Kanada

Kanadanın sahəsi 10 mln km2 olub, Rusiyadan sonra dünyanın 2-ci böyük ölkəsidir. Şimaldan cənuba böyük məsafədə uzanan ölkə ərazisində Arktik səhralardan-çöllərə qədər təbii zonalar yayılıb. Relyefi müxtəlifdir. Düzənliklər üstünlük təşkil edir. Qərbində uzanan Kordilyer dağları və geniş şimal ərazisi insanın təsərrüfat fəaliyyətini çətinləşdirir. ICM-nin başlıca xüsusiyyəti cənubda ABŞ-la yanaşı olması və 3 okean suları ilə əhatə olunmasıdır.
Kanadanın bayrağı

10 əyaləti və 2 ərazisi olan Kanada dövlət quruluşuna görə Ingiltərə birliyi çərçivəsi daxilində federativ dövlətdir. Kanada əhalisi 35 mln nəfər olub, əsasən ingilis (13 mln) və fransız (9 mln) mənşəli olduqlarından ölkədə 2 dövlət dili (ingilis və fransız) mövcuddur. Yerli əhali olan hindi və eskimoslar bütün əhalinin 1,3%-ni təşkil edir. Əhalinin təbii artımının I tipə daxil olan Kanada əhalisi qismən təbii artım, əsasən isə immiqrontların hesabına artır.
Kanada əhalinin sıxlığına görə IEÖ arasında Islandiya və Avstraliya ilə yanaşı axırıncı yerdə durur. Əhali ABŞ-la sərhəd zonasında sıx, Kanada-Arktika arxipelaqı və Kordilyer dağları ətrafında çox seyrək məskunlaşıb. Əhalinin 76%-i şəhərlərdə yaşayır. Iri milyonçu şəhərləri Monreal, Toronto və Vankuverdir. Əhalinin yarısı 3 geniş urbanizasiyalaşmış arealda: Böyük Göllər ətrafı, Kvebek əyalətində və Sakit okean sahillərində cəmləşib. Kənd əhalisi dağlıq tipli fermer təsərrüfatlarında yaşayır.
«Böyük yeddilər» qrupuna daxil olan Kanadanın inkişafına aşağıdakı amillər təsir edib:
Müstəmləkə asılılığının tezliklə ləğv edilməsi əhalinin sayının nisbətən az olması ilə, olduqca zəngin torpaq və mineral resurslara malik olması, kütləvi mühacir və intensiv xarici sərmayə axını, işçi qüvvəsinin çatışmaması ilə əlaqədar texnikanın sürətli inkişafı.

Kanadanın təsərrüfatı əvvəlcə Ingiltərənin, sonralar isə ABŞ-ın təsiri altında formalaşıb, zəngin xammal ehtiyatlarına malik Kanada əksər IEÖ-dən fərqli olaraq bu ehtiyatların 80%-ni ixrac edir. O, xüsusilə meşə, hidroenerji, neft, qaz, müxtəlif filiz yataqları ilə zəngindir.
KanadaKanadanın iqtisadiyyatı postindustrial mərhələyə qədəm qoyduğundan fəal əhalinin əsas hissəsi xidmət sahələrində (1-ci yer), sənaye (2-ci yer) və qismən k/t-da (3-cü yer) çalışır.
Enerjinin 2/3 hissəsini SES-lər, qismən isə IES və AES-lər verir. Emaledici sənayenin strukturunda metallurgiya və maşınqayırma hakim mövqe tutur. Qara metallurgiyanın əsas mərkəzi Hamiltonla (boksit istisna olmaqla) əsaslanan əlvan metallurgiya, xüsusilə Qayana və Yamaykadan gətirilib. Qara metallurgiyadan fərqi olaraq bu sahə ixracat əhəmiyyəti daşıyır.
Maşınqayırma – nəqliyyat maşınları, radioelektronika, cihazqayırma ilə, həm də meşə tədarükü və ağac emalı üçün maşın və avadanlıq istehsalı ilə təmsil olunur.
Kanada təsərrüfatının ənənəvi sahəsi meşə tədarükü, ağac emalı və sellüloz-kağız sənayesidir.
K/t yalnız ölkənin cənubunu mülayim-kontinental iqlim qurşağını əhatə edən düzənlikləri əhatə etsə də yüksək məhsuldarlığı və intensiv inkişafı ilə fərqlənir. Əsasən ixracat əhəmiyyətli k/t-nın 60%-ni heyvandarlıq tutur. Kanada adambaşına düşən buğda istehsalına və ixracatına görə dünyada 1-ci yeri tutur.
Kanada istehsal etdiyi məhsulun 2/3-ni, xüsusilə xammal, yarımfabrikat və ərzaq məhsullarını ixrac edir, əvəzində isə hazır sənaye məhsulları, boksit, pambıq, kauçuk, qəhvə və kakao idxal edir. Xarici ticarətin 2/3-si ABŞ-ın payına düşür.
Daxili fərqlər:
1. Mərkəz bölgəsi- Kanadanın sənaye ürəyi olub- Ontario və Kvebek əyalətlərindən ibarətdir. a) Ontario əyaləti Kanadanın ən güclü sənaye rayonu olub, ölkənin ən iri şəhərlərindən olan Toronto, Hamilton, Londonu və ölkənin paytaxtı Ottava şəhərini əhatə edir. Kvebek əyaləti-sənaye gücünə görə Ontariodan sonra Kanadanın 2-ci iri əyalətidir. Fransız mənşəli kanadalıların yığcam yaşadıqları Kvebek əyaləti uzun müddətdir ki, Kanadadan ayrılaraq müstəqil ölkə yaratmaq arzusundadırlar. Ən iri şəhəri Monrealdır.
2. Atlantik sahili bölgəsi- avropalılar tərəfindən ən birinci məskunlaşmış ərazilərdir. Region Daş kömürü, meşə, dəmir filizi və hidroenerji resursları ilə zəngindir.
3. Çöl əyalətləri bölgəsi -3 əyalətdən ibarət olub, neft və uran yataqları, buğda əkinləri ilə məşhurdur.
4. Sakit okean bölgəsi-dağ meşələri ilə zəngindir. Ən iri şəhəri Vankuverdir.

0 şərh