Рейтинг
+6.23

İntellekt və təhsil

31 üzv, 46 topik

Uşağın inkişafı ilə bağlı 10 məsləhət

Yeni uşaq sahibi olmuş analar sıx-sıx uşaqlarının sürətli inkişafı qarşısında nə qədər çaşdıqlarını dilə gətirirlər. Həqiqətən də uşağın həyatının ilk 3 ili, insan beyninin zehni inkişafının ən sürətli olduğu mərhələdir.

Çox maraqlıdır əslində fərdin zehni inkişafının ən sürətli olduğu mərhələdə, uşaqları bu mövzuda ən az məlumatlandırılmış və az öyrədilmiş insanlara, dayələrə təslim edirik. Amma uşaq böyüdükcə, məktəbə getdikcə xüsusilə isə universitet zamanında, məlumatlı insanlara əmanət edilir. Uşaq inkişafına baxdığımızda əslində bunun tam tərsi olması lazımdır.  

Davamı →

Öz beyin bacarıqlarını sınamağa hazırsan? Red Bull Mind Gamers sənin beyninin hüdudlarını sınamaq istəyir.

Biz hamımız əqli səviyyədə sınanmağı xoşlayırıq, buna görə də gündəlik krossvord həll edirik və ya kompüter oyunları oynayırıq.
Heyrətamiz və yeni qlobal platforma ilə Red Bull Mind Gamers parlaq zehinlər üçün özlərini sınamaq şansı yaradır.
Bu tədbir artıq Missiya: “Unlock Enoch” ilə bir yerdə başlayır. Yarışmanın dünya finalında — 2017-ci ildə Budapeştdə keçiriləcək «Escape Room» oyunu üzrə qlobal turnirdə iştirak etmək şansı əldə etmək üçün oyunçular yarışın ilk iki mərhələsində öz bacarıqlarını sübut etməlidirlər.
Davamı →

İngilis dilini öyrənmənizə kömək edəcək filmlər

Yeni dil öyrənməyin ən yaxşı yollarından biri də maraqlı filmlər izləməkdir. Bu vasitə hər zaman işə yarayır və sizə kitablarda tapa bilməyəcəyiniz ifadələri öyrənməyə kömək edir. Oxuyacağınız bu məqalədə baxıb asanlıqla başa düşəcəyiniz bəzi filmlər toplanılmışdır. 

Forrest Gump
Kino tarixinin ən yaxşı ekran əsərlərindən biri olan bu filmə baxaraq siz öz ingilis dilinizi daha da yaxşılaşdıra bilərsiniz. Filmin dili çox sadə və aydındır. Tom Hanks filmdə sözləri tələffüz edərkən aramla danışır və bu da filmi təzə dil öyrənməyə başlayanlar üçün belə rahat imkanlar yaradır.
Davamı →

Montessori təlimi

Montessori təlimi. Bu adı son zamanlar çox eşidirik və şəhərin bir sıra bağçalarında bu təlim tətbiq edilir. Bəs Montessori təlimi nə deməkdir? Bu təlim Mariya Montessori tərəfindən yaradılıb. 

Montessori kimdir?
26 yaşında İtaliyanın ilk qadın həkimi olan Montessori 1896-cı ildə universitet xəstəxanasında (San Giovanni Hospital) həkim assistenti kimi işləməyə başlayır və ilk dəfə olaraq əqli geriliyi olan uşaqlarla qarşılaşır. Uşaqlar boş otaqlarda saxlanılırdı, onlarla demək olar ki, ünsiyyət qurulmurdu, oyuncaq və kitabları yox idi.

Bir dəfə Mariya qəribə bir hadisənin şahidi olur: nahardan sonra uşaqlar çörək qabığı tapırlar və onu əzirlər. Çörək qabığı onların yeganə oyuncağı idi. Bundan təsirlənən Mariya onlara sadə əşyalar – qutular, parçalar gətirməyə başlayır, tez bir zamanda uşaqların davranışında müsbətə doğru dəyişiklik müşahidə olunur. Beləliklə, Mariya Montessorinin metodikasının əsas ideyası yaranır: istər normal, istərsə də əqli geriliyi olan uşaqların ətraf aləmi anlaması üçün onlara inkişaf etdirici mühit lazımdır. 
Davamı →

Uşaqların inkişafında tətbiq olunan metodlar

Gənc analar uşaqları təlim və tərbiyə metodikaları üzrə kitabları aktiv şəkildə dərindən öyrənirlər. Bəzən ilk baxışda zərərsiz mövzular əsl söz döyüşləri yarada bilər, çünki hər bir istiqamətin tərəfdaşları (onların sayı az deyil) öz nöqteyi-nəzərini müxtəlif forum və bloqlarda şiddətlə müdafiə edirlər. Biz müasir yanaşmaların fərqliliyindən baş çıxarmağa çalışacağıq və hər bir metodikanın müsbət və mənfi cəhətlərini müəyyən edəcəyik.

Uşağın ilkin inkişafı
İlkin inkişaf uşaqla məşğul olmanı onun həyatının ilk aylarından başlamağı nəzərdə tutur. Gənc vunderkind böyütmək istəyirsinizsə, şirin danışmalarla vaxt itirməyin, Napoleon planlarını məhz bu gündən həyata keçirməyə başlayın. Populyar metodiklardan biri — Qlen Domanın kartlarıdır. Metodun əsasında hər bir uşağın dahi olmaq imkanının olduğu iddia edilir. 3-6 aylıqdan etibarən uşağa mütəmadi olaraq oxuma, hesab öyrənməyə və ensiklopedik bilik qazanmağa imkan verən kartlar göstərilir.
Davamı →

Birinci sinif şagirdləri

Biri var idi, biri yox idi. Hər bir uşaq bu sözləri maraqla və zövqlə dinləyir. Nağılları analar nənələr və tərbiyəçilər söyləyir. Uşaqlar isə özlərinə rahat pozada, sevimli yumşaq oyuncaqlarını qucaqlayaraq nağıllara və əhvalatlara qulaq asır.
Uşaqlar məktəbə qədəm qoyduqdan sonra belə xoş gecələr, çox vaxt qayğısız uşaq günləri kimi arxada qalır. İndi onlar özləri oxuyur, özü də nağıl deyil, dərs proqramı. Odur ki, uşaq əvvəlki uşaqlıq günlərinə qayıtmaq, istiliyi və məhəbbəti hiss etmək istəyir. Buna görə də valideyinlər uşaqları bu həzz-dən məhrum etməməlidir. Kişik məktəblilərə axşamlar öz həzin səsləri ilə nağıl oxumağa davam etməlidir. Əlbəttə bu nağılları məktəblilərə uyğun dəyişmək olar. Məsələn əşyalara münasibət haqda, sağlamlığa münasibət, dərsə münasibət, məktəb konfliktləri və s. Belə nağıllar uşağın təxəyyülünü və təfəkkürünü inkşaf etdirir. Bu nağıllarda uşaq qəhrəmanın davranışını izləyir, səhvini görür, bağışlamağı və sevməyi bacarır. Bu günkü nağılımız isə öz övladını birinci sinfə yola salacaq valideyinlər üçündür.
Davamı →

Dünya müəllimlərinin maaşları

 Millət vəkili Hadı Rəcəblinin məlum açıqlaması bizi dünya ölkələrində müəllimə olan münasibətlə maraqlanmağa vadar etdi.

ANS PRESS-in məlumatına görə, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya, Çin və Yaponiyada yaşayan müəllimlər Azərbaycanla müqayisədə təxminən 10 dəfə artıq maaş alırlar.

Beləliklə, adıçəkilən ölkələrdə müəllim maaşları və bu müqəddəs peşənin sahiblərinə olan münasibətlə tanış edirik:

Amerika Birləşmiş Ştatlarında müəllimlik qadın peşəsi olaraq görülür. Burada müəllimlər ortalama 3 min dollar maaş alırlar. Müəllimlər üçün paltar zəruriliyi yoxdur. Bu ölkədə müəllimlərin ən böyük problemi şagirdlərin intizamsız olmasıdır. 20 il müddətində müəllimlik etmiş şəxs 55 yaşında təqaüdə çıxmaq haqqına sahib olur.
Ardı →

Uşaqlara iki dilin eyni anda öyrədilməsi

Yəqin ki,bəzən sizdə sual yaranır ki: «Görəsən mənim övladım xarici dili necə öyrənəcək? „və ya “görəsən o,balaca yaşında eyni zamanda iki dil öyrənə bilərmi?»
Bu suallar valideynlərdən başqa,müəllimləri və alimləri də çoxdandır ki, maraqlandırır.
Bu suallarla bağlı bəzi məsləhətlər Sizə də maraqlı olacaqdır.
Uşaqların öz dillərini inkişaf etdirməsi üçün, nələrə ehtiyacları var?
Ardı →

V ixtisas qrupu yaradıldı

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının 14.01.2015-ci il tarixli qərarlarına əsasən, bu ildən etibarən ixtisas qruplarının sayı dörddən beşə artırılmışdır.
V ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir (I ixtisas qrupuna daxil olan Memarlıq və Dizayn (memarlıq və dizayn istiqaməti) ixtisasları istisna olmaqla).   
V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.   Qeyd etmək lazımdır ki, yeni dəyişikliklərə əsasən bu ildən etibarən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili
Ardı →

Disleksiya: Uşaqlarda oxuma və öyrənmə çətinliyi

Uşaqların böyük bir qismi 1-ci sinifə başladıqdan sonra 3-4 ay ərzində oxuma-yazmaya başlayır və bu bacarıq qısa müddətdə formalaşıb, inkişaf edir. Elə valideynlərin övladından gözlədiyi də budur amma təəssüf olsun ki, məktəbə yeni başlayan uşaqların təxminən 10%-i üçün bu təbii proses o qədər də asand keçmir. Bəs problem nədir? Gündəlik həyatda övladlarında gördüyü bu problem valideynlər yaddaş zəifliyi,”tənbəllik” adlandırsa da bu elmi dildə Disleksiya adlanır.
Disleksiya ən çox rastlanan öyrənmə problemlərindən biridir. Zəka ilə heç bir əlaqəsi olmayan, bilavasitə hafizə və dil ilə əlaqədar olan Disleksiya ən geniş mənada axıcı oxuma və oxuduğunu başa düşməmə ilə özünü biruzə verən öyrənmə çətinliyidir. Disleksiyalı uşaq sahibi olan valideynləri narahat edən əsas məsələlərdən biri də uşağın zehnində inkişafın geriləməsidir. Lakin zəka səviyyəsi yüksək olan uşaqarda da bu problemə rast gəlmək mümkündür. Böyük alim Albert Einstein, intibah dövrünün böyük memar,heykəltaraş və rəssamı Leanardo da Vinçi,kino ulduzu Tom Cruise, musiqiçi və kino aktyoru Cher və məhşur aşbaz və televiziya aparıcısı Jamie Oliver Disleksiyadan əziyyət çəkən məhşürlar sırasındadır.

Ardı →