Amerika Birləşmiş Ştatları

ABŞ-ın sahəsi 9,3 mln. km2 olub, ərazisinin böyüklüyünə görə dünyanın 4-cü ölkəsidir. ABŞ- şimalda Şimal Buzlu, qərbdə Sakit, şərqdə Atlantik okeanları əhatələnib. Okeanlarla əhatə olunması onun Avropa və başqa qitə ölkələri ilə ticarət iqtisadi əlaqələrini asanlaşdırmaqla yanaşı, həm də onu uzun sürən dağıdıcı müharibələr gedən Avropa və Asiyadan təcrid etmişdir. Quru sərhədi yalnız 2 dövlətlə, şimalda Kanada, cənubda Meksika ilədir. Meksika ərazisindən Latın Amerikası ölkələri ilə quru yol əlaqəsi var. ABŞ-ın belə ICM-yi ölkə təsərrüfatının inkişafına müsbət təsir göstərir.
Amerika (ABŞ)ABŞ 50 ştatdan və dövlətin paytaxtı yerləşən Kolumbiya federal mahalından ibarət federativ respublikadır. Ərazisi 3 hissədən; 1) Əsas hissə (48 ştat), 2) Alyaska 3) Havay adalarından ibarətdir.
Əhalisi 288 mln. nəfər olub, dünyanın 3-cü böyük ölkəsidir. Əhali həm təbii artım, həm də kütləvi immiqrasiyanın hesabına artır. Indi ABŞ-da 100-dən artıq millət (bunun 12%-i zənci, 11%-i ispan dilli xalqlar, 6%-i Asiya mənşəli, 1%-i yerli hindulardır) yaşayır.
Əhalinin təbii artımının I tipinə aid olan ABŞ-da yaşlıların və etnik azlıq təşkil edənlərin sayı sürətlə artır.
Müasir ABŞ-da məşğuliyyətin «postindustrial» tipi səciyyəvidir. Belə ki iqtisadi cəhətdən fəal əhalinin 75%-i xidmət sahələrində, 25%-i isə maddi istehsalatda (sənaye və k/t) çalışır.
ABŞ əhalisinin orta sıxlığı digər IEÖ-dən aşağıdır. Lakin əhali ərazi üzrə 9 bərabər hissəyə paylanıb. Əhalinin sayına görə Kaliforniya 1-ci, Nyu-York ştatı 2-ci, Texas 3-cü və Florida 4-cü yeri tutur.
Iri şəhər aqlomerasiyalarının əksəriyyəti sahil zonasında yerləşdiyindən əhalinin sayı dənizsahili ərazilərdə artıq, daxili ərazilərdə isə azalır. Çikaqo, Nyu-York və Los -Anceles- ABŞ-n ən iri aqlomeriasiyalarıdır. Ümumiyyətlə ABŞ-da urbanizasiyanın səviyyəsi yüksəkdir. Əhalinin 80%-i şəhərlərdə yaşayır. ABŞ-da 3 nəhəng meqalopolis var.
1.Bosvaş (Boston-Vaşinqton) və ya Atlantik okeanı sahili meqalopolisi ABŞ-ın Ən iri meqalopolisi olub, bura Vaşinqton, Nyu-York, Filadelfiya, Baltimor və Bostan şəhərləri daxildir.
2. Göllərətrafı və ya Çippits (Çikaqo-Pitsburq) meqalopolisinə həmçinin Detroyt şəhəri də daxildir.
3. San-San (San-Diyeqo-San Fransisko) və ya Sakit okean meqalopolisinə həm də Los Anjeles şəhəri də daxildir.
Dağınıq formalı kənd yerlərində fermer tipli məskunlaşma üstünlük təşkil edir.
Faydalı qazıntılarla zəngin olan ABŞ ərazisini 2 hissəyə ayırmaq olaraq: 1. Filiz yataqları ilə zəngin –dağlıq qərb. 2. Yanar faydalı qazıntıları ilə zəngin platformadan ibarət şərq hissə. ABŞ neft, qaz, kömür, uran, dəmir və s yataqları ilə zəngin olsa da o dünya bazarından bu məhsulları almaqda davam edir. Buna səbəb xaricdən alınan xammalın daha ucuz başa gəlməsi, öz təbii ehtiyatlarını gələcək nəsil üçün saxlamaq məqsədi güdür. Meksika körfəzi, Kaliforniya, Texas və Alyaska neft-qazla; Appalaç dağlarındakı Kentukki və Qərbi Virciniya Daş kömürlə; Kaliforniya dağları qonur kömür, əlvan və nadir metallar, uranla; Yuxarı Göl rayonu dəmir filizi ilə zəngindir.
ABŞ iqtisadiyyatının sürətli inkişafı amillərlə bağlıdır.
1. Zəngin təbii ehtiyatlara, əlverişli iqtisadi coğrafi mövqe.
2. Feodal mülkiyyətinin olmaması və baş torpaqların fermerlərə paylanması.
3. Böyük daxili bazar.
4. Avropadan daha təşəbbüskar əhalinin və kapitalın axıb gəlməsi.
5. Fəhlə qüvvəsinin çatışmazlığı və bahalığı nəticəsində texnikanın sürətli inkişafı.
6. XX əsrdən «ağıllar axını» siyasətinin aparılması.
Bütün bu amillərin nəticəsində ABŞ kapitalizmin «köhnə» ölkələrdən olan Ingiltərə və Fransanı ötüb keçmişdir.
Sənayesinin 90%-ni emaledici, 10%-ni isə hasiledici sənaye verir. YEK-yerli və gətirilmə xammalına əsaslanır. ABŞ blkədə istehlak edilən neftin 50%-dən çoxunu Meksika və Iran körfəzi ölkələrindən alır.
ABŞ-da istehsal edilən elektrik enerjisinin ¾ hissəsini kömür, neft və qaz çıxarılan rayonlarda yerləşən IES-lər, 20%-ni AES-lər və qismən IES-lər verir. Ən iri IES-lər Tennesi və Kolumbiya çayları üzərindədir. Bu çayların enerjisindən istifadə etmək məqsədi ilə idxal xammala əsaslanan iri alüminium müəssisələri tikilib.
Qara metallurgiya –kokslaşan kömür və dəmir filizi ilə zəngin Böyük Göllər ilə Appalaç dağları arasında , əlvan metallurgiya isə əlvan filizləri ilə zəngin dağlıq ştatlarında inkişaf edib. Son illər ABŞ-ın köhnə filiz yataqları tükəndiyindən metallurgiya zavodları gətirilmə xammala əsaslanan dəniz limanlarına meyl edir.
Maşınqayırma ABŞ-ın hər 3 meqalopolisində xüsusilə Miçiqan və Detroyt şəhərində cəmlənmişdir. ABŞ-da istehsal olunan avtomobillərin 90%-i Detroytda yerləşən «Ford», «Ceneral motors» və «Kraysler» şirkətlərinə məxsusdur. Avtomobilqayırmanın 2-ci mərkəzi Kaliforniya ştatıdır. Burada «Boinq» təyyarələri, aviaraket-kosmik və elektron sənayesi güclü inkişaf ilə seçilir. (xüsusilə Los Anjeles şəhəri)
Kimya sənayesi ABŞ-ın neft-qaz hasilatı rayonlarında xüsusilə Texasın «neft kimya paytaxtı» sayılan Hyuston şəhərində inkişaf edib.
Yüngül xüsusilə toxuculuq sənayesi bol qadın işçi qüvvəsinə, pambıq və süni lif istehsalına, geniş istehlak bazarına malik olan Cənubi Atlantik sahili ştatlarında təmərküzləşmişdir.
ABŞ-da onlarla sənaye rayonu olsa da, onlardan ən irisi Los-Anceles, Çikaqo və Nyu-Yorkdur.
ABŞ-ın təbii şəraiti k/t-nın inkişaf üçün əlverişlidir. Ölkə geniş torpaq sahələrinə-qərbdə otlaq, şərqdə isə əkin sahələrinə malikdir. K/t-na yararsız torpaq sahələrinə Kordilyer və Appalaçin dağlıq əraziləri, Atlantik okeanının bataqlaşmış ovalıqları, Alyaska və səhralar aiddir.
Ölkədə mülayim subtropik və tropik iqlim qurşağının müxtəlif k/t bitkilərinin yetişdirilməsinə imkan verir. Qərbdə suvarma, şərqdə isə dəmyə əkinçiliyi inkişaf edib. K/t məhsulunun 2/3-ni heyvandarlıq verir. Heyvandarlıqla , həm də südlük, həm də ətlik qaramal yetişdirilməsi üstünlük təşkil edir. Qoyun və donuz əti quş ətinin rəqabətinə davam gətirmir. ABŞ broyleri ildə 5 mlrd toyuq (xüsusilə Corciya, Şimali və Cənubi Karolina ştatlarında) yetişdirilir.
Əkin sahəsinin ölçüsünə görə başlıca yerli dənli bitkilər, xüsusilə buğda və qarğıdalı tutur. Qarğıdalı ABŞ-ın Milli bitkisidir. Əkin sahələrinin 2/3-ni tutan bu bitkilər əsasən Mərkəzi və Böyük Düzənliklərdə (xüsusi ilə Ayova ştatında), çəltik və pambıq isə ölkənin cənubunda yetişdirilir. Şəkər qamışı Meksika körfəzi sahilində və Havay adalarında, şəkər çuğunduru Göllər ətrafı və dağlıq ştatlarda, tütün, Virciniya, Kentukki ştatlarında, meyvə və tərəvəz isə Kaliforniyada becərilir.
Fəal əhalinin yalnız 2,6%-i k/t-da çalışsa da ABŞ-ın k/t-ı böyük həcmdə və müxtəlif məhsul istehsalı ilə, intensiv inkişafı, yüksək məhsuldarlığı və ixtisaslaşmanın yüksək dərəcəsi ilə səciyyələnir. ABŞ-ın k/t-da çalışan 1 işçi 80 nəfəri ərzaqla təmin edir. K/t məhsullarının ümumi istehsalına görə ABŞ dünyada Çin və Hindistandan sonra 3-cü, ixracatına görə isə 1-ci yerdə durur.
Nəqliyyat. ABŞ-da quru yol nəqliyyatının tikinti üçün yalnız Kordilyer dağlarında bir sıra çətinliklər var. Çayların xüsusilə Böyük Göllərin təbii yol kimi mühüm əhəmiyyəti var. Avtomobil, boru kəmər və hava nəqliyyatı ilə rəqabət apararaq işləyən dəmir yol xətlərinin çoxu sökülüb. Çikaqo-ABŞ-ın ən iri nəqliyyat qovşağıdır.
Xarici ticarətin 2/3-i IEÖ-lər, xüsusilə Qərbi Avropa, Yaponiya və Kanada ilədir. Yapon və Qərbi Avropa malları ABŞ-ın daxili bazarında müvəqqətiyyətlə satıldığından ABŞ-ın ticarət saldosu mənfidir. ABŞ həmçinin iri kapital ixracatçıdır. Əsas kapitalı Kanada və Ingiltərəyə yönəldir.
Daxili fərqinə görə 4 iqtisadi rayona ayrılır.
1. Şimal-Şərq rayonu ərazisinə görə ən kiçik, iqtisadi gücünə görə isə ən böyük rayonudur. Buna ICM-in əlverişliliyi və təbii resurslarla zəngin olması təsir etmişdir. Bosvaş meqalopolisi bu rayondadır.
2. Cənub iqtisadi rayonu ABŞ-ın ən zəif inkişaf etmiş rayonudur. Rayon neft, qaz, kömür, fosfor yataqları ilə zəngindir. Son illər Texasda neft-kimya sənayesi, Floridada isə hərbi aviakosmik kompleks yaradılıb.
3. Orta Qərb rayonu kömür və dəmir filizi ilə zəngindir Bu rayonda Çipits meqalopolisi və ABŞ-ın avtomobil paytaxtı Detroyt şəhəri yerləşir. Rayon da buğda və qarğıdalı əkinləri, südlük, ətlik heyvandarlıq güclü inkişaf edib.
4. Qərb iqtisadi rayonu ABŞ-ın ən cavan və ən sürətli inkişaf edən iqtisadi rayonudur. Rayon neft-qaz və filiz yataqları ilə zəngindir. Regionda San-san meqalopolisi yerləşir. Alyaska və Havay ştatları da Qərb iqtisadi rayonuna daxildir. Regionda yerləşən Kaliforniya ştatını sənayenin güclü inkişafı ilə əlaqədar «dövlət daxilində dövlət» adlandırırlar.

Amerikan;n iqtisadi regionları

Həmçinin bax: ABŞ iqtisadiyyatının müasir vəziyyəti

loading...

0 şərh