Abdullah b. Caxş Səriyyəsi və Bətni-Nəhlə Hadisəsi

Mədinəyə basqm hazırlığı görən Qüreyşin hərəkətindən xəbər almaq üçün Peyğəmbər əfəndimiz, Rəcəb ayınm son günlərində, Məkkə tərəfinə bibisinin oğlu Abdullah b. Caxş əmrində, 8 nəfərlik bir səriyyə göndərdi. Sadəcə iki gün sonra açmaq üçün Abdullaha bir məktub vermişdi. Məktubda, Məkkə ilə Taif arasındakı Nəhlə vadisinə qədər gedilməsi, Qüreyşin fəaliyyətləri haqqında məlumat toplanılması istənilirdi.
Nəhlə vadisində, Qüreyşin Taifdən dönməkdə olan bir karvanma rast gəldilər. Karvanın rəisi Əmr b. Hadramı öldürüb, ələ keçirdikləri iki əsir və qənimət olaraq götürdükləri mallarla Mədinəyə döndülər. Rəsulullah (s.ə.s) bu hadisəni xoş qarşılamadı. Çünki, onlara vuruşma icazəsi verilməmişdi. Üstəlik bu hadisə, qan tökülməsi qadağan sayılan “əşhur-i hurum”dan Rəcəb aymda meydana gəlmişdi. Məkkə müşrikləri bu hadisədə öldürülən Əmr b.Hadramın intiqamım bəhanə edərək döyüş hazırlıqlarını sürətləndirdilər. “Məhəmməd haram aylara belə hörmət göstərmir, haram aylarda qan tökür, yağma edir.” deyə danışmağa başladılar.
 
Qiblənin Dəyişməsi
İslamın ilk illərində namaz, Beyt-i Məqdisə (Qüdsə) doğru qılınırdı. Ancaq, hicrətdən əvvəl Rəsulullah (s.ə.s) Məkkədə namaz qılarkən, mümkün mərtəbə Kəbəni arxasına almazdı. Kəbə ilə Beyt-i Məqdis arasında qalacaq şəkildə, Rükn-i Yəməni ilə Rükn-i Hacər-i əsvəd arasında namaza durardı. Beləcə həm Kəbəyə həm də Qüdsdəki Məscid-i Əqsaya yönəlmiş olurdu. Hicrətdən sonra Mədinədə Məscid-i Əqsaya yönəldiyində Kəbənin arxa tərəfdə qalmasından Rəsulullah (s.ə.s) hüznlənir və qiblənin Kəbəyə çevrilməsini içdən arzu edirdi. Çünki Kəbə, atası Hz. İbrahimin qibləsi idi.
Hicrətdən 16-17 ay sonra, Şaban ayımn 15-ci günü Hz. Peyğəmbər (sa.s.) Mədinədə Sələməoğullan yurdunda günorta namazını qıldırarkən, ikinci rükətin sonunda “ (Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onlarm əməllərindən xəbərsiz deyildir.”190 mənasındakı ayə nazil oldu. Hz. Peyğəmbər yönünü dərhal Qüdsdən Məscid-i Hərəmə çevirdi. Camaat da saflanyla birlikdə döndülər. Qüdsə doğru başlanılan namazın, son iki rükəti, Kəbəyə yönələrək tamamlandı. Buna görə Sələməoğulları məscidinə “Məscid-i Qibləteyn” (iki qibləli məscid) deyilmişdir.
 
