İnsanın yaradılış hikməti

Kainatın yaradıcısı və onun yeganə sahibi və hakimi Uca Allah, ucsuz-bucaqsız aləmlərin kiçik bir hissəsi olan dünyamızda, digər varlıqlarla birlikdə insanı da yaratmışdır. Varlıqlar içində ən mükəmməl bir şəkildə yaratdığı insanı, dünyada xəlifə təyin etmiş və insan nəslini yer üzündə iman üçün vəzifələndirmişdir. Varlıqlar içində yalnız insanlara və insanların duyğu orqanlanyla idrak edilə bilməyən varlıqlar olan cinlərə düşünmə, anlama, öyrənmə və iradəsini istifadə etmə qabiliyyəti verərək bu iki varlıq növünə ilahi əmrlərə tabe olmağı əmr etmişdir. Yalnız insanlara və cinlərə verilən bu qabiliyyətlərə sahib olmayan digər bütün canlılar isə, ümumi mənada instinktləriylə (hisləriylə) hərəkət edərlər. Hərəkətləri müəyyən və məhduddur, özləri üçün təyin olunmuş dairənin xaricinə çıxa bilməzlər.
Bəxş etdiyi bu qabiliyyətlərlə insanı digər varlıqlardan ayıran Allah təala, kainatdakı canlı və cansız hər şeyi insan nəslinin faydalanması üçün yaratdığını xəbər vermişdir. Qurani-Kərimdə bir çox yerdə bu həqiqəti belə açıqlamaqdadır: “O (Allah), göylərdə və yerdə olan hər şeyi özündən bir lütf olaraq sizin xidmətinizə vermişdir. Düşünən bir cəmiyyət üçün, bunlarda nə qədər ibrət və dəlillər vardır.” (Casiyə, 45/13), “Yer üzündə nə varsa hamısını sizin üçün yaradan Odur.” (Bəqərə, 2/29), “Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır!)” (Mülk, 67/15), “O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! (Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları, bitkiləri, meyvələri və s.) də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allahın qüdrətini, əzəmətini bildirən) əlamətlər vardır! Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək şeylərini (inci, sədəf, mərcan) çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan! Allahın) nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, (bundan sonra Allahın nemətlərinə) şükür edəsiniz! Və ya: Sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. (Bütün bunlar) Onun lütfünü axtarmanız və (kərəminə) şükür etməyiniz üçündür!” (Nəhl, 16/12-14)

İnsanı bu əhəmiyyətli mövqeyə gətirən və ona yer üzünün xəlifəsi vəzifəsini verən Allah, bunun qarşılığında varlıqlar içində insan nəslinə əhəmiyyətli bir məsuliyyət yükləmiş, insanlara ağıl və şüur baxımından onlara ortaq etdiyi cinləri, dünya həyatında nəticəsini axirətdə çəkiləcəkləri bir imtahana tabe tutmuşdur. Bu imtahan, insanlar və cinlərin yaradılışının hikmətidir ki, bu da, yer üzündə yalnız Allaha qulluq edərək, həyatı Allahın əmr və qadağanları istiqamətində təşkil etməkdir. Verdiyi ağıl və iradə qabiliyyətiylə insanları və cinləri digər canlılardan ayıran Allah təala, bu böyük lütf qarşılığında, onlardan yalnız özünə qulluq etmələrini istəmiş və yalnız özünə ibadətlə mükəlləf tutmuşdur. Uca Allah, insanları və yenə qulluqla mükəlləf tutmuş olduğu cinləri yaratma hikmətini belə açıqlamışdır: “Mən, cinləri və insanları yalniz Mənə qulluq və ibadət etsinlər deyə yaratdım” (Zariyat, 51/56), “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.” (Mülk 67/2), “Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur. (Ya Peyğəmbərim!) Əgər desən ki: “Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!”, kafir olanlar: “Bu, açıq-aşkar sehrdən (yalandan) başqa bir şey deyildir!” — deyə cavab verərlər. (Hud, 11/7)
 
