UHUD DÖYÜŞÜ

“(Uhud müharibəsində baş vermiş bəzi hadisələrə görə) ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz! ”

Bədir döyüşündə Məkkə müşriklərindən 70 nəfər öldürülmüşdü. Bunlar arasında Əbu Cəhil, Ukbə, Utbə, Şeybə, Ümeyyə, As b. Hişam kimi Qüreyşin rəhbərləri var idi. Buna görə Məkkəlilər Bədir məğlubiyyətini unuda bilmir və intiqam atəşiylə yanırdılar.
Bədirdə, atalarını, qardaşlarını, oğullarım və digər yaxınlarım itirənlər, Məkkə rəisi Əbu Süfyana müraciət etdilər. Darun-Nədvədə toplanaraq, Şam karvanının qazancı ilə bir ordu yığıb Mədinəyə hücum edib və müsəlmanlardan qisas almağa qərar verdilər.
Məkkə xaricindəki müşrik ərəb qəbilələrinə, şairlər, natiqlər göndərdilər. Bunlar, Bədirdə öldürülənlər üçün, şeirlər, mərsiyələr söyləyərək xalqı həyəcana gətirdilər. Dəyəri 50 min qızıl olan karvan qazancının yarısı ilə Məkkə xaricindəki müşrik qəbilələrdən 2000 döyüşçü yığdılar. Məkkədən qatılanlarla, 700 zirehli, 200 atlı olmaqla, Əbu Süfyanın əmrində 3000 nəfərlik mükəmməl bir ordu ilə Mədinə üzərinə getdilər. Orduda ayrıca 300 dəvə, şərab tuluqlan, müğənni və rəqqasə qadınlar var idi. Bunlardan başqa, başda Əbu Süfyanın arvadı Hind olmaqla Qüreyş liderlərindən 14 nəfərin qadınlan da özləri ilə birlikdə döyüşə qatılmışdılar.
 
Abbasın Məktubu
Rəsulullahın (s.ə.s) Məkkədəki əmisi Abbas, Bədirdə əsir düşdükdən sonra müsəlman olmuş, lakin müsəlmanlığını gizlətmişdi. Bədirdə çox zərər gördüyünü bəhanə edərək, bu orduya qatılmadı. Xüsusi xəbərçiylə bir məktub göndərərək, vəziyyətdən Rəsulullahı (s.ə.s) xəbərdar etdi. Göndərilən kəşfiyyatçılar da, Qüreyş ordusunun Mədinəyə yaxınlaşdığını xəbər verdilər.
Vəhy gəlməyən mövzularda, qərar vermədən əvvəl Rəsulullah (s.ə.s) səhabələrlə müşavirə edərdi. Mühacir və ənsarı yığaraq:

-Düşməni Mədinə xaricindəmi qarşılayaq, yoxsa şəhəri içindənmi müdafiə edək?, deyə müşavirə keçirdi.

Peyğəmbər əfəndimiz, bir gecə əvvəl yuxusunda, qılıncında bir dəlik açıldığını, yanında bir heyvanın boğazlanıldığım və mübarək əlini zirehi içində mühafizə etdiyini görmüşdü. Qılıncında açılan dəliyi, əhli-beytindən birinin şəhid olması, malın kəsilməsinin, səhabələrindən bəzilərinin şəhid olmaları, zirehi də Mədinə ilə yozmuş, buna görə Mədinə xaricinə çıxılmayaraq, şəhərdə müdafiə olunmasını uyğun görmüşdü.222 Hz. Əbu Bəkir, Sad b. Muaz kimi səhabələrin böyükləriylə münafiqlərin başı Abdullah b.Übey də bu fikirdə idilər. Lakin səhabələrin əksəriyyəti, xüsusilə Bədir döyüşündə iştirak etməyən gənc müsəlmanlarla Hz. Həmzə:
— Biz belə bir günü gözləyirdik. Düşmənlə Mədinə xaricində döyüşək, deyə israr etdilər.223 Rəsulullah (s.ə.s) əksəriyyətin arzusuna uyğun olaraq, üst-üstə iki zireh geyib, dəbilqəsini başına keçirərək xanə-i səadətindən çıxdı. Mədinə xaricində döyüşülməsini istəyənlər, Peyğəmbər əfəndimizin arzusuna zidd davranmaqla səhv etdiklərini anlayaraq fikirlərindən əl çəkdilər. Lakin Rəsulullah (s.ə.s): -“Bir peyğəmbər zirehini geydikdən sonra, döyüşmədən onu çıxarmaz. “ Əgər səbr edər, vəzifənizi tam etsəniz, Allahın köməyiylə zəfər bizimdir” -dedi.
Qüreyş ordusu, Mədinənin 5 km. şimalındakı Uhud dağı ətəyində qərargahını qurmuşdu. Rəsulullah (s.ə.s) Abdullah b. Ümmi Məktumu Mədinədə vəkil təyin edərək, 1000 nəfərlik ordu ilə cümə namazından sonra şəhərdən çıxdı. O gün Uhuda qədər irəliləməyib gecəni “Şeyxeyn” deyilən yerdə keçirdi. Səhər şəfəqiylə birlikdə Uhuda çatdılar, döyüş üçün ən əlverişli yeri seçdilər.
Yolda Abdullah b. Übeyy, “Məhəmməd (s.ə.s) bizim kimi yaşlı və təcrübəliləri dinləmədi, uşaqların sözünə tabe oldu. Mən meydan döyüşünü uyğun görməmişdim...” bəhanəsiylə, özünə bağlı 300 münafiqlə, ordudan ayrıldı. Beləcə müsəlmanların sayı 700 nəfərə düşdü.Rəsulullahın (s.ə.s) Döyüş Taktikası
Peyğəmbər əfəndimiz, ordusunun arxasını Uhud dağma verərək Mədinəyə tərəf mövqe tutdu. Solundakı Ayneyn təpəsinə “ Abdullah b. Cübeyr” in əmrində 50 oxçu yerləşdirdi.
-Qalib də gəlsək, məğlub da olsaq, məndən əmr gəlmədikcə yerinizdən ayılmayacaqsınız. Bu vadidən, düşmən atlıları arxamızca gəlib bizi əhatə edə bilərlər. Oxlarınızla onları buradan keçirməyin, çünki at, ox dəydikdə irəliləyə bilməz, -dedi.225 Müsəlmanların qarşısında döyüş vəziyyəti alan müşrik ordusu, say cəhətdən müsəlmanlardan dört qat daha çox idilər. Üstəlik bunlardan 700-ü zirehli, 200-ü isə atlı idi. Müsəlmanların isə 100 zirehi və yalnız 2 atı vardı. Ordunun sağ qoluna Ukkaşə, sol qoluna isə Əbu Məsləmə komandir təyin edilmişdi. Rəsulullah (s.ə.s) isə ortada dayanmışdı.
Əbu Süfyan əmrindəki 3000 nəfərlik müşrik ordusunun sağ tərəfinə Xalid b. Vəlid, sol tərəfinə İkrimə b. Əbu Cəhl, süvarilərə Səfvan b. Ümeyyə, oxçulara isə Abdullah b. Rəbiə nəzarət edirdi.
Qureyşli qadınlar, Bədirdə ölənlər üçün mərsiyələr oxuyur, dəflər çalır və mahnılar söyləyərək döyüşçülər arasında gəzib, onları döyüşə təşviq edirdilər.
Döyüş, o dövrün adətinə görə mübarizə ilə (meydanda təkbə-tək vuruşma ilə) başladı. Qüreyşin bayrağını daşıyan Əbdüddar-oğullanndan ortaya çıxan 9 müşrik bir-bir müsəlmanlar tərəfindən öldürüldü.

