İnsanın təkamül planının mühüm hissəsi

Həzrət Peyğəmbərin (s) pak İtrətinə (ə) qarşı hər birimiz lazımi qədər diqqətliyikmi?Bu sual əbəs yerə verilməmişdir. Məsələ burasındadır ki, Allah Təala bizim Əhli-Beytə (ə) qarşı diqqətsiz ola biləcəyimizi bildiyindən, irəlicədən bizi bu barədə Qurani-Kərimdə xəbərdar etmişdir.
“Əl-Bəqərə” surəsinin 150-ci ayəsinə baxaq.Ayənin işi, ilk baxışda, müsəlmaların qiblə məsələsini həll etməkdir, amma daha geniş anlamda o, Əhli-Beytə (ə) qarşı diqqətli olmaq məsələsini əhatə edir.
İnsanın təkamül planı
Besətdən sonra (peyğəmbərliyə seçildikdən sonra) Həzrət Muhəmməd peyğəmbər (s) 13 il üzünü Beytül-Müqəddəsə (yəhudilərin ibadət yeri) tutaraq namaz qılmışdı.Məkkə bu vaxta qədər bütpərəstlərin ibadət yeri olduğu üçün, müsəlmanlar buranı bir müddət möhtərəm saymaq istəməmişdilər, ona görə də üzlərini Məkkəyə tutmamışdılar.Bu zaman yəhudilər müsəlmanlara söz ataraq, onların müstəqil olmadıqlarını, yəhudilərin ardıcılları olduqlarını deyirdilər.Müşriklər də onlara qoşulub deyirdilər ki, İbrahimə (ə) hörmət edən Peyğəmbər, onun tikdiyi Evə qarşı hörmətsizlik etməməlidir.
 
Həzrət Peyğəmbər (s) daha sonra İlahi vəhyin nazil olması ilə üzünü Beytul-Müqəddəsdən Beytül-Hərəmə (Məkkə) çevirdikdə, bu iradtutmalar və mənasız söhbətlər yenə də davam etmişdi.Yəhudilər və müşriklər bir tərəfdən, münafiqlərsə o biri tərəfdən, xırda məsələləri böyüdür və deyirdilər ki, İslam peyğəmbərində (s) sabit rəy yoxdur. O, üzünü gah Beytul-Müqəddəsə tutur, ga da Beytül-Hərəmə.Bir sözlə, İslam Peyğəmbərinə (s) qarşı daimi yersiz irad və bəhanələr irəli sürülür, qarışıqlıq yardılırdı.
Beləcə 150-ci ayədə Allah Təala müsəlmanları bu mübahisələrdən, bu məsələlərdən xəbərdar edərək bildirirdi ki, qiblənin dəyişməsi ilə bağlı bu hallar yaşanılacaq, müsəlmanlara əziyyətlər ediləcəkdi. Ona görə də bu vəziyyət müsəlmanları qorxutmamalıdır.Qiblənin dəyişməsinin bir İlahi mahiyyəti var idi ki, bunu da ayədən anlayırıq. Bu, Allahın müsəlmanlara olan nemətlərinin tamamlanması idi.
Ayədən və ümumiyyətlə onun nazil olma şəraitindən anlaşılır ki, insanlar Allah sözünə münasibətdə hər zaman birmənalı və müsbət şəkildə davranmırdılar. Yalnız həqiqi ağıl sahibləri və düşünən insanlar İlahi buyuruşların mahiyyətinə varır və onlara əməl edirdilər.
Nemətlərin tamamlanması məsələsininə Qurani-Kəriminin müvafiq ayələri aydınlıq gətirir. Bu ayələrə görə nemətlərin tamamlanması Vilayət institutunun təsis olunması ilə üst-üstə düşür.Maraqlısı budur ki, nemətlərin tamamlanması məsələsi 150-ci ayədə qiblənin dəyişdiriıməsi zamanı olan narazılıqlara əhəmiyyət verilməməsi məsələsi ilə bir yerdə gəlmişdir.Beləliklə, nəzərə alsaq ki, qiblənin dəyişdirilməsinin nəhayi vurğusu Əhli-Beytə (ə) olan qurucu münasibətin yaradılması idi, ayə oxşar narazılıqların fərqli zamanda olsa belə, meydana çıxa bilməsindən xəbərdar edirdi və bu barədə diqqətli olmağa çağırırdı.Ayə, deyilənlərdən qorxmayın, Allahdan qorxun – deyə insanlara səslənirdi.Beləliklə, anlaşılır ki, Əhli-Beytə (ə) qarşı diqqət məsələsi – insanların təkamülü ilə bağlı İlahi planın əzəli tərkib hissəsi olmuşdur.Bu məsələ ən azından qiblənin dəyişdirilməsi zamanından mövcud olmuş və ona diqqət edilməsini istəmişdir.Allahdan hər birimizə İlahi ayələrə qarşı diqqətli ola bilməyi arzu edirəm.


Müəllif:Ülviyyə Bədəl
Mənbə:deyerler.org

0 şərh