Hz. Məhəmmədin (s.ə.s) peyğəmbər seçilməsi

Hz. Məhəmməd (s.ə.s) 40 yaşında peyğəmbər oldu. 23 illik peyğəmbərlik dövrünün 13 ili Məkkədə, 10 ili Mədinədə keçdi. Beləliklə peyğəmbərlik dövrünün:
  • Peyğəmbərlikdən hicrətə qədər davam edən 13 illik müddətinə “Məkkə Dövrü” (610- 622)
  • Hicrətdən vəfatına qədər olan 10 illik müddətinə də “Mədinə Dövrü” (622-632) deyilir
  • Məkkə Dövrü
Hirada İnziva
Keçmişdən bəri Məkkədəki hənif və zahidlər, rəcəb ayında inzivaya çəkilərdilər. Hər biri, Məkkənin 3 mil (bir saat) şimalında olan Hira (Nur) dağında bir küncə çəkilər, təfəkkürə dalardılar.70
40 yaşlarına doğru Hz. Peyğəmbərin (s.ə.s) ürəyində də bir təklik sevgisi meydana gəldi. O da Hira (Nur) dağında bir mağaraya çəkilib, günlərlə orada qalır, Allah təalanm sonsuz qüdrət və əzəmətini düşünərək ona ibadət edirdi. Gedərkən azuqəsini də özü ilə aparır, bitincə evinə dönür, sonra təkrar gedirdi. Beləcə Allah təala, onu böyük vəzifəsinə hazırlayırdı. Zaman-zaman “Sən Allahın elçisisən… ” deyə qulağına səslər gəlir, lakin ətrafda heç bir şey görə bilmirdi.71
Hz. Məhəmmədə (s.ə.s) ilahi vəhyin başlanğıcı, sadiq yuxular şəklində oldu. Gördüyü hər yuxu, olduğu kimi çıxırdı.72 Bu hal, altı aya qədər davam etdi.
 
İlk Vəhy
610 ili Ramazan ayının 73 Qədr gecəsində,74 əbasına bürünüb Hiradakı mağarada təfəkkürə dalmış olduğu bir vaxtda, bir səsin onu adı ilə çağırmaqda olduğunu eşitdi. Başını qaldırıb ətrafina baxdı, kimsəni görə bilmədi. Bu əsnada hər tərəfi qəflətən bir nur örtmüşdü, dözə bilməyib huşunu itirdi. Özünə gəldiyində qarşısında vəhy mələyi Cəbrayılı gördü. Mələk ona:

-“Oxu” Dedi. Hz. Məhəmməd (s.ə.s):
-“Mən oxumağı bilmirəm”, deyə cavab verdi. Mələk, Hz. Məhəmmədi (s.ə.s) qucaqlayıb taqətdən düşənə qədər sıxdı.
-“Oxu” deyə əmrini təkrarladı. Hz. Məhəmməd (s.ə.s) yenə:
-“Mən oxumağı bilmirəm” cavabını verdi. Mələk əmrini təkrarlayıb üçüncü dəfə Hz. Peyğəmbəri (s.ə.s) sıxdıqdan sonra “əl-Ələq” surəsinin ilk beş ayəsini oxudu.

“Yaradan Rəbbinin adıyla oxu. O, insanı alakdan (peyvənd edilmiş yumurtadan) yaratdı. Oxu, qələmlə (yazmağı) öyrədən, insana bilmədiyini öyrədən Rəbbin sonsuz kərəm sahibidir.” (Ələq, 96/1-5)
Mələyin arxasından Hz. Peyğəmbər də (s.ə.s) bu ayələri təkrarladı. Həyəcanla mağaradan çıxaraq evinə gəldi. Yolda irəliləyərkən göy üzündən bir səsin:
“Ey Məhəmməd! Sən Allahın elçisisən, mən də Cəbrayılam” dediyini eşitdi. Başını qaldırdığı zaman, Cəbrayılı gördü.75 Qorxu içində evinə qayıtdı. Yoldaşı Hz. Xədicəyə:
“Mani örtün, tez məni örtün ” dedi. Bir müddat istirahət edib həyəcanı keçdikdən sonra gördüklərini Hz. Xədicəyə də izah etdi, özümdən qorxuram, dedi. Hz. Xədicə onu bu ölməz sözlərlə təsəlli etdi.
“Elə dəmə. Allaha and içərəm ki, Allah təala heç bir vaxt səni utandırmaz. Çünki sən, qohumlarına baxırsan. İşini görməkdən aciz kəslərin ağırlıqlarını yüklənirsən, kasıba verir, kimsənin qazandıra bilməyəcəyini qazandırırsan. Qonağı qarşılayırsan. Haqq yolunda zühur edən hadisələrdə xalqa kömək edirsən… ”76
 
Varakanın Sözləri
Xədicə daha sonra Hz. Peyğəmbəri (s.ə.s) əmisi oğlu Varaka b. Novfələ apardı. Varaka həniflərdən idi. Tövrat və İncili oxumuş, İbrani dilini və köhnə dinləri bilən bir qoca idi. Varaka Peyğəmbərimizi (s.ə.s) dinlədikdən sonra:
— “Müjdə sənə ey Məhəmməd, Allaha and içirəm ki, sən Hz. İsanın xəbər verdiyi son peyğəmbərsən. Gördüyün mələk, səndən əvvəl Allah təalanın Musaya göndərmiş olduğu Cəbrayıldır. Kaşki gənc olsaydım da, qövmün səni yurdundan çıxaracağı günlərdə sənə köməkçi ola bilsəydim… Heç bir peyğəmbər yoxdur ki, qövmü tərəfindən düşmənliyə məruz qalmasın, əziyyət görməsin… ”77 dedi. Aradan çox keçmədən Varaka öldü.
c. Nəbilik və Rəsulluq
“(Ey Rəsulum!) Həqiqətən, Biz səni (bəşər övladına) bir şahid, bir müjdəçi və (Allahın əzablı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.” (Fəth, 48/8)
İlk vəhydən sonra, qısa bir müddət vəhyin arxası kəsildi.78 Bir gün Hz. Peyğəmbər (s.ə.s) Hiradan dönərkən, bir səs eşitdi. Başını qaldırıb səmaya baxınca, özünə daha əvvəl Hiradakı mağarada gələn mələyi gördü. Qorxu və həyəcan içində evinə döndü.
“Dərhal məni örtün, məni örtün.” dedi. Bu əsnada Cəbrayıl, əl-Müddəssir surəsinin ilk ayələrini gətirdi.
“Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)” (Müddəssir, 74/1-5)
İlk vəhy ilə Hz. Məhəmməd (s.ə.s) “Nəbi” olmuş, hələ başqalarına “Haqq Dini” təbliğ ilə vəzifələndirilməmişdi. Bu ikinci vəhy ilə “Risalət” verildi. Haqq dini təbliğ ilə vəzifələndirildi. Ancaq açıq dəvət hələlik əmr edilmədi.
 
İslamda İlk İbadət və İlk Müsəlmanlar
İslamda Allaha imandan sonra ilk fərz qılman ibadət namazdır. İkinci vəhy ilə Müddəssir surəsinin ilk ayələrinin endirilməsindən sonra, Məkkənin yuxan hissəsində bir vadidə, Cəbrayıl (ə.s.), Rəsulullaha (s.ə.s) öyrətmək üçün dəstəmaz almış, sonra Cəbrayıldan gördüyü kimi Rəsulullah da (s.ə.s) dəstəmaz almışdır.
Sonra Cəbrayıl (ə.s.) Hz. Peyğəmbərə (s.ə.s) namaz qıldırmış və namaz qılmağı öyrətmişdir. Evə dönüncə Rəsulullah (s.ə.s) dəstəmaz almış və namaz qılmağı yoldaşı Hz. Xədicəyə öyrətmiş, o da dəstəmaz almış və ikisi birlikdə camaat şəklində namaz qılmışlar.
“Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!)”. (Vaqiə, 56/10)
Hz. Peyğəmbərə (s.ə.s) ilk iman edən və onunla birlikdə ilk dəfə namaz qılan, yoldaşı Hz. Xədicə oldu. Daha sonra övladlığı Zeyd b. Harisə80 və əmisi oğlu Hz. Əli müsəlman oldular.
 
Hz. Əlinin İslamı Qəbul Etməsi
Əbu Talib, Hz. Məhəmmədi (s.ə.s), 8 yaşından 25 yaşına qədər evində saxlamış onu öz uşaqlarından daha çox sevmişdi. Evliliyindən sonra Hz. Məhəmməd (s.ə.s), yoldaşı Hz. Xədicənin evinə köçmüş və maddi baxımdan rifaha qovuşmuşdu.81 Əbu Talibin ailəsi isə çox böyük idi. Peyğəmbərimiz (s.ə.s) əmisinin çətinliyinin bir az azalması üçün 5 yaşından etibarən Əlini yanma götürmüşdü. Buna görə Əli, Hz. Peyğəmbərin (s.ə.s) yanında qalırdı.
Hz. Əli, Peyğəmbərimiz (s.ə.s) ilə Hz. Xədicəni namaz qılarkən görüncə, bunun nə olduğunu soruşdu. Peyğəmbər əfəndimizdə ona bunları başa saldı.
— Biz kainatı yaradan Allaha səcdə edirik. O, mənə Peyğəmbərlik verdi. Bütlərə ibadət etməyi qadağan etdi. Allah birdir, şəriki və bənzəri yoxdur. Lat, Uzza boş şeylərdir. Bax, Allah mənə nələr vəhy edir-, dedi. Qurandan nazil olan ayələrdən ona bir az oxudu. İslam dinini qəbul etmək üçün qəlbində bir meyl yarandı. Ancaq atasıyla məsləhətsiz iş görən uşaq olmadığı üçün, onunla məsləhətləşməyi fikirləşdi. Sonra isə fikrini dəyişdi, Hz.Məhəmmədin hüzuruna gedib:
— Allah məni yaratdığı zaman, Əbu Talibdən soruşmadı ki? Mən niyə Allaha ibadət etmək üçün ondan soruşum, dedi və müsəlman olduğunu açıqladı. Bu zaman Hz. Əli hələ on yaşlarında bir uşaq idi.
 
Hz. Əbu Bəkrin Müsəlman Olması
Hz. Məhəmmədin (s.ə.s) yaxın və ən səmimi dostu olan Əbu Bəkir b. Kuhafə, Qüreyş qəbiləsinin Teymoğullan qolundandır. Ata və ana tərəfindən soyu, Hz. Peyğəmbərin (s.ə.s) soyu ilə Murrədə birləşir.
Hz. Əbu Bəkrin Məkkədə Qüreyş arasında böyük bir etibarı vardı. Zəngin və dürüst bir tacir idi. Aralarındakı güvən və səmimiyyət səbəbiylə, Peyğəmbərimiz (s.ə.s), ailəsi xaricindəkilərdən ilk olaraq Hz. Əbu Bəkri islama dəvət etdi. Hz. Əbu Bəkir bu dəvəti tərəddüdsüz qəbul etdi. O, cahiliyyət dövründə belə bütlərə heç sitayiş etməmiş, ağzına içki qoymamışdı. Hz. Əbu Bəkrin müsəlman olmasıyla, Peyğəmbərimiz (s.ə.s) böyük bir dəstəyə qovuşdu. Onun səy və köməyilə, Məkkənin əhəmiyyətli şəxsiyyətlərindən Osman b. Affan, Əbdürrəhman b. Avf, Sad b. Əbi Vakkas, Zübeyr b. Awam və Talha b. Ubeydullah da müsəlmanlığı qəbul etdilər. Hz. Xədicədən sonra müsəlman olan bu 8 şəxsə “İlkMüsəlmanlar” (Sabiqin-i İslam) deyilər.
 
Açıq Dəvətin Başlaması (613-614 m.)
Peyğəmbər (s.ə.s) əfəndimiz ilk üç il xalqı gizlicə islama dəvət etdi. Yalnız çox güvəndiyi insanlara islamı açıqladı. Başda Hz. Əbu Bəkir olmaqla, Haqq dini qəbul etmiş olanlar da, gizlicə güvəndikləri yoldaşlarını təşviq edirdilər. Bu üç il içində müsəlmanların sayı ancaq 30-a çıxa bildi.84 Bunlar ibadətlərini evlərində gizlicə edirdilər.
Peyğəmbərliyin dördüncü ilində (614 m.) enən: “(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!”. (Hicr, 15/94) mənasındakı ayə ilə islamı açıqdan təbliğ etməsi əmrolundu. Bunun üzərmə Rəsuli-Əkrəm (s.ə.s) xalqı açıqdan islama dəvətə başladı.

Hərəm-i Şərifə gedib özünə nazil olan ayələri açıqdan oxuyurdu:
“(Ey Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!” (Əraf, 7/158) deyərək onları islama dəvət edirdi.
Açıq dəvətin başlamasından sonra, insanlarla daha asan təmas edə bilmək üçün Rəsulullah (s.ə.s), öz evindən, Səfa ilə Mərvə arasında işlək bir yerdə olan “Ərkam”m evinə yerləşdi. Bir çox kimsə bu evdə islamla şərəfləndiyi üçün bu evə “Daru-l İslam ” deyildi.
 
Yaxın Qohumlarını İslama Dəvəti
“Və ən yaxın qohumlarını qorxut!” (Şuəra, 26/214) mənasındakı ayə enincə Rəsuli-Əkrəm (s.ə.s), Səfa təpəsinə çıxaraq:
“Ey Əbdülmüttəliboğulları, ey Fihroğulları, ey Əbdimənafoğulları, ey Zührəoğulları… ” deyərək bütün qohumlarına səsləndi. Hamısı toplandıqdan sonra:
— “Ey Qüreyş camaatı, sizə ” -bu dağın ətəyində və ya bu vadidə düşmən süvarisi var. Üzərinizə basqın edəcək desəm, mənə inanarsınızmı? ” deyə soruşdu. Hamısı bir ağızdan:
-“Bəli, inanarıq, çünki indiyə qədər səndən heç yalan eşitmədik, sən yalan danışmazsan...” dedilər. O zaman Rəsulullah (s.ə.s):
-“O halda mən sizə, önümüzdə şiddətli bir əzab günü olacaq, Alaha inanıb, Ona qulluq etməyənlərin bu büyük əzaba uğrayacaqlarını xəbər verirəm… And içərəm ki, Allahdan başqa ibadətə layiq tanrı yoxdur. Mən də Allahın sizə və bütün insanlara göndərdiyi peyğəmbəriyəm. Allahdan özünüzü ibadət qarşılığında satın alaraq, əzabından qurtarın. Bu əzabdan xilas olmanız üçün, mən Allah tərəfindən verilmiş heç bir nüfuza sahib deyiləm. ”
— “Ey Qüreyş Camaatı! Siz yuxuya gedər kimi öləcəksiniz. Yuxudan oyanar kimi diriləcəksiniz. Qəbirdən qalxıb Allah divanına çatdığınızda, şübhəsiz dünyadakı bütün etdiklərinizdən hesaba çəkiləcəksiniz. Yaxşılıqlarınızın mükafatını, pisliklərinizin də cəzasını görəcəksiniz. “O mükafat əbədi cənnət, cəza da cəhənnəmə girməkdir… ” deyərək sözlərini bitirdi.

Peyğəmbərimizin (s.ə.s) bu sözləri, ümumi bir müxalifətlə qarşılanmadı. Yalnız Əbu Ləhəb:
-“Ay səni, bizi bunun üçünmü çağırdın?”, “Ar olsun sənə” demiş və hətda daş atmışdı.

Bu sözləriylə Rəsulullahın (s.ə.s) könlünü qırdı. Bunun üzərinə onun haqqında:
“Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o ölsün!) (Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya: oğl-uşağı). O, alovlu atəşə girəcəkdir. Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin! Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır!” (Ləhəb, 111/1-5) tərcüməsindəki surə nazil oldu.88
 
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -1 (Əsri-Səadət Dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh