html yazı kodlaşdırmaları (FB səhifələr və s. üçün)
Bu yazımın əsas mətləbinə keçməzdən öncə əvvəlki yazılarıma keçid verirəm (Onları oxumamısınızsa bu yazı faydasız ola bilər):
1. Facebook-da səhifələrin yaradılması, və tənzimləmələr: oxumaq üçün bu keçidi izləyin
2. Facebook səhifələrdə html tab (əlavə vərəq) yaradılması: oxumaq üçün bu keçidi izləyin
Bu və növbəti bir neçə yazımı isə bəzi zəruri html kodlaşdırmalara həsr etmək istəyirəm. Yazılar sırf həvəskar olduğu üçün professional olmayan hər kəs sərbəst yoxlaya bilər. Çox asandı məncə.
Beləliklə hazırlaşın “html yazı kodlaşdırmaları” barədə oxuyun və dərhal tətbiq edin ki, rahat, maraqlı və yadda qalan olsun.
İşə başlamaq üçün sizə lazımdı fb-də “static html tab” (salamatı budu, sonradan ölçü filan tənzimləməli olmursan) yaxud online html redaktorlar (bu keçidə baxa bilərsiniz) yaxud html redaktor proqramlar (məsələn coffecup html editor, amma düzü mən primitiv yolları seçirəm).
Html kodlaşdırma teqlərlə aparılır. Hər bir şeyin müxtəli teqləri var. Kodlaşdırma belə bir ardıcıllıqla aparılır: açılış teqi(<nəsə>), məzmun (keçid, yazı və digər teqlər ola bilər), bağlama teqi (</nəsə>). Bəzən 1 teq daxilində açmaq və bağlamaq da mümkündür (məsələn  yaxud
). Bütün teqi açdıqda diqqətli olun ki, düzgün şəkildə bağlayasınız. Yoxsa teqlərınız işləməyəcək. Həmçinin teq içində teq açdıqda bağlayarkən açdığınız ardıcıllığı gözləməlisiniz (birinci açılan teq ən axırıncı bağlanır – yazının davamında diqqət yetirərsiniz bunlara). Həmçinin teqlər daxilində müxtəlif dəyərlərdən (ölçü, doğru/yalnış, və s.) istifadə oluna bilər və bunlar həmin dəyərin təyinatı (align, height və s.), = işarəsi və dırnaq işarəsi içində dəyər (“dəyər” yaxud ‘dəyər’) yazılmaqla sıralanır.
Aşağıda ən vacib mətn teqlərini verirəm, tətbiq etməklə rahat öyrənə bilərsiz:
1.  Başlıq teqi:
Başılq yazısı
Burada rəqəm başığın ölçüsünü müəyyən edir. 1 ən böyük olmaqla, 6-ya qədər kiçildə bilərsiniz.
2. Paraqraf Teqi:
Paraqraf mətni
3.
Yazını qalın etmək (bold):  Qalın yazı
4.
Yazının altından xətt çəkmək (underline):  Altından xətt çəkilmiş yazı
5.
Yazının meyyli etmək (italic):  İtalic yazı
6.
Bir sətir aşağı düşmək (breakline):
Bu teq klaviaturada “enter” düyməsinə bənzəyir. Yazının istənilən yerində bu teq qoyulduqda “enter”-i bir dəfə basmış olursuz.
7.
Yazını istədiymiz boşluqlarla olduğu kimi saxlamaq:
isənilən sayda boşluq və yeni sətir (enter və probel düymələri
Nəzərə alın ki, bu halda yazı formatlanmır və gorkəmsiz olur.
8.
Məsələn:  Menim 14 ölçülü, mavi rengli, Çiller yazım
9.
Mərkəzə çəkmə (Center):  Mərkəzdə yazı
10.
Sağa çəkmək (align, heç bir xüsusi teq olmadıqda solda olur): burda bir balaca iş var. Belə ki, başlığı, paraqrafı, şəkli və sairi sağa, sola, mərkəzə      çəkmək üçün “align” kodundan istifadə etmək olar. Bunun üçün açılış teqində əsas teqdən sonra bir boşluq buraxıb align=”right” (sağa) yaxud “left”      (sola), “center” (mərkəzə), “bottom” (aşağıya), “middle” (ortaya), “top” başa. Yazmaq lazımdır.
Məsələn:
Sağda Başlıq yazısı
11.
Yazının indeksdə-aşağıda (subscript) yazılması: <subscript> İndeks yazı
12.
Yazının üstdə (superscript) yazılması: <superscript> Üst yazı
İki və daha artıq teqi birləşdirməyi də yazım, mətn redaktəsini sökün-dağıdın ;)
Əgər mən paraqrafın həm qalın həm altından xətt çəkilmiş, həm də meylli olmasını istəyirəmsə bu teqləri ardıcıllıqla düzmək lazımdı. Belə ki, əvvəlcə açılış teqlərini, sonra məzmunu sonra isə bağlama teqlərini yazmaq lazımdır. Məsələn:
Mənim bildiyim hər şey :)
Bu yazını sağa çəkmək istəsəz paraqraf açılış teqinə aling=”right” əlavə edirik, başqa heç nəyi dəyişmirik.
Ümid edirəm maraqlı və faydalı olar. Fikirləriniz, sual və tənqidləriniz maraqlı olardı.
Növbəti yazımın html şəkil kodlaşdırmaya aid olmasını nəzərdə tuturam.
Yazını özüm hazırladığım üçün müəllif hüquqlarının qoruyun!
İstifadə (yenidən nəşr) üçün müəllifə bildiriş və istinad edilməsi vacibdir!
© eGo
2 şərh
Niyaz
təşəkkürlər posta görə bunların hamısını bilirəm php-ni öynənməyə hazırlaşıram hazırda…
eGo
php hələlik mənim başıma görə deyil… istədiyim şeyləri etmək üçün html və CSS-dən copy-paste kifayət edir :)