Rəsulullah (s.ə.s) əlindəki qılıncı göstərərək:
-Haqqını ödəmək şərtilə bu qılıncı kim istəyir? deyə soruşdu. Ənsardan Əbu Dücanə:
-Ya Rəsulullah! Bunun haqqı nədir,? deyə soruşdu. Rəsulullah (s.ə.s):
-Əyilib bükülənə qədər düşmənlə döyüşmək, deyə cavab verdi.

Əbu Dücanə bu şərtlə götürdüyü qılıncla düşmən üzərinə hücum etdi, müşrik cərgələrinin arasına girdi. Həmzə, Əli, Sad b. Əbi Vakkas və Əbu Dücanə kimi qəhrəmanların hücumlanyla döyüşün ilk anında 20-dən çox itgi verən Qüreyş, məğlubiyyətə uğramış, ordunun sağ və sol tərəfi geri çəkilmiş, dəf çalaraq Qureyşliləri döyüşə təşviq edən qadınlar, fəryadlar qopararaq yüksək təpələrə qaçmışdılar. İman qüvvəti qarşısında, say və güc üstünlüyü işə yaramamış, müşriklər qaçmağa başlamışdılar.
Beləcə ilk mərhələdə müsəlmanlar döyüşü qazandılar. Lakin, qaçan düşməni sonuna qədər təqib etmədən, döyüş meydanına qaçaraq, qənimət (düşməndən qalan malları) yığmağa başladılar. Əllərinə keçən fürsəti kifayət qədər qiymətləndirə bilmədilər. Ayneyn təpəsindən vəziyyəti seyr edən oxçu-lar da bir-birlərinə:
-Burada nə gözləyirik, döyüş bitdi, zəfər qazamldr, biz də gedib qənimət yığaq, dedilər. Abdullah b. Cübeyr:
-Yoldaşlar, Rəsulullahın (s.ə.s) əmrini unutdunuzmu? Ondan əmr almadıqca yerimizdən ayrılmayacağıq… deyə israr etdisə də dinləmədilər.228 Abdullahın yanında yalnız 8 oxçu qaldı.
Düşmənin sağ tərəf komandiri Xalid b. Vəlid, Rəsulullahın (s.ə.s) ox-çularla qoruduğu Ayneyn vadisindən keçərkən müsəlmanları arxadan əhatə etməyi sınamış, oxçular bu keçidi gözlədikləri üçün bacara bilməmişdi. Ox-çulann buradan ayrıldığını görüncə, əmrindəki süvarilərlə hücuma keçdi. Abdullah b. Cübeyr ilə 8 sadiq yoldaşmı şəhid edib, qənimət yığmaqla məşğul islam ordusunu arxadan mühasirə etdilər. Müşriklər geri dönüb yenidən hücuma keçdilər. Təpələrə çəkilən qadınlar da dəf çalaraq aşağıya endilər. Müsəlmanlar öndən və arxadan iki hücumun arasında çaşıb qaldılar. Döyüşü qazanmışkən məğlub olmağa başladılar. Bir-birlərindən ayrılmış və dağılmış bir vəziyyətdə olduqları üçün, canlarını qurtarma sevdasma düşdülər.
 
Hz. Həmzənin Şəhid Edilməsi
Bədir döyüşündə atası Utbə, qardaşı Vəlid və əmisi Şeybəni itirmiş olan Əbu Süfyanın arvadı Hind, atasını öldürən Həmzədən qisas almaq istəyirdi. Həmzənin qarşısında kimsə dayana bilmədiyi üçün, Cübeyr b. Mütimin köləsi və yaxşı bir nişançı (atıcı) olan Həbəşli Vəhşiyə Həmzəni öldürdüyü təqdirdə, böyük mənfəətlər vəd etmiş, əfəndisi Cübeyr də azad etməyə söz vermişdi.
Vəhşi, Həmzənin qarşısına çıxmağa cəsarət edə bilmədi. Bir daşm arxasına gizlənib, Həmzənin qarşısından keçməsini gözlədi. Həmzə isə döyüş sahəsində dayanmadan sağa sola qaçır, əlində qılınc önünə gələn müşrikləri öldürürdü. O gün tam 8 müşrik öldürmüşdü. Bunlardan Əbdul-Uzza oğlu-Sibahı öldürdüyü zaman, Vəhşinin tam qarşısına çıxdı. Vəhşi fürsəti qaçırmadı. Həbəşlilərin çox yaxşı istifadə etdiyi mizrağını gizləndiyi yerdən atıb, qəhrəman Həmzəni qarın nahiyəsindən vuraraq şəhid etdi. Həmzənin ölümünü eşidən Hind, qaçaraq gəldi. Qarınını yarıb, ciyərini çıxararaq dişlədi, lakin uda bilmədi. Vəhşini mükafatlandırdı və köləlikdən azad etdi.
Döyüşün ən şiddətli anında Hz. Həmzənin şəhid olması, müsəlmanlar üçün böyük itki oldu. Əsasən, qəflətən öndən və arxadan məruz qaldıqları hücum səbəbiylə nə edəcəklərini bilmir, bir çox şəhid verərək, meydana dağılmışdılar. Bu vaxt Rəsulullahın (s.ə.s) ətrafında yalnız, ikisi mühacirlərdən, yeddisi ənsardan olmaqla 9 nəfər qalmış, bunlar da bir-bir şəhid olmuşdular.
 
Rəsulullahın (s.ə.s) Öldüyü Şayiəsi
Abdullah b. Kamiə adlı bir müşrik, Hz. Peyğəmbərə (s.ə.s) bənzədərək, islam ordusunun bayraqdan   Musab b. Umeyri şəhid etmiş və Məhəmmədi (s.ə.s) öldürdüm, deyə elan etmişdi. Bu şayiə üzərinə islam ordusunda çaxnaşma başladı. Rəsulullah (s.ə.s):

-Ey Allahın qullan, mənə gəlin, ətrafımda toplanın, deyə səslənir, lakin kimsə onu eşitmirdi.

Müsəlmanlar bir-birindən xəbərsiz üç yerə aynlmışdılar.

    1. Rəsulullah şəhid oldusa, Allah baqidir. Onun yolunda biz də şəhid ola-nq, deyərək döyüşə davam edənlər. Ənəs b. Nadr (Ənəs b. Malikin əmisi) bunlardan idi. Yetmişdən çox yara aldıqdan sonra şəhid olmuşdur.
    2. Rəsulullahın (s.ə.s) ətrafinı dövrəyə alıb, bədənləriylə ona sipər olan, onu düşmən hücumuna qarşı qoruyanlar. Bunlar təqribən 14 nəfər idi. Hz. Əbu Bəkir, Hz. Ömər, Hz. Əli, Əbdürrəhman b. Avf, Talha, Zübeyr, Sad b. Əbi Vakkas, Əbu Dücanə bunlardandır.
    3. Rəsulullah şəhid olduqdan sonra, burada dayanmağın mənası yoxdur deyərək, döyüş meydanından ayrılanlar. Bunlardan bir qismi dağlara çəkilmiş, digərləri isə Mədinəyə dönmüşdülər.

Müsəlmanların bu dağımq vəziyyətlərindən istifadə edən müşriklər, Rəsulullahın (s.ə.s) yanma qədər irəlilədilər. Atılan bir daşla Peyğəmbər əfəndimizin dodağı yarıldı, dişi qırıldı və İbn Kamiənin qılınc zərbəsiylə yerə yıxıldı. Zirehindən qırılan iki halqa yanağına batdığı üçün üzündən də yaralandı.
Əshabi-kiram, döyüş meydanında Rəsulullahı (s.ə.s) heç cür tapa bilmirdi. Halbuki, Rəsulullah (s. ə.s) olduğu yerdən heç ayrılmamışdı. Nəhayət, Peyğəmbər əfəndimizi Kab b. Malik gördü və:
-Ey möminlər, Rəsulullah (s.ə.s) burada, deyə qışqırdı. Kabm səsini eşidən müsəlmanlar, dərhal Rəsulullahın (s.ə.s) ətrafında toplanaraq, müşriklərin hücumlarını dayandırdılar.
 