İlk Qəzvələr
Məkkə müşrikləri, Mədinəyə basqm hazırlığı edirdilər. Rəsulullah (s.ə.s), düşmənin hazırlıqları haqqmda məlumat əldə etmək üçün zaman-zaman səriyyələr göndərdiyi kimi, Mədinə ilə Məkkə arasındakı qəbilələrlə görüşüb razılaşmalar etmək, Qüreyşin planladığı yağmaların qarşısını almaq üçün şəxsən özü də əsgəri birliklərə qatıldı. Rəsulullahın (s.ə.s) qatılıb şəxsən idarə etdiyi əsgəri hərəkata “Qəzvə” deyilir.
Rəsulullahın (s.ə.s) ilk qəzvəsi, 60 nəfərlik dəstə ilə Əbva kəndinə edilən qəzvədir. Hicrətin ikinci ili Səfər ayınm əvvəlində edilmişdir. Eyni il içində sırasıyla Buvat, Uşeyrə, Kiçik Bədir və Böyük Bədir qəzvələri olmuşdur. İlk dördündə düşmənlə qarşılaşma olmamış, qan tökülməmişdir. Böyük Bədir qəzvəsi, müsəlmanların etdiyi ilk döyüş olmuşdur.

Müsəlmanlar Bədirdə
“(Ey Rəsulum!) Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz halda, Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün Allahdan qorxun!”
Qüreyş Mədinəni tutaraq Rəsulullahı (s.ə.s) öldürmək və islamı ortadan qaldırmaq üçün hazırlanırdı. Ediləcək döyüşün xərclərini qarşılamaq üçün, Əbu Süfyanın başçılığında böyük bir ticarət karvanı Mədinə yolu ilə Şama göndərilmişdi. Nəhlə vadisində öldürülən Əmr b.Hadramın qardaşı Amir, Məkkə küçələrində lümlüt:

-“Vah Amrah, vah Amrah!” deyərək gəzir, xalqı döyüşə və intiqama təşviq edirdi. Karvan dönər-dönməz, Mədinəyə hücum edəcəkdilər.

Göndərdiyi səriyyələr (kəşfiyyat) vasitəsi ilə Hz. Peyğəmbər (s.ə.s), Məkkədə olub bitənləri, edilən hazırlıqları tamamilə öyrənmişdi. Əbu Süfyanın idarəsindəki ticarət karvanından əldə ediləcək qazanc, müsəlmanlarla ediləcək döyüş üçün istifadə ediləcəkdi. Buna görə, Rəsulullah (s.ə.s), Şama gedərkən mane olmaq üçün “Uşeyrə” deyilən yerə qədər bu karvanı izləmiş lakin yetişə bilməmişdi. Dönüşünü xəbər alınca, karvanı ələ keçirmək məqsədiylə, Ramazanın 12-ci günü Abdullah b. Ümmi Məktumu Mədinədə imam buraxaraq 313 səhabə ilə şəhərdən çıxdı. Yolda ənsardan Əbu Lübabəni Mədinəyə gözətçi təyin edərək, geri göndərdi. 8 nəfər də üzrləri səbəbiylə icazə aldılar. Bununla da 64-ü mühacir, digərləri də ənsardan omaqla 305 nəfər qaldılar. Minik yetişmədiyi üçün dəvələrə növbəli minirdilər.
Əbu Süfyan, dönüşdə müsəlmanların karvana hücum etmə ehtimalına qarşı Məkkəyə xəbərçi göndərərək qorunması üçün kömək istəmişdi. Döyüş hazırlığı edən Məkkəlilər, karvanı qurtarmaq və müsəlmanlardan intiqam almaq üçün Əbu Cəhlin əmrində 950-1000 nəfərlik bir ordu ilə hərəkət etdilər. Əbu Ləhəbdən başqa bütün Qüreyş liderlərinin qatıldığı bu ordunun 200-ü atlı, 700-ü dəvəli, digərləri də piyada idi. Zireh, ox, mizraq, qılınc kimi hər cür döyüş alət və silahlan tamam idi. Əbu Ləhəb, xəstəliyi səbəbiylə səfərə qatıla bilməmiş, yerinə əvəz olaraq başqasmı göndərmişdi.
 
İki Qalibiyyətdən Biri
Karvanı araşdırdığı əsnada, yolda Safra yaxınlığında Zəfiran vadisində Qüreyşin böyük bir ordu ilə karvanı qurtarmaq üçün Mədinəyə doğru hərəkət etdiyini öyrənən Rəsulullah (s.ə.s), vəziyyəti müsəlmanlara izah edərək:
-Qüreyş Məkkədən çıxmış, üzərimizə doğru gəlir. Karvanımı izləyək, yoxsa Qüreyş ordusunumu qarşılayaq? deyə müşavirə etdi. Mədinədən döyüş hazırlığı ilə çıxılmadığı üçün, əksəriyyət karvanın təqib edilməsini istəyirdi.
Rəsulullahın (s.ə.s) bu vəziyyətə kədərləndiyini görən Hz. Əbu Bəkir və Hz. Ömər növbə ilə ayağa qalxaraq, Qüreyş ordusunun qarşısına çıxmağın daha uyğun olacağını müdafiə etdilər. Hz. Peyğəmbər (s.ə.s), bu mövzuda ənsarın düşüncəsini öyrənmək istəyirdi. Sonra ilk müsəlmanlardan Mikdad b. Əsvəd, mühacirlərin adından danışmağa başladı.

-Biz, qövmünün Hz. Musaya “Sən və Rəbbin gedin və düşmənə qarşı döyüşün. Biz burada oturub gözləyək”, dedikləri kimi demərik. Biz sənin sağmda, solunda, qarşmda arxanda vuruşarıq. Allah və Rəsulunun əmri nə isə ona itaət edərik. Sən hara gedərsən oraya gedərik, dedi. Ənsar adma danışan Sad b. Muaz da:
-“Ey Allahın Rəsulu, biz sənə iman etdik. Gətirdiyin Quranın haqq olduğuna şahidlik etdik, sözlərini dinləməyə və itaət etməyə, düşmənə qarşı səni qorumağa söz verdik. Sən necə istəsən elə et. Səni haqq Peyğəmbər olaraq göndərən Allaha and içirəm ki, sən bizə dənizi göstərib ora girsən biz də girərik, heç vaxt geri dönmərik. Biz düşmənlə döyüşməyi bilirik. Allaha güvənərək düşmən ordusunun üzərinə gedək...” dedi. Rəsulullah (s.ə.s) bu danışmadan son dərəcə məmnun oldu.
-Elə isə haydı Allahın adıyla yeriyin. Sizi müjdələyirəm ki, “Allah iki taifədən birini (karvanın ələ keçərilməsi və ya Qüreyş ordusunun uduzmasını) bizə vəd etdi”. Zəfərimiz qətidir. Mən indidən Qüreyş rəislərinin hərb meydanında yıxılacaqları yerləri görür kimiyəm, buyurdu. Sonra da Bədirə doğru hərəkət etdi.
Bədir dəvə yeriyişi ilə Mədinəyə 3, Məkkəyə isə 10 günlük (80 mil) məsafədə bir kənd idi. Hər il burada yarmarka qurular, bu səbəblə Suriyaya gedən karvanlar buradan keçərdi. Qüreyş ordusu bura müsəlmanlardan əvvəl gəlib, suyun başım tutmuşdu. Əbu Süfyanın idarəsindəki 50 nəfərlik Qüreyş karvanı isə,müsəlmanlar Mədinədən çıxdıqları əsnada, sahil yolunu izləyərək Mədinədən uzaqlaşmış, Qureyşlilərə də geri qayıtmaları üçün xəbər göndərilmişdi. Lakin, ordusuna çox güvənən Əbu Cəhil döyüşmək istəyirdi. Buna görə Məkkəlilər geri dönməyib, Bədirə qədər irəliləmişlər və burada qərargah qurmuşdular.
 
Tərəflərin Vəziyyəti
17 Ramazan 2 h. /13 Mart 624 m. Cümə günü iki ordu Bədirdə qarşılaşdı. Ərəblər əvvəllər həmişə qəbiləçilik təəssübkeşliyi ilə döyüşmüşdülər. Bu döyüşdə isə din uğrunda eyni qəbilənin insanları bir-birləriylə vuruşacaq, qardaş, əmi, qardaş (bacı) oğlu, hətta, ata-oğul bir-birlərini öldürəcəkdilər.198
Müsəlmanların bayraqdan Musab b. Umeyrin qardaşı Əbu Əziz, Qüreyşin bayraqdanydı. Utbə b. Rəbiənin oğullarından Vəlid öz yanında, ikinci oğlu Əbu Huzeyfə möminlərin arasında idi. Hz. Əbu Bəkrin bir oğlu Abdullah özü ilə birlikdə, digər oğlu Əbdürrəhman isə müşriklər tərəfində idi. Rəsulullahın (s.ə.s) əmilərindən Hz. Həmzə öz yanında, digər əmisi Abbas isə qarşı tərəfdə iştirak edirdi. Hz. Peyğəmbəri ömrü boyunca himayə etmiş olan əmisi Əbu Talibin bir oğlu Hz. Əli müsəlmanlar içində, digər oğlu Aqil isə müşriklərin safında idi. Rəsulullahın (s.ə.s) ilk xanımı Hz. Xədicənin qardaşı Novfəl ilə kürəkəni (qızı Zeynəbin yoldaşı) Əbul-As müşriklər içində idilər.
Düşmən ordusu say, silah, təcrübə və qüvvə baxımından müsəlmanlardan qat-qat üstün idi. Olduqları yer də döyüş üçün daha əlverişli idi. Ancaq, səhərə yaxın yağan yağış, üzərində rahat yerimək mümkün olmayan qumlu zəmini sərtləşdirmiş və müsəlmanların su ehtiyacını qarşılamışdı. Beləliklə müsəlmanların əhvalları yüksəlmiş, Allahın köməyinə sonsuz güvən hiss etməyə başlamışdılar. Özləri üçün ölüm-qalım demək olan bu döyüşdə, islamın izzəti və üstünlüyü üçün Allaha dua edirdilər.
 
Döyüş Başlayır
Qüreyş addım-addım müsəlmanlara yaxınlaşırdı. Mənzərə çox qəmli idi. Bir ovuc müsəlman, “Allah adım ucaltmaq üçün”, təpədən-dırnağa kimi silahlı böyük müşrik ordusunun qarşısına çıxırdı. Rəsulullah (s.ə.s), yanma Hz Əbu Bəkri götürərək, özü üçün hazırlanan kölgəliyə çəkildi, əllərini səmaya qaldırıb: “Ya Rəbb, budur Qüreyş bütün qürur və kıbiriyla sanin dinini yox etmak üçün galdi. Sana meydan oxuyur, peyğambərini yalanlayır. Ya Rabb, peyğambarlarinə kömək edəcəyinə dair əhdini, mənə verdiyin zəfər vədini gözləyirəm. Bu bir ovuc mömin tələf olub yox olsa, bu gündən sonra yer üzündə sənə ibadət və qulluq edəcək kimsə qalmayacaq… ” -deyə dua edirdi.
Rəsuli-Əkrəm (s.ə.s) vəcd içində, özündən keçərək, o qədər çox dua etmiş və əllərini elə səmaya qaldırmışdı ki, kürəyindən ridasımn düşdüyünü belə bilməmişdi. Hz. Əbu Bəkir onun ridasmı örtüb, əlindən tutaraq: Ey Allahın Rəsulu, yetər artıq, duan ərşi titrətdi, Allah vədini yerinə yetirəcək, dedi. Rəsulullahın (s.ə.s) bu halını görən müsəlmanlar həyəcandan ağlayırdılar. Nəhayət Rəsuli-Əkrəm (s.ə.s): “(Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!” (Qəmər, 54/45) mənasındakı ayeyi-kəriməni oxuyaraq çadırdan çıxdı. Allah köməyini beləcə müjdələmiş, zəfərin müsəlmanların olacağını bildirmişdi.
Döyüşü Qüreyş başlatdı. Bətn-i Nəhlə də qardaşı öldürülən Əmiri-Hadraminin atdığı ox, Hz. Ömərin azadlı köləsi Mihcaya dəyərək onu şəhid etdi.
Döyüşdən əvvəl, hər iki tərəfdən bir neçə adamın ortaya çıxıb vuruşaraq tərəfləri qızışdırması adət idi. Buna “mübarizə” deyilirdi. Qüreyş rəislərindən Utbə b. Rəbiə, qardaşı Şeybə ilə oğlu Vəlid birlikdə irəlilədilər. Müsəlmanlardan özlərinə qarşı çıxacaq ər istədilər. Bunlara qarşı Hz. Peyğəmbərin (s.ə.s) əmri ilə Ubeydə, Həmzə və Əli çıxdılar. Həmzə Şeybəni, Əli də Vəlidi bir hücumda öldürdülər. Sonra yaralı Ubeydənin köməyinə qaçıb Utbənin də işini bitirdilər.
 
Haqqın Batilə Zəfəri
Artıq döyüş qızışmışdı, müşriklər hücuma keçdilər. Möminlər qəhrəmanlıqla mübarizə edirdilər. Allahın köməyi ilə müşrik ordusunu məğlubiyyətə uğratdılar. Müşriklər döyüş meydanında 70 ölü, 70 əsir buraxaraq qaçdılar. Öldürülənlərdən iyirmi dördü müsəlmanlara ən çox düşmənlik edən Qüreyş böyükləri idi. Döyüşün baş komandiri Əbu Cəhil də ölənlər arasında idi. Müsəlmanlardan şəhid olanlar isə altısı mühacirlərdən, səkkizi də ənsardan olmaqla 14 nəfər idi.
Bədir zəfəri Mədinədə bayram sevinci meydana gətirdi. Məkkə isə matəmə büründü. Əbu Ləhəb bir həftə sonra kədərindən öldü. Lakin Qureyşlilər, müsəlmanlar sevinməsinlər deyə yas tutmadılar.
Zəfərdən sonra Rəsuli-Əkrəm (s.ə.s) Bədirdə üç gün qaldı. Şəhidlər dəfn edildi. Meydanda qalan müşrik ölüləri bir çuxura basdırıldı.
Rəsulullah (s.ə.s), Bədirdən ayrılacağı əsnada bu çuxurun başında durub, içindəki cəsədlərin hər birinin adını söyləyərək: -Ey filan oğlu filan, biz Rəbbimizin bizə vəd etdiyi zəfər həqiqətə çevrildi. Siz də sizin rəbbinizin sizə vəd etdiyi həqiqəti gördünüzmü? -deyə səsləndi. Hz. Ömər: -Ey Allahın Rəsulu, ruhlan olmayan cəsədlərləmi danışırsan? dedikdə, Rəsulullah (s.ə.s): -Allaha and içirəm ki, söylədiklərimi siz onlardan daha yaxşı eşitmirsiniz -buyurdu.
 
Bədir Əsirləri
Hz. Peyğəmbər (s.ə.s) yolda Safra deyilən yerdə, əldə edilən qənimətləri qazilərə bərabər olaraq paylaşdırdı. Müxtəlif səbəbdən ordudan aynlmış olan 8 adama da pay ayırdı. Əsirlərlə əlaqədar hələ bir hökm enməmişdi. Mədinəyə gəlincə Rəsulullah (s.ə.s), bu mövzunu səhabələriylə müşavirə etdi. Hz Əbu Bəkir, fidyə (qurtuluş əvəzi) qarşılığında sərbəst buraxılmalarım, Hz. Ömər isə hamısının boyunları vurularaq öldürülmələrini istədi. Rəsuli-Əkrəm (s.ə.s) və səhabələrin əksəriyyəti Hz. Əbu Bəkrin təklifini uyğun gördülər. Əsirlərdən fidyələrini ödəyənlər, dərhal sərbəst buraxıldı. Ödəyə bilməyənlər isə, hər biri Mədinəli 10 uşağa oxuyub-yazma öyrətmək şərtiylə azadlığa buraxıldı..
Bu hadisə, dinimizin elmə və oxuyub yazmağa nə qədər çox əhəmiyyət verdiyini, Rəsulullahın (s.ə.s) müsəlmanların düşməni olan müşriklərə belə müəllimlik etdirməkdə qorxu görmədiyini göstərməkdədir.
 
