Google ən populyar 1000 sayt

Dünya üzrə ən məşhur saytların reytinqi üçün Alexa reytinq uzun müddət idi ki,fəaliyyət göstərirdi.Səhv məlumat versə də(o yalnız brauzerində Alexa toolbar yükləmiş istifadəçilərin girdiyi saytları sayırdı),müəyyən qədər populyar idi.Dünyada ən populyar saytlar hansıdır sualının cavabını bilmək üçün çox vaxt http://www.alexa.com/topsites basmaq kifayət idi.Amma artıq Google öz yeni məhsulu ilə onun da rəqibi oldu. http://www.google.com/adplanner/static/top1000/ ünvanına dsxil olmaqla ən məşhur 1000 saytı görmək olar.Google özünü bura daxil etməyib:)
yeri saytın adı kateqoriya unikal ziyarətçi səhifə baxışı
1 facebook.com sosial şəbəkə 540,000,000 570,000,000,000
2 yahoo.com Web Portal 490,000,000 70,000,000,000
3 live.com sxtarış sistemi 370,000,000 39,000,000,000
4 wikipedia.org lüğət və ensiklopediya 310,000,000 7,900,000,000
5 msn.com Web Portal 280,000,000 11,000,000,000
6 microsoft.com Software 230,000,000 3,300,000,000
7 blogspot.com bloq servisi 230,000,000 4,400,000,000
8 baidu.com Web Portal 230,000,000 27,000,000,000
9 qq.com Email & çatlaşma 170,000,000 25,000,000,000
10 mozilla.com Internet Clients & Browsers 140,000,000 2,100,000,000

Kifayət qədər maraqlıdır.
 

11 şərh

Nailə_Rzayeva
Görün nə qədər pullar dövr edir…
ramzes
Adamlar o saytların faydasını, dəyərini deyil, pulu fikirləşir.
Nailə_Rzayeva
Şərhim əlbəttə ki, bir zarafat idi. Niyə düz xətt istiqamətində düşünürsünüz?
Westsider
«Google özünü bura daxil etməyib:)» — Çünki statistika Google reklamlarının üzərində qurulub.
2ral
Bu 10 saytdan neçəsində Google reklamları istifadə olunur? Blogspot özlərinindir.bəs qalanları?Səncə Microsoftun saytında Google AdSense reklamı gedir?Gülümsəyir
Westsider
Hə, mən də elə düşündüm, amma səhifənin adı «doubleclick ad planner by Google» olduğuna görə deyirəm.
Westsider
Maraqlıdır, rus saytlarından birinci yerdə olan ümumi siyahıda 47-ci gedən rambler.ru-dur
HTML
Sizin nəyə baxdığınızı bilmirəm,amma mən göstərdiyim siyahıda rus saytlarından ən öndə gedənlər bunlardır:
57.yandex.ru
58.mail.ru
81.vkontakte
Ramblerin heç adı yoxdur o siyahıda.
Westsider
e, yandex yazmaq istəyirdim ee))) deyəsən, yatmaq vaxtımdır)))
sabit_b

təvazökarlığa bax bir


məncə birinci yer elə googlenin özü olmalıdır

HTML
Axı yazmışam.Google özünü daxil etməyib.Amerikada ən populyar Facebookdur,qalan ölkələrdə Google.