Рейтинг
+61.09

islam dininin əsasları

55 üzv, 73 topik

Allah qorxusunun yeddi əlaməti .

Mömin insan, bədəninin bütün üzvləri ilə Allahdan qorxandır. Necə ki, böyük əxlaq sahibi Əbu Leys əs-Səmərqəndi, Allah qorxusunun yeddi əlaməti olduğunu xəbər verər. Bunlar belədir:

1. Dil yalandan uzaqlaşar

Allahdan qorxan qul dilini yalandan, dedi-qodudan, intriqaçılıqdan, böhtandan və boş danışmaqdan qoruyar, bunlar yerinə onu zikrlə, Quran oxumaqla və elmi danışmalarla məşğul edər.


Ardı →

Namazın faydası

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! (Əz-Zariyat surəsi, 56)
İbadət Quranda bildirildiyi kimi, yaradılışımızın səbəbidir. Zahiri görünüş baxımından mahiyyəti məlum olmayan namazda Allahı zikretmə sirrinin müxtəlif dərəcələri əks olunur və namaz təqlidi namazdan həqiqi namaza, oradan da merac namazına qədər müxtəlif səviyyə fərqlərinə malik olur.
İlk olaraq namazın əsas şərti olan dəstəmazın insan orqanizminə müsbət təsirləri barədə bəzi maraqlı məqamlara nəzər salaq.
Dəstəmaz və ya qüsl vasitəsilə:
1. Orqanizmdə toplanan elektronlar kənarlaşdırılır və onun verdiyi gərginlik yox edilir.
2. Ümumi qan dövranında olan qüsurlar aradan qaldırılır və “qocalma” prosesi yavaşıyır.
3. Orqanizmin mühafizə sisteminin əsasını təşkil edən limfa dövranı ən yüksək səviyyədə fəaliyyət göstərir.
Ardı →

Bügün İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövlud günüdür

Bütün tarixçilərin nəzərinə görə əziz Peyğəmbərimiz (s) 570-ci miladi ilində dünyaya gəlmişdir. Həzrətin (s) vəfat tarixi 632-ci miladi ilidir. Peyğəmbərimizin (s) o zaman 63 yaşı var idi.

Tarixçilər bu fikirdədir ki, Həzrət Rəbiül-əvvəl ayında dünyaya gəlmişdir. Ancaq doğum günü arasında fikir müxtəlifliyi vardır. Əhli-beyt (ə) alimləri bu fikirdədir ki, Həzrət (s) rəbiül-əvvəlin 17-də dünyaya gəlmişdir. Həzrət (s) cümə günü o mübarək gözlərini dünyaya açır. Əhli-təsənnündən olan bəzi mənbələr isə 12-si olduğunu iddia edir.

Həzrət (s) dünyaya gələn zaman Əbdülmüttəlib qoyun qurbanı kəsir. Qureyşi dəvət edir və onların toplaşdığı məclisdə Həzrətə (s) ad qoyur. Övladının adını Muhəmməd (s) qoyur. Ondan soruşurlar ki, niyə bu övladın adını Muhəmməd qoyursan? Bu ad ərəblərin arasında çox nadir bir ad idi. Deyir: “İstədim ki, həm yerdə və həm də göydə onu mədh etsinlər. Allah bu adı öz Mahmud adına yaxın olan bir ad kimi seçmişdi. Mahmud yəni bəyənilən, Muhəmməd isə mədh edilən deməkdir. Hər iki söz bir maddədən götürülmüşdür”.