Əbu Süfyanla Hz. Ömər Arasında Keçən Dialoq
Müşriklərin hücumları yavaşladıqda, Peyğəmbər əfəndimiz ətrafinda toplanmış olan müsəlmanlarla Uhud dağının təpələrindən birinə çıxdı. Müsəlmanların bir təpədə toplandığını görən Əbu Süfyan da, onların qarşısında başqa bir təpəyə yerləşdi. Əbu Süfyan, Peyğəmbərimizin sağ olub olmadığmı dəqiq bilmədiyindən maraq içində idi. Bu səbəblə yüksək səslə üç dəfə:
-İçinizdə Məhəmməd (s.ə.s) varmı? Əbu Bəkir varmı? Ömər varmı? deyə səsləndi. Rəsulullah (s.ə.s) cavab verilməməsini əmr etmişdi. Kimsədən səs çıxmadığından müşriklərə dönərək:
-“Görürsünüz, hamısı da ölmüşdür. Artıq iş bitmişdir”, deyə qışqırdı. Hz. Ömər dözə bilmədi.
-“Yalan danışırsan ey Allah düşməni, soruşduqlarının hamısı sağ, hamı-sıda buradadır”, deyə cavab verdi. Əbu Süfyan:
-Döyüşdə üstünlük növbə ilədir, bu gün biz Bədirin qisasını aldıq, üstünlük bizdədir… deyə qürurlandı. Ömər:
-Bizdən ölənlər cənnətdə, sizinkilər isə cəhənnəmdədir deyə cavab verdi.
-Ya Ömər, Allah xatirinə həqiqəti söylə. Biz Məhəmmədi (s.ə.s) öldür-dükmü?
-Rəsulullah (s.ə.s) sağdır və sənin bu sözlərini də eşidir.
-Ya Ömər, mən sənin sözlərinə İbni Kamiənin sözündən daha çox inanıram. Ölülərinizə edilən pislikləri mən əmr və ya qadağan da etmədim. Gələcək il Bədirdə görüşək, dedi. Hz. Ömər də:
-“İnşallah”, deyə cavab verdi. Hz. Ömərlə Əbu Süfyan arasında keçən bu dialoqdan sonra, müşriklər Uhuddan ayrıldılar. Onlar, Hz. Məhəmmədi (s.ə.s) öldürmək, Mədinəni tutub müsəlmanları məhv etmək, islamı ortadan götürmək üçün Məkkədən gəlmişdilər. Lakin, Allah ürəklərinə qorxu saldı. Üstünlük özlərində olduğu və Rəsulullahın da (s.ə.s) sağ olduğunu öyrəndikləri halda, döyüşə davam etməyə cəsarət edə bilmədilər. Bir əsir belə götürə bilməyərək, geri döndülər.
 
Uhud Döyüşündə Üç Mərhələ
Uhud Döyüşündə üç mərhələ yaşandı:
İlk mərhələdə müsəlmanlar üstün gəldilər, 20-dən çox düşmən öldürərək, müşrikləri məğlub olmaları.
İkinci mərhələdə, qaçan müşrikləri təqib etməyi buraxıb, qəti nəticə əldə etmədən qənimət toplamağa başlamaları və Rəsulullahın (s.ə.s) yerlərindən aynlmamalanm əmr etdiyi oxçu birliyinin vəzifələrini tərk etmələri səbəbiylə, müsəlmanların 70 şəhid verərək məğlub vəziyyətə düşməsi.
Üçüncü mərhələdə isə, dağılmış olan müsəlmanlar, Rəsulullahın (s.ə.s) ətrafında toplanıb, əks hücuma keçərək, düşmən hücumunu dayandırdılar.
Müşriklərin Uhuddan ayrılmasından sonra Rəsulullah (s.ə.s) şəhidləri yumadan, qanlı paltarlanyla, iki-iki üç-üç dəfn etdirdi. Cənazə namazlarını isə, bu tarixdən 8 il sonra qıldılar.
 
Həmraül-Əsəd Qəzvəsi
Müşriklər, əldə etdikləri üstünlükdən faydalanıb müsəlmanları məhv etmədən döyüş meydanından ayrıldıqlarına peşman oldular. Geri dönüb Mədinəyə yenidən hücum etmək istədilər. Rəsulullah (s.ə.s) bu vəziyyətdən xəbərdar olunca, Mədinəyə dönüşündən bir gün sonra, Uhud döyüşünə qatılmış olan səhabələrini yığaraq Mədinədən 16 km. uzaqda “Həmraül-Əsəd” deyilən yerə qədər müşrikləri təqib etdi. Gecə düşdükdə, burada 500-ə yaxın atəş yandırtdı. Müşriklər, təqib edildiklərini öyrəndikdə qorxdular, Mədinəyə hücum etmə fikrindən əl çəkərək tələsik Məkkəyə döndülər.

Hicrətin Üçüncü İlində Olan Digər Hadisələr. Rəsulullahın (s.ə.s) Hz. Hafsa və Huzeymə Qızı

Zeynəblə Evlənməsi
Hz. Ömərin qızı Hafsanm ilk yoldaşı Huneys b. Huzafə, Qüreyş liderlərindən və Həbəşistana hicrət edən ilk müsəlmanlardan idi. Sonra Mədinəyə hicrət etmiş, Bədir və Uhud döyüşlərinə qatılmışdı. Uhud döyüşündə aldığı bir yaradan Mədinədə vəfat etdi.

Hz. Ömər, Rəsulullah (s.ə.s) ilə qızı Hafsanm evlənməsini belə izah etmişdir:

-Hafsa dul qalınca, Osmana onunla evlənməsini təklif etdim. Hələ bir düşünüm, deyə cavab verdi. Sonra qaşılaşdığımızda, bu sırada evlənməyi uyğun görmürəm, dedi. Bunun üzərmə Əbu Bəkrə istəsən Hafsanı sənə verim, dedim. Əbu Bəkir susdu. Müsbət və ya mənfi cavab vermədi. Əbu Bəkrin susmasına, Osmanın təklifimi geri çevirməsindən daha çox kədərləndim. Vəziyyəti Rəsulullaha (s.ə.s) ərz edincə: -Kədərlənmə ya Ömər, Hafsanı Osmandan xeyirlisi alacaq. Osman da Hafsadan daha yaxşısı ilə evlənəcək,240 -buyuraraq, Hafsa ilə evlənmək istədiyini bildirdi. Osmanı da qızı Ümmü Gülsümlə evləndirdi. Sonra Əbu Bəkir mənə rast gəldiyində:

-Zənn edirəm, Hafsanı mənə təklif etdiyində cavab vermədiyimə üzülmüşdün. Mən Hafsanı Rəsulullahın (s.ə.s) alacağını bilirdim. (Mənə bunu söyləmişdi.) Rəsulullahın (s.ə.s) sirrini ifşa etməyi uyğun görmədiyim üçün sənə cavab vermədim. Əgər belə olmasaydı, təklifini qəbul edərdim, dedi.241

Rəsulullah (s.ə.s) Hz. Hafsa ilə evlənərək, həm ən yaxın yoldaşlarından Hz.Ömərin üzüntüsünü azaltmış, həm də Hz. Əbu Bəkir kimi Hz. Öməri də qohumluq bağı ilə özünə bağlamış oldu. (Şaban 3 h./Yanvar 625 m.)

Hilaloğullanndan Huzeymə qızı Zeynəb, ilk ərindən ayrılmış, Rəsulullahın (s.ə.s) bibisi oğlu olan ikinci əri Abdullah b. Caxş isə, Uhud döyüşündə şəhid edilmişdi. Zeynəb gənc və gözəl deyildi, orta yaşlı və mərhəmətli bir xanım idi. Kasıbları, yoxsulları, kimsəsizləri düşündüyü üçün, özünə “Ümmül-məsakin” ünvanı verilmişdi.
Həyat yoldaşının şəhid olmasıyla himayəyə möhtac qalan bu şəfqətli xanımı Rəsulullah (s.ə.s) özünə nikahladı. Lakin Zeynəb çox yaşamadı, evlənməsindən üç ay sonra vəfat etdi.
Rəsulullahın (s.ə.s) nəvəsi Hz. Həsən də bu il Ramazan ayının ortalarında doğulmuşdur.

Rəsulullahın (s.ə.s) Qızı Ümmü Gülsümün Hz. Osmanla Evlənməsi
Hz. Osman, Rəsulullahın (s.ə.s) ikinci qızı Ruqiyyə ilə evli idi. Ruqiyyə, Bədir döyüşü əsnasında vəfat etmişdi. Bir il sonra, Rəsulullah (s.ə.s) Hz. Osmanı üçüncü qızı Ümmü Gülsümlə evləndirdi. Rəsulullahın (s.ə.s) iki qızı ilə evlənmiş olduğu üçün Hz. Osmana “Zin-nureyn” (iki nur sahibi) deyilmişdir.
 
Raci Hadisəsi (Səfər 4 h./İyul 625 m.)
Uhud döyüşündən sonra müşriklərin cəsarətləri artdığı üçün, Mədinədə müsəlmanların təhlükəsizliyi xeyli sarsıldı. Rəsulullah (s.ə.s) bir tərəfdən müdafiə etmə tədbirləri görür, bir tərəfdən də islamı yaymaq üçün hər fürsətdən faydalanmağa çalışırdı. İslamı qəbul edib, dinin hökmlərini və Qurani-Kərimi öyrənmək istəyən qəbilələrə mürşidlər (müəllim) göndərirdi.
Adal və Karə qəbilələrindən bir heyət, Rəsulullaha (s.ə.s) müraciət edərək, qəbilələrinə islamı və Qurani-Kərimi öyrədəcək mürşidlər göndərilməsini istədilər. Rəsulullah (s.ə.s), bunlara Asam b. Sabitin başçılığında, 10 nəfər göndərdi. Yolda, Usfan ilə Məkkə arasında Raci quyusu yaxınlarında Hüzeyl qəbiləsindən 100 nəfərlik düşmən hücumuna məruz qaldılar. Mürşidlərdən 8-i vuruşaraq şəhid oldu, 2-i təslim oldu. Zeyd b. Dəsinə və Hubeyb b. Adiy adlanndakı bu iki şəxsi Hüzeylilər Məkkəyə aparıb satdılar.
Zeydi, Bədir döyüşündə öldürülən atası Ümeyyənin qisasmı almaq üçün, Səfvan b. Ümeyyə satm almış, öldürülməsini seyr etmək üçün bütün Məkkə liderlərini dəvət etmişdi. Əbu Süfyan Zeydə yaxınlaşaraq:

-Doğru söylə, həyatının xilas olması üçün, sənin yerinə Məhəmmədin (s.ə.s) öldürülməsini istəməzdinmi? demişdi.
Zeyd heç tərəddüd etmədən: -Əsla, Rəsulullahın (s.ə.s) həyatı yanında, mənim həyatım heçdir. Mənim xilas olmağım üçün nəyinki onun öldürülməsini, hətta Mədinədə ayağına bir tikan batmasını belə istəmərəm, -deyə cavab verdi. Bu qüvvətli imani cavab qarşısında Əbu Süfyan:
-Doğru olan budur ki, heç kimsə yoldaşları tərəfindən Məhəmməd (s.ə.s) qədər sevilməmişdir, deməkdən özünü saxlaya bilmədi.
Hubeyb, Uhud döyüşündə Haris b. Amiri öldürmüşdü. Atasının intiqamını almaq üçün onu da Harisin qızı satin almışdı. Hubeyb öldürüldüyü əsnada heç mətanətini itirmədi. İcazə alaraq 2 rükət namaz qıldı. Ölümdən qorxub uzatdı deməyəsiniz deyə namazı qısa qıldım, -dedi. O zamandan bəri edam ediləsi müsəlmanların, edamdan əvvəl namaz qılmaları adət olmuşdur.

Dinindən dönsən, sərbəst buraxacağıq, dedikləri zaman:
-Mənim üçün, müsəlman olaraq öldürülmək, dinimdən dönməkdən daha xeyirlidir, deyə cavab verdi. Müşriklər tərəfindən asılaraq şəhid edildi.
Hadisə Mədinədə eşidilincə, Rəsulullah (s.ə.s) və müsəlmanlar son dərəcə kədərləndilər. Peyğəmbərin (s.ə.s) şairi Hassan, Zeyd və Hubeyb üçün mərsiyələr yazdı. Rəsulullah (s.ə.s) da:

-“Allah layiq olduqları cəzanı versin” deyərək, caniləri Allaha həvalə etdi.
 
Biri-Maunə Faciəsi (Səfər 4 h./İyul 625 m.)
Nəcd Şeyxi Əbu Bəra Malikoğlu Amir, Mədinəyə gələrək Rəsulullaha (s.ə.s): -Əgər Nəcd bölgəsinə bir irşad heyəti göndərsəniz, böyük bir qisminin müsəlman olacağını ümid edirəm, dedi. Rəsulullah (s.ə.s): Nəcd xalqına güvənə bilmirəm, deyə cavab verdi. Əbu Bəra, mürşidlərin həyatı üçün qəbiləsi adma qəti təminat verdiyindən, Rəsulullah (s.ə.s) Əbu Bəranın qardaşı oğlu Amir b. Tufeylə bir məktub yazdıraraq, Münzir b. Əmrin başçılığında 70 nəfərlik bir heyəti Nəcd bölgəsinə göndərdi.
Bunların hamısı da Suffə səhabələrindən idi. Qafilə Mədinədən 4 mil uzaqlıqda Maunə Quyusu (Bir-i Maunə) deyilən yerə çatanda, içlərindən Haram b. Milhan ilə Rəsulullahın (s.ə.s) məktubunu Amir b. Tufeylə göndərdilər. Amir məktubu belə oxumadan Haramı şəhid etdi. Heyətin hamısını öldürmək üçün qəbiləsini (Amiroğullannı) təşviq etdisə də onlar “Biz Əbu Bəranın əman və sözünü ayaqlar altına ala bilmərik”, deyərək ona tabe olmadılar. Amir b. Tufeyl Süleym qəbiləsinə mənsub Usayyə, Rıl, Zəkvan və Lihyano-ğulları ilə Haram b. Milhanın dönməsini gözləməkdə olan mürşidlər üzərinə hücum etdi. Hamısı şəhid edildi. İçlərindən yalnız Kab b. Zeyd yaralı olaraq xilas olmuşdu. O da Xəndək döyüşündə şəhid oldu.
Rəsulullahı (s.ə.s), Cəbrayıl bu faciədən xəbərdar etdi. Səriyyədəki bütün səhabələrin Rəblərinə qovuşdular, Allah onlardan razı oldu… deyə bildirdi. Rəsulullah (s.ə.s) bu faciədən son dərəcə əzab çəkdi. Tam 40 gün səhər namazında Rıl, Zekvan, Usayyə və Lihyanoğullan üçün bəddua etdi.
Əmr b. Ümeyyə isə, hadisə əsnasında dəvələri otarmaqla vəzifəli olduğu üçün əsir düşmüş, sonra xilas olmuşdu. Mədinəyə dönərkən, iki Nəcdliyə rast gəldi. Şəhid edilən yoldaşlarının qisasmı almaq üçün bunları yatarkən öldürdü. Halbuki bunlar, müsəlmanların himayəsində olan Amir oğullarından idi. Bu səbəblə bunların ailələrinə diyetləri ödəndi.
 
Nadiroğulları Qəzvəsi (Rəbiüləwəl 4 h./Avqust 625 m.)
Bəni Nadir yəhudiləri Mədinəyə iki saatlıq bir məsafədə yerləşirdilər. Aralarındakı razılaşmaya görə müsəlmanların ödədikləri diyetə, yəhudi qəbilələrinin də qatılması lazım idi. Amir oğullarından Əmr b. Ümeyyənin səhvən öldürdüyü iki adamın diyeti ödənəcəkdi. Rəsulullah (s.ə.s) yanma səhabələrindən 10 adam alaraq, diyetdən paylarına düşəni istəmək üçün Na-diroğullan yurduna getdi. Yəhudilər, Rəsulullahın (s.ə.s) təklifini qəbul etmiş kimi göründülər, lakin ayaqlarına qədər gəlişini fürsət sayaraq, Rəsulullaha (s.ə.s) sui-qəsd etməyi planladılar.
Bir evin kölgəsində oturmaqda olan Hz. Peyğəmbərin (s.ə.s) üzərinə, evin damından atacaqları böyük bir daşla onu öldürmək istədilər.
Allah təala, peyğəmbərini yəhudilərin hazırladığı hiylədən xəbərdar etdi. Rəsulullah (s.ə.s) oradan ayrılıb Mədinəyə döndü. Yəhudilərin tələsini səhabələrinə bildirdi. Bu davranışlanyla Nadiroğulları razılaşmanı pozmuşdular. Rəsulullah (s.ə.s) Məhəmməd b. Məsləməni oraya göndərərək 10 gün içində Mədinəni tərk etmələrini, 10 gündən sonra kim qalsa boynu vurulacağını onlara bildirdi. Yəhudilər yol hazırlığına başladılar. Lakin, münafiqlərin başçısı Abdullah b. Übey: -“Mədinədən çıxmayın, biz sizə kömək edərik, Ku-rayzaoğullan da kömək edəcək”, deyə gizlicə xəbər göndərdi.248 Bu səbəblə Nadiroğulları yol hazırlığından imtina edib özlərini müdafiə etməyə qərar verdilər.
Rəsulullah (s.ə.s) Raəbiüləwəl ayında Nadiroğullanm mühasirə etdi. Nadiroğulları bir illik ehtiyat toplamış və qalalarının möhkəmliyinə güvənirdilər.249 Mühasirə 15-20 gün sürmüş və döyüş küçədən-küçəyə, evdən-evə keçərək davam etmişdi. Rəsulullah (s.ə.s) yəhudilərə sipər olan, döyüşü çətinləşdirən xurma ağaclarını kəsdirdi.
Nadiroğullan, münafiqlərdən və Kurayzaoğullanndan gözlədikləri köməyi görmədilər. Mühasirənin qaldırılması üçün razılaşma istədilər. Yanlarında götürə bildikləri qədər mal ilə Mədinədən çıxmalarına icazə verildi. 600 dəvə yükü əşya ilə Mədinədən ayrıldılar. Bir qismi Şama, bir qismi Fələstinə köç etdi. Salam, Kinanə və Huyey adındakı rəisləri isə Xeybərə sığındılar. Kədərlərini bildirməmək üçün mahnılar söyləyib, dəflər çalaraq Mədinədən ayrıldılar. Bunlar daha sonra Xəndək döyüşünü hazırladılar.
50 zireh, 50 dəbilqə, 340 qılınc və digər bəzi mallar qənimət olaraq müsəlmanlara qaldı. Rəsulullah (s.ə.s) bu qənimətləri mühacirlərə və yoxsullara payladı.
Uhud döyüşündən sonra müsəlmanların etibarı sarsılmışdı. Nadiroğulla-rmın Mədinədən çıxanlmasıyla, Mədinə ətrafındakı müşrik qəbilələri arasında Rəsulullahın (s.ə.s) nüfiızu təkrar qüvvətlənmiş oldu.
 
Rəsulullahın (s.ə.s) Hz. Ümmü Sələmə ilə Evlənməsi
Əsl adı Hind olan Ümmü Sələmə, Əbu Ümeyyə əl-Mahzuminin qızıdır. İlk əri Əbu Sələmə Abdullah b. Əbdüləsəd, Əbdülmüttəlibin qızı Bərrənin oğlu olub, Rəsulullahın (s.ə.s)- bibisi oğlu idi. Əri ilə birlikdə Həbəşistana hicrət etmiş, ilk uşağı Sələmə orada doğulmuşdu.
Ümmü Sələmənin ilk yoldaşı Əbu Sələmə, Uhud döyüşündə aldığı yara səbəbiylə vəfat etdi. Rəsulullah (s.ə.s) Əbu Sələməni çox sevirdi. Vəfatından sonra dörd uşağı ilə kimsəsiz və himayəsiz qalan yoldaşı Ümmü Sələməni özünə nikahlayarak himayəsi altına aldı. Ümmü Sələmə, fəzilət və kamillik cəhətdən Hz. Aişədən sonra “Əzvac-ı tahiratın” ən üstünü idi. Əzvac-ı tahi-rat içində ən son vəfat edən, Ümmü Sələmə olmuşdur. Hicrətin 59-cu ili 84 yaşmda vəfat etmiş, Baqi qəbrisitanlığma dəfiı edilmişdir.
 
İçki və Qumarın Haram Edilməsi
Məkkə dövründə içki və qumar qadağan olunmamışdı. Müsəlmanlardan daiçki içən və qumar oynayanlar vardı. Rəsulullah (s.ə.s) bunlara səs çıxarmırdı. İçki və qumarın qadağan edilməsi birdən birə deyil, tədricən olmuşdur.

İçki ilə əlaqədar Qurani-Kərimdə 4 ayə vardır. Məkkədə enən ilk ayədə:
“Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır.”, (Nəhl, 16/67) buyurulmuş, içki qadağan edilməmişdir. Mədinə dövründə Hz Ömər və Muaz kimi bəzi səhabələr:
-Ey Allahın Rəsulu, içki haqqında bizə yol göstər, çünki şərab ağlı başdan çıxarır, deyə Rəsulullaha (s.ə.s) müraciət etdilər. Hicrətin 4-cü ili Şəvval aymda:
“(Ey Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! (Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz.” (Bəqərə, 2/219) mənasındakı ayə endi. İçkini ilk qadağan edən ayə bu oldu. Lakin bu ayə ilə içki qəti şəkildə qadağan edilmədiyindən, “günahı var” deyə tərk edənlər olduğu kimi, “faydası da var” deyə içməyə davam edənlər də var idi.
Əbdürrəhman b. Avfin verdiyi bir ziyafətdə qonaqlar içki də içmişdilər. Axşam namazında camata imam olan şəxs “əl-Kafirun surəsi ”ni sərxoşluq səbəbiylə səhv oxudu. Ayələrin mənaları dəyişdi. Bunun üzərinə: “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman — yol ötən müsafirlər müstəsnadır — qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadmlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!” (Nisa, 4/43) mənasındakı ayə endi.
Bir müddət sonra Ənsardan İtban b. Malikin təşkil etdiyi ziyafətdə qonaqlar sərxoş oldular. Sad b. Əbi Vakkas bir şeir oxuyaraq öz soyunu təriflədi, ənsarı isə aşağıladı. Ənsardan bir şəxs də, süfrədə yedikləri dəvənin çənə sümüyünü Sada atıb başını yardı. Sad, Hz. Peyğəmbərə (s.ə.s) o kimsəni şikayət etdi. O zaman:
“Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (Maidə, 5/90) mənasında enən ayə ilə içki və qumar qəti qadağan edildi. Rəsulullah (s.ə.s) bu qadağam dərhal elan etdirdi. Bütün müsəlmanlar içkini tərk edərək evlərində, dükanlarında olan bütün içkiləri küçələrə tökdülər.

Rəsulullah (s.ə.s) əfəndimiz içkiylə əlaqədar olaraq:
“Sarxoş edici bütün içkilar haramdır. ”

“Çoxu sərxoşluq verən içkinin azı da haramdır” buyurmuşdur.

“İçki, bütün pisliklərin anasıdır. ” Kəşfül Xafa, I, 382 253 buyurmuşdur.
 
Bəni Mustalik Qəzvəsi
Mustalikoğullan Huzaa qəbiləsindəndir. Nəcd bölgəsində, Mədinəyə 9 günlük bir yerdə yerləşmişdilər. Müsəlmanlarla yaxşı dolanırdılar. Lakin, Qureyşlilərin təşviqiylə qəbilə rəisi Haris b.Əbu Dırar ətrafda yaşayan bədəvi qəbilələrlə birləşərək Mədinəyə basqın etmək üçün hazırlığa başladı. Rəsulullah (s.ə.s) vəziyyəti öyrənincə, Mədinədə Zeyd b. Harisəni baş məmur qoyub, 30-u atlı, 1000 nəfərlik bir ordu ilə Bəni Mustalik üzərinə getdi.
Bədəvilər, müsəlmanların üzərlərinə gəldiyini eşidincə, qorxub dağıldılar. Harisin ətrafında yalnız öz qəbiləsi qaldı.
Bəni Mustalik Müreysi suyu yanında toplanmış, hələ hazırlıqlarını tamamlaya bilməmişdi. Müsəlman olmaları təklif edildi, qəbul etmədilər. Lakin, müsəlmanların nizamlı hücumlarına qarşı dayana bilməyib bir saat içində dağıldılar.
Döyüş nəticəsində, müsəlmanlardan bir nəfər şəhid oldu, müşriklərdən isə 10 nəfər öldürüldü. Bu döyüşdən müsəlmanlar qənimət olaraq 700 əsir, 5000 qoyun, 2000 dəvə ələ keçirdilər.
 
H. Rəsulullahın (s.ə.s) Cüveyriyə ilə Evlənməsi
Əsirlər arasında, qəbilə rəisi Harisin qızı Cüveyriyə də var idi. Əri Mü-safi b. Safvan döyüşdə öldürülmüş, özü isə əsir düşmüşdü. Qənimətlərin bölüşdürülməsində Sabitb. Kaysmpayınadüşmüşdü. Atası Haris,Peyğəmbərə (s.ə.s) müraciət edərək qızının şərəfinin qorunmasını istədi.
Hz. Peyğəmbər (s.ə.s) Cüveyriyənin əvəzini Sabit b. Kaysa ödəyərək onu sərbəst buraxdı. Cüveyriyə qəbiləsinə dönmədi, öz istəyi ilə Rəsulullahla (s.ə.s) evləndi. Bunun üzərmə səhabələr:
-“Rəsulullahın (s.ə.s) yoldaşının yaxınları əsir saxlanılmaz’’ deyərək əllərindəki bütün əsirləri sərbəst buraxdılar. Bu səbəblə Hz. Aişə:
-Qövmü üçün, Cüveyriyə qədər xeyirli başqa bir qadın tanımıram, demişdir.
Görüldüyü kimi Peyğəmbər (s.ə.s) əfəndimizin Cüveyriyə ilə evlənməsinin məqsədi siyasi idi. Bu evlilik səbəbiylə, bütün əsirlər fidyə ödəmədən sərbəst buraxıldılar. Mustalikoğullan daha sonra hamısı müsəlman oldu.
 
X. Təyəmmümün Məşru Qılınması
Rəsulullah (s.ə.s) hər səfərə çıxışında, aralarında püşk ataraq xanımlarından birini yanında aparardı. Bəni Mustalik qəzvəsində, Hz. Aişəni aparmışdı. Dönüşdə, bir gecə evdən çıxıldığı zaman Hz. Aişənin boyunbağının itdiyi aydm oldu. Rəsulullah (s.ə.s) axtarılmasını əmr etdi, buna görə hərəkət gecikdi və səhər namazı vaxtı oldu. Halbuki dəstəmaz üçün yanlarında yetəcək qədər su yox idi. Vaxtında hərəkət edilsəydi, su başma çatacaqlardı. Namaz vaxtı çıxacaq deyə hər kəs təlaş içində idi. Hz. Əbu Bəkir bu hala səbəb olan qızı Aişəni danlamışdır. Bununla əlaqədar “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman -yol ötən müsafirlər müstəsnadır — qüsl edənədək namaza (namaz qılman yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!” (Nisa,4/43) və “Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun). Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!” ayələri nazil oldu. Müsəlmanlar son dərəcə sevindilər, dərhal təyəmmüm alaraq namazlarını qıldılar.
Hərəkət ediləcəyi əsnada, boyunbağı tapıldı. Boyunbağı Hz. Aişənin çökmüş olan dəvəsinin altında qalmışdı.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -1 (Əsri-Səadət Dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh