Cənub-şərqi Asiya ölkələri

Regionda Hind-Çin yarımadası və Malay arxipelaqında yerləşən 11 ölkə var. Bu ölkələrin əlverişli ICM mühüm dəniz yolları üzərində, Hind və Sakit okean arasında yerləşmələridir. Bu regionda dünyanın ən iri limanlarından biri Sinqapur yerləşib.
Regionun əhalisi çoxmillətlidir. Onlar müxtəlif dinlərə sitayiş edirlər. Region əhalisinin 2/5 hissəsi Islam, 2/3 hissəsi isə xristian, buddizm və s. dinlərə sitayiş edirlər. Əhalinin sürətli təbii artımı bir sıra problemlər yaradır. Bu ərazi dünyanın ən sıx məskunlaşmış 5 regionundan biridir.
Əksər region ölkələri ASEAN təşkilatına aid olan yeni sənaye ölkələridir. Ixracatda elm tutumlu sənaye məhsullarının rolu artır. Region ölkələrinin sürətli inkişafının səbəbləri - ucuz işçi qüvvəsi, bol xammal və Yaponiyanın bu regiona güclü təsiridir.
Cənub-şərqi Asiya

Region ölkələri zəngin mineral, su və meşə ehtiyatlarına malikdirlər. Emaledici sənayedə yüngül, yeyinti, neft emalı və elektrotexnika sahələri üstünlük təşkil edir. Laos, Myanma və Kamboca regionun ən geri qalmış ölkələridir.
Musson iqlimi, bol rütubət, münbit torpaqlar k/t-nın inkişafına təkan verir. K/t-da əkinçilik əsas yer tutur. Burada tropik və subtropik bitkiləri yetişdirilir. Regionun əsas bitkisi çəltikdir. TailandVyetnam ABŞ-dan sonra dünyada ən çox düyü ixrac edən ölkələrdir. Dünyada yetişdirilən təbii kauçukun yarıdan çoxunu Malayziya verir. Bütün region ölkələrində paxlalı bitkilər, ədviyyat, qarğıdalı, qəhvə, çay, şəkər qamışı, maniok və batat yetişdirilir. Heyvandarlıq zəif inkişaf edib. Iri buynuzlu maldarlıqdan iş qüvvəsi kimi istifadə edilir. Əhalini qida rasionunda balıq və s. dəniz canlıları əsas yer tutur.
Regionun yarımada və adalarda yerləşməsi, bu ölkələrdə dəniz nəqliyyatının yaxşı inkişafına səbəb olur.

0 şərh