Cənubi Asiya ölkələri

Regiona Himalay dağlarından cənubda və Hind okeanındakı adalarda yerləşən 7 ölkə aiddir. Son dövrlərdə güclü inkişaf tempi götürməsinə baxmayaraq, bu ölkələr hələ də dünyanın ən geri qalmış regionlarından biridir. Region ölkələrindən yalnız ikisində – Hindistan və Pakistanda müasir sənaye sahələri yaradılıb. Region ölkələrinin təsərrüfatında k/t hakim mövqe tutsa da, son zamanlar emaledici sənaye sahələri sürətlə inkişaf edirlər. Hindistan və Pakistanda maşınqayırma məhsullarının çəkisi artır. Bu region ölkələri dünya bazarını - çay, cut, ədviyyat, təbii kauçuk, yun, pambıq və pambıq parçaları ilə təmin edir.
Cənubi AsiyaƏrazisinin böyüklüyünə və əhalisinin sayına görə dünyanın ən böyük ölkələrindən biri olan Hindistan regionun ən əsas aparıcı ölkəsi sayılır. O, 25 ştat və 6 ərazidən ibarət olan federativ ölkədir. Hindi və ingilis dili dövlət dilləri sayılır. Hindistan dünyanın ən çoxmillətli ölkəsidir. Əhalinin 4/5-i hinduizm, 1/10-i isə islam dininə etiqad edir. Yüksək təbii artımı azaltmaq üçün dövlət «hər ailəyə 2 uşaq « siyasəti həyata keçirir. Buna baxmayaraq Hindistan Çindən sonra dünyanın 2-ci böyük ölkəsi olaraq qalır. Urbanizasiyanın səviyyəsi aşağıdır (30%). Ən iri şəhərləri Kəlkətə, Mumbay, Dehli və Mədrəsdir.
Hindistan dəmir filizi, daş kömür və digər faydalı qazıntılarla zəngindir. Onun təsərrüfatında k/t əsas yer tutur ( əsasən əkinçilik). Hindistanda çay, qəhvə, şəkər qamışı, pambıq, çəltik, buğda və cut yetişdirilir. Buna baxmayaraq Hindistanda EHM, AES və kosmik tədqiqatlar üçün avadanlıqlar hazırlanır. Atom enerjisi istehsalına görə Hindistan «üçüncü dünya ölkələri» içərisində əsas yer tutur. Ölkədə Yerin süni peyklərinin buraxılması və digər kosmik proqramlar həyata keçirilir.

1 şərh

ayxansevda
deyirəm bu qədər hər şey inkişaf edir, beyin də bu surətə qoşulur yeniliklər, texnologiya və s Sual yaranır- Bəs Çin, yaponiya, hindistan və başqa bütpərəst ölkələr böyük informasiya axınına baxmayaraq niyə təkallahlı olan dinlərə keçmirlər maraqlıdı 21 əsrdə də hansısa bütün «gücünə» inanırlar?