyatları zəngindir.
4. İqlimi kontinental mülayim tipli ilə səciyyələnir.
5. Paytaxtları ölkənin iri sənaye mərkəzi deyil.
6. Neft-qaz yataqları zəngindir.
A) 2, 3, 4               B) 1, 3, 5               C) 2, 4, 5        
D) 2, 3, 5             E) 1, 3, 6

88. Türkiyə və Qazaxıstan üçün fərqli əlamətlər:
1. Dünya okeanına çıxışa malikdirlər.
2. İki qitədə yerləşirlər.
3. Zəngin daş kömür yataqları mövcuddur.
4. Paytaxtları ölkənin iri sənaye mərkəzi deyil.
5. Subtropik qurşağın Aralıq dəniz tipi iqlimi hakimdir.
6. Yarımsəhra və çöl landşaftı geniş yer tutur.
A) 2, 3, 4               B) 1, 2, 5          C) 1, 4, 6      
D) 1,5, 6                E) 2, 3, 6

97. Türkmənistan və Qırğızıstanın oxşar əlamətləri:
1. Materikdaxili mövqeyə malikdirlər.
2. Dağlıq relyef hökmrandır.
3. Kənd əhalisi üstünlük təşkil edir.
4. Qoyunçuluq inkişaf etmişdir.
5. Ərazilərində səhra landşaftı geniş yayılmışdır.
6. Təbii qaz ehtiyatlarınına görə dünyada görkəmli yer tuturlar.
A) 1, 2, 5               B) 2, 3 ,4               C) 1, 5, 6     
D) 1, 3, 4               E) 2, 4, 6

106. Türkmənistan və Qırğızıstanın fərqli əlamətləri:
1. Materikdaxili mövqeyə malikdirlər.
2. Dağlıq relyef üstündür.
3. Səhra landşaftı geniş yayılmışdır.
4. Kənd əhalisinin payı üstündür.
5. Təbii qaz ehtiyatına görə dünyada görkəmli yerlərdən birini tutur.
6. Kənd təsərrüfatında qoyunçuluq üstündür.
A) 1, 4, 6               B) 1, 2, 3       C) 2, 4, 5        
D) 2, 3, 5             E) 1, 4, 5

122. Türk dünyasına daxil olan ölkələrdən hansılarının Xəzər dənizinə çıxışları vardır?
1. Türkiyə           2. Qazaxıstan       3. Özbəkistan 
4. Azərbaycan    5. Türkmənistan   6. İran
A) 1, 3, 6               B) 1, 2, 5               C) 2, 3, 4  
D) 1, 2, 3               E) 2, 4, 5

129. Tükənməyən təbii ehtiyatlar qrupu:
A) şirin su, torf, günəş enerjisi
B) dəmir filizi, neft, təbii qaz
C) Dünya okeanı, günəş enerjisi, geotermal enerji
D) Dünya okeanı, torpaq, qızıl
E) meşə, bitki aləmi, daş kömür

139. Türk dünyasına daxil olan ölkələri əhalisinin  sayına görə azalan sırasını təyin edin:
1. Özbəkistan       2. Türkiyə  
3. Qazaxıstan      4. Azərbaycan
A) 1, 2, 3, 4           B) 2, 4, 1, 3           C) 2, 3, 4, 1  
D) 4, 3, 2, 1           E) 2, 1, 3, 4

142. Türk dünyasına daxil olan ölkələrin hansında əhalisinin sayı milyon nəfərdən çox olan şəhər vardır?
1. Türkiyə          2. Türkmənistan      3. Qırğızıstan
4. Özbəkistan    5. Azərbaycan          6. Şimali Kipr
A) 1, 2, 3               B) 2, 3, 5               C) 4, 5, 6   
D) 2, 3, 6               E) 1, 4, 5

162. Türk dövlətləri ərazisində yerləşən düzənliklər:
1. Anadolu     2. Ustyurt       3. Qobi
4. Kolxida      5.Turan           6. Dekan
A) 1, 4, 5               B) 3, 4, 6             C) 2, 4, 5    
D) 1, 2, 6               E) 1, 2, 5

169. Türk dövlətlərindən hansılarda ölkənin paytaxtı iqtisadi mərkəz rolunu oynamır?
1. Özbəkistan        2. Qazaxıstan      3. Türkiyə  
4. Türkmənistan   5. Azərbaycan
A) 1, 2                   B) 2, 3                   C) 3, 4    
D) 1, 5                   E) 4, 5

174. Türk xalqları hansı dil ailəsinə mənsubdurlar?
A) Altay                B) Hind-Avropa        C) Qafqaz
D) Ural                  E) Hamid- Samid

182. Özbəklər türk xalqlarının hansı yarımqrupuna mənsubdurlar?
A) Tunqus            B) Oğuz                 C) Uyğur  
D) Qıpçaq             E) Bulkar

190. Qazaxlar türk xalqlarının hansı  yarımqrupuna mənsubdurlar?
A) Tunqus            B) Oğuz                 C) Uyğur  
D) Qıpçaq             E) Bulkar

198. Tatarlar türk xalqlarının hansı yarımqrupuna mənsubdurlar?
A) Tunqus            B) Oğuz                 C) Uyğur
D) Qıpçaq             E) Bulkar

206. Qaqauzlar türk xalqlarının hansı yarımqrupuna mənsubdurlar?
A) Tunqus            B) Oğuz                 C) Uyğur
D) Qıpçaq             E) Bulkar

214. Qırğızlar türk xalqlarının hansı yarımqrupuna mənsubdurlar?
A) Tunqus            B) Oğuz                 C) Uyğur  
D) Qıpçaq             E) Bulkar

222. Krım tatarları türk xalqlarının hansı  yarımqrupuna mənsubdurlar?
A) Tunqus            B) Oğuz                 C) Uyğur  
D) Qıpçaq             E) Bulkar

 

0 şərh