Afrika ölkələri

Afrikada 53 dövlət yerləşir ki, bunun da yalnız CAR IEÖ-lər, Tunis isə YSÖ-ləri qrupuna daxildir. Afrika iqtisadi cəhətdən dünyanın ən geridə qalmış regionudur. O, savadsızlığa, uşaq ölümünün ən yüksək və orta ömür müddətinin ən aşağı göstəricilərinə görə dünyada 1-ci yeri tutur. Afrika əhalisinin 70%-i kasıb və acınacaqlı şəraitdə yaşayır.
Afrika ölkələrinin əksəriyyəti son 30-40 ildə müstəqillik qazanıb. Afrikanın əksər ölkələri unitar respublikalarıdır. Yalnız Svazilend, Lesoto və Mərakeş konstitusiyalı monarxiya; Nigeriya, Efiopiya v CAR federativ quruluşa malikdirlər.Afrika ölkələri
Etnik tərkibinin müxtəlifliyinə görə bu region yalnız Asiyadan geri qalır. Burada 200-dən artıq xalq yaşayır. Afrika əhalisinin başlıca xüsusiyyəti onun sayının sürətlə artmasıdır. Nəticədə o, dünyanın ən «cavan» regionuna çevrilmişdir. «Demoqrafik partlayış» ərzaqla təminatı və digər sosial problemləri daha da kəskinləşdirir. Region əmək resursları ilə yaxşı təmin olunsa da, ixtisaslı kadrlara böyük təlabat var. Fəal əhalinin 2/3 k/t-da çalışır. Afrika urbanizasiyanın səviyyəsinə görə dünyanın digər regionlarından geri qalsa da, urbanizasiyanın sürətinə görə dünya 1-çiliyi saxlayır.
Afrikanın iqtisadiyyatında k/t məhsulları istehsalı və hasilat sənayesi üstünlük təşkil edir. Əksər ölkələrdə emaledici sənaye yaranma mərhələsindədir. Təsərrüfatın ərazi strukturu üçün paytaxtların, hasilat rayonlarının və ixracat portlarının yüksək inkişafı xarakterikdir. Bir sıra ölkələrdə k/t məhsulları istehsallarının artım sürəti əhalinin artım sürətindən geri qalır.
K/t-nın əsas sahəsi əkinçilikdir. Əksər ölkələrin k/t dar ixtisaslı –monokultur istiqamətdir. Səhra və yarımsəhra, həmdə tropik ərazilərdə yaşayan əhali xüsusilə quraqlıq illərində aslıq çəkir. Əkinçiliyə nisbətən zəif inkişaf edən heyvandarlıq ekstensiv xarakter daşıyır.
Afrika ölkələri sənaye xammalı və k/t məhsullarını ixrac edir əvəzində isə maşın, avadanlıq və ərzaq alırlar. Afrika ərazisinin böyük hissəsində ekoloji vəziyyət kəskindir. Bura meşələrin qırılması, səhralaşma quraqlıq və su çatışmazlığı daxildir.
Daxili fərqlərinə görə Afrika 5 regiona bölünür.
1. Şimali Afrika-inkişaf səviyyəsinə görə 5 regiona Afrikanın ən inkişaf etmiş regionudur. Regiona daxil olan 7 ölkədən biri –Tunis YSO-dır. Region ölkələrinin hamısı ərəb dilində danışır və islam dininə sitayiş edirlər. Regionun ICM-nin başlıca xüsusiyyətləri Aralıq və Qırmızı dənizlər ilə əhatə olunması, Süveyş kanalının onun ərazisindən keçməsi, Avropa və Cənub Qərbi Asiya ölkələrinə yaxınlığıdır. Regionda neft, qaz, (Liviya, Əlcəzair, Misir) dəmir filizi və fosforit (Mərakeş) çıxarılır. Sənaye mərkəzləri əsasən Aralıq dənizi sahillərində və ona yaxın rayonlardadır.
2. Qərbi Afrika ölkələri: Atlantik okeanı sahillərində yerləşən 8 ölkədən ibarətdir. Qərbi Avropa və Şimali Amerikaya yaxınlıq onun ICM-ni əlverişli edir.
Liberiya dəmir filizi, Qvineya-boksit, Niger-uran, Nigeriya- neft hasilatı üzrə ixtisaslaşıb. Ümumilikdə isə regionun iqtisadiyyatında k/t, xüsusilə əkinçilik (kakao, yer fındığı, palma yağı) üstünlük təşkil edir.
3. Mərkəzi Afrika ölkələri-olduqca geri qalmış (KDR-dan başqa) 11 dövlətdən ibarətdir. Region ölkələri meşə, k/t, filiz xammalının hasilatı üzrə ixtisaslaşıb. Yalnız KDR-də tam silsiləli əlvan metallurgiya sənayesi yaradılıb.
4. Şərqi Afrika ölkələri Hind okeanı sahillərində yerləşmiş 10 ölkədən ibarətdir. Region mineral resursların, həm də ümumiyyətlə sənayenin inkişaf səviyyəsinə görə Afrikanın digər rayonlarından geri qalır. Sənaye yalnız Zambiyada nisbətən yaxşı inkişaf edib. Zambiya və Zair (Kanqo) ölkələri arasında dünyanın məşhur «Mis qurşağı» yerləşir. Region dünya bazarına qəhvə, çay, pambıq, dəri, ədviyyat və diri qaramal çıxarır.
5. Cənubi Afrika ölkələri Atlantik və Hind okeanları arasında yerləşən 10 ölkədən ibarətdir. Region qızıl, platin, almaz, kömür, dəmir və əlvan metal filizləri ilə zəngindir. Namibiyada qaragül qoyunçuluğu inkişaf edib. Afrikanın yeganə IEÖ-si CAR bu regiondadır.
CAR «köçürülmə ölkələr» sırasına daxil olub, digər Afrika ölkələrinə nisbətən burada avropalıların xüsusi çəkisi böyükdür. Xammal ehtiyatları zəngin CAR almaz, qızıl və uranın hasilatına görə dünyada qabaqcıl yer tutur.

Həmçinin bax: Afrikanın fiziki coğrafiyası

0 şərh