A. Peyğəmbərlik Müəssisəsinə Olan Ehtiyac
Bu dünyada imtahan üçün yaradılmış olan insanlar və cinlərin hər cür davranışları, vəzifəli yazıçı mələklər tərəfindən davamlı bir şəkildə yazılmaqdadır. Mələklərin tutduğu bu qeydlər, axirətdə hesab günündə hər insanın önünə gətiriləcəkdir. Dolayısıyla ədalətli bir imtahan verməsi üçün, insanlara bütün xeyr və şər yolların göstərilməsi, edilməsi ya da tərk edilməsi lazım olan şeyləri təyin edən qanun və qaydaların əvvəldən bildirilmiş olması lazımdır. Yenə dünyada ediləcək yaxşılıq və pisliklərin axirətdəki qarşılığının xəbər verilməsi, insanın şeytana və nəfsinə uyub pislik arxasınca qaçdığı təqdirdə alacağı cəzanın, Allahın əmrlərinə itaət etdiyi təqdirdə isə əldə edəcəyi mükafatın açıqlanması lazımdır. Uca Allah, bu məlumatlandırmağı, insanların içindən özünə elçilər olaraq seçdiyi peyğəmbərləri vasitəsiylə etmişdir.
Allah təala, dünyada insanları məsul tutduğu məsuliyyətlərini əhatə edən qulluq vəzifələrindən ibarət olan islam dinini, peyğəmbərləri vasitəsiylə göndərmişdir. Bu elçilər vasitəsiylə kainatın yeganə sahibinin özü olduğunu, özündən başqa sitayiş ediləcək bir varlığın olmadığım bildirmişdir. İnsan oğlunun üstün qabiliyyətlərlə yaradılmasının hikmətinin, əslində bir imtahandan ibarət olduğunu və imtahan müddəti sona çatdığında yenə özünə dönüləcəyini açıqlamışdır. İmtihanı qazanmanın tək yolunun, göndərdiyi peyğəmbərlərə, azad iradə ilə tabe olmaq, özünü tək ilah qəbul etmək və dinin əmrlərinə uymaq olduğunu xəbər vermişdir. Peyğəmbərlərə iman edib, dinlərinin qaydalarını lazımi şəkildə yaşayanların imtihanı qazanaraq, dünya və axirət həyatlarında bəxtiyar olacaqlarını, bunun əksinə azad iradələriylə peyğəmbərləri dinləməyib, şeytanın arxasına düşərək batil dinlər əldə edənlərin isə imtahanı itirərək əbədi olan axirət hayatında cəhənnəm deyilən narahatlıq çuxuruna düşəcəklərini bildirmişdir.
Ona qulluq etməsi üçün yaratdığı insana hərəkət azadlığı verən Allah təala, peyğəmbərləri vasitəsiylə göstərdiyi haqq yoldan uzaqlaşanları xəbərdar etmək üçün, yenə peyğəmbərlər göndərmişdir. İnsanlar arasından seçdiyi fəzilətli qullarım, bu məqsədlə elçi olaraq vəzifələndirmiş, insanlara istiqamət verəcək hər cür mesaj və əmrlərini, bu nümayəndələri vasitəsiylə təbliğ etmişdir. Elçilərinə ilahi elmi öyrətmiş və həyatın gerçək qanunlarını izah etmişdir. Ağıl vasitəsiylə çatılması mümkün olmayan qeyb məlumatlarını da peyğəmbərlər vasitəsiylə bildirmişdir.
Dünya səadətini əldə etmək və daha da əhəmiyyətlisi axirətdə xilas olub cənnətə qovuşmaq, peyğəmbərlərə tabe olmaq və göstərmiş olduqları işıqlı yolda getməklə mümkündür. Ancaq insanlar üçün bu heç bir zaman asan olmamışdır. Allah təalanın elçisi vəzifəsini yerinə yetirən peyğəmbərlər, müxtəlif millət və məmləkətlərə göndərilmişlər. Saylan rəvayətlərə görə, minləri hətta yüz minləri aşmışdır. Onlar eyni hidayət yolunun təqibçiləri və eyni vəzifəni icra etmişdirlər. İnsanları Allahın dininə çağırıb, dəvətlərini qəbul edənləri bir ümmət halında birləşdirərək Allahın qanunlarına görə bir nizam qurmaya çalışmışdırlar.
Hər peyğəmbər, özünə verilən bu vəzifəni, tam olaraq yerinə yetirmək üçün bəşər üstü bir cəhd etmişdir. Ancaq imtahan üçün yaradılmış insanların ancaq bir qismi onlara iman etmiş, digərləri isə, onları yalanlamış və onların düşməni olmuşdur. Peyğəmbərləri və gətirmiş olduqları dinləri rədd edənlər, onlara və ümmətlərinə hər cür pislik və işgəncəni etmişdir. İnkarçı müşriklər, peyğəmbərlərin fəaliyyətlərinə son vermək üçün hər yola müraciət etmişlər. Ancaq nəticədə, hər dəfə qurtuluşa çatanlar, peyğəmbərlər və ümmətləri olmuşdur. Allahın yardımıyla onlar dünyada da xoşbəxt sona çatmışlar. Onların gerçək mükafatı isə, şübhəsiz əbədilik yurdu cənnət olacaq. Peyğəmbərləri inkar edənlərə gəlincə bir qismi bu dünyada müxtəlif fəlakətlərlə həlak edilmişlər. Həlak edilən və ya edilməyən inkarçılar, əsl cəzalarım isə, əbədi qalacaqları cəhənnəmdə çəkəcəkdirlər.
Əvvəlki ümmətlər, peyğəmbərlərinin vəfatından sonra, bir müddət haqq din üzrə müsəlman olaraq yaşadılar. Ancaq zamanla bir sıra səhvlərə düşərək, haqq və həqiqətdən azdılar. Nəticədə, ilahi həqiqəti tamamilə unudub özləri üçün batil dinlər uydurdular. Bu vəziyyətlərdə Allah təala, yenə peyğəmbərləri vasitəsiylə, insanları təkrar-təkrar hidayətə çağırdı. İlk insan və ilk peyğəmbər Hz. Adəm (ə.s) ilə başlayan bu müddət, son peyğəmbər Hz. Məhəmməd (s.ə.s) göndərilənə qədər davam etdi və onunla tamamlandı. Peyğəmbər əfəndimiz (s.ə.s), müəyyən qövmlərə göndərilən əvvəlki peyğəmbərlərin əksinə, bütün insanlığa hidayət rəhbəri olaraq göndərilmiş və vəzifəsi bütün insanlığı haqqa dəvət etmək idi. Hz. Məhəmmədə (s.ə.s) göndərilən islam dini, son ilahi din olduğu üçün, Qurani-Kərim və onun mirası olan sünnə ilə qiyamət gününə qədər olduğu şəkliylə pozulmadan qalacaqdır. Allah təala, bundan sonra qurtuluşa çatmaq istəyənləri, bu dinə girməklə mükəlləf etmişdir. Qurani-Kərimində artıq başqa bir dini qəbul etməyəcəyini açıqlamaqdadır: “Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!”
 
B. Qurani-Kərimdəki Peyğəmbər Hekayələrinin Əhəmiyyəti
Peyğəmbərlər tarixi, səbir, dözüm, cəsarət və qəhrəmanlıqlarla doludur. Onların mübarizəsinin bənzərini, digər tarixi liderlərin mübarizələrində görməyimiz imkansızdır. Peyğəmbərlərin həyatları, haqqı hakim etmək yolunda məruz qaldıqları şiddətlərə qarşı səbr, əziyyətlərə qarşı dözüm, batilə qarşı mübarizə hərəkətiylə bəzənmişdir. Onlardakı qüvvətli inanc və iradəni, sərhədsiz dözüm və səbri, digər liderlər və islahatçılarda tapmaq mümkün deyil.
Təbliğçilər, ömək və nümunələrini peyğəmbərlərin mübarizələrindən götürürlər. Dəvət fəaliyyətlərində və bütün davranışlarında onları nümunə almağa çalışırlar. İnananların yeganə nümunələri uca peyğəmbərlərdir.

Bu həqiqət Quranda belə qeyd olunur:
“Şübhəsiz ki, peyğəmbərlərin hekayələrində, ağıl sahibləri üçün ibrətlər vardır.”
Peyğəmbərlər tarixi, ibrət, öyüd və nümunə götürmək üçündür. Bu hekayələr, əvvəlki peyğəmbərlərin başlarından keçənləri izah etmək şərtiylə, sonradan gələn peyğəmbərlər üçün də böyük bir dəstək və mənəvi qaynaq olmuşdur. Bu həqiqət, bəzi ayələrdə belə bəyan edilir:
“(Ya Rəsulum!) Biz peyğəmbərlərin xəbərlərindən (başlarına gələnlərdən) ürəyini möhkəmləndirəcək (qəlbinə qüvvət verəcək) nə varsa, (hamısını) sənə nağıl edirik. Bu (surə) sənə haqq, möminlərə isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir!” Yenə Peyğəmbərimizə xitab olaraq belə buyurulmuşdur: “Bilirik ki, onların (Quran barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər), Allahın ayələrini inadla inkar edirlər. Səndən əvvəl də peyğəmbərlər təkzibə məruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət verildikləri şeylərə dözdülər. Nəhayət, Bizim köməyimiz onlara yetdi. Allahın sözlərini (peyğəmbərlərə verdiyi vədləri) dəyişə biləcək heç bir kimsə yoxdur! Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bəzisi sənə gəlib çatdı.”, “Biz inanan bir tayfa üçün sənə Musanın və Fironun hekayətindən (bir qismini) olduğu kimi söyləyəcəyik.”.
Peyğəmbər hekayələri, özlərindən əvvəlki inkarçıların başına gələn hadisələrin izah edilməsi baxımından da, kafirlər üçün bir xəbərdarlıq olmuşdur. Bu hekayələrin izah edildiyi çox yerdə, onlardan ibrət götürülməsi istənilmişdir. Bir neçə qövmün başına gələn fəlakətləri xatırlatdığı bir yerdə Uca Allah, belə buyurmaqdadır:
“Biz etdikləri pozğunluğa (günahlara) görə bu məmləkət əhlinin başlarına göydən bir əzab endirəcəyik!” Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün (baxıb ibrət aslsınlar deyə) o məmləkətdə açıq-aydın bir nişanə (xarabalıq) qoyduq. Mədyənə də qardaşları Şüveybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Qiyamət gününə inanın! (Dünyada ibadət etməklə qiyamət gününə ümid bəsləyib savab işlər görün. Onun əzabmdan qorxun!) Yer üzündə fitnə-fəsad törətməyin! ” Amma (mədyənlilər) onu təkzib etdilər. Buna görə də onları (dəhşətli) bir sarsıntı (zəlzələ) bürüdü. Onlar dizüstə çöküb evlərində qaldılar (hamısı həlak oldu). Biz Adı və Səmudu da məhv etdik. (Ey Məkkə əhli! Onlarm başlarma nələr gətirdiyimiz xaraba qalmış) məskənlərindən sizə bəllidir. Şeytan (çirkin) əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı. Biz Qarunu da, Fironu da, Hamanı da (məhv etdik). Musa onlarm yanma açıq-aydın dəlillərlə gəldi. Lakin onlar yer üzündə (Misirdə) təkəbbürlük etdilər və (buna görə də əzabımızdan) qoruna bilmədilər! Biz onlarm hər birini öz günahı ilə yaxaladıq (hərəyə öz günahma görə cəza verdik). Kiminin başı üstünə (qasırğa ilə) qızmar daş yağdırdıq, kimini dəhşətli (tükürpədici) səs yaxaladı, kimini yerə gömdük, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.”
Yuxanda saydıqlanmızı və ömək olaraq göstərdiyimiz ayələrdən də göründüyü kimi peyğəmbərlərin yaşamış olduqlan şərəfli, çətin, ibrətli həyat yolunun araşdınlması və öyrədilməsi hər cəhəti ilə bütün insanlar üçün çox vacibdir. Bunu nəzərə alaraq son peyğəmbər olan Hz. Məhəmməd Mustafanın həyatmı və ondan sonrakı islam tarixini qələmə almağa başladıq.
 
C. Nəbi və Rəsul nə Deməkdir?
Nəbi: Uca Allahın, özünə yeni bir şəriət vermədiyi, fəqət insanlara Allahın ona vəhy etdiyini təbliğ etməklə məsul tutduğu kimsəyə deyilir.
Rəsul: Uca Allahın, özünə yeni bir şəriət verdiyi və insanlara Allahın ona vəhy etdiyini təbliğ etməklə məsul tutduğu kimsəyə deyilir.
Risalət: Peyğəmbərlik mərtəbəsinin ən böyüyünə və ən ucasına deyilir, çünki (məşhur olan görüşə görə;) “hər Rəsul Nəbidir, lakin hər Nəbi Rəsul deyil.”
Nəbilərin sayma gəlincə; onlarm sayıları, -bəzi rəvayətlərdə ifadə olunduğu üzrə- 120 000-dən artıq göstərilsə də saylan qəti olaraq bilinməməkdədir. Rəsulların sayma gəlincə; onlarm saylan azdır.

Qurani-Kərimdə keçən peyğəmbərlərin sayı 25 olub özlərinə ayn-ayn iman edilməsi lazımdır. Bunların hamısı, peyğəmbər olub sıralaması isə bu şəkildədir:

Adəm, Nuh, İbrahim, İsmayıl, İshaq, Yaqub, Davud, Süleyman, Eyyub, Yusuf, Musa, Harun, Zəkəriyyə, Yəhya, İdris, Yunus, Hud, Şüveyb, Saleh, Lut, İlyas, Elyesa, Zülkifl, İsa, Hz. Məhəmməd (s.ə.s) Allahın salat və salamı, onların hamısının üzərinə olsun.
Onların peyğəmbərliklərini, şəxsiyyətlərini və adlarım təsdiq edərək onlara ayn-ayn iman edilməsi lazımdır. Çünki onlar, Qurani-Kərimin müxtəlif yerlərində xatırlanmaqdadırlar. Qurani-Kərimdə adı keçməyən və hədisdə ifadə olunan Peyğəmbərlərə gəlincə, Quranda xatırlananların xaricində qalanlara, birgə iman edilməsinin vacib olduğu ifadə olunmaqdadır. Çünki, Uca Allah adlan Quranda keçən və ya keçməyən peyğəmbərlər haqqında belə buyurmaqdadır:
“Elə peyğəmbərlər (göndərdik ki,) onların hekayələrini sənə izah etdik. Yenə elə peyğəmbərlər göndərdik ki, onların hekayələrini sənə xəbər vermədik. Allah, Musayla danışdı”.

Bu peyğəmbərlərdən, on səkkizi,13 bir arada xatırlanmışdır. Geriyə qalan yeddisi isə, Uca Allahın kitabının müxtəlif ayələrində zikr edilmişdir.
 
Ç. Peyğəmbərlər Arasında Üstünlük
Peyğəmbərlər, üstünlük, yer və mövqe cəhətdən eyni dərəcədə olmayıb, əksinə bəziləri, bəzilərindən daha üstündür. Çünki, Uca Allah onlara müxtəlif dərəcələr vermişdir. Bu mövzu da Allah, Qurani-kərimində belə buyurmaqdadır:
“(Ey Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik...”

Yenə Uca Allah bu mövzuda belə buyurmaqdadır:
“(Ey Rəsulum!) Rəbbin göylərdə və yerdə olanları (Özünün bütün yaratdıqlarını) çox gözəl tanıyır. Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik və Davuda Zəburu verdik.”
Ayeyi-kərimələrdə üstünlüklərindən bəhs edilənlər, Qurani-Kərimin “Ulul-azm” deyə adlandırdığı rəsullardır. Ulul-azm olanlar, peyğəmbərlərin öndə gələnlərindəndir. Uca Allah, Qurani-Kərimin müxtəlif yerlərində onları, gözəl təriflərlə zikr etmiş və elçisi Hz. Məhəmmədə (s.ə.s) də müşriklərlə olan mübarizəsində, onlar kimi mübarizə aparması və səbr mövzusunda da onlara tabe olmaq xüsusunda belə buyurmaqdadır: “(Ey Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et. (Müşriklərə) tez (əzab) gəlməsini istəmə. Onlar vəd olunduqlarmı (əzabı) görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar. (Bu Quran Allah dərgahmdan sizə olan) bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?! (Əzab gəldikdə ancaq Allahın itaətindən çıxmış fasiqlər məhv ediləcəklər!)”
Ayədə özlərindən bəhs edilən peyğəmbərlər, “Ulul-azm” deyə adlandırılmışlar. Ulul-azm peyğəmbərlər güclü, qüvvətli olmaları səbəbi ilə məruz qaldıqları müsibətlər şiddətli və qövmləriylə mübarizələri də çətin və ağrılarla dolu olmuşdur… Bundan ötəri Ulul-azm peyğəmbərlər, uzun zamanlar çətinliklərə və yalanlamalara qarşı səbr etmiş və bu peyğəmbərlərin həyatları boyunca saysız nəsillər və millətlər gəlib keçmişdir. Çünki, bu peyğəmbərlər, uzun ömür sürmüşlər. Lakin, həyatlarının hamısı əzab və çətinliklərlə keçmişdir. Məsələn, Hz. Nuh (ə.s) kimi… O da, qövmü içərisində min ilə yaxın bir zaman yaşamış, lakin, onunla birlikdə iman edənlərin sayı çox az olmuşdur.
Bu Ulul-azm peyğəmbərlərindən bəziləri hüzn və çətinliklərlə qarşılaşaraq, çətin həyat yolu keçmişlər. Hətda, bəzilərini atəşdə yandırılmasına belə hökm vermişlər. Məsələn; Hz. İbrahim Xəlilurrəhman (ə.s) kimi… Lakin, Allah atəşə Hz. İbrahim üçün sərin və zərərsiz olmasmı əmr edərək atəşin alovundan onu qurtarmışdır. Uca Allah bu mövzuda belə buyurmaqdadır:
“Biz də: Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!) — deyə buyurduq. Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları (cürbəcür müsibətlərə düçar etməklə, xüsusilə üstlərinə ətlərini yeyib qanlarını içən həşərat göndərməklə) daha çox ziyana uğratdıq.”

1. Peyğəmbərlər Arasında Üstünlük Caizdirmi?
“Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasmda fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!”18 deyə buyurulduğu halda, Nəbilər ilə Rəsullar arasmda necə üstünlük olar?” deyə sual soruşula bilər.
Buna belə cavab verilər: Ayeyi-kərimədəki peyğəmbərlərin arasını ayırmaqdan məqsəd, insanoğlunun, peyğəmbərlərdən bir qisminə iman etməsi və digər qismini də inkar etməsi deməktir. Necə ki, yəhudilər və xristianlar, peyğəmbərlərdən bir qisminin risalətinə iman etmişlər və digər qisminin risalətini isə inkar etmişlər. Buna görə onlar, peyğəmbərlərin arasım beləcə ayırmış olmaqdadırlar.
Peyğəmbərlərin arasını ayırmaqdan (bir qismini digərlərinə üstün tutmaqdan) məqsəd; Uca Allahın açıq Quran nəssiylə, peyğəmbərlərin bir qismini digər bir qisminə üstün tutmasıyla əlaqədar deyil. Çünki Allah, bu mövzuda belə buyurmaqdadır:
“(Ey Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindəm üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Əgər Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillərdən sonra bir-biriləri ilə vuruşmazdılar. Fəqət (bununla belə yenə də) ixtilafa düşdülər. Onlardan bəziləri (Allaha) iman gətirdilər, bəziləri isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!”
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -1 (Əsri-Səadət Dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.

0 şərh