Internetdə ünsiyyət

İnternet şəbəkəsində istifadəçilərə mü əy yən informasiya xidməti göstərən vasitələr İnternet xidmətləri adlandırılır. Bu xidmət ləri iki qrupa bölmək olar: kommunikasiya xidmətləri və informasiya xidmətləri. Ən geniş istifadə olunan kommunikasiya xidmətləri ilə tanış olaq.
Elektron poçt. Elektron poçt ən geniş yayılmış şəbəkə xidmətidir. Elektron poçtun iş prinsipi adi poçtdan istifadə etmiş hər bir kəsə intuitiv olaraq aydındır. Şəbəkənin hostkompüterini məktubların çeşidləndiyi və poçt şöbələrinə paylandığı mərkəzi poçtamtla müqayisə etmək olar. Poçt şöbələrində hər bir abonent üçün poçt “qutusu” olur və ona ünvanlanmış göndərişlər həmin “qutuya” daxil olur. Elektron poçtun üstünlüyü onun ope rativliyində və rabitənin yüksək keyfiyyətindədir. Çatdırma sürəti, gecəgündüz iş rejimi, göndərişlərin eyni zamanda çoxsaylı adresata yol lana bilməsi, alınan poçtun istifadəçi tə ləb edənədək host-kompüterdə saxlanması və çoxlu digər imkanlar elektron poçtu adi poçtdan fərq ləndirir. Müasir elektron poçt proq ramları mətn informasiyaları göndərməklə yanaşı, həm də məktublara başqa növ faylları – böyük həcmli mətn sə nəd lərini, arxiv fayllarını, şəkil, video, səs və s. olan faylları da qoşa bilir.
Telekonfrans. Telekonfrans elektron poçtun bir növüdür. Bu, şəbəkə istifadəçiləri arasında müəyyən mövzu üzrə mütəşəkkil informasiya müba di ləsidir. Elm və texnikanın müxtəlif sahələrə geniş inteqrasiyanı nəzərdə tutan müasir dövrümüzdə bu tele kom munikasiya ünsiyyət növü xüsusilə aktualdır.
Telekonfranslar üçün nə coğrafi, nə də dil sərhədləri var. Telekonfransda mühüm rolu aparıcı oynayır. İştirakçıların dəvət olunması, ünsiyyət dilinin seçilməsi, müzakirələrin idarə olunması və onlara yekun vurulması kimi təşkilati işlər aparıcıya həvalə olunur. Konfrans iştirakçılarının tərkibi və sayına, həmçinin, onun müddətinə heç bir məhdudiyyət qoyulmur, müzakirələr, hətta, yarım il də çəkə bilər. Öz məruzəsini, yaxud məlumatını təqdim edən iştirakçı ayrıca bir adresata deyil, konfransın bütün iştirakçılarına müraciət edir.Adətən, telekommunikasiya şəbəkəsində eyni vaxtda müxtəlif mövzularda çoxlu sayda konfranslar keçirilir və istifadəçi onların istənilən birində iştirak edə bilər.
“On-line” ünsiyyət. Bəzən hər hansı problemi operativ olaraq dialoq prosesində müzakirə etmək zərurəti yaranır. Belə hallarda onlayn (ingiliscə on-line – xətdə) adlandırılan real zaman rejimində ünsiyyət texnologiyasından istifadə olunur.

Telefonla unsiyyət həmişə on-line rejimində baş verir. Teleqram gondərkən siz blankı off-line rejimində doldurursunuz, sonra teleqrafc. on-line rejimində teleqramı rabit. xəttilə ötürürr; sonra isə teleqramın unvanlandığı şəxs onu off-line rejimində oxuyur. Onlayn rejim informasiyanın ötürülməsi üçün maksimal operativliyin tələb olunduğu hallarda, məsələn, birjalarda, bank işlərində çox tətbiq olunur. Bu üsuldan kütləvi informasiya vasitələri interaktiv sorğular, “canlı” dialoqlar zamanı geniş istifadə edir lər.
• Adi istifadəçilər də ünsiyyət üçün onlayn xidmətlərdən yararlana bilərlər. Son zamanlar İnternet istifadəçiləri arasında mətn şəklində replikalar mübadiləsi geniş yayılıb. Real zaman rejimində belə söhbətlərin aparılmasını təmin edən sistemlər “gap otaqları” (chat room) adlanır. Gaplarda həmsöhbətlərdən birinin kom püterində yığılmış mətn eyni zamanda başqasının da ekranında görünür.
• Gənclər arasında İnternet vasitəsilə daha bir ünsiyyət növü – İnternet-peycerlər geniş yayılıb. Elektron poçtda olduğu kimi, burada da real zamanda qısa məlumatların və hətta, faylların mübadiləsini aparmaq olar. Ən məşhur İnternet-peycinq sistemi ICQ (ay-si-kyu) proq ramıdır. Ənənəvi İnternet xidməti olan elektron poçtdan fərqli olaraq ICQ şəbəkəsində məlumatlar ani ötürülür. İnternet-peycinqin hər bir abonentinin fərdi nömrəsi olur və şəbəkə ünsiyyətinin həvəskarları bir-birlərinə təkcə elektron poçt ünvanlarını deyil, həmçinin ICQ nömrələrini (ICQ#) də verə bilərlər.
ICQ termini ingilis dilindəki “I seek you” (“Mən səni axtarıram”) ifadəsindən yaranıb.

İnternet-telefoniya. İnternetdə danışıq və ya səs siqnallarını ötürmək üçün İnternet-telefoniya texnologiyasından istifadə olunur. Da nışıq zamanı səs siqnalları sıxılıb kodlaşdırılaraq verilənlər paketinə çevrilir. Sonra bu paketlər İnternet vasitəsilə əks tərəfə gön dərilir. Adresata çatan paketlər dekodlaşdırılaraq yenidən səs siqnalına çevrilir.İnternet-telefoniyada danışıq haqqı adi telefon rabitəsi ilə müqayisədə bir neçə dəfə aşağıdır (xüsusən, beynəlxalq danışıqlar üçün).

2 şərh

rekxa
cox  maraqsiz bu cox maraqsiz saytdi
Gülnar
Düz deyirsiz əşşi siz hara bu sayt hara