Ardı →

"Amin" sözünün etimalogiyası

“Amin” sözünün etimologiyası qədim misir allah Amonun adı ilə bağlıdır. Amon və yaxud Amen, Amoun, Ammen, Amoun kimi adı gedən tanrı günəş tanrısı sayılır. Həmçinin Misir tarixində ilk tanrı sayılır.
Bibliya və Qurandan az çox başı çıxan biriləri də bilir ki, bu kitabların kökü gedib Misirə çıxır. Hətta Musa peyğəmbərin Misir fironu ilə söhbətlər və s.
Bundan əlavə bugün mövcud olan hər 3 ilahi dində günəşin tanrılaşması ilə bağlı simvollar və dəlillərə kifayət qədər çox rast gəlinir. Əgər “Zeigeist” filminin birinci hissəsinə baxan olubsa, orada İsa peyğəmbəri necə günəş simvolu kimi təqdim olunduğunu açıq aydın sübut edirlər.
Xristianların bibliyasında adı çəkilən “amin”lər İsa peyğəmbərlə bağlıdır. Halbuki Yəhudilərin Tövratında, özü də ilkin variant sayılan ibrani dildə olan kitabda isə Amin yaradılışın başlanğıcı və hər şeyin şahidcisi kimi təqdim olunur. “Tanrı Amin” sözü bir neçə yerdə işlədilir. Talmudda Amin sözü – “güvenilən tanrı” kimi qələmə verilir.
Beynəlmiləl dil sayılan latın dilində “amin” sözü “amen” kimi gedir. Həmçinin bir çox dillərdə “amin” sözü “amen” kimi yazılır və səslənir.

Ərəbcədən “Amin” sözü 3 hərifli (elif-mim-nun)


Ardı →

Dini Kəlamlar və onların mənası

Allah

Bütün varlıqları yaradan və ümumilikdə idarə edən İlahi Varlıq. Bütün müsəlmanlara ərəb dilindən gəlib. Sözün özü "İlah«dır. İlah sözü nəzərdə tutduğumuz Allah — Yaradan, Yaşadan, Yardım edən, Ən Uca, Ən Böyük və s. kimi ən ülvi mənaları özündə əks etdirir. Hazırda işlətdiyimiz ALLAH sözünün kökündə məhz „İLAH“ sözü dayanıb. Sadəcə, ərəb dilində bu kəlmənin əvvəlinə „AL“(»əl") müəyyənlik artikli qoşulub və artıq müəyyən "İLAH" mənası verən, daha dəqiq, daha konkret olan «AL-İLAH» sözü ərsəyə gəlib. Lakin ərəb dilinin qrammatikasının inkişafı tarixində «AL» müəyyənlik artiklindən sonrakı "İ" saitinin öz mahiyyətini itirməsi nəticəsində «AL-İLAH» ifadəsi «ALLAH» kimi oxunmağa və səslənməyə başlayıb.

Bismillah

«Allahın adı ilə», yaxud «Başlayıram Allahın adı ilə» deməkdir.
Ardı →

Təqlidin hökmləri

Məsələ 1: Hər bir müsəlmanın üsuli-dinə əqidəsi bəsirət və dəlillə olmalıdır. Üsuli-dində təqlid mümkün deyil. Yəni üsuli-dində ayrı bir şəxsin sözünü, yalnız onun deməsinə etimad edərək qəbul etmək olmaz. Amma İslamı əqidələrə yəqini olan bir şəxs onları izhar edirsə, bu əqidəsi bəsirət üzündən olmasa da, o şəxs müsəlman və mömin sayılır, bütün İslam və iman hökmləri də onun üzərinə düşür. Müsəlman dinin zəruri və qəti olmayan hökmlərində ya müctəhid olub dəlillərdən nəticə çıxara bilməli, ya bir müctəhidə təqlid etməli, ya da öz təklifini yerinə yetirərkən yəqin edəcək bir şəkildə, ehtiyat yolu ilə əməl etməlidir, məsələn, bir əməlin, müctəhidlərin bəzisi haram, digərləri isə haram olmadığını söyləyirlərsə, o əməli etməməli və əgər bir əməli müctəhidlərdən bəzisi vacib, digərləri isə müstəhəbb buyururlarsa, onu etməlidir. O halda müctəhid olmayan şəxslər və ehtiyata əməl edə bilməyənlər, bir müctəhidə təqlid etmələri vacibdir.


Ardı →

Allaha təvəkkül – imanın ən yuxarı mərtəbələrindən biri

“Quran”da təvəkkül.
“Qurani Kərim”də Allaha təvəkkül etmək dəfələrlə qeyd olunaraq imanlı şəxslərin xüsusiyyətlərindən hesab edilmişdir:
“...Əgər möminsinizsə, Allaha təvəkkül edin! ” (“Maidə”-23 / “Tövbə”-51).
“...Gərək möminlər Allaha təvəkkül etsinlər! ” (“Ali-İmran” — 122).
“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyir, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırır, onlar ancaq öz Rəbbinə təvəkkül edər. ” (“Ənfal”-2).
“Quran” nəzərindən təvəkkülün nə qədər əhəmiyyət kəsb etdiyini bildikdən sonra onun mənasını açıqlayırıq.
Ardı →

İslam dini haqqında

Kəlimə olaraq "İslam", təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. Termin olaraq "İslam": Peyğəmbərin xəbər verdiyi şeyləri qəbul və onlara bütün varlığıyla təslim olmaq deməkdir. Dolayısı ilə İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmirlərinə tabe olmaqdır. Bu mənada hər mömin, müsəlman, hər müsəlman da mömindir.
Allah Təala buyurmuşdur: «Allah yanında (Məqbul olan) din əlbəttə, İslamdır.» (Ali-İmran,19) «Bir din kimi sizin üçün İslamı bəyənib seçdim.» (Əl-Maidə,3)
«Tövbə edib Rəbbininzə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz». (Əz-Zümər,54)
Davamı →

Nə ücün qadınlar örtünməlidir?

Bu gün cəmiyyətimizin ən böyük problemlərindən olan iffətsizliyin, günü-gündən artması təbəqəsindən, vəzifəsindən və irqindən asılı olmayaraq hər bir insanın dərdidir. Planlı şəkildə xalqımızın arasında əxlaqsızlığın və mənəviyyatsızlığın yayılması hər birimiz üçün danılmaz bir həqiqətdir. Görəsən bu həqiqətə göz yummağımızın özü də bir həqiqətdirmi? Əgər bəzi insanların soyunub açıq-saçıq gəzməyi mədəniyyət kimi qəbul etmələrini Allah da qəbul etsəydi, o zaman heyvanlar aləmi çılpaq gəzdiklərinə görə ən mədəniyyətli varlıqlar hesab olardılar. Demək bu belə deyilsə bəs nədir? Unutmamalıyıq ki, əxlaqsızlıq bir növ ictimai xəstəlikdir və hamı bilməlidir ki, bu xəstəliyə qarşı mübarizə aparılmadığı təqdirdə hər bir şəxsin ailə üzvlərinin, yaxın adamlarının buna yoluxması qaçılmaz bir işdir. Bu gün əksər insanların cəmiyyəti bürüyən bu epidemiyaya qarşı elmi-tərbiyəvi mübarizə aparmaması çox maraqlıdır.
Ardı →

Əlifzəbər – Ə



Zöhr-Zöhr islamın insanlara vacib buyurduğu beş namazdan birinin adıdır.Zöhr kəlməsinin lüğəti mənası «günəşin zenit nöqtəsinə çatdığı vaxt»dır.Bu namazın adından da göründüyü kimi,onun qılınma vaxtı günəş zenit nöqtəsinə çatdıqdan sonradır."İsra" surəsinin 78-ci ayəsində Zöhr namazının qılınma vaxtına işarə edilib,«Bəqərə» surəsinin 238-ci ayəsində isə ona xüsusi təkid edilib.Zöhr namazı 4 rükətdir.Lakin səfərdə olan şəxs Zöhr namazını 2 rükət qılmalıdır.Bəzi islami mənbələrə əsasən ,İslamda namazın vacib edildiyi ilk vaxtlarda Məhəmməd Peyğəmbər (s.a.s) Mədinəyə hicrət edənə kimi bütün namazlar ,o cümlədən,Zöhr namazı müsəlmanların ilk nqıldığı namaz olub və zöhr adlandırılması bununla əlaqədardır,yəni «ilk zahir olan,üzə çıxarılan,qılınan namaz».Bizdə el arasında Zöhr namazına günorta namazı da deyilir.


Ardı →