Əsrin xəstəliyindən əziyyət çəkirsiniz?

Texnologiyanın inkişafı ilə bağlı demək olar ki, hər evdə internetdən istifadə olunur. Günün əsas hissəsini kompüter önündə keçirənlər real həyatdan təcrid olunub virtual həyat yaşamağa başlayırlar. Bəlkə, siz də eləsiniz? Komputer sizi də özündən asılı hala salıb?

İnternet xəstəsi olduğunuzu sübutlayan 12 hərəkətiniz

1. Hər yerdə, hər zaman qulağına “Facebook”un çat səsi gəlirsə...

2. Komputerinə kimsənin toxunmasını istəmirsənsə...

3. Şərait olmadığı vəziyyətdə də internetə girməyə özünü məcbur hiss edirsənsə...

4. Hər şeyi internetdə axtarırsansa...

5. Duyğularını ifadə etmək üçün mimikaların yerinə klaviaturanı istifadə etməyə üstünlük verirsənsə...

6. Eyni otaqda olduğunuz birinə “Facebook”la mesaj yazırsansa...

7. İnterneti olmayan bir yerə getdiyini öyrənəndə gərginləşirsənsə…

8. İnterneti olmayan bir yeri tərk edəndə rahatlayırsansa...

9. Danışıqlarında internetdə gördüyün fikirlərdən daha çox istifadə edirsənsə...

10. Tətil planlaşdırarkən ilk maraqlandığın şey orada internetin olub-olmamağıdırsa...

11. Tez-tez telefonunu yoxlayırsansa...

12. Ən böyük qorxun, enerjisi bitmiş və enerji aləti olmayan bir komputerdirsə...

Təbrik edirik, sən internetdən tam asılısan.

 

Mənbə: Ailem.az

1 şərh

tarixci1919
Məncə internet xəstəliyi ilə sosial şəbəkə xəstəliyi eyni deyil.