Bəni Kaynuka Yəhudilərinin Mədinədən Çıxarılması
Hz. Peyğəmbər (s.ə.s), Mədinədə yəhudilərlə müqavilələr imzalayaraq onlarla sülh şəraitində yaşamaq istəyirdi. Lakin yəhudilər, daim düşmən kimi davranırdılar. Hər fürsətdə Evs və Həzrəc qəbilələri arasındakı köhnə düşmənçiliyi xatırladıb, müsəlmanları bir-birinə vurmağa çalışırdılar. Özləri əhl-i kitab və tək Allah inancında olduqları halda, “müşriklər, möminlərdən daha doğru yolda” dedilər. Səhər müsəlman kimi görünüb, axşam dönərək, müsəlmanlara lağ etdilər. Hz. Peyğəmbər (s.ə.s) və müsəlmanlar əleyhinə şeirlər yazdılar. Halbuki, əllərində olan Tövratdakı məlumatlardan Hz. Məhəmmədin (s.ə.s) haqq peyğəmbər olduğunu da bilir, amma buna baxmayaraq düşmənlik edirdilər.
Müsəlmanlarla Mədinədəki yəhudi qəbilələri arasında edilən vətəndaşlıq razılaşmasını ilk pozan Kaynukaoğullan oldu.
Müsəlmanlardan bir qadm, Kaynuka yəhudilərindən bir zərgərin dükanında alış-veriş edərkən, bir yəhudi, qadınm xəbəri olmadan onun örtüyünün ətəyini arxasına bağlamış, qadm qalxıb getmək istəyəndə hər tərəfi açılmışdı. Qadmın fəryadına gələn bir müsəlman bu yəhudini öldürmüş, orada olan yəhudilər də bu müsəlmanı öldürmüşdülər. Bu hadisə səbəbindən Kaynukao-ğullan ilə müsəlmanların arası pozuldu. Rəsulullah (s.ə.s), Bəni Kaynuka-ya müqaviləni yeniləməyi təklif etdi, onlar buna razı olmadılar.
-“Sən bizi, döyüş bilməyən Məkkəlilərdənmi sanırsan? Biz döyüşə hazırıq....” dedilər. Rəsulullah (s.ə.s), Əbu Lübabəni Mədinədə vəkil buraxaraq Şəvval ayının ortalarında ordusu ilə Bəni Kaynukanı mühasirəyə saldı. Mühasirə 15 gün davam etdi. Kaynukaoğullan digər yəhudi qəbilələri və münafiqlərdən gözlədikləri köməyi ala bilmədikdə, təslim olmağa məcbur oldular. Müqaviləni pozduqları, vətənə xəyanət etdikləri üçün öldürülmələri lazım idi. Kaynukaoğullan daha əvvəl Həzrəc qəbiləsinin himayəsində idi. Həzrəc qəbiləsi əşrafmdan, münafiqlərin başçısı Abdullah b. Ubey, bunu bəhanə edərək bunlann öldürülməmələri üçün təkid etdiyindən, Rəsulullah (s.ə.s) Mədinədən çıxanlmalanm əmr etdi. Bununla da 700 nəfərdən ibarət Kaynuka yəhudiləri, Mədinədən Şam tərəfə sürgün edildilər. Ələ keçən qənimət mallarının beşdə biri beytül-mala (dövlət xəzinəsinə) aynldı. Geri qalanı qazilərə paylaşdırıldı. Torpaqları da, torpaqsız müsəlmanlara verildi. Beləliklə müsəlmanlar, yəhudilərin ən cəsuru sayılan Kaynukaoğullannm düşmənçiliklərindən xilas olmuş oldular.
 
