İctimai nişanlama (əlfəcinləmə) nədir?

Ssenari

Bu günlərdə Anar bir çox işini Veb üzərinden görür. Xəbər oxuyur, işi ilə əlaqəli olaraq axtarış aparır. Anar bir neçe yerdən məlumat almaqdadır: e-məktub vasitəsiylə peşəkar təşkilatlardan və kolleqalardan məlumat bülletenləri, bir çox RSS nəşrlər və axtarış motorlarından istifadə edərək hal hazırda və ya gələcəkdə lazım olacaq vəsait və məlumat tapmağa çalışır.

Əldə etdiyi məlumatı şəxsi Veb bələdçinin əlfəcin və ya nişanlama xassəsini istifadə edərək nizama salma metodu artıq səmərəsiz olmaqdadır. Belə ki, əgər məlumat bir neçə kateqoriyaya aid isə, bir neçə qovluğa qeyd etmək lazım olur. Bəzən də, iş yerində lazım olan əlfəcinin, ev bilqisayarında qeyd olduğunu kəşf edir. Başqa zaman da, nişanladığı veb saytın çalışdığı bilqisayarda olduğundan əmin olduğu halda, yüzlərcə əlfəcin arasından tapmaqdansa, Google istifadə edərək o məlumatı yenidən tapmaq daha asan olur. Bəzi saytları kolleqa və ya dostları ilə paylaşmaq istədikdə isə onları taparaq e-məktub ilə göndərməli olur. İlqar isə Anar ilə eyni şərtərdə olduğu halda məlumatı daha səmərəli tənzimləməkdədir. Səbəbi isə yaddas.com kimi ictimai nişanlama (əlfəcin) xidmətlərdən istifadə etməkdədir. Tapdığı məlumatın veb ünvanını yaddas.com xidmətinə 1 siçan kliki ilə qeyd etməkdədir. Qeyd etdiyi ünvana 1 və ya çox “teq” (açar söz) əlavə edərək, gələcəkdə teq vasitəsiylə yaddas.com-da axtarış apararaq məlumatı daha qısa zamanda istədiyi məkanda tapmaqdadır. Buna əlavə olaraq istədiyi insanlara sadəcə teqləri bildirərək, yaddas.com-a qeyd elədiyi əlfəcinləri onlarla paylaşa bilməkdədir.

Yaxşı bəs bu ictimai nişanlama (əlfəcinləmə) nədir?

Qısaca, ictimai nişanlama (əlfəcinləmə), istənilən veb ünvanları ümumi veb saytlara şəxsi əlfəcinlər arasına qeyd edərək “teq”ləməkdir (açar söz əlavə etmək). İctimai əlfəcin kolleksiyasını əmələ gətirmək üçün, yaddas.com kimi, Azərbaycanın ilk(?) milli ictimai nişanlama saytından qısa qeydiyatdan keçmək kifayətdir. Veb sayt sahibləri isə veb saytlarına ictimai əlfəcin saytının keçidini əlavə edərək, ziyarətçilərin, həmin saytın məqalə və ya bir bölməsini ictimai əlfəcinlərinə əlavə edərək, saytin “page rank”ini arttırmaqdadırlar. Axtarış motorları isə “page rank”i yüksək olan saytları ilk səhifələrində təqdim etməkdədirlər.

Yaddas.com, ilk növbədə müəllifin ehtiyaclarından meydana çixan bir proyektdir. İlk zamanlar xarici ictimai nişanlama (əlfəcinləmə) xidmətindən istifadə edən müəllif, daha sonra Azərbaycan dilində belə bir xidmətin təqdim edilməsinə qərar verdi. Mikrosoftun .NET texnologiyasından istifadə edilərək kodlanan və müəllifin dolu iş qrafiki səbəbindən, hələ beta versiyasında olmaqla bərabər, tam funksiyanal vəziyyətdədir. İstifadəçilərin təkliflərini diqqətə alaraq inkişafa açıq bir sistemdir. Hal hazırda planlanan funksiyaların alfa testleri keçirilməkdədir və yaxın zamanda beta versiyada istifadəçilərin xidmətinə təqdim ediləcəkdir. Ziyarətçilər, veb saytda yerləşən əlaqə formu vasitəsi ilə təklif və rəylərini bildirməklə sistemin inkişafında yer ala bilərlər.

İstifadə edilən qaynaq: "7 things you need to know about Social Bookmarking" URL: www.educause.edu/eli

10 şərh

2ral
Aydınlıq məqsədi ilə deyim ki ictimai nişanlama social bookmarking deməkdir. Özüm yaddasdan aktiv istifadə edirəm.Amma kateqoriyalarda olan problemlər çoxdur. Yəqin ki onlar da qısa zamanda düzələcək.
HTML
WP-cumulus plugin yaxşı etməmisən.charset dəstəyi pisdir,Azərbaycan hərflərini dəstəkləmir. Türklər cumulusu dəyişdiriblər,ondan istifadə et.
Kateqoriyaları diggdən götürmək çox pis fikirdir.Amerikada basketbol oynayırlar,ona görə də basketbol üçün kateqoriya var.Axı Azərbaycanda kim basketbol xəbərini nişanlayır. Maksimum beş xəbər qoyacaqlar.Bundan ötrü durub kateqoriya açmazlar.
Qalan şeylər super.Aznetin belə proyektlərə ehtiyacı var. Uğurlar.
yaddas
Cox sagol cumulus ucun. Mendeki cumulusun UTF-8-i desteklemediyini bilirdim. Basqasini istifade ettigimde hec calismadi. Senin dediyini yoxlayaram.
Kateqoriyalarda ise tenzimlemeye gedeceyem. Fikirler ucun tesekkur edirem.
2ral
Azərbaycan hərfləri ilə translitsiz yazın.
2ral
Özüm yaddas.com istifadəçisi olduğundan onun inkişafında bəlkə də məndən çox maraqlı adam yoxdur.Təklif edirəm ki,kateqoriyalar təklif etdiyim kimi olsun:
TexnologiyadaİBM,Apple,Microsoft götürülsün,əvəzinə Aznet bölməsi əlavə edilsin. Proqram avadanlığının nə olduöunu hələ də başa düşmürəm.Burda baxıb gülürük.Gülür
Elm sahəsində biotexnologiya silinsin.Məncə dəqiq elmlər adlı bölmü yaradılsa yaxşı olar.Azərbaycan tarixi də lazımdır.
Oyun ən lazımsız bölmədir. Azərbaycanda Nintendo ilə kim maraqlanır? Ümumiyyətlə bu bölmə silinsin və Əyləncə kateqoriyasında oyunlar qoyulsun.
Yaşam kateqoriyasında səhiyyə artıqdır(tibb bölümü var).
Əyləncə kateqoriyasında şou-biznes olsun.
İdman bölümündəFormula 1,tennis və s. silinsin. Olimpiada,şahmat və futbol kifayətdir.Qalanlarını digər idman növləri adlı bölümə qoyulsa yaxşıdır.

Hikmətli sözlər funksiyası məncə artıqdır.
Gələcəkdə əlfəcinlərin idxalı/ixracını grmək yaxşı olardı.
səlahəddin
Din,islam,əxlaq haqqında bir yer olsa yaxşı olar.
2ral
Psixologiya adlı bölməyə ehtiyac var.Kayzendə bir çox postları əlfəcinləyən zamanı kateqoriya tapmaq olmur.
yaddas

Əlavə edilmişdir. Sayt açılır sizdə? Bəzi insanlar açılmadığını deyirlər.

2ral
Saytın açılmasında problemlər olur. Amma indi az-çox yaxşıdır.
IBM,Apple və s. lazımsız bölmələr hələ də qalır.
Amma insanlar adlı bölmə çox bpyükdür.Burda bir dahi fizikin həyatı haqqında da yazmaq olar,Məşədibabanın qəzəli haqqında da. Yaxşı olardı ki,Cəmiyyətin problemləri,Məşhurlar kimi bölmə yareadılsın. Heyvanlar sizcə kiməsə lazımdır? Onsuz da heyvanlardan yazmaq istəyən Biologiya bölümündə yazacaq.
Birdəfəlik qərar verin:bilmək olmur təbabətə aid xəbər tibb bölümünə aid edilsin yoxsa səhiyyə bölümünə. Səhiyyə kateqoriyasını yığışdırın və çaşqınlıq aradan götürülsün.

KAtaloqa əsaslanan layihələrdə ən çətin şey kateqoriyaları düzgün bölməkdir. Bizim kateqoriyalarda müəyyən qədər öhdəsindən gələ bilirik. Çalışın bunlara daha çox fikir verəsiniz.
yaddas

Hal hazırda çox məşğulam. Azərbaycana gəlməyə hazırlaşıram, yol üstündəyəm. Kateqoriyaları əldən keçirəcəm. Tibb və səhiyyə arasında isə fərq var. Səhiyyə tibbi olmayan yollar ilə əlaqəli ola bilər, məsələn idman ilə. Tibb nazirliyi demirlər, səhiyyə nazirliyi deyirlər. Amma mən yenə də araşdırıb baxaram.  Diqqətiniz və qayğınız üçün isə təşəkkür edirəm. Beləliklə yaddas.com inkişaf edər.