Allahın 99 adı və mənaları

Bismilləhir-Rahmənir-Rahim
Ə S M A Ü L — H Ü S N A
ALLAHIN 99 ADLARI
"Ən gözəl adlar Allahındır, Onu bu adlarla çağırıb dua edin....."
"Əraf" surəsi, 180-cı ayə.
İmam Sadiq (ə) buyurmuşdur: «Allah-Təalanın 100-dən bir əskik (yəni 99) adı vardır, hər kim onun bu adlarına iman gətirərək saysa behiştə düşər»
Həmin adlar bunlardır:
_____________________________________________________________________
1. ALLAH — bütün gözəl sifətləri özündə ehtiva edən
2. ƏL-VAHID — yeganə
3. ƏL-ƏHƏD — bənzərsiz
4. ƏS-SAMƏD — ehtiyacsız
5. ƏL-AXİR — hər şeydən sonra mövcud olacaq
6. ƏS-SƏMİ — hər şeyi eşidən
7. ƏL-BƏSİR — hər şeyi görən (haqq-nahaqq)
8. ƏL-QƏDİR — hər şeyə qüdrəti çatan
9. ƏL-ƏVVƏL — hər şeydən əvvəl mövcud olmuş
10. ƏL-QAHİR — zalımları qəhr edən
11. ƏL-ƏLİYY — yüksək, uca
12. ƏL-Ə'LA — ən yüksək, ən uca
13. ƏL-BAQİ — əbədi, daimi, qaları
14. ƏL-BƏDİ — həmişə ixtira edən
15. ƏL-BARİ — yaradıcı
16. ƏL-ƏKRƏM — ən kəramətli
17. ƏZ-ZAHİR — aşkarda olan (yaxud aşkardakıları bilən)
18. ƏL-BATİN — gizlində olan (yaxud gizlindəkiləri bilən)
19. ƏL-HƏYY — diri
20. ƏL-HƏKİM — çox hikmətli
21. ƏL-ƏLİM — hər şeyi bilən, çox elmli
22. ƏL-HƏLİM — çox mülayim
23. ƏL-HƏFİZ — ən yaxşı qoruyucu, mühafizəçi
24. ƏL-HƏQQ — həqiqət
25. ƏL-HƏSİB — hər şeyi hesaba alan
26. ƏL-HƏMİD — həmd edilən (yaxud həmdə layiq)
27. ƏL-HƏFİYY — öz yaratdıqlarını çox sevən
28. ƏN-NUR — nur
29. ƏR-RƏBB — bəsləyən, pərvəriş edən
30. ƏR-RAHMƏN — çox mərhəmətli
31. ƏR-RƏHİM — həmişə mərhəmətli
32. ƏR-RƏUF — mehriban, şəfqətli
33. ƏR-RAİ — hər şeyi görən
34. ƏR-RƏQİB — nəzarətçi, keşikçi
35. ƏZ-ZARİ — yaradan (yaxud bəndələrinin aqibətini müəyyən edən)
36. ƏS-SƏLAM -hər təhlükədən salamatlığa çıxaran, əmin-amanlıq və salamatlıq verən
37. ƏR-RƏZZAQ (ƏR-RƏZİQ) — ruzi verən
38. ƏL-MÖ'MİN — iman bəxş edən (yaxud iman bəslənilən)
39. ƏL-MÜHƏYMİN — himayə edən
40. ƏL-ƏZİZ — çox izzətli
41. ƏL-CƏBBAR — zalımlara əziyyət verən
42. ƏL-MÜTƏKƏBBİR — məqamı uca tutulan, böyüdülən
43. ƏS-SƏYYİD — ağa, başçı
45. ƏŞ-ŞƏHİD — hər şeyə şahid olan və nəzarətçi olan
46. ƏS-SADİQ — sədaqətli, doğrucul
47. ƏT-TAHİR — pak, saf
48. ƏL-ĞƏNİYY — ehtiyacsız, varlı
49. ƏL-ĞİYAS — köməkçi
50. ƏL-FATİR — yaradan, vucuda gətirən
Allahin adlari 99 ad
51. ƏL-FƏRD — tək, yeganə
52. ƏL-FƏTTAH — çətinlikləri həll edən
53. ƏL-FALİQ — dan yerini yaran, parçalayan
54. ƏL-QƏDİM — əzəli, olmadığı zaman təsəvvürə gəlməyən
55. ƏL-MƏLİK — mülk sahibi
56. ƏL-QÜDDUS — müqəddəs
57. ƏL-QƏVİYY — çox qüvvətli
58. ƏL-QƏRİB — çox yaxın
59. ƏL-QƏYYUM — dayanıqlı, sarsılmaz, sabit
60. ƏL-QABİZ — sıxan, canları alan, və ya qəbz edən
61. ƏL-BASİT — açıb sərən və ya səxavətli
62. QAZİYUL-HACAT — hökm verən, ehtiyacları həll edən
63. ƏŞ-ŞAFİ — şəfa verən, sağaldan
64. ƏL-MƏCİD — şan-şöhrətli, əzəmətli, ulu
65. ƏL-VƏLİYY (ƏL-MÖVLA) — dost (ağa, sərvər)
66. Əl-LƏTİF — lütf edən
67. ƏL-MƏNNAN — bəndələrinə çox ehsan edən
68. ƏL-MÜHİT — hər şeyi əhatə edən
69. ƏL-MÜBİN — hər şeyi bəyan edib aşkarlayan
70. ƏL-MÜQİT (ƏL-MÜĞİS) — ruzi verən (dada yetişən, yardımçı)
71. ƏL-MUSƏVVİR — hər şeyi formaya salan
72. ƏL-KƏRİM — çox kəramətli
73. ƏL-KƏBİR — çox böyük
74. ƏL-KAFİ — kifayət edən, hər şeyə bəs edən
75. KAŞİFÜZ-ZÜRR — zərərin üstünü açıb ifşa edən
76. ƏL-VİTR — tək-tənha
77. ƏL-ƏZİM — əzəmətli
78. ƏL-VƏHHAB — nemət bağışlayan
79. ƏN-NASİR — köməkçi, yardımçı
80. ƏL-VASE — çox əhatəli, geniş
81. ƏL-VƏDUD — bəndələrini çox sevən
82. ƏL-HADİ — hidayət edən, doğru yol göstərən
83. ƏL-VƏFİYY — vəfalı, sadiq
84. ƏL-VEKİL — himayəçi
85. ƏL-VARİS — qiyamətdə hər şey məhv olduqdan sonra tək qalacaq vücud
86. ƏL-BİRR — yaxşı sifətlərin sahibi
87. ƏL-BAİS — qiyamətdə ölüləri dirildəcək zat
88. ƏT-TƏVVAB — tövbələri qəbul edən
89. ƏL-CƏLİL — cəlallı
90. ƏL-CAVAD — səxavətli
91. ƏL-XƏBİR — hər şeydən xəbərdar olan
92. ƏL-XALİQ — xəlq edən, yaradan
93. XEYRUN-NASİRİN — ən yaxşı yardımçı
94. ƏD-DƏYYAN — hesabat gününün sahibi, hakim
95. ƏŞ-ŞƏKÜR — şükr edilən (yaxud şükrə layiq)
96. ƏS-SANE — yaradıcı
97. ƏL-ƏDL — ədalətli (yaxud ədalətin özü)
98. ƏL-ƏFÜVV — əfv edən, bağışlayan
99. ƏL-ĞƏFUR — günahları bağışlayan

7 şərh

BaKiNeC
ALLAH razı olsun qardaş.ALLAh bütün mömin ata-anaların,bacı və qardaşların üzərindən öz nəzərini, sevgi və mərhəmətini əskik etməsin.AMN
Ferid_Zeynalli
Amin qardasim. Allah senden de razi olsun
ayxansevda
bildiyimə görə Allahın adlarını uşağa qoyduqda Əl ilə deyilməlidir məs Xaliq yox Əl — Xaliq  Cavad yox Əl — Cavad
Old_Baku_
ayxansevda razıyam.Əl-dən başqa Allahın adlarını uşaqlara qoyarkən Abdur-danda istifadə etmək olar.Məs:Abdurrahman,Abdurcavad,Abdurcabbar və s.
Karizma
Deyirem gor duyada neler var.men hec bunlari bilimirdim.Beziinsanlar bele seylseri hec vaxt alamayacaqlar.Allah haminiza komek olsun
Aztelekon
Allahın mübarək adlarını sadalamaqla çox savab iş görmüsünüz.Bəlkə də bizim diqqətimizi yoxlamaq məqsədilə 43 dən sonra 45 ci adı qeyd etmisiniz.Bəs Uca Allahın 44 cü adı nədir?