Tanyanın tanışı

Giriş əvəzi. «Tanya» adını «tanış» sözünə görə həmahəng olduğundan yazdım, əslinə qalanda bu sözün yerində dünyada mövcud olan bütün qız adlarını göz önünə gətirə bilərsiniz. Yəni bütün kişilər Məryəmlərin, Vasilisaların, Annaların, Nataşaların, Elladaların tanışı olur.
Hər şey isə deyilənə və bilinənə görə tanışlıqdan başlayır. Öncə «privet», «merhaba», «hi», «salam» sözləri tanış olmaq istədiyin insana deyilir, sonra isə başqa sözlər.

Öncə rus saytları

İndisə keçək əsas mətləbə. Mətləb də ondan ibarətdir ki, müasir dünyamızda texnologiyanın inkişaf etdiyi bir dövrdə modern düşüncəli hər insan heç yerə getmədən ya evdə, ya da ofisdə internet şəbəkəsi vasitəsilə öz biznesini qurub davam etdirə bilər. Təbii ki, müntəzəm olaraq ekran qarşısında oturan adam təkcə biznes işlərilə məşğul olmur, yeri gələndə kiminləsə söhbətləşib-dərdləşir də. Sonda isə belə söhbətləşmələrin çoxu real görüşə, müvəqqəti tanışlığa və bəlkə də birgə həyata gətirib çıxarır. Deməli, bu işin belə sonuçlanmasında ən müstəsna rolu internet oynayır. İndi isə gəlin bunun necə baş verməsi barəsində bilməyən oxucularımıza bir az məlumat verək.

rus tanışlıq saytlarında hər cür insana rast gəlmək mümkündürİnsanın yaşaması üçün ən üstün amil hava, su və yemək olduğu kimi, kiminləsə tanış olmaq üçün də mütləq bilgisayarın və intentet şəbəkən olmalıdır, əks halda çukçalar kimi saatlarla güllü divar kağızına baxmalı olarsan. Biz sovet dövründə yaşayan insanlar hələ indiyədək rus dilini bildiyimizdən ilk tanışlıqlar da yüz faiz rus domenlərində və saytlarında başlayır. «Mail.ru», «Odnoklassniki.ru», «Znakomstva.ru», «Vkontakte.ru»g İndi belə saytların sayı-hesabı olmadığından onların yalnız bir neçəsinin adını çəkdik.

Ən çox adı hallanan «mail.ru» olduğundan gəlin orada kiminləsə tanış olmağa çalışaq. Qeydiyyata düşdükdən sonra öz loginimizi və parolumuzu yazıb başlayaq «tanışlıq» bölümündə «qız axtarışına»

Hansı ölkəni seçmək baxımından daha çox Azərbaycan, Rusiya, Ukrayna, Belarus və Qazaxstan yazılır, çünki yuxarıda qeyd etdiyim kimi rus dili burada əsas rol oynayır, həm də bəzi insanlarımızın o ölkələrdə qohumları yaşayır və qohumlarına dəymək üçün Bakıdan aralanmaq ən real fürsət kimi qəbul olunur. Məsələn, mən evdə desəm ki, Yekaterinburq şəhərində yaşayan xalaoğlumun yanına getmək istəyirəm, heç kəs buna etiraz etməz. Həm də indi insanların çoxu harasa getməkdə tam sərbəstdirlər və bütün bu gediş-gəlişlər maliyyə tələb etdiyindən evdəkilər də daxil olmaqla yaxın qohumlar sənin işinə qarışa bilmir.

Bizimkilər

Öncə Azərbaycandakı tanışlıqdan başlayaq Reklamda deyildiyi kimi, öz pomidorumuz, öz musiqimizdir. Digər ölkələrdən fərqli olaraq bizim qızlarımız, doğrudan da, fərqlənir, həm «nik»lərilə, həm də oriyentasiyaları ilə. Sözün düzü, bu sözləri yazanda onların, yəni başqa ölkələrdə bizim qızları axtaran kişilərə görə utanıram. Çünki bizim qızların bəlkə də 90 faizi səmimi deyil, heç şəkilləri də özlərinə oxşamır. Çoxları da ilk yazışma üçün ya kontur istəyir, ya özlərini namuslu qız obrazına salaraq şəkilsiz kontakta girmək istəmirlər. Ötən il ölkə qəzetlərinin birində özlərini tanışlıq saytlarında reklam etdirən mavilərlə bağlı geniş yazı yazmışdım. O zaman, elə indinin özündə də belə qənaətə gəldim ki, bizim qızlarla tanış olmağa dəyməz. Birincisi, orada «nik»ləri yazılanların böyük əksəriyyəti mavidir, digər böyük əksəriyyəti isə tanışlıq üçün elə şərt qoyur ki, adamın həvəsi ölür. Amma başqa xalqların zərif cinsləri ilə bu problemlər yaşanmır. Həm kompleksləri yoxdur, həm də ilk «privet» sözündən sonra başlayır səninlə dərdləşməyə. Hətta inandırım sizi, onların heç biri sizin nə keçmişinizlə, nə ailə tərkibinizlə maraqlanır. Bizmkilər isə az qala yeddi arxa dönənini öyrənmək istəyir. İnanmayanlar girib «Zajikalka flame», «Sveta», «Leyla», «Kama», «Sabina», «Padşiy anqel» «nik»lərilə danışa bilərg

«Kama» adlı bi qızla tanışlığımız belə başlayır.
— Salam, Kama.
— Salam.
— Vəziyyət necədir?
— Vse ok.
— Sizlə necə görüşmək olar?
— 200 AZN.
— Onda səni necə tapmaq olar?
— Nömrənizi yazın, vızov verim
Mən də son cavab kimi yalandan «yazaram» dedim və söhbətə son qoydum.

«Virtual sex» adlı qız isə aşağıdakı şərtləri irəli sürür.
1. Yalnız telefonla danışıram və bundan xüsusi ləzzət alıram.
2. Real görüş təklif etməyin.
3. 10 manatlıq kart göndərsən, danışa bilərik.
4. Allaha and olsun ki, mən qadınam və heç kəsi aldatmıram. Kart da ondan ötrüdür ki, avaralar zəng etməsin. Bir də on manatın söhbətini edən kişidən xoşum gəlmir.
5. Razı olan mobil nömrəsini yazsın. Bu şərtlərlə razı deyilsinizsə, boş yerə mesaj yazmayın.

Mən də şərtlərlə razı olmadığıma görə ona mesaj yazmadım

Gərək STATUSUN olsun

internetdə tanışlıq saytlarında sevgi realdırmı?Başqa ölkələrdəki qızlarla tanış olmaq üçün «mail.ru» saytının rəhbərliyi yeni iş prinsipinə keçib. Yəni indi xaricdəki qızlarla tanış olmaq üçün gərək VİP statusun olsun. Bu da öz hesabından «mail.ru»-ya pul keçirmək deməkdir. Eyni situasiya türklərin yeni yaratdığı «arkadaslistem.com» saytında da belədir. «Vkontakte.ru» saytında isə, sadəcə, işlətdiyin mobil telefonun nömrəsini yazmaqla sayta sərbəst daxil ola bilərsən. Buranın da son zamanlar öz çətinlikləri var. Belə ki, burada öz tərcümeyi-halını 30 faiz doldurmasan və şəkil yerləşdirməsən, moderatorlar səni «bayıra» atırlar.

Biz də sizi çox yormamaq üçün öz «nik»imizi «bayıra» atıb sağollaşırıq, çünki bu söhbətin nə əvvəli, nə də sonu var. Sonda nəzərinizə çatdırım ki, Məryəmlərlə, Vasilisalarla, Annalarla, Nataşalarla, Elladalarla tanış olmaq üçün təkcə internet sizin yolyoldaşınız deyil, bunun üçün digər məkanları özünüz seçib nəticə çıxarın və unutmayın ki, alınmayan iş yaxşılığa görə alınmır. Alınan işin içində isə ömrünün sonuna qədər var-gəl etmək düzgün deyil, hərdənbir «bayıra» çıxıb real həyata real gözlə baxmaq daha yaxşıdır. Çünki bu virtual dünya olsa da, hərdən real fəsadlarla sonuçlanır, hətta bədbəxtlik və faciə də gətirir.

Müəllif: Babək Göyüş
Mənbə: HƏFTƏ İÇİ qəzeti

13 şərh

gynahkar
Bu movzu haqqinda ne qeder desen yaza bilerem.25 illik xosbext bir ailemiz dagilmaq yzredir.
pascal
Allah qıymasın.
asel
Allah özü kömeyiniz olsun
Medikamentoz
Çalışın kompromis bir variant tapın,hamının səhvi ola bilər,əsas odur ki,bir daha bu çamura ayaq atmasın.
azadmamedov90
ax bu vaxtini cins maraqlarla itiren gencliyimiz,ve yaslanmis insanlar…
Medikamentoz
Hamısı düşünməməzliyin nəticəsidir.
Medikamentoz
Tanyalar,Sonyaları yanlarıq,Ah bərəkallah nə gözəl canlarıq.
azadmamedov90
neynirem fatma tukezbanlari...anyalari sonyalari yanlariq ay berekallah ne gozel canlariq…
Medikamentoz
Sabir bu gün də yaşayır,amma çoxları öz dövründə ölüdürlər.
pascal

«Digər ölkələrdən fərqli olaraq bizim qızlarımız, doğrudan da, fərqlənir, həm «nik»lərilə, həm də oriyentasiyaları ilə. Sözün düzü, bu sözləri yazanda onların, yəni başqa ölkələrdə bizim qızları axtaran kişilərə görə utanıram. Çünki bizim qızların bəlkə də 90 faizi səmimi deyil, heç şəkilləri də özlərinə oxşamır. Çoxları da ilk yazışma üçün ya kontur istəyir, ya özlərini namuslu qız obrazına salaraq şəkilsiz kontakta girmək istəmirlər.»

Bizim qızlar — namuslu Azərbaycanlı qızlardır. 5-10 əxlaqını itirmiş qadınları bütün qızlarımızla bərabər tutmaq, təhqirdən başqa bir şey deyil. İnternet vasitəsilə dost olanlar da var, ailə quranlar da. Bu o demək deyil ki, hamı abrın, namusun itirib. Kimə necə qız lazımdırsa, axtardığı yerdən bəlli olur. Babək Göyüş saytları səhv salıb deyəsən. Sonra deyir ki, bizim qızlar elədir, belədir. 

azadmamedov90
yox,bizim qizlarin unvanina deyilsen ifadeler deyil, sadece olaraq bezileri ki var 14yasindan artiq oglanla olmaq isteyirler,ve buna da nail olurlaronlar barede tedbir gormek lazimdir ki,14 yasindaki qiz 17yasindaki oglani basdan cixarir,ve hemde eksine...ama bilmeliyikki bunlarin qarsisini ala bilmirik..hemde oz ovladlarimizin etrafindakilar nece insanlardi..?
Medikamentoz
Fikirlərini tam bir topikdə yerləşdirsən daha maraqlı olardı.İlk rəy məndən,pulsuz :)
Someone
böyük maraqla oxudum, həqiqətən nəticə çıxarmaq lazımdır, Allah gəncliyimizi qorusun.