Rəsulullahın (s.ə.s) Vəfatının Əshabi-Kiram Üzərindəki Təsiri

Rəsulullahın (s.ə.s) vəfat etdiyi dərhal eşidildi. Bu xəbər, əshabi-kiram üzərində dərin hüzn meydana gətirdi. Daha səhər ayağa qalxmış halda görmüşlər, yaxşılaşır deyə sevinmişdilər. Gözlənilməz acı xəbər, hər kəsi təşvişə saldı. Yola çıxmaq üçün hazırlanan Üsamə ordusu da ordugahdan döndü, komandirlik bayrağı Rəsulullahın (s.ə.s) qapısı önünə sancıldı. Hicrətdə Rəsulullahın (s.ə.s) Mədinəyə girdiyi gün, ən böyük bayram sevinci yaşanmışdı. Bu gün ən böyük ağrılı bir matəm yaşanırdı. Münafiqlər isə, ‘Məhəmməd haqq peyğəmbər olsaydı, ölməz idi...” kimi həyasızca sözlər söyləmişlər, ortalığı bulandırmışdılar. Bu vəziyyətə əsəbiləşən Hz. Ömər, qılıncını çəkərək:

-Rəsulullah (s.ə.s) ölməmiş, huşunu itirmişdir. Kim Məhəmməd öldü desə, boynunu vuraram, deyirdi. Belə bir həngamədə mətanətini mühafizə ədəbilən yalnız Hz. Əbu Bəkir oldu. Acı xəbəri öyrənən Hz. Əbu Bəkir, kimsəyə bir şey söyləmədən, birbaşa qızı Hz. Aişənin otağına girdi. Rəsulullahın (s.ə.s) üzündəki örtünü qaldırdı, iki gözünün arasını hörmətlə öpüb ağladı.
-Anam, atam sənə fəda olsun. Allahın sənə təqdir etdiyi ölüm keçidini keçdin. Lakin, Allah sənə ikinci bir ölüm daddırmayacaq, dedi. Sonra, ailəsini təsəlli edib ayrıldı.
Ömər xalqa hələ “Rəsulullah ölmədi, öldü deyənin boynunu uçuraram” deyə xitab edirdi. Hz Əbu Bəkir minbərə çıxdı. Xalq, Hz. Öməri buraxıb, Hz. Əbu Bəkrin ətrafında toplandı. Əbu Bəkir, Allah təalaya həmd və səna etdikdən sonra:
-Sizdən hər kim Məhəmmədə (s.ə.s) inanırsa, yaxşı bilsin ki, Məhəmməd (s.ə.s) öldü. Hər kim Allaha qulluq edirsə, yaxşı bilsin ki, Allah baqidir, əsla ölməz,” dedi. Sonra bu mənadakı ayələri oxudu.
“Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.”
“(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!”
Səhabələr, o dərəcə qarışıqlıq içində idi ki, bu ayələri sanki əvvəldən heç eşitməmişlər, ilk dəfə Hz. Əbu Bəkrdən eşidirdilər. Hz. Əbu Bəkrin sözlərini və ayələri dinləyincə hər kəs özünə gəldi. Bəli, peyğəmbər də olsa hər kəs öləcəkdi. Beləliklə, iki dünyanın sərvəri, peyğəmbərlərin sonuncusu Hz. Məhəmməd də (s.ə.s) ölmüşdü.
Hz. Əbu Bəkri dinlədikdən sonra, səhabələrin həyəcanı sakinləşdi. Eyni gün Bəni Səidə məhəlləsində toplandılar. Hz. Əbu Bəkri xəlifə seçdilər.
 
Rəsulullahın (s.ə.s) Dəfni
Rəsulullahın (s.ə.s) cənazəsi, xəlifə seçkisi edildikdən sonra, çərşənbə axşamı yuyulub hazırlandı. Bu vəzifəni ən yaxın qohumu etdi. Son xidmətində ola bilmək istəyən hər kəs, Hz. Aişənin otağı qarşısında toplanmışdı. Buna görə Hz. Əli otağının qapısını bağladı, içəriyə kimsəni almadı. Yalnız ənsar adma Bədir mücahidlərindən Evs b. Havli içəri alındı.
Rəsuli-Əkrəmin (s.ə.s) mübarək bədəni, bir sidr üzərinə qoyuldu. Üst geyimi çıxarıldı. Yuma işini Hz. Əli etdi. Əmisi Abbas ilə oğulları Abdullah, Fazl və Kusəm cəsədin çevrilməsinə köməkçi oldular. Üsamə ilə azadlı köləsi Şükran da su tökdülər. Alt paltarı çıxarılmayıb bədəni üzərindən ovulduğu üçün Hz. Əlinin əli Rəsulullahın (s.ə.s) mübarək bədəninə toxunmamışdır.

Cənazələrdə ümumiyyətlə görülən qoxu və naxoş şeylərdən heç biri onda yox idi. Buna görə Hz. Əli:
-Həyatın kimi, ölümün də gözəldir, deyərək yudu. Sonra üç parça ağ pambıq bezi ilə kəfənləyib otağının qapısı açdı.
Rəsulullahın (s.ə.s) mübarək cəsədi, sidrin üzərmə qoyulmuşdu. Əvvəl kişilər, sonra qadınlar, ən sonra da uşaqlar ayrı-ayrı cənazə namazını qıldılar. Rəsulullah (s.ə.s) həyatında olduğu kimi ölümündən sonra da hər kəsin imamı olduğu üçün, onun cənazə namazında kimsə imam olmadı. Hz Aişənin otağı kiçik idi. Buna görə namaz, gecə yarısına qədər davam etdi.

Rəsulullah (s.ə.s) Əfəndimiz: “Allah təala, peyğəmbərlərin ruhunu, onların dəfrı edilməsini istədiyi yerdə alar, ” buyurmuşdu. Bu səbəblə Rəsulullahın (s.ə.s) qəbri, Hz Aişənin otağında, üzərində son nəfəsini verdiyi döşəyin sərildiyi yerdə, ənsardan Əbu Talha tərəfindən qazıldı. Çərşənbə gününü çərşənbəyə bağlayan gecə yarısı dəfn edildi. Mübarək cəsədini, qəbri səadətə Hz. Əli, Fazl, Üsamə və Əbdürrəhman b. Avf endirdilər. Hz. Aişə:
-Biz Rəsulullahın (s.ə.s) dəfiı edildiyini, çərşənbə günü gecə yarısı eşitdiyimiz kürək səslərindən anladıq, demişdir.
 
Rəsulullahın (s.ə.s) Mirası
Peyğəmbər (s.ə.s) əfəndimiz, həyatı boyunca son dərəcə sadə yaşamışdır. Əlinə keçən hər şeyi dərhal yoxsullara paylamış, gündəlik ehtiyacı xaricində heç bir mal əldə saxlamamışdır. Bu səbəblə, vəfatında mirasçılan tərəfindən paylaşılacaq heç bir şey buraxmamışdır, Rəsuli-Əkrəmin (s.ə.s) xanımlarından Hz. Cüveyriyənin qardaşı Əmr b. Haris:
-Rəsulullah (s.ə.s) vəfatmda nə bir dirhəm gümüş, nə bir misqal qızıl, nə bir kölə, nə də başqa bir şey buraxdı. Yalnız (Misir Mukavkısınm hədiyyə göndərdiyi) ağ bir əstər ilə silahını və bir də (sağlığında) vəqfetdiyi (Fədək və Xeybərdəki) ərazini buraxdı, demişdir.

Rəsuli-Əkrəm də (s.ə.s):
— «Vəfatımda varislərim nə misqal, nə də dirhəm paylaşacaq. Buraxdığım (ərazinin) yoldaşlarının mehri və işçinin ödənişindən geri qalan miras vəqfdir» buyurmuşdur.
Qurani-Kərimdə, kafirlərdən döyüş sonunda əldə edilən qənimət malların beşdə biri ilə, döyüş edilmədən razılaşma yolu ilə alman “fey” malların istifadəsinin Rəsulullaha (s.ə.s) aid olduğu bəyan edilmişdir. Bu səbəblə, döyüş edilmədən alman Bəni Nadir və Fədək ərazisinin hamısı ilə döyüş nəticəsində əldə edilən Bəni Kurayza və Xeybər ərazisinin beşdə biri, Rəsuli-Əkrəmin (s.ə.s)- əmrinə verilmişdi.

Rəsuli-Əkrəm (s.ə.s) Əfəndimiz:
“Biz peyğəmbərlər miras buraxmarıq, buraxdığımız hər mal sədəqədir, vəqfdir, ” buyurmuşdu. Bu səbəblə bu torpaqlar, Rəsulullahın (s.ə.s) vəfatından sonra mirasçılan arasında paylaşdırılmadı. Hər birinə, Rəsulullah (s.ə.s) həyatda ikən etdiyi kimi, gəlirlərindən hissə verildi. Rəsulullah (s.ə.s)-ın varisləri qızı Hz. Fatimə ilə əmisi Hz. Abbas və həyatda olan arvadları idi.
 
Rəsuli-Əkrəmin (s.ə.s) Üstün Əxlaqı
“Allahım məni əxlaqın ən gözəlinə yönəlt. Pis əxlaqdan uzaqlaşdır”.
Rəsulullah (s.ə.s) əfəndimiz, simaca insanların ən gözəli, əxlaq cəhətdən də insanların ən üstünü idi. “Sizin ən xeyirliniz, əxlaqca ən üstün olanınızdır. ” “Mən ancaq gözəl əxlaqı tamamlamaq üçün göndərildim ”. buyurmuşdu. Necə ki Qurani-Kərimdə “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən !”, buyurulmuşdur.

Rəsulullahın (s.ə.s) yaşayışı, Qurani-Kərimin sanki canlı bir təzahürü idi. Yoldaşı Hz. Aişədən Rəsulullahın (s.ə.s) əxlaqı soruşulunca:
-“Siz Qurani-Kərim oxumursunuzmu? Onun əxlaqı Qurandan ibarət idi” deyə cavab vermişdi. Çünki, onun yaşayışı və bütün davranışları Qurani-Kərimin insanlara göstərdiyi hidayət yolunun tətbiq olunması idi. Necə ki, yalnız sözləriylə deyil, yaşayışı, hərəkət və davranışlanyla da uyulması lazım olan ən gözəl nümunə olduğunu Uca Kitabımız Qurani-Kərim bəyan etməkdədir: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”.
Rəsuli-Əkrəm (s.ə.s) gülər üzlü, nazik təbiətli, incə və həssas ruhlu idi. Daş ürəkli, sərt və incidici deyildi. Ağzından sərt və kobud heç bir söz çıxmazdı. Qurani-Kərimdə bu mövzuda: “(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!” buyurulmaqdadır.
Rəsulullah (s.ə.s) başqalarını tənqid etməz, kimsənin ayıbmı üzünə vurmazdı. Səhv və xoşlanmadığı bir davranış görsə, “içinizdən bəzi kəslər, belə belə edirlər...” şəklində, bu davranışları edənlərin kim olduqlarını bildirmədən və heç kimi üzmədən səhvlərini düzəldərdi. Kimsənin sözünü kəsməz, danışması bitənə qədər dinləyərdi. Mübahisəni sevməz, sözü gərəyindən çox uzatmazdı. Özünü maraqlandırmayan şeylərlə məşğul olmaz və kimsənin gizli hallarını araşdırmazdı. Allaha hörmətsizlik olmadıqca, şəxsinə edilən pislikləri nə qədər böyük olursa olsun bağışlayar, əlinə imkan düşüncə qisas almağı düşünməzdi. Ancaq, Allahın qadağanlarını tapdalayanlara layiq olduqları cəzanı verərdi. Necə ki, Məkkənin fəth edildiyi gün, daha əvvəl özünə hər cür pisliyi və təhqiri rəva görən Məkkə müşriklərinə:
 
-“(Yusif) dedi: “Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edələrin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!)”  sərbəstsiniz deyərək hamısını bağışlamışdı.
“Haya imandandır ”, “Haya ancaq xeyr gatirar" buyurmuşdur. Bir şeydən xoşlanmadığı zaman açıqca söyləməz, bu vəziyyət üzündən aydm olardı. Heç bir yeməyi bəyənməzlik etməz, arzu etməsə yeməzdi. Əlini yumadan və “Bəsmələ” çəkmədən yeməyə başlamaz və Allaha həmd etmədən də süfrədən qalxmazdı.
Bütün insanları bərabər yaşamaq, zəngin-kasıb, əfəndi-kölə, böyük-kiçik ayrı-seçkiliyi etməzdi. Məkkənin fəthi əsnasında Fatimə adlı bir qadın oğurluq etmiş, soylu bir ailədən olduğu üçün bu qadma cəza verilməməsi istənilmişdi. Bu hadisə ilə əlaqədar xütbəsində Rəsuli-Əkrəm:
“Sizdən əvvəlki ümmətlərin həlak edilmələri ancaq bu səbəblədir: Onlar, içlərindən zəngin və soylu bir kimsə oğurluq etdiyi zaman onu buraxarlar, kasıb və zəif bir kimsə oğurladığında isə ona cəza verərdilər. Allaha and içirəm ki, Məhəmmədin (s.ə.s) qızı Fatimə də oğurlamış olsaydı, şübhəsiz əlini kəsər, cəzasız buraxmazdım ” buyurdu.
Hər baxımdan etibarlı idi. Verdiyi sözü mütləq zamanında yerinə yetirərdi. Dürüstlükdən ayrıldığı, zarafat belə olsa yalan danışdığı heç görülməmişdir. Buna görə ona hələ Peyğəmbər olmadan “Məhəmmədul-əmin” deyilmişdi. Necə ki, Peyğəmbərliyini elan etdiyi zaman, iman etməyənlər belə ona “yalançı, yalan danışır”, deyə bilməmişdir. Ən yaxın qohumlarım Səfa təpəsinə yığıb onları islama dəvət üçün, “Sizə bu dağm arxasında düşmən atlılarının olduğunu söyləsəm, mənə inanarsınızmı?” dediyi zaman: “Hamımız inanarıq, çünki Sən yalan danışmazsan” deyə cavab vermişdilər. Özü belə olduğu kimi, hər kəsin dürüst olmasını istəyərdi. “Düzgünlükdən ayrılmayın, çünki düzgünlük, yaxşılıq və xeyirə aparar. Yaxşılıq və xeyr də, adamı cənnətə çatdırar. Adam doğru söyləyib doğruluğu axtardıqca, Allah qatında sıddıqlar zümrəsinə yazılar. Yalan sözdən və yalançılıqdan çəkinin. Çünki yalan insanı pisliyə sövqedər. Pislik də adamı cəhənnəmə aparar. İnsan yalan danışmağa və yalanı axtarmağa davam edə-edə, Allah qatında nəhayət yalançı yazılar”, buyurmuşdur.
Rəsulullah (s.ə.s) insanların ən comərdi və ən kərimi idi. Əlinə keçən hər şeyi möhtaclara paylayar, kimsəni əli boş geri çevirməzdi. “Man ancaq paylayıcıyam, verən Allahdır”, deyər, ehtiyacından çox bir şeyin özündə və ya evində olmasını istəməzdi. “Uhud dağı qızıla çevrilib da manim olsa, borcum üçün ayıracaqlarını müstəsna, ondan tək bir dinarın belə üç gecədən çox yanımda qalmasını istəməzdim” buyurmuşdur.
Son dərəcə alicənab və təvazökar idi. Bir məclisə gəldiyində, onun üçün ayağa qalxılmasım istəməz, haranı boş tapsa, oraya oturardı. Yoldaşları arasında oturarkən ayaqlarını uzatmazdı. Yoldaşları hər işini etməyi özləri üçün şərəf bildikləri halda, bütün işlərini öz görər, ev işlərində xanımlarına kömək edərdi. Mədh edilməsini və həddindən artıq hörmət göstərilməsini istəməz, “Xristianların Məryəm oğlu İsaya etdikləri kimi etməyin. Mən yalnız Allahın elçisi və quluyam” deyərdi.Kasıb şəxslərlə oturub-durmaqdan, yoxsulların, dulların, kimsəsizlərin işlərini görməkdən zövq alardı. Tapdığını yeyər və geyər, heç bir şeyə bəyənməməzlik etməzdi. Yeməyə bir şey tapa bilməyib ac yatdığı belə olardı.

Bütün işlərini tam bir nizam və intizam içində edərdi. Namaz və ibadət vaxtları, yuxu və istirahət üçün ayırdığı saatlar, qonaq və ziyarətçilərini qəbul edəcəyi vaxtlar həmişə müəyyən idi. Vaxtını boş keçirməz, hər anını faydalı bir işlə qiymətləndirərdi. “İnsanların çoxu iki nemətin qiymətini bilməkdə aldanmışdırlar: Səhhət və boş vaxt", buyurmuşdur.
İnsanı ən yaxından tanıyan, onun iç üzünü və bütün gizli hallarını ən yaxşı bilən, şübhə yoxdur ki, yoldaşıdır. Rəsuli-Əkrəm (s.ə.s), ilk vəhydən sonra gördüklərini izah etdiyi zaman yoldaşı Hz. Xədicə tərəfindən:
-“Allaha and içirəm ki, Allah təala heç bir vaxt səni utandırmaz. Çünki, sən qohumu qoruyur, işini görməkdən aciz şəxslərin işlərinə kömək edir, kasıba verir, kimsənin qazandıra bilməyəcəyini qazandırırsan. Qonağı qarşılayır, Haqq yolunda hər kəsə kömək edirsən...” deyərək onun Peyğəmbərliyini dərhal qəbul etmiş, ən kiçik tərəddüd belə göstərməmişdir.

Uşaqlığından etibarən 10 il xidmətində olan Hz. Ənəs:
-Rəsulullaha (s.ə.s) 10 il xidmət etdim. Bir dəfə belə canı sıxılıb, nə üçün bunu belə etdin, niyə bunu belə etmədin, deyə məni danlamadı”, demişdir.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -1 (Əsri-Səadət Dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh