Allah niyə insanları imtahan edir

Ayətullah Seyyid Məhmud “Niyə” kitabında yazır: “İnsanlar üçün iki şey mövcuddur: biri həqiqətlərdir, biri isə o həqiqətləri dərk etməkdir.
Çox zaman həqiqətlər insanın dərk etdiyi ilə üst-üstə düşmür. Bunun da iki səbəbi vardır
Biri budur ki, insanın dərk qüvvəsi zəifdir. Allah niyə insanları imtahan edir
İkincisi isə insana dərk etməyə mane olan amillər mövcuddur. Onlardan ən güclüsü – qürur, özünəpərəstiş, nəfsini sevməkdir. Təkəbbür qoymur ki, insan həqiqətləri dərk etsin.
Təkəbbürü aradan aparmağın ən yaxşı yolu – insanın imtahana çəkilməsidir. Bu yolla bəndə öz zəifliklərini görəcək və nə qədər zəlil bir məxluq olduğunu anlayacaqdır.
İnsan bu zamana qədər bilmir ki, nə qədər zəif bir varlıqdır. İmtahanlar ona nöqsanlarını göstərər və gözünü açar. Həqiqətlərə qarşı dərkini artırar.
Beləliklə deyə bilərik ki, insanların imtahan olunması ancaq ona görə deyildir ki, bəndənin necəliyi üzə çıxsın. Həm də ona görədir ki, bəndə öz zəifliklərini görsün və bilsin ki, necə bir varlıqdır. Əzaba və cəzaya diqqət etsin. Bilsin ki, onu qarşıda qiyamət gözləyir”. (Beytutə)
 

Mənbə: Deyerler.org

0 şərh