Рейтинг
+16.58

İqtisadi coğrafiya

20 üzv, 33 topik

Maddi və qeyri-maddi istehsal sahələri

Hər hansı məhsulun istehsal edilməsi prosesi müxtəlif sayda təsərrüfat müəssisələrini əhatə edir. Eyni tələbatı ödəyən müəssisələr tәsәrrüfat sahәlәri yaradır. Məsələn, insanların qidaya olan tələbatını ödəmək üçün fəaliyyət göstərən müəssisələrin yeyinti sәnayesi adlanır. Kənd təsərrüfatı məhsulları istehsalı isə kənd təsərrüfatı sahəsini əmələ gətirir.
Maddi və qeyri-maddi istehsal sahәlәri vardır. Təsərrüfat sahəsinin tərkibi və istehsal olunan məhsullar nə qədər mürəkkəbdirsə, istehsal sahələri də bir o qədər çoxsahəlidir; məsələn: bir təyyarə yüz iyirmi mindən çox hissə və detaldan ibarətdir. Onların hazırlanması yüzlərcə müəssisədə xeyli sayda ixtisaslı kadr, daim yenilənən texnoloji avadanlıq və s. tələb edən mürəkkəb bir istehsal prosesidir. Hər hansı istehsal prosesi elektrik enerjisi, nəqliyyat vasitələri və yolları olmadan fəaliyyət göstərə bilməz.
Davamı →

Əhalinin sayının artımı və onun tənzimlənməsi

Dünya əhalisinin təbii artımında yüksək göstəricilər üstünlük təşkil etmişdir. Əhali artımının ənənəvi tipi adlandırılan II tip çox yüksək doğum və aşağı ölüm nəticəsində yüksək təbii artımla (hər 1000 nəfərə 12 nəfər və daha artıq) səciyyələnir.
Doğumun yüksək olması adət-ənənə, dini amillər, təhsil, ailə planlaşdırılmasının olmaması ilə əlaqədardır. Belə ölkələrdə kənd təsərrüfatı işlərində işçi qüvvəsi tələb olunduğu üçün erkən yaşlarından uşaqlar əməyə cəlb edilir. Əvvəllər ölüm hallarının yüksək olması əhalinin sanitar-gigiyenik həyat şəraitinin pis və səhiyyənin zəif inkişafı ilə əlaqədar idi. Tez-tez baş verən epidemiyalar və müharibələr də çoxsaylı insan itkisinə səbəb olurdu.
Davamı →

Dünya əhalisinin yaş-cins tərkibi. Əmək ehtiyatları

Ölkənin demoqrafik vəziyyəti, ilk növbədə, əhalinin yaş tәrkibindәn (strukturundan) asılıdır. Yaş tərkibi əhalinin müxtəlif yaş qrupları üzrə paylanmasıdır.
Əhalinin yaş tərkibinə doğulan uşaqların sayı və orta ömür müddəti və miqrasiyalar təsir edir. Əhalinin yaş tərkibində doğumun yüksək olması uşaqların, orta ömür müddətinin çox olması isə yaşlıların payını artırır.
Ölkə əhalisinin yaş tərkibi dövlətin әmәk ehtiyatları ilə təmin olunmasının əsas göstəricisidir. Əmək ehtiyatları yaşı 16–65 olan və əmək qabiliyyətinə malik, işləməyə hazır olan əhalidir.
Davamı →

Avropa, Şimali Amerikanın və Avstraliyanın əhalisi

Avropa, Şimali Amerika və Avstraliya həyat səviyyəsinin yüksək olduğu regionlardır. Bu regionlarda doğum və ölümün aşağı göstəriciləri və bunun nəticəsi kimi təbii artımın azlığı müşahidə olunur. Keyfiyyətli qidalanma və tibbi xidmət səviyyəsinin yüksəlməsi orta ömür müddətinin artmasına səbəb olmuşdur. 2012-ci ilin göstəricilərinə görə, orta ömür müddəti İtaliyada 83 il, Fransada isə 82 il təşkil edir.
Son illərdə Avropa, Şimali Amerika və Avstraliyada doğulanların sayının azalması isə bir çox amillərlə bağlıdır:
Davamı →

Asiya, Afrika və Latın Amerikasının əhalisi

Asiya, Afrika və Latın Amerikası dünyada əhalinin çox olması ilə fərqlənən regionlardır. Bu regionlarda doğumun yüksək olmasına bir çox amillər təsir edir:
– milli adәt-әnәnәlәr: erkən nikahlar, çoxuşaqlılıq, ailədə oğlan uşaqlarına üstünlük verilməsi;
– dinin tәsiri: ailədə uşaqların sayının məhdudlaşdırılmasının qadağan edilməsi;
– gender problemi: qadınların əksəriyyətinin evdar qadın olması, cəmiyyətin həyatında fəal iştirak etməməsi, təhsil hüquqlarının pozulması və s.
– ailәnin iqtisadi tәlәbatı: aqrar iqtisadiyyat şəraitində uşaqların əlavə işçi qüvvəsi olması, yaşlı valideynlərin övladlarının himayəsində yaşaması.
Davamı →

Dünyanın kənd təsərrüfatı

Kənd təsərrüfatı maddi istehsalın ən qədim və geniş yayılmış sahəsidir. Dünyanın bütün ölkələrində kənd təsərrüfatı az və ya çox dərəcədə inkişaf etmişdir. Kənd təsərrüfatının 2 əsas tipi — əmtəəlik və istehlak tipləri ayrılır. Əmtəəlik kənd təsərrüfatına intensiv, yəni yüksək məhsuldarlığa malik əkinçilik, yem bazasına əsaslanan intensiv heyvandarlıq aiddir. İstehlak tipli təsərrüfata isə aşağı məhsuldarlığa malik ekstensiv əkinçilik və otlaq heyvandarlığı daxildir. İnkişaf etmiş ölkələr üçün kənd təsərrüfatının yüksək əmtəəlik tipi səciyyəvidir.
Davamı →

Dünyada emaledici sənayenin coğrafiyası

ETİ dövründə emaledici sənayenin sahəvi və ərazi quruluşunda əsaslı dəyişikliklər baş vermişdir. Xüsusilə maşınqayırma, elektroenergetika və kimya sənayesi sahələri daha sürətlə inkişaf etməyə başlamışdır. Bu sahələrin artım sürəti digər sahələrdən yüksək olduğu üçün onları “avanqard üçlük” adlandırırlar. Elmi-texnki tərəqqinin sürəti bu sahələrin inkişafı ilə sıx bağlıdır.
ETİ müxtəlif sənaye sahələrinin coğrafiyasına da təsir göstərmişdir. Elektroenergetika sənayesində istehsalın yarıdan çoxu inkişaf etmiş ölkələrin payına düşür.
Davamı →

Dünyanın siyasi münaqişə regionları

Siyasi münaqişə müxtəlif siyasi qüvvələr arasında hakimiyyət, təsir dairəsi və resurslar uğrunda mübarizədir. Müasir dünyada baş vermiş iki dünya müharibəsi miqyasında münaqişələr olmasa da, onların sayı çoxdur. Hazırda dünyanın, demək olar ki, hər yerində kiçik müharibə ocaqları mövcuddur. Bu münaqişələr etnik, siyasi, ərazi və s. səbəblərdən yaranır.
Müxtəlif dövlətlərin ərazisində separatçı qüvvələrin təsiri ilə tanınmamış qurumların yaranması və uzun illər ərzində fəaliyyət göstərməsi dünya xəritəsində “qaynar nöqtələr”in yaranmasına səbəb olmuşdur.
Davamı →

Nəqliyyatın coğrafiyası

Əhəmiyyətinə görə nəqliyyat maddi istehsalın üçüncü sahəsidir. Bu sahə ölkələr arasında coğrafi əmək bölgüsünün əsasını təşkil edir. Beynəlxalq coğrafi əmək bölgüsü (BCƏB) region və ölkələrin müəyyən məhsul və ya xidmət sahəsi üzrə ixtisaslaşması və onun mübadiləsidir. Ölkələr arasında məhsul mübadiləsi nəqliyyatın müxtəlif sahələri vasitəsilə həyata keçirilir.
ETİ dövründə nəqliyyatda konteynerləşmə — yüklərin iri metal qutularda, yəni konteynerlərdə daşınması nəqliyyatın bütün növlərinin inkişafına təkan vermişdir.
Davamı →

Qlobal ekoloji problemlər

Elmi-texniki tərəqqi bəşəriyyət qarşısında həlli çətin olan problemlər yaratmışdır. Onların içərisində əsas yeri insan və ətraf mühit arasında münasibətlər tutur. XX əsrdə əhalinin 4 dəfə, istehsalın həcminin isə 18 dəfə artması Yerin təbiətində ciddi problemlər yaratmışdır. Ətraf mühitə antropogen təsir dünyanın bütün ölkələrini əhatə etdiyi üçün bu, qlobal ekoloji problem adlandırılmağa başlanmışdır.
Qlobal ekoloji problemlərin, yəni ətraf mühitin çirklənməsinin səbəbi istehsal və istehlak zamanı yaranan tullantıların təbiətə qaytarılmasıdır. Hazırda bu tullantıların miqdarı ildə 300 mlrd. tonu keçmişdir.
Davamı →