Internetdən video yüklə

Yəqin ki, bir çoxlarımız internetdə gördüyümüz videolardan bəzilərini öz kompüterimizə yükləmək istəmişik. Amma bəzilərimiz bunu necə etməyi bilmirik. Bu yazıda mən internetdən video yükləməyin bir neçə yolu haqda yazacam. Ümidvaram işə yarayacaq və istifadəsi asan olacaq.

1.       Video yükləməyin ən sadə yolu www.youtube.com saytından yükləmə etməkdir. Belə ki, istədiyiniz videonu tapırsız, həmin video linkinde "www."-dan sonra, "youtoube.com/...." əvvəl "ss"  yazırsız və enter basırsız. Məsələn, https://www.youtube.com/watch?v=p4z10zEp6es linkində "ss" yazıb enter basaq (http://www.SSyoutube.com/watch?v=p4z10zEp6es), avtomatik başqa sayta keçməlidir. Açılan səhifədə video üçün format seçin (flv, mp4 və s. ) və yükləmə başlayacaq.        



2.       Bu yol bir az çətindir, amma imkanları daha çoxdur, demək olar ki, istənilən saytdan istənilən video və səs fayllarını köçürməyə imkan verir. Mahiyyəti ondan ibarətdir ki, web browser video yaxud səs oxudarkən onu kompüterin yaddaşına müvəqqəti fayl kimi yükləyir, o faylı biz görmürük və müəyyən vaxtdan bir silinir həmin fayllar. Adətən videolar flash playerdə oxutmaq üçün nəzərdə tutulduğundan əksər web saytlarda videolar .flv formatında olur, o videonu kompüterin yaddaşında saxlamaq üçün sadəcə həmin videonu tapıb adının axırına .flv yazıb istədiyimiz yerə köçürmək kifayətdir. Browserin müvəqqəti faylları saxladığı qovluq browserə və əməliyyat sisteminə görə dəyişir. Mən indi bir neçə browser üçün Windows 7 əməliyyat sistemində müvəqqəti faylların yerini qeyd edəcəm. Ümid edirəm kömək edəcək.
a. Google Chrome --> C:\Users\"USERNAME"\AppData\Local\Google\Chrome\User Data\Default\Cache
b. İnternet Explorer -->: C:\Users\"USERNAME"\AppData\Local\Microsoft\Windows\Temporary Internet Files
c. Mozilla Firefox, Opera --> Məsləhət deyil :)
Qeyd 1. Göstərilən qovluqları tapmaq üçün "Gizli qovluqları göstər" seçimini aktiv etməyi unutmayın! Bunun üçün: "My Computer"ə girin, yuxarıda "Tools" (əgər yoxdursa ALT düyməsini basın çıxsın) ordan "Folder options", ordan "View" ordan "Show hidden files, folders and drives"
Qeyd 2. Xeyli sayda qovluqların yaxud faylların içərisindən sizə lazım olan adlı faylı tapmaq üçün həmin adın baş hərfini yazın, axtarış asanlaşsın.
Qeyd 3. Müvəqqəti faylların saxlandığı qovluqda çoxlu sayda fayllar olur ki, bu da bizə lazım olan faylın tapılmasını çətinləşdirir. Ona görə əvvəlcə browserin müvəqqəti fayllarını silib sonra istədiyiniz videoya baxın ki, müvəqqəti fayllar qovluğunda lazım olan faylı asanlıqla tapa biləsiz.
Qeyd 4. Müvəqqəti fayllar qovluğunda axtarışı asanlaşdırmaq üçün qovluqda faylları ölçüsünə görə nizamlayın (video fayllar adətən 7000 kb-dan çox, səs faylları isə 2000-3000 kb olur). Faylları ölçüsünə görə nizamlamaq üçün həmin qovluqda boş yerdə mausun sağ düyməsini basın, "sort by" ordan da "size" və "descending" variantlarının hər ikisini seçin ki, faylları ölçüsünə görə an böyük birinci olmaqla sıralasın.

Yazını özüm hazırladığım üçün müəllif hüquqlarının qoruyun! İstifadə (yenidən nəşr) üçün müəllifə bildiriş və istinad edilməsi vacibdir! (c) eGo

Şərhlərdə münasibət və suallarınızı görmək xoş olar.
 

6 şərh

ORIGINAL
Bunları bilirdim,yenə Çox sağolun...Elə məhz,nəşrin müəllifi özünüz olduğuna görə səs verdim.Gələcək nəşrlərnizdə uğurlar)
eGo
Təşəkkürlər, yəqin bilməyən da tapılar ;)
2ral
Mozilla Firefox, Opera --> Məsləhət deyil :) yazdığınıza görə bir minus məndən:)
eGo
bu minus plus-dan düzəməlli başım çıxmır :) Mən ən birinci İE, sonra Opera, sonra Mozilla, axırda Google Chrome işlətmişəm. Ən rahatı Chrome-dur məncə. Bundan başqa, Opera və Mozilla-da lazım olan müvəqqəti faylları tapmaq kifayət qədər çətindi məncə. Salamatı İE yaxud Chrome-dur. Ona görə məsləhət deyil yazmışam. Ama məndə 4-ü də var, o biriləri də ara-sıra işlədirəm.
Old_Baku_
mən bütün internet həvəskarlarına Windows 7 sistemindənsə,Windows xp(zver) məsləhət görərəm.Ən yaxşı browser isə operanı.bu təkcə mənim yox çox komputer mühəndislərinin məsləhətidi.ego məqalənə görə təşəkkürlər.
eGo
Məni öldürsələr də XP işlətmərəm, ZVER heç işlətmərəm :) Kompüterin normal gücü varsa niyə də Windows 7 işlətməyəsən? Professional səviyyədə bəlkə də XP-nin hansısa üstünlükləri var, ama adi kompüter istifadəçiləri üçün Windows 7 məncə yaxşıdı (adicə axtarış, update, dizayn bəsdi XP-dən imtina etmək üçün). Maraqlıdı siz hansı üstünlüklərinə görə XP seçirsiz?