Рейтинг
+6.23

İntellekt və təhsil

30 üzv, 54 topik

Miçio Kaku ilə müsahibə

2013-cü ildə Nyu York Times qəzeti Miçio Kakunu Nyu Yorkun ən ağıllı adamlarından biri kimi qeyd etmişdi. Yapon əsilli bu amerikalı fizik fizikanın qara dəliklər və kainat genişləməsini öyrənən sahələrində araşdırmalar aparır. Həm də məşhur elm populyarizatorudur. Alim “Gələcəyin fizikası”, “Mümkünsüzlüyün fizikası”, “Supersicim nəzəriyyəsinə giriş”, “Gələcəyin fizikası” kimi elmi-kütləvi mövzuda yazılmış bestseller kitabların və Discovery, BBC kimi radioteleviziya qurumlarında hazırlanan proqramların müəllifidir. Kaku həm də dünyaca məşhur müəllimdir, Nyu York Siti kollecində nəzəri fizika professorudur və dünyanın müxtəlif intellektual mərkəzlərində mühazirələr oxuyur.

– Siz “Gələcəyin fizikası” adlı kitabınızda gələcək təhsilin internet texnologiyaları və Google Glass tipli qadjetlər (kiçik ölçülü köməkçi cihaz-tərc.) üzərində təməllənəcəyini yazırsız. Bu sferada gələcəkdə daha hansı qlobal dəyişikliklərin baş verəcəyi gözlənilir?
Davamı →

İnsan yaddaşının həcmi

Yaddaşımızın həcmi müasir kompüterlərin yaddaş həcmindən daha böyükdür. Təəccüblüdür, amma doğrudur.

Abraham Maslou demişdir ki, – “İnsan irqinin tarixi özlərini düzgün qiymətləndirə bilməyən kişi və qadınların tarixidir”. Maraqlıdır ki, insanlar reallıqda daha böyük nailiyyətlər əldə edə bilərkən, daha kiçik nailiyyətlərdə dayanırlar.

Əsas problem odur ki, insan müvəffəqiyyət əldə etmək və xoşbəxtlik üçün demək olar ki, qeyri-məhdud imkanlara malikdir, lakin bu bacarıqlardan istifadə üzrə təlimatı yoxdur. Nəticədə insan özü-özünə təlimat fikirləşir. Çoxu isə bunu fikirləşmək gücünə malik deyil. Onlar bütün həyatları boyu çalışır, nə isə əldə etmək istəyir, lakin bacarmırlar.

Davamı →

Siseron metodu

Siseronun yadda saxlama metodu qədim və məşhur Roma siyasətçilərindən birinin adını daşıyır. Bu siyasətçi öz çıxışları zamanı heç bir qeydlərdən istifadə etməməsi ilə məşhurdur. Bununla yanaşı, natiq öz danışığında çoxlu sayda rəqəm, ad, faktlardan istifadə edir və kifayət qədər tez-tez sitatlar səsləndirirdi.

Bəzi mənbələrə görə, Siseron metodu hələ hazırda adını daşıdığı müəllifdən əvvəl də istifadə olunurmuş. Belə ki, qədim yunan şairi Simonid fəal və uğurlu şəkildə bu metodu təcrübədən keçirmişdi. 

Bu metod çox sadə və effektivdir. Onun digər adı “Roma otağı sistemi”dir. Metodun mahiyyəti ondan ibarətdir ki, yadda saxlamalı olduğumuz cəhətləri beynimizdə müəyyən səliqə ilə yerləşdirməliyik. Belə ki, beyninizdə boş otaq təsəvvür edirsiniz və yadda saxlamalı olduğunuz cəhətləri bu otaqda müəyyən yerlərdə yerləşdirirsiniz.
Davamı →

Feynman metodu

Fizika üzrə Nobel mükafatı laureatı Richard Feynman istənilən mövzunu tez bir zamanda və daha dərindən mənimsəməyə imkan verən öyrənmə alqoritmini tərtib edib. 

Məşhur fizik “nəyisə bilmək” və “nəyinsə adını bilmək” arasındakı fərqi dərk edib və onun uğurunun əsas səbəblərindən biri məhz budur.

Feynman öyrənmək istədiklərini digərlərindən daha yaxşı anlamağa imkan verən öyrənmə düsturunu aşkar edib. Bu düstur “Feynman metodu” adını alıb və istənilən fənni daha sürətlə və yaxşı öyrənməyə kömək edir. Öyrənmək istədiyinizin mövzu, fənn və yaxud hər hansı bir anlayış olmasının heç bir əhəmiyyəti yoxdur. Bu düstur hər biri üçün keçərlidir. Və ən əsası odur ki, bu düsturu həyata keçirmək çox asandır. Həddindən artıq asan. Bu əla öyrənmə metodu olmaqla yanaşı, tamamilə fərqli düşüncə tərzinə açılan pəncərədir. Feynman metodunda üç addım var.
Davamı →

Məktəbdə davranış qaydaları

İnsanlar arasında müəyyən qanunlar, davranış normalarının mövcudluğuna ehtiyac duyulmuşdur. Çünki insanlar arasındakı münasibətləri tənzimləyən normalar olmasa, özbaşnallıq və xaos hökm sürər, cəmiyyət idarəolunmaz hala gələ bilər. Ona görə də, hər bir dövrə uyğun cəmiyyətdə davranış qaydaları müəyyən edilir.

«Davranış qaydaları” şagirdlərə öyrədilərkən onların psixologiyası nəzərə alınmaqla müşahidə və fəallığın dialektiv vəhdət təşkil etməsinə nail olmalıdır. Çünki, şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və qanunlara əməl etməsi üçün elə məktəb dövründə sadəlik-mürəkkəblə, fərdidən ümumiyə doğru inkişaf etdirilməlidir.
Davamı →

Avropanın ən təhsilli şəhərləri hansılardır?

Eurostat (Avropa statistika agentliyi) Avropanın təhsil baxımından ixtisaslaşmış şəhər və hissələrinin siyahısını təqdim edib. Analitiklər hesablama zamanı Avropanın hər bir əyalətində, regionunda, qəsəbəsində əhalinin (25 yaşdan 64 yaşa qədər) necə faizinin ali təhsilə sahib olmasını araşdırmışlar.

Avropanın ən təhsilli şəhərləri və qəsəbələri aşağıdakılardır:
Madrid Cəmiyyəti (Comunidad de Madrid) – əhalinin 46,9%-ni ali təhsilli vətəndaşlar təşkil edir. Bu rayon İspaniyanın 17 muxtar cəmiyyətini birləşdirir və paytaxtı Madriddədir.
Davamı →

Finlandiya təhsil sistemi

Fin düşüncəsi: oxumağın yeri məktəbdir
Burada uşaqların məktəb həyatı dövlətin gənclik və təhsil siyasətinin uğurudur. Fin təhsil sistemində təbiət elmləri, riyaziyyat, humanitar elmlər, incəsənət, idman və praktika da çox vacibdir. Fin uşaqları bağça və ibtidai siniflərdə oyunlar oynayır və zövq alaraq öyrənirlər. Müəllimlər də, valideynlər də riyaziyyat və ya dəqiq elmlərdə mücərrəd anlayışları öyrətməyin ən səmərəli yolunun musiqi, dram, ya da idman olduğunu düşünürlər. Elmi və elmi olmayan öyrənmə üsulları arasında qurulan bu tarazlıq uşaqların məktəbdə xoşbəxt olmasının sehrli formuludur. Tələbə Dəyərləndirməsi üzrə Beynəlxalq Proqram (PISA – Programme for International Student Assessment) testləri məktəb həyatının çox əhəmiyyətli olan bəzi meyarlarını qiymətləndirmir. Aşağı məsrəflər, bolluca boş zaman, qısa məktəb saatları ilə yüksək akademik müvəffəqiyyət, müstəqilliyə əhəmiyyət verən, şagirdlərə öz təhsil proqramını özlərinin tərtib etmə məsuliyyətini həvalə edən, əylənərək öyrənməyi sintezləşdirən fin təhsil sistemi hələ də təhsilin röya ölkəsi olaraq qalır.
Davamı →

İngilis dilini tez öyrənməyin yolları

Bir qayda olaraq, adamlar cəmi 2-3 ay ərzində xarici dildə nə dərəcədə səlis danışa biləcəyini bilmək istəyir. Adətən onlar tələsirlər, çünki sınaqları var və yaxud tezliklə iş müsahibəsinə girəcəklər. Əlbəttə, ən yaxşısı budur ki, bu barədə düşünmək üçün müsahibənizə 2 ay qalmışa qədər gözləməyəsiniz! Beləliklə, ingilis dilini çox-çox sürətli öyrənmək mümkündürmü? Cəmi 2-3 ay ərzində çox böyük irəliləyişlər əldə etmək mümkündürmü? Cavab – HƏ. Ancaq əlbəttə ki iri miqyaslı irəliləyiş əldə etmək üçün böyük intensivlik və səy tələb olunur. Bizə bu cür məqsəd üçün bəzi sadə şeylər tövsiyə etmək istəyirik:
Davamı →

Uşağın inkişafı ilə bağlı 10 məsləhət

Yeni uşaq sahibi olmuş analar sıx-sıx uşaqlarının sürətli inkişafı qarşısında nə qədər çaşdıqlarını dilə gətirirlər. Həqiqətən də uşağın həyatının ilk 3 ili, insan beyninin zehni inkişafının ən sürətli olduğu mərhələdir.

Çox maraqlıdır əslində fərdin zehni inkişafının ən sürətli olduğu mərhələdə, uşaqları bu mövzuda ən az məlumatlandırılmış və az öyrədilmiş insanlara, dayələrə təslim edirik. Amma uşaq böyüdükcə, məktəbə getdikcə xüsusilə isə universitet zamanında, məlumatlı insanlara əmanət edilir. Uşaq inkişafına baxdığımızda əslində bunun tam tərsi olması lazımdır.  

Davamı →

Öz beyin bacarıqlarını sınamağa hazırsan? Red Bull Mind Gamers sənin beyninin hüdudlarını sınamaq istəyir.

Biz hamımız əqli səviyyədə sınanmağı xoşlayırıq, buna görə də gündəlik krossvord həll edirik və ya kompüter oyunları oynayırıq.
Heyrətamiz və yeni qlobal platforma ilə Red Bull Mind Gamers parlaq zehinlər üçün özlərini sınamaq şansı yaradır.
Bu tədbir artıq Missiya: “Unlock Enoch” ilə bir yerdə başlayır. Yarışmanın dünya finalında — 2017-ci ildə Budapeştdə keçiriləcək «Escape Room» oyunu üzrə qlobal turnirdə iştirak etmək şansı əldə etmək üçün oyunçular yarışın ilk iki mərhələsində öz bacarıqlarını sübut etməlidirlər.
Davamı →