İnternet haqqında

İnternet — bir neçə kompüterler sisteminin bir birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və daimi olaraq inkişaf edən əlaqə şəbəkəsidir.

İnternet istifadəçilərin “məlumatın saxlanması, paylaşması və rahat əldə olunması” istəkləri nəticəsində yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər. İnterneti bir məlumat dənizinə yaxud çox böyük kitabxanaya bənzədə bilərik. Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.

İnternetdə vahid idarəetmə mərkəzi yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə Amerika Birləşmiş Ştatları Təhlükəsizlik nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir. Gələcək şəbəkənin strukturuna ilk addımlardan başlayaraq informasiyanın nəqlinin etibarlılığı və yuksək səviyyəli qəzaya qarşı müqavimət.

İnternetin əsas xidmətləri Elektron poçt ( e-mail ), Telekonfranslar və nəhayət WWW - informasiya-sorğu verilənlər bazaları, hökümət sənədləri, kitabxana kataloqları və sair kimi çoxsaylı müxtəlif sənədlərdən ibarət olan hipermətn mühiti.

— İki və ya bir neçə kompüter verilənlər mübadiləsi məqsədi ilə bir birinə qoşulduqda kompüter şəbəkəsi yaranır.

— Bir təşkilatın kompüterlərini birləşdirən şəbəkəyə Lokal şəbəkə və ya LAN (Local Area Network) deyilir.

— Lokal şəbəkələri və fərdi istifadəçiləri birləşdirən şəbəkə Qlobal şəbəkə və ya WAN (Wide Area Network) adlanır.

— Lokal şəbəkəni (LAN) qlobal şəbəkə (WAN) ilə birləşdirənkompüter və bu kompüterdəki proqram təminatı şlyuz (Gateway) adlanır.

Qlobal şəbəkələri birləşdirən daha yüksək səviyyəli şəbəkə də mövcuddur. Bu şəbəkə İnternet adlanır. İnternet bütün dünya üzrə müxtəlif kompüterlər arasında ünsiyyət üçün imkan yaradan və informasiya mübadiləsini təmin edən şəbəkələr şəbəkəsidir.

Müxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin belə bir ünsiyəti nəticəsində ortaya üyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədi ilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart (protokol) işlənmişdir. Bu protokol - [[TCP/IP']] (Transmission Control Protocol / Internet Protocol) - verilənlərin nəqlinə nəzarət/İnternet protokoludur.

İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı kompüterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya Modem (modulyator- demodulyator) deyilir.

Sizin İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir. İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 255.255.100.123 . Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir.

Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə olunur. Məsələn, www.elm.az Burada www(world wide web) elm domen .az isə birinci səviyyəli domendir.Internetdə altdomenlər(subdomain) də mövcuddur.Məs.:http://www.firststeps.az. Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS - domain name service) tərəfindən yerinə yetirilir.

Göstərilən birinci səviyyəli, təşkilat domenləri mövcuddur:

  • .com kommersiya ilə məşğul olan təşkilatlar
  • .edu - təhsillə məşğul olan təşkilatlar
  • .org - kommersiya ilə məşğul olmayan təşkilatlar
  • .gov - hökumət təşkilatları
  • .mil - Amerika Birləşmiş Ştatları -ın hərbi təşkilatları
  • .int - beynəlxalq təşkilatlar
  • .net - şəbəkə xidmətləri göstərən təşkilatlar

Məsələn: www.azercell.com ; www.wikipedia.org Birinci səviyyəli təşkilat domenlərindən başqa, kompüterin yerini müəyyənlaşdirən coğrafi domenlər də var. Birinci səviyyəli coğrafi domenlər:

  • .az - Azərbaycan
  • .de - Almaniya
  • .fr - Fransa
  • .se - İsveç
  • .ru - Rusiya
  • .jp - Yaponiya
  • .us - Amerika Birləşmiş Ştatları
  • .tw - Tayvan
  • .tr - Türkiyə
  • .ua - Ukrayna
  • .ro - Rumıniya
  • .kz - Qazaxıstan
  • .tk - Takilao
  • .ge - Gürcüstan
  • .uk - Böyük Britaniya

Brauzer və ya Veb səyyah - Sizin kompüterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır. İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brauzer müştəri-server sxemindən istifadə edir. Bu sxemdə sizin kompüter - müştəri kimi, uzaqda yerləşən kompüter isə server kimi çıxış edir. Ən geniş yayılmış brauzerlər İnternet Epxlorer,Opera,Google Chrome və Mozilla Firefox sayılır.

loading...

0 şərh