Dünya əhalisinin yaş-cins tərkibi. Əmək ehtiyatları

Ölkənin demoqrafik vəziyyəti, ilk növbədə, əhalinin yaş tәrkibindәn (strukturundan) asılıdır. Yaş tərkibi əhalinin müxtəlif yaş qrupları üzrə paylanmasıdır.
Əhalinin yaş tərkibinə doğulan uşaqların sayı və orta ömür müddəti və miqrasiyalar təsir edir. Əhalinin yaş tərkibində doğumun yüksək olması uşaqların, orta ömür müddətinin çox olması isə yaşlıların payını artırır.
Ölkə əhalisinin yaş tərkibi dövlətin әmәk ehtiyatları ilə təmin olunmasının əsas göstəricisidir. Əmək ehtiyatları yaşı 16–65 olan və əmək qabiliyyətinə malik, işləməyə hazır olan əhalidir. Ölkə əhalisi                                         Əmək qabiliyyətinə malik olan və hər hansı sahədə işləyənlər iqtisadi cәhәtdәn fәal әhali adlanır. Əmək ehtiyatlarının tərkibinə həm də işsizlәr daxildir. İşsizlər işləmək istəyən və işaxtaran insanlardır.Dünya əhalisinin 45%-i iqtisadi cəhətdən fəal əhalidir. Çoxsahəli təsərrüfat strukturuna malik olan Qərbi Avropa, Şimali Amerika ölkələri və Rusiyada bu göstərici 48– 50%-ə çatır, Asiya, Afrika və Latın Amerikası ölkələrində isə 35–40%-dir.
Sabit iqtisadyyata malik olan ölkələrdə işsizlik səviyyəsi, adətən 7–8%-dən artıq olmur. Bu səviyyənin daha yüksək olması ölkədə ciddi iqtisadi problemlərin yarandığını göstərir. Statistik məlumatlar əsasında işsizlik səviyyəsini hesablamaq mümkündür.
Əhalinin işçi qüvvәsinә daxil olmayanlar qrupuna iş qabiliyyəti olsa da, işləməyən və ya fəal iş axtarmayan yetkin insanlar daxildir.
Ölkədə əmək qabiliyyəti olmayan əhalinin sayının iqtisadi cəhətdən fəal əhalinin sayına olan nisbəti demoqrafik yük adlanır. Dünyada orta hesabla hər 100 iqtisadi cəhətdən fəal işçi təqribən 70 nəfər uşaq və təqaüdçünü təmin edir.
Demoqrafik göstəricilər arasında əhalinin cins tәrkibi mühüm rola malikdir. Әhalinin cins tәrkibi kişi və qadınların faiz nisbəti ilə müəyyən olunur.
Asiya ölkələrinin əksəriyyətində kişilər sayca üstündür (məsələn, Hindistanda hər 1000 nəfər kişiyə 940, Şri-Lankada isə 897 qadın düşür). Bu, qadınların ağır həyat şəraiti və kişilərin orta ömür müddətinin qadınlara nisbətən çox olması ilə bağlıdır. Rusiya, Avropa və Şimali Amerikada isə qadınlar sayca üstündür. Bu isə qalanların daha uzunömürlü olması ilə əlaqədardır.


Müəllif: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova
Mənbə: Coğrafiya 9 Ümumtəhsil məktəblərinin Coğrafiya fənni üzrə Dərslik

Oxşar məqalələr

 

0 şərh