Sevik Qəzvəsi
Bədir döyüşündə Məkkəlilərin liderləri öldürülmüş, Qüreyşin başına Əbu Süfyan keçmişdi. Əbu Süfyan müsəlmanlarla döyüşüb, Bədir məğlubiyyətinin qisasını almadıqca qadınlarına yaxınlaşmayacağına, yuyunmayacağına və qoxu sürməyəcəyinə and içmişdi. 200 atlı ilə Məkkədən çıxaraq Mədinəyə bir saatlıq məsafədə Urayz kəndinə gəlmiş, cüt sürməkdə olan ənsardan Sad b. Amir ilə xidmətçisini şəhid edib bir neçə ev və xurma ağaclarını yandırdıqdan sonra, “andım yerinə gəldi”, deyərək dönüb qaçmışdır.
Hz. Peyğəmbər (s.ə.s) bu vəziyyəti eşitdikdə 80 süvari, 120 piyada ilə dərhal təqibə çıxmasına baxmayaraq, Əbu Süfyan sürətlə qaçdığı üçün ona yetişə bilməmişdir. Məkkəlilərin ərzaq olaraq gətirib, qaçarkən ağırlıq olmasın deyə buraxdıqları çuvallardakı qovrulmuş un (sevik) müsəlmanların əlinə keçdiyinə görə, bu qəzvəyə Sevik (qovrulmuş un, kavut) Qəzvəsi deyilmişdir.
 
Hicrətin İkinci İlində Olan Digər Hadisələr
Mədinə dövrünün 2-ci ilində, Bədir döyüşündən əvvəl Şaban ayında Ramazan orucu fərz qılındı. Zəkat da hicrətin 2-ci ilində fərz qılınmışdır. Bəzi islam alimləri, zəkatın Məkkə dövrüdə fərz qılındığı, Mədinə dövründə isə, zəkatın veriləcəyi yerlərin təyin olunduğu fikirindədir. Yenə bu ildə Ramazan, Qurban bayramları namazları ilə fitrə sədəqəsi və qurban kəsmək fərz qılınmışdır.
Rəsulullahın (s.ə.s) qızı Hz. Osmanın arvadı Ruqiyyə Bədir zəfəri əsnasında Mədinədə vəfat etmişdir. Yoldaşı xəstə olduğuna görə Hz. Osman Bədir döyüşünə qatıla bilməmişdir.
Rəsulullaha (s.ə.s) ilk vəhyin gəldiyi il doğulmuş olan ən kiçik qızı Hz. Fatimə ilə Hz. Əli bu ildə evlənmişlər. Evlənənə qədər Hz. Əli Rəsulullahla (s.ə.s) birgə qalmış və onun yanında yetişmişdi. Evləndikdən sonra ayrı bir evə köçdülər. Rəsulullahın (s.ə.s) ən sevimli qızı Fatiməyə cehiz olaraq verdiyi əşyalar; bir yataq, bir döşəkçə, (döşək), bir su tuluğu, bir əl dəyirmanı, iki su bardağı və bir su qabından ibarətdir.
Bədir əsirləri arasında Hz. Peyğəmbərin (s.ə.s) kürəkəni, Zeynəbin yoldaşı Əbul-As da vardı. Zeynəb, yoldaşının fidyəsi (qurtuluş əvəzi) üçün özünə anası Hz. Xədicə tərəfindən toy hədiyyəsi olaraq verdiyi boyunbağını da göndərmişdi. Bunu görüb kədərlənən Rəsulullah (s.ə.s) və səhabələri, Əbul-Ası fidyə almadan sərbəst buraxmış, Zeynəbin boyunbağını da geri göndərmişdilər. Ancaq Rəsuli-Əkrəm (s.ə.s), Əbul-Asdan müşrik olduğu üçün Zeynəbin özünə halal olmadığını, buna görə dərhal Mədinəyə göndərməsini istəmişdi. Əbul-As sözünü yerinə yetirdi. Beləliklə Rəsulullahın (s.ə.s) ən böyük qızı Zeynəb də bu ildə Mədinəyə hicrət etmişdir.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -1 (Əsri-Səadət Dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh