Raşidi xəlifələr dövründəki dövlət təşkilatı

İslam Peyğəmbəri Hz. Məhəmməd (s.ə.s) miladi 571-ci il aprelin 20-də Məkkədə doğuldu, 632-ci il iyunun 8-də Mədinədə vəfat etdi. Beləliklə Peyğəmbər dövrünün İslam tarixi sona çatdı. Artıq müsəlmanlar Hz. Peyğəmbərin həyatda olmadığı bir dövrə girdi. Bu dövrdə müsəlmanlar Hz. Peyğəmbərin məşhur səhabələri tərəfindən idarə edildilər. Hz. Əbu Bəkr, Hz. Ömər, Hz. Osman və Hz. Əlinin dövlət başçısı olduqları bu otuz ilə yaxın dövrə İslam tarixində Raşidi Xəlifələr dövrü deyilir.

Hz. Məhəmməd (s.ə.s) vida xütbəsində müsəlmanlara və xüsusilə də əshabi-kirama belə xitab etdi: “Ey İnsanlar! Mandan sonra küfra düşərək bir-birinizi öldürmayin. Haqiqatan man siza ela bir şey buraxıram ki, ona sarıldığınız müddətca ayrılığa düşməzsiniz. Buraxdığm şey Allahın kitabı və Rəsulunun sünnəsidir.”
Vida xütbəsində müsəlmanlara həm islamı təbliğ edən, həm də son nəsihətlərini verən Hz. Məhəmməd (s.ə.s), yenilik dini olan islam dinini təbliğ edib həyata keçirdikdən və dünyada çox xeyirli bir ümmət yetişdirdikdən sonra əshabıyla vidalaşaraq axirət aləminə köçdü.

Ancaq Hz. Məhəmmədin (s.ə.s) vəfatı müsəlmanları çox kədərləndirdi. Ona olan hədsiz sevgiləri səbəbilə onun ölüb-ölmədiyini sorğula-yanlar, öldüyünə inanmaq istəməyənlər göründü. Bundan əlavə bir çox problemlə qarşı-qarşıya qalan müsəlmanlar Allahın kitabı, Peyğəmbərin sünnəsinin rəhbərliyində problemlərini həll etməyə, birlik və bərabərlik içində həyatlarım davam etdirməyə çalışdılar.

Eyni şəkildə “la ilahə illallah ” prinsipinə dayanan əqidə sayəsində əmələ gələn “din və inanc” qardaşlığı onların ictimai və iqtisadi həyatlarını tənzimləyən, hüzur və rahatlıq içində həyatlarını davam etdirmələrini təmin edən başqa faktor idi.

Bununla yanaşı, Hz. Peyğəmbərin vəfatından sonra müsəlmanlar bir çox idari, siyasi, ictimai-iqtisadi hadisələrlə qarşılaşdılar. Ancaq bunların ən önəmlisi “xilafət məsələsi”, ya da “dövlət başçılığı”məsələsi idi. Belə ki, bu mövzu “Raşidi Xəlifələr dövründəki müsəlmanlar” arasında meydan müharibələrinə qədər gedib çıxan, qanlı hadisələrə, parçalanmalara səbəb olduğu kimi, müsəlmanların gündəmində bu günə kimi qalmışdır.
A. Siyasi Təşkilat və Xilafət

Hz. Məhəmmədin (s.ə.s) vəfatından sonra müsəlmanlar üçün ən mühim məsələ kimin xəlifə (dövlət başçısı) olacağı məsələsi idi. Çünki Hz. Peyğəmbər vəfatından qabaq yerinə keçəsi şəxsi təyin etməmişdi. Qurani-Kərimdə də bu məsələ haqqında heç bir hökm yox idi. Vəziyyət belə olduqda dövlət başçısım seçmək məsələsi müsəlmanların ixtiyarına buraxılırdı. Beləliklə, bu məsələnin İslam dinin əsaslarından olmadığı ortaya çıxırdı.

İslam dini xalqa aid işlərin müşavirə (məsləhət) yolu ilə həll edilməsini irəli sürür. Belə olduqda islamda siyasi iqtidar xalqın iqtidarıdır. Teokratik (dini hakimiyyət) deyildir. Siyasi hakimiyyət teokratik olsaydı və dövlət başçısının kim olacağı ilahi nəss tərəfindən ortaya qoyulsaydı, Hz. Peyğəmbər də xəlifə təyin etsəydi, hakimiyyət müəyyən bir ailənin, zümrənin əlində olacaqdı. Hakimiyyət və dövlət başçısının “nəss və vəsiyyətlə” təyin olunmaması, müsəlmanlara səlahiyyətli şəxsləri hakimiyyətə gətirmək haqqını verdi. Hz. Əbu Bəkr və Hz. Ömərin xəlifə seçildikdən sonra xalqla etdikləri söhbətlərdə, onları idarə məsələlərində xalqın rəyinə möhtac olduqlarını söyləmələri, xalqın da lazım gəlsə yal-mş yolda olan dövlət başçısını qılıncla doğru yola gətirəcəklərini ifadə etməsi, bu həqiqətin açıq dəlilləridir.

Lakin siyasi iqtidarın bir məcburilik olmasma və Allahın bunu xalqa buraxmasına baxmayaraq, müsəlmanlar tarix boyu siyasi iqtidar haqqını istənilən şəkildə işlədə bilməmişdir. Bu məsələdə siyasi mədəniyyət və anlayışların, tarixi şərtlərin də əhəmiyyətli rolu olmuşdur.

İslam tarixində Hz. Məhəmmədin (s.ə.s) vəfatından sonra dövləti və ümməti idarə edən şəxsə “xəlifə”, idərəsinə də “xilafət” deyilmişdir. Xəlifə yerinə “imam” və ya “əmir əl-möminin”, xilafət yerinə “imamət” adlan işlədilmişdir. Şiələr imam və imamət, sünnilər isə xəlifə və xilafət terminlərini işlətmişlər. Bundan əlavə Əməvi, Abbasi və Osmanlı dövlətindəki idarəçilərə də xəlifə ünvanı verilmişdir.
Xilafət bir idarə şəklidir. Hökm etmək mənasmdadır. Müsəlmanlara məxsus bir idarə sistemi olan xəlifəlikdə insan faktoru əsasdır. Xilafət millətin və dövlətin seçilmiş idarəçilər tərəfindən idarə olunması əsasma dayanır. Xəlifə də ümmətin xəlifəsidir. Allahın və ya Peyğəmbərin xəlifəsi deyildir. Çünki xalq tərəfindən seçilmiş və namizədliyi irəli sürülmüşdür.
Xilafət Hz. Peyğəmbərin vəfatından sonra müsəlmanlar tərəfindən qurulan ilk dövlətin adıdır. İslam müəyyən bir dövlət şəkli gətirmədiyinə, Hz. Məhəmməddən (s.ə.s) sonra peyğəmbər olmadığına, İslam ümməti idarəçilərinin birbaşa seçimlə müəyyən edildiyinə, İslamda teokratik dövlət olmadığına görə xəlifəlik bir “dini nizam” deyildir. Özündə müqəddəslik yoxdur. Nisa surəsinin 59 və 83-cü ayələri də idarəçi təyinin nəslə olmadığına bir dəlil olmaqla yanaşı, “ulul əmr” məfhumunun ifadə etdiyi şəxslərin də alimlər, komandirlər, mütəxəssislər, valilər və xəlifələr olduğunu bildirməkdədir. Çünki “ulul əmr” kəlməsi, iki nəfərdən çox şəxsi ifadə etməkdədir.
Qeysərlik, kisralıq, məliklik və əmirlik idarə formalarının hökmran olduğu orta əsrlərdə, seçkiylə olan xəlifəlik sistemi həmin dövrün ən çox inkişaf etmiş idarə şəkli sayıla bilər. Lakin dünyadakı siyasi və idarə sistemlərinin ən yenilərindən biri olan xəlifəlik, Raşidi xəlifələr dövründən sonra, Müaviyə b. Əbu Süfyanın oğlu Yezidi vəliəhd təyin etməsilə səltənətə çevrilmiş, atadan oğula qalan bir miras şəklini almışdır. Müsəlmanlar islamın ilk dövrlərindən etibarən öz seçimlərinə dayanan, seçim və beyət yolu ilə gerçəkləşən bir dövlət idarəsini ortaya qoymuş olsalar da, Raşidi xəlifələr dövründən sonra davamlı olaraq vəliəhdlik prinsipinə dayanan “xanədanlıq quruluşu” ilə idarə olunmuşlar.
Hz. Əbu Bəkr sərbəst keçirilən seçki yoluyla xalq tərəfindən xəlifə təyin edildi. Onun xəlifə seçilməsilə “xilafət məsələsi” həll edilmiş kimi görünsə də, xilafətilə əlaqəli mübahisə və münaqişələr davam etdi. Hz. Əbu Bəkrin xəlifəliyinə ilk etiraz Haşimoğullanndan gəldi. Lakin bu tezliklə həll olundu. Ancaq, hicri birinci əsrdə ortaya çıxan “şiə” adlanan qrup onun xəlifələyini tanımadı. Xilafətin “nəss” və “vəsiyyətə” əsaslandığını irəli sürən şiə, seçki yoluyla xəlifə olmağın mümkün olmadığı prinsipini müdafiə etdi.
Sadoğullan məhəlləsində gerçəkləşən seçkini və Hz. Əbu Bəkrin xəlifə təyin edilməsini də əsassız bilib keçərsiz saydılar. Onlara görə, seçkiylə vəzifəyə keçən Hz. Ömər və Hz. Osmanın xəlifəlikləri də keçərli deyildir. Şiə inancına görə imam, Quran və Sünnədə özünə ad və sifətləri etibarilə işarə edilən Hz. Əlidir. İmamət ondan sonra Əhli-Beytindir. Belə ki, Hz. Əli də sələfləri kimi seçki yoluyla dövlət başçısı oldu. Dövlət başçılığının seçki yoluyla olmasına qarşı çıxmadı, imamətinin nəss və vəsiyyətlə sabit olduğunu söyləmədi.

Şiənin xaricindəki bir çox qruplar da Hz. Əbu Bəkrin xilafəti məsələsini müzakirə edirlər. Tənqid, irad və iddialan aşağıdakı kimidir:

    1. Ənsar və mühacirlər Hz. Peyğəmbərin vəfatından əvvəl “siyasi iqtidar hesabı” edirdi. İdarəçiliyi ələ keçirmək üçün müxtəlif planlar hazırlamışdılar. Yəni əshabi-kiram siyasi iqtidar mübarizəsinə hazır idi.
    2. Sadoğullan məhəlləsindəki toplantı tələsik keçirilmişdi. Tələsik qərar verilmişdir. Haşimoğullanna xəbər verilmədiyi kimi, toplantıya qatılanlar da düşüncə və fikirlərini sərbəst ifadə etmək səlahiyyətinə sahib olmamışdırlar.
    3. Qüreyşin iştirak etməməsindən, ənsann da zəifliyindən istifadə edilərək Hz. Əbu Bəkr xəlifə seçilmişdir.
    4. Ən fəzilətli olarkən fəzilətlinin imaməti keçərli deyildir. Yəni həqiqi imam Hz. Əlidir, Əbu Bəkr deyildir.
    5. İmamət seçkiylə deyil, nəss və vəsiyyətlədir.

İslam tarixçiləri və siyasətçilər əsərlərində bu tənqid və iddialara lazımi cavablar vermişlər.
Xilafət məsələsinin, Hz. Peyğəmbərin vəfatından sonra müsəlmanlar arasında siyasi ixtilaflara və qanlı qarşıdurmalara səbəb olduğu məlumdur. Ancaq əshabi-kiramın siyasi iqtidarı ələ keçirmək üçün plan hazırladıqları və bənzəri iddialar əsassızdır. Bunlar, söyləyənlərin öz yonanlarından başqa bir şey deyildir. Digər tərəfdən Sadoğullan məhəlləsində toplananlar, xilafət məsələsini və kimin xəlifə olması məsələsini geniş şəkildə müzakirə etmişlər. Danışmaq istəyən hər kəs danışmış, fikir sahibləri də fikirlərini bəyan etmişdirlər. Bəzi mübahisələrin olması, fərqli fikirlərin bəyan olunması və müxtəlif münasibətlərin göstərilməsi bunun açıq dəlillərindəndir.

Sadoğullan məhəlləsindəki seçkidə, dəlilə ehtiyac olmasına baxmayaraq mühacir və ənsar xilafət mövzusunda ayə və hədis dəlil göstərə bilməmişdir. Bu vəziyyət, imamət-xilafətin, yəni dövlət başçısının təyininin nəss və vəsiyyətlə deyil, seçki yoluyla olduğunu göstərməkdədir. “Ən fəzilətli” varkən “fəzilətli”nin dövlət başçısı ola bilməyəcəyi prinsipi isə, sadəcə şiəliyin daxilindəki bir qrupa aiddir. Tarix boyu müsəlmanlar tərəfindən qəbul edilməmişdir. Fəzilətli və fəzilətsiz olmaq subyektivdir. Birinə görə ən fəzilətli şəxs, digərinə görə fəzilətli, başqasınm fəzilətli dediyi də ən fəzilətlidir.
Həqiqətən də Hz. Əbu Bəkr çox çətin şərtlərdə və sıxıntılı günlərdə dövlət başçısı oldu. Müsəlmanların birlik və bərabərliyinin qorunmasında, mürtədlərə qarşı mübarizədə, İslam dövlətinin güclənərək böyüməsində böyük əməyi vardır. Elmi, Rəsulullahdan qazandığı dövlət təcrübəsi, şücaət və cəsarəti və idarəçilik qabiliyyəti ilə xəlifəliyində seçilirdi.
Xalq bu faydalı xidmətlərinə və üstün keyfiyyətlərinə görə ondan razı idi. Xəstələndikdə yanma gələrək yerinə birini vəsiyyət etməsini istədilər. O da, yerinə dövlət başçısı olaraq Hz. Öməri vəsiyyət etdi. Hz. Ömər də Hz. Əbu Bəkrin vəsiyyəti və müsəlmanlənn beyətilə xəlifə seçildi. 634-cü ildə xəlifə olan Hz. Ömər on il xəlifəlik etdi. Bir çox xidmətləri, İraq, İran, Şam və Fələstin torpaqlarının fəthi, ədalətli hakimiyyəti ilə şöhrət qazandı.
Ancaq, Hz. Ömər ədalətinin qurbanı oldu. 644-cü ildə Əbu Lulu adlı iranlı kölə tərəfindən yaralanaraq öldürüldü. Ondan da yerinə kimin xəlifə olacağı soruşuldu. Hz. Ömər də, bu işi Qüreyşdən ibarət 6 nəfərlik səhabə heyətinə həvalə etdi. Əbdürrəhman b. Avfin rəhbərlik etdiyi “inti-hab heyəti” (seçki komissiyası) də uzun müzakirələrdən sonra Hz. Osmanı xəlifə təyin etdi.
644-cü ildə mədinəli müsəlmanların da beyətilə xəlifə seçilən Hz. Osman, 12 il xəlifəlik etdi. 656-cı ildə Mədinəni mühasirə edərək tutan üsyankarlar tərəfindən şəhid edildikdə, yerinə Hz. Əli təyin edildi. Hz. Ömər və Hz. Osmanın xəlifə seçilməsinə müsəlmanlar müxalifət etməsə də, bəzi səhabələr Hz. Əlinin xilafətini tanımadı və ona beyət etmədilər.
Hz. Əlinin xilafəti 5 il davam etdi və hicri 40-cı il Ramazanın 17-də (661-ci il yanvarın 20-də) öldürülməsilə Raşidi xəlifələr dövrü sona çatdı.
Siyasət və xilafət məsələsi yüz illərdən bəri müsəlmanların gündəmində oldu. Bu baxımdan haqqında ən çox danışılan və yazılan sahələrdən biridir. Müsəlman və qeyri-müsəlman yazıçılar, elm adamları, mütəfəkkirlər bu mövzuda bir çox əsər yazdılar.
Raşidi xəlifələr dövrü, islamın hakim olduğu, dövlətin qurularaq inkişaf etdiyi, fəthlərin gerçəkləşdiyi, müxtəlif qitələrdəki insanların müsəlman olduqları, xoşbəxt və firavan həyatın yaşandığı dövr olaraq tarixdəki yerini aldı. Həmçinin bu dövr, daxili çəkişmələr, qardaş qırğınları, dörd xəlifədən üçünün öldürülməsi, siyasi və dini qruplaşmalarla da yadda qaldı.
Raşidi xəlifələr dövründə müstəqil daxili və xarici siyasət yürüdüldü. Dövlətin şəfqət və mərhəmətli əli hərkəsə bərabər uzadıldı. Fəqir, kimsəsiz və yetim insanlara lazımi yardımlar edildi. Sevgi və qardaşlıq bağlan gücləndi. Kin və ədavət azaldı. İnsan haqlanna, can və mal, din və vicdan azadlıqlarına hörmət olundu. Milli, etnik, dini fərqliliklər tolerantlıqla ortadan qaldınldı. Dövlətin faydalan ayn, millətin məsləhətləri ayn qiymətləndirildi. Nə dövlət millətə, nə də millət dövlətə fəda edildi. Fəqət dövlət, millətin xeyrinə və xidmətinə çalışdı. Ədalətin bərqərar olmasına böyük əhəmiyyət verildi. Zalım məmurlar cəzalandınldı, haqlar sahiblərinə verildi. Öldürülən xəlifələrin hər üçü ədalətlərinin, şəfqət və mərhəmətlərinin qurbanı oldular.
Raşidi xəlifələr dövründə qonşu ölkələrlə münasibətlər yaxşılaşdı.
Dövlətlər arasında hərbi, siyasi və iqtisadi sahədə münasibətlər inkişaf etdi. Müsəlmanların Bizans, İran, Çin, Hindistan, Misir və Afrika ölkələri ilə müxtəlif əlaqələri var idi. Fəth edilən ərazilərdəki xalqlarla dostcasına yaşayırdılar.
 
Dövlət Quruluşu
Xəlifələr dövründəki önəmli hadisələrdən biri də dövlətin quruluş şəklidir. Hz. Əbu Bəkr, Hz. Ömər və Hz. Osmanın xilafəti dövrlərində dövlətin hər sahədə qurulmasına böyük əhəmiyyət verildi. Fəthlərdən və ticarət mallarının alqı-satqısından əldə edilən gəlirlərin əsas hissəsi dövlətin qurulmasına, formalaşmasına xərcləndi. Bu mövzuda həm ərəblərin dövlət quruluşu və ictimai ənənələrindən, həm də qonşu Bizans və Sasani imperatorluqlannm təcrübələrindən istifadə olundu. Xüsusilə ilk üç xəlifə dövrünə damğasını vuran əsas hadisə dövlətin formalaşması hadisəsidir.
Tarixdə müxtəlif dövlət quruluşu formaları olmuşdur. Dövlətlər, məhəlli, milli və beynəlxalq quruluşda olmasına, teokratik, monokra-tik, oliqratik, demokratik xarakter daşımasına görə bir sıra adlar aldı. Müsəlman millətlər və dövlətlər tarixində isə, siyasi iqtidar və idarə üsulu xilafət, dövlət, əmirlik, xanədanlıq, bəylik və cümhuriyyət kimi adlar aldı. Dövlət qurumunun formalaşmasında, idarə şəklində, adlandı-nlmasında və işlədilməsində ciddi bir problemə rast gəlinmədi. Ancaq, siyasi iqtidar və dövlət hakimiyyətinin kimdə və harada olacağı məsələsi mübahisəli oldu.
İslamda dövlət quruluşu demokratikdir. Xalq idarə üsuluna əsaslanır. İqtidarı təmsil edən bir hökumət və hər kəsə eyni şəkildə tətbiq olunan bir qanun mövcuddur. Hz. Peyğəmbər tərəfindən qurulan, Raşidi xəlifələr dövründə inkişaf edən dövlət quruluşunda bu üç ünsür vardı. Bu əsaslan müsəlmanlar və islam dövlətləri də yaşatmağa çalışdılar. Bu dövlət məfhumlan, təməlləri, prinsipləri və qurumlan əsas etibarilə orijinaldır və demokratik dəyərlər üzərində qurulmuşdur. İrq, rəng, cinsiyyət və din aynseçkiliyi etmədən hər kəsə bərabər yaşamaq hüququ verir və hər mövzuda qanunu üstün tuturdu. Siyasi iqtidar xalqa əsaslanan azad seçki və beyət yoluyla qanuniləşirdi. Raşidi xəlifələrin dövlət idarəçilikləri beyətlə qanuniləşdi. Xəlifə təyini dini yox, siyasi bir mövzudur. Rəhbərini seçmək səlahiyyəti xalqa aid edilmişdi.
İki illik xilafəti dövründə (632-34) Hz. Əbu Bəkr bir tərəfdən Riddə savaşlarından zəfərlə çıxıb, ictimai rahatlıq və sülhü təmin edərkən, bir tərəfdən də vilayətlər şəklində bölümlərə ayıraraq idarə etdiyi İslam dövlətinin qurulmasına əhəmiyyət verirdi.
Hz. Ömər dövründə də iki hadisə oldu: 1-fəthlər, 2-dövlətin qurulması. Tam olaraq İslam dövlətinin siyasi, hərbi, ictimai, ədliyyə və maliyyə sahələrində qurulması və formalaşması Hz. Ömərin xilafəti dövründə oldu. Bəzi qruplar Hz. Öməri İslam dövlətinin idarə təşkilatının ilk qurucusu olaraq qəbul edirlər.
Ədalətilə məşhur olan Hz. Ömər dövləti bir başa qurucusu olduğu “divanlar” vasitəsilə idarə etdi.
Hz. Ömər valilərə birbaşa xalq tərəfindən nəzarət edilməsini və idarəçilər haqqındakı məlumatların xəlifəyə çatdırılmasını təmin edən “məzalim divanı” qurdu. Bu qurum, sonralar hakimiyyətə gələn Əməvi və Abbasilər dövründə “məzalim qurumu” və ya “məzalim məhkəmələri” olaraq fəaliyyət göstərdi. Dövləti kitab və sünnəyə əsasən idarə edən xəlifə Ömər, xalqa aid işləri “şura məclisilə” məsləhətləşərək edirdi. Çox əhəmiyyətli məsələlərdə isə mühacir və ənsardan ibarət olan ümumi heyətin məsləhətlərindən istifadə edərdi. Məsələn: Suriya və İraqın fəthindən sonra, bu ərazilərin qazilər arasında paylanması məsələsində təkid edilmiş və ümumi heyət toplanaraq bir fikir bəyan edilmişdir. Həmçinin Nəhavənd savaşı əsnasmda yenədə ümumi heyət toplanmışdır.

Bunlardan əlavə, Məscidi-Nəbəvidə toplaşaraq gündəlik məsələləri həll edən mühacir və ənsardan ibarət bir məclis də vardı. Hər gün İslam dövlətinə aid vilayətlərdən gələn xəbər və şikayətlər Hz. Ömər tərəfindən bu məclisə göndərilər, məslis də onları müzakirə edərək qərar verərdi. Üstəlik xalqın birbaşa seçmək haqqı vardır. Məsələn: Kufə, Bəsrə və Şamda vergi məmurlarım, xərac alanları xalq özü seçərdi. Xalqın sevmədiyi valilər dəyişdirilərdi. Buna misal olaraq Kufə valisi Sad b.

Əbi Vakkasın idarəçiliyini bəyənməyən xalq tərəfindən dəyişdirilməsini göstərmək olar.

Hz. Ömərin hökuməti, bugünkü demokratik dövlətlərdə olduğu kimi Milli Məclis, Nazirlər Kabineti, yerli özünüidarə orqanlarına sahib idi.

Hz. Ömər İslam tarixində ölkəni rayonlara, qəsəbə, şəhər və kəndlərə görə bölərək idarə edən ilk dövlət başçısıdır. Bu bölgüyə əsasən İslam dövləti səkkiz yerə ayrıldı. Məkkə, Mədinə, Suriya, Cəzirə, Bəsrə, Kufə, Misir və Fələstin. Bu bölgələr də öz daxilində müxtəlif hissələrə bölünürdülər. Fəth edilən ərazilərin əksəriyyətinin əvvəlki idarə şəkli olduğu kimi qorunmuşdu.

İslam tarixində ilk Ədliyyə təşkilatı quran və qəza işlərini digər vəzifələrdən ayıran da, yenə ədalətilə dünyada məşhurlaşmış Hz. Ömər oldu. İfta və qəza məhkəmələri qurdu, qazılar və müftiləri diqqətlə seçərək onların hər hərəkətlərinə nəzarət etdirdi. Özü də qapısını həmişə xalqın üzünə açıq tutdu. Mədinə məclisində olanların şikayətlərini dinlədi və nəticələndirdi, gecə və gündüz xalqın yanından ayrılmadı.

Hz. Ömər sosial ədalətin bərpası məsələsinə böyük əhəmiyyət verərək, fəqirləri, yetimləri, yaşlıları, kimsəsiz, zəif və məzlumları qorudu. Bütün vətəndaşlara ədalətlə davranılmasmı həm yazılı əmrlərilə, həm də xüsusi vəzifələndirdiyi şəxslər vasitəsilə idarəçilərə çatdırdı.

Müxtəlif xalq kütlələri arasında sosial ədalətin bərpasına çalışan Hz. Ömər, mülki və hərbi məmurları ilin müəyyən dövründə xüsusilə də həcc mövsümündə toplayaraq onlardan hesabat tələb edərdi. Bundan əlavə onlara nəzarət edən müfəttişləri də var idi.

Ölkənin təlim-təhsil məsələlərinə, elm və irfanma böyük əhəmiyyət verən Hz. Ömər dövründə, fəth edilən bütün ərazilərə ədalətlə idarə edən başçılar, qazılar, komandirlər, Qurani-Kərim və islamın əsaslarını öyrətmək üçün müəllimlər göndərildi. Elm və əxlaq dərsləri verən müəssisələr quruldu.

Hz. Əli Hz. Osmanın şəhid edilməsindən sonra, Hz. Osmanın qatillərinin tapılması şərtilə əksəriyyətin seçimi ilə xəlifəlik məqamına gətirildi. Onun xilafətə gəlməsilə birlikdə beş aylıq Mədinədəki hakimiyyətindən sonra, ölkənin idarə sistemində bir çox dəyişikliklər oldu. Paytaxt Mədinədən Kufəyə köçürüldü. Hz. Əli digər məsələlərdə olduğu kimi, ədliyyə məsələlərini də buradan idarə etməyə başladı. O, əvvəlcə Hz. Peyğəmbər və özündən əvvəlki üç xəlifə dövründə idarə sistemində təcrübəsi olan bir şəxs idi.
Onun dövründəki ədliyyə təşkilatının təməli sonradan paytaxt olaraq seçilən Kufədə atıldı. Bu dövrdə dövlətin müxtəlif ərazilərində yaşayan qeyri-müsəlman vətəndaşlara, ədalət və hüquq baxımından müsəlmanlar kimi davranıldı.
Hz. Əli şəhərlərə elmli və ləyaqətli kimsələri təyin edirdi. Vəzifəsində bacarıqlı hakimləri təltif edir, işinin öhdəsindən gələ bilməyənləri vəzifəsindən kənarlaşdırırdı. O, Məhəmməd b. Əbu Bəkri Misirə vali təyin edərkən məhkəmə işlərindən də məsuliyyət daşıdığını ona bildirərək ona, hər kəsə ədalətlə davranmasını fərman vasitəsilə əmr etmişdir. Misir valisi Məhəmməd b. Əbu Bəkr, məkhəməyə bir müsəlman və bir xristianın zina məsələsi gəldikdə, bunlara hansı qanunun tətbiq edilməsi lazım olduğunu məktub vasitəsilə soruşduqda, Hz. Əli müsəlmana İslam qanununun, xristiana isə öz qanununun tətbiq edilməsinin zəruriliyini yazmışdır.13
Hz. Əlinin hakimiyyəti dövründə dövlət idarəsində əhəmiyyətli dəyişikliklər edilməsə də, rəsmi polis təşkilatı və həbsxanalar quruldu. Fey və maaşların ədalətli şəkildə paylanılması istiqamətində mühim addımlar atıldı.
Xəlifələr arasında ilk dəfə, bügünkü mənada həbsxana quran Hz. Əli olmuşdur. Onun tərəfindən Kufədə tikdirilən ilk həbsxananın adı Nafi idi. Həbsxanalardakı məhbusların qidalanması və geyim ehtiyaclarını qarşılamaq dövlətin vəzifəsi olduğuna görə, bunu ilk dəfə tətbiq edən Hz. Əli olmuşdur. Hz. Əli məhkəmə işlərində İslam qanunlarım tətbiq etmiş, onlarda olmayan məsələlərdə isə, ictihad etmişdir. Şəxsi və dövlət həyatmda daim qanunlara tabe olaraq yaşamış, heç vaxt özünü qanundan üstün görməmişdir.
 
Hərbi Təşkilat və Fəthlər
Raşidi xəlifələr dövründəki əsas hadisələrdən biri də, ordunun formalaşması və fəth hərəkatlarıdır. Bu dövrdəki hərbi təşkilatla, bir tərəfdən müsəlman ərəblərin Ərəbistan xaricindəki fərqli mədəniyyət və dinlərə mənsub insanlarla birgə yaşamasına, digər tərəfdən də Sasani və Bizans ərazilərinin İslam dövlətinə qatılmasına səbəb olan fəth hərəkatlarının məqsəd və nəticəsinə keçmədən islamın sevgi və sülh, qurtuluş dini, Rəsulullahın da aləmlərə rəhmət olaraq göndərilən sülh peyğəmbəri olduğunu vurğulamaq istəyirik.
İslam məcburiyyət olmadıqca döyüşü əmr etmir. Ancaq bəzən elə vəziyyətlər olur ki, savaş məcburiyyəti ortaya çıxır. Belə vəziyyətlərdə gücü nisbətində Allah yolunda cihad etmək hər müsəlmana fərz olur. İstər Hz. Peyğəmbər, istərsə də Raşidi xəlifələr dövründəki fəthlərdə qan tökülərək və qılınc gücü ilə İslam yayılmamışdır. Lakin bəzi qruplar Raşidi xəlifələr dövründəki fəthlərin insanları islamlaşdırmaq, qənimət əldə etmək kimi məqsədlər üçün edildiyini iddia etmişlər. Bu isə, İslam haqqında mənfi təsəvvürlərin formalaşmasına gətirib çıxarmışdır. Əslində bu fəthlərin əsas səbəbi islamın səsini çatdırmaq, ölkə və xalqları İslama dəvət etmək olmuşdur. İşğal, təhdid, yağmalamaq, qənimət əldə etmək kimi şeylər İslam fəthlərinə aid edilə bilməz.

Fəth hərbi sahədə əhəmiyyətli qavramlardan biridir. İslamın təbliği, tövhid dininin yayılması, Allahın vəhyinin çatdırılması məqsədinə yönəlmiş hərəkata deyilir. Ədalətin bərpası, sülh və təhlükəsizliyin bərqərar olması, əxlaqi dəyərlərin mühafizəsi də fəth hərəkatlarının səbəblərindəndir. Başqa bir ifadə ilə irşad və təbliğ, ədalətlə idarə və gözəl əxlaqla qəlbləri islama yönəltmək cəhdidir.
Fəth hərəkatları İslam tarixinin ən əhəmiyyətli hadisələrindən biridir. Müsəlmanlar üçün böyük faydalan olmuşdur. Müsəlmanların dünyaya yayılması, fərqli din və mədəniyyətlərə mənsub insanlarla biıgə yaşaması, müxtəlif məsələlərdə biıgə hərəkət etməsi məhz fəthlər sayəsində mümkün olmuşdur. Fəth edilən ərazilərdəki xalqlar da yeni din və mədəniyyətlə tanış olmuş, zülm və təcavüzdən qurtularaq ədalətlə idarə olunmuşdurlar. Bundan əlavə bir-birindən təsirlənərək müsəlman və qeyri-müsəlman xalqlar birgə yeni mədəniyyət meydana gətirmişlər.
Belə olduğu halda İslam fəthləri işğal, təhdid, qarət deyildir. Sülh və ədaləti dünyada hakim etmək fəaliyyətidir. Zülm, şər, cəhalət və qətlləri yox etməyə yönəlmiş bir fəaliyyətdir. Fəthi işğaldan ayıran ən önəmli faktor da elə budur.
Məhz buna görədir ki, fəth edilən ölkələrdə dünyanın ömək mədəniyyətlərindən olan İslam mədəniyyəti qurulmuşdur. Əgər bunun əksi olsaydı müsəlmanlaşdınlan insanlar fürsət tapan kimi yenidən öz dinlərinə dönərdilər. Fəth edilən ölkələrin böyük əksəriyyəti müharibəsiz, sülh və hakimiyyəti tanımaq yolu ilə İslam torpaqlarına daxil olmuşdur.
Raşidi xəlifələr dövründəki fəthlərin qısa xülasəsi yuxanda qeyd etdiklərimizdən ibarətdir.
Raşidi xəlifələr dövründəki hərbi hadisələrin iki yönü vardır. Birincisi, daxili təhlükəsizlik, sülh, birlik və bərabərlik içərisində yaşamağı təmin etmək. İkincisi, dövlət və ümmətin varlığını qorumaq və yaşatmaqdır. Xəlifə Hz. Əbu Bəkr dövründəki Riddə savaşlan, Hz. Osman dövründəki veıgi verməyənlərin və iqtidan ələ keçirmək istəyənlərin üs-yanlan, Hz. Əli dövründəki Cəməl, Sıffin və Nəhravan döyüşləri birincisinə, Üsamə b. Zeydin ordusunun səfərə göndərilməsi, İraq, İran, Şam, Fələstin, Misir, Şimali Afrika və Türküstana edilən səfərlər ikincisinə misaldır.
Xəlifə olandan sonra sülh və təhlükəsizliyi qoruyaraq, dövlətin təməllərini yenidən atan Hz. Əbu Bəkr, Hz. Peyğəmbərin başladığı fəth hərəkatlarını uğurla davam etdirdi. Artıq qonşu ərəb dövlətlərinin fəthi zamanı gəlmişdi. Müsənna b. Harisə, Xalid b. Vəlid, Sad b. Əbi Vak-kas və Əbu Ubeydə kimi komandirləri İran, İraq və Suriyanın fəthi üçün təyin etdi. Hirə, Ənbar, Aynut-Təmr, Dümətul-Cəndəl, Əcnadeyn, Yər-muk və başqa yerlərdə İslam ordusu ilə İran və Bizans orduları qarşılaşdı. Müsəlmanlar qalib gələrək bu əraziləri fəth etdi.
Xəlifə seçilən Hz. Ömər də sələfinin dövründəki fəth hərəkatlarını uğurla davam etdirdi. Kadisiyyə və Nəhavənd savaşları başda olmaqla, bir çox zəfərlər qazanıldı. İran, İraq, Suriya, Fələstin, Misir və İsgəndəriyyə fəth olundu.
Adı çəkilən yerlərin fəth edilməsi ilə islam dövlətinin sərhədləri genişləndi, əhalisi çoxaldı, iqtisadi vəziyyəti yaxşılaşdı. Hz. Əbu Bəkr və Hz. Ömər dövründəki fəthlər külli miqdarda gəlir gətirdi. Qaçaraq cəbhələrə yollanan və fəth hərəkatlarına qatılan mücahidlər, bir tərəfdən Allah nzasmı qazanarkən, digər tərəfdən də böyük sərvət sahibi oldular. Bundan əlavə fəth etdikləri yerlərin mədəniyyəti ilə də yaxından tanış oldular. Fəthlərdə iştirak edən səhabələrin bir qismi fəth edilən ərazilərdə qaldı. Fərqli mədəniyyətlərlə birgə yaşamağa başlandıqda, islam tarixində qarışma dövrü adlandırılan dövr başladı.

Hz. Osman hakimiyyətə gəldikdə 3 əsas hadisə baş verdi.

    1. Dövlətin qurularaq formalaşması.
    2. Fəth hərəkatları və Bizansın İsgəndirəyyə hücumu.
    3. Rey, Həmədan, Azərbaycan və Erməniyyə əhalisinin üsyanı.

Azərbaycan və Erməniyyə xalqı vergiləri ödəməkdən boyun qaçıraraq üsyan etdilər. Hz. Osman isə bunlar və eyni zamanda İsgəndirəyyəyə hücum edən Bizans üzərinə ordular göndərmək məcburiyyətində qaldı. Hər iki hərbi hərəkat zəfərlə nəticələndi.
Hz. Osman dövründəki fəthlər əsasən 2 istiqamətdə-şərq və qərb istiqamətində aparılırdı. Fəthlər nəticəsində dövlətin sərhədləri biraz da genişləndi. Asiya və Türküstan, Rusiya, Çin və Anadoluya, Afrikada Şimal-Qərbi Afrikaya, Avropada İspanyadan Fransa sərhədlərinə qədər uzandı.
Ancaq, Hz. Osman dövründəki fəth hərəkatları sələflərininkindən fərqli idi. Belə ki, Hz. Əbu Bəkr və Hz. Ömər dövründəki hərbi hərəkatlar qonşu ölkələrə yönəlmişdi. Bu ərazilər isə Ərəbistana yaxın idi. Hərbi xərclər çox çıxmırdı. Bundan əlavə buralar dünyanın qədim mədəniyyətlərinin beşiyi idi. Lakin Hz. Osman dövründəki fəth olunan ərazilər isə paytaxtdan uzaqda yerləşirdi. Hərbi xərclər isə çox çıxırdı. Bundan əlavə fəth olunan ərazilər çox da varlı deyildi. Dövlət isə fəth edilən ərazilərə kömək etmək məcburiyyətində qalırdı. Nəticədə, bir çox iqtisadi çətinliklər ortaya çıxdı. Xəlifə Hz. Osman Hz. Ömər dövründə təyin olunan maaşların verilməsini dayandırdı ki, bu da bir çox insanın dövlətə qarşı gəlməsinə və iqtisadi böhranın başlamasına səbəb oldu. Hz. Osmanın hakimiyyətinin son illərindən və Hz. Əlinin xilafəti dövründən etibarən fəth hərəkatları dayandırıldı.
Hərbi təşkilata gəldikdə isə, Hz. Peyğəmbər dövründə olduğu kimi Raşidi xəlifələr dövründə də dövlətin daxili və xarici təhlükəsizliyini qorumaq üçün təşkil olunmuş ordu vardı. Əsgərlik Allah nzasını qazanmaq, uxrəvi mükafata nail olmaq üçün edilən bir xidmət idi. Bu səbəbdən ordular könüllülərdən təşkil olunurdu. Lazım gələndə isə məcburi əsgərlik var idi. Məcburi əsgərlik Hz. Ömərin divan təşklilatmı qurması ilə rəsmi-ləşdi. Hərbi işlərə “divanul-cund” adlanan təşkilat rəhbərlik edirdi.
Ordunun baş komandiri və onun tabeliyində komandirlər var idi. Ali baş komandan dövlət başçısı idi. Ancaq, istəsə yerinə başqasmı təyin edə bilərdi.
Ordu komandirlərinin təyinində ləyaqət və qəbilələr arasındakı yer faktorları da nəzərə almırdı. Dövlət mərkəzindəki ordu ilə yanaşı, strateji nöqtələrdə də hərbi qüvvələr var idi ki, bunlardan da hərbi səfərlərdə istifadə olunurdu.
Ordu, xidmət sahələrinə görə müxtəlif siniflərə ayrılırdı. Hz. Peyğəmbər dövründə piyada, oxçu və süvari olmaqla üç qrupa ayrılan ordu, bunlardan əlavə tibbi, rabitə, kəşfiyyat qruplarına da ayrıldı.
Orduda xidmət edənlər arif, naqib, vazi, hadi, qaid, əmir, ordu komandiri və baş komandir rütbələrini daşıyırdılar. Ancaq, əsgər və komandirlərin paltarları eyni idi. Əsgər və komandirlərin gəlirləri qənimətlər və onlara verilən maaşlardan ibarət idi.
Xüsusilə Hz. Ömər dövründə hərbi təşkilatlanmada dəyişikliklər edildi. Ucqar nöqtələrdə hərbi hissələr quruldu. Vilayətlərdə dörd-beş min nəfərlik qarnizonlar təşkil olundu. Əsgərlərin bütün məsrəfləri dövlət tərəfindən ödənildi. Ailələrinə maaş təyin olundu. Orduda nizam-intizam artdı. Hərbi təchizat yeniləndi. Əsgər və komandirlər qəhrəmanlıqlarına görə mükafatlandırıldı.14
 
Ədliyyə Təşkilatı (Məhkəmələr)
İslam dini dövlətin və mülkün ədalət prinsipinə əsaslanmasını irəli sürür. İdarəçilərin ədalətlə rəftar etməsini, xalqa zülm etməməsini əmr edir. Ailə fərdləri, qohumlar, qonşular, fərqli din və məzhəb mənsubları arasındakı münasibətlərin, iş və məslək həyatının ədalət prinsipinə əsaslanmasını məsləhət görür. İşlərində ədalətli olmayanların zalim olduqlarını və bu şəxsləri Allahın sevmədiyini bildirir. Rəsulullah da təyin etdiyi valilərə, komandirlərə, əmir və məmurlara hər işdə ədaləti əsas götürməyi tövsiyə edirdi.
Raşidi xəlifələr dövründə bu anlayış davam etdirilərək ədalət mövzusuna lazımi əhəmiyyət verildi. Müharibə və sülhdə Allahın kitabı və Peyğəmbərin sünnəsinə uyğun davranmaq prinsipi əsas götürüldü. Xəlifələr xalqa adil davranmağı, haqqı sahibinə təslim etməyi, haqsızlıq edənləri cəzalandırmağı özlərinə şüar qəbul etdilər. Özlərinə edilən şikayətləri lazımi şəxslərlə məsləhətləşərək həll etdilər. Şuraya böyük əhəmiyyət verdilər, vəzifəli şəxslərin fikirlərini bilmədən tətbiqata başlamadılar. Ömər b. Xəttab, Əli b. Əbu Talib, Abbas b. Əbdülmüttəlib, Abdullah b. Abbas, Osman b. Afian, Əbdürrəhman b. Affan, Sad b. Əbi Vakkas, Əbdürrəhman b. Avf, Sad b. Übadə özlərilə məsləhət edilən səhabələrdəndir. Bundan əlavə xəlifənin müxtəlif məsələlərdə istişarə qrupları da var idi. Paytaxtda xəlifə, vilayətlərdə valilər məsləhət qrupuna rəhbərlik edirdilər.
Hz. Peyğəmbər və Raşidi xəlifələr dövründə bugünkü kimi məhkəmələr yox idi. Mühakimə şəkilləri də fərqli idi. Mühakimə səlahiyyəti xəlifə və onun təyin etdiyi şəxslərə aid idi. Mühakimə ortaya çıxan problemləri Quran və sünnənin işığında həllinə qovuşdurmaqdır. Ancaq islam dövlətinin torpaqları fəthlər sayəsində genişlənərək problemləri artdıqda, Hz. Ömər dövründə əsas şəhərlərə və ordu hissələrinə mühakimə işlərini idarə edən qazılar təyin edilməyə başlanıldı. Məsələlərin şəri hökmlər çərçivəsində mühakimə səviyyəsində olan qazılar, Quran və Sünnə əsasında hökmlər verməyə çalışdılar. Hz. Ömər də, mühakimə ilə əlaqəli bir çox prinsiplər müəyyənləşdirmişdi.
Mühakimədə mütləq surətdə müttəhim və iddiaçıdan dəlillər tələb olunurdu. Məsələ, şəhadət, hakimin qənaəti, əhli-vukuf, kəşif, iqrar, and, qadəmə, qarinə və əmarə və yazılı dəlil mühakimə üsulunu təşkil edən əsas ünsürlərdir.
Raşidi xəlifələr dövründə qazılıq çox önəmli bir vəzifə idi və mühakimə müstəqil qazılar tərəfindən edilirdi. Məzlum qorunur, zalim isə cəzalandırılırdı. Ədalət qarşısında zəngin-fəqir, kəndli-şəhərli, amir-məmur fərqi edilmirdi. Amma, haqlı-haqsız, məzlum-zalim, günahkar-günahsız mütləq ayrılırdı. Qazılar qərarlarını Quran və Sünnəyə bağlı qalaraq və vicdanlarının səsini dinləyərək verirdilər. Birbaşa xəlifə tərəfindən təyin edilmələrinə baxmayaraq, xilafət mərkəzinin onlar üzərində hər hansı bir təsiri yox idi.
Qazılar sadəcə qəza işlərilə məşğul olurdular. Verəcəkləri hökmləri şəri qaynaqlardan tapıb çıxarmağa çalışır, bunun üçün də Quran və Sün-nəni ən yaxşı şəkildə anlamağa böyük əhəmiyyət verirdilər. Haqqmda bu iki qaynaqda hökm tapmadıqları məsələləri ictihadla (qiyas) həll edirdilər. Məsələni dəqiq hökmə bağlamaq və verilən hökmü həyata keçirmək qabiliyyətinə sahib qazılar daha çox “mədəni qanun” çərçivəsindəki məsələlərə baxırdılar. Cəza hüququ ilə əlaqəli məsələlərə isə birbaşa xəlifə və vali baxardı. Hz. Ömər dövründə qurulan “Məzalim məhkəmələri” dövlət adamlarının təyin və vəzifədən azad edilməsilə vali və komandir kimi vəzifəli şəxslər haqqındakı məsələləri həll edərdi.

Hz. Ömər dövründə ədliyyə sahəsində böyük inkişaflar baş verdi. Mədinədə və vilayətlərdə qəza işləri idarə işlərindən tamamilə ayrıldı. Ədliyyə və qəza işləri qazılara, idarə işləri də vali və əmirlərə verildi. Şəhərlərdəki əhalinin sayma görə qazılar təyin olundu. Özü də, yeri gələndə həm qazılıq, həm də müftilik etdi. Torpaq mülkiyyəti, borc, miras, oğurluq kimi hüquqi məsələlərə baxdı. Zeyd b. Sabit, Əbu Dərda, Əli b. Əbu Talib, Übey b. Kab, Uhdun-Nəmr və Şüreyh Hz. Ömərin qazı təyin etdiyi kimsələrdəndir.
Raşidi xəlifələr dövründəki mühakimə üsulunu tam olaraq anlaya bilmək üçün Hz. Ömərin Kufə qazısı Şureyh və Bəsrə qazısı Əbu Musa əl-Əşariyə göndərdiyi məktublardakı “qəzayı təlimatnaməyə” baxmaq və məhkəmə tətbiqatlanm bilmək kifayətdir.
Hz. Osman və Hz. Əlinin xəlifəlikləri dövründə ədliyyə və məhkəmə üsulunda əsaslı dəyişiklik edilmədi. Hz. Ömər dövründə olduğu kimi funksiyasını davam etdirdi. Ancaq Hz. Osman, Mədinədə məhkəmə salonu olaraq bir “Darul Qəza” (Ədliyyə binası) tikdirdi.
Hz. Ömər dövründən başlayaraq Məkkədə həcc mövsümündə məza-lim məhkəmələrində mühakimələr edildi.
Hz. Əlinin ədliyyə sahəsində üstün mövqeyə sahib olduğunu birbaşa Hz. Peyğəmbərin və bir çox alimlərin sözlərindən anlamaq mümkündür. İbn Əbdil-Bərr Hz. Peyğəmbərin bu sözünü qeyd edir: ''Əshabım arasında adliyya masalələrinda an elmli şəxs Əli b. Əbu Talibdir.” Başqa rəvayətə görə Hz. Ömər, onun ədliyyə məsələlərindəki üstünlüyünü bu sözü ilə açıqlayır: “Əbul Hasanin olmadığı bir sorğulamadan Allaha sığınıram.” Bundan savayı, onun müxtəlif qaynaqlarda keçən qəza məsələləri ilə əlaqəli maraqlı hökmləri, bu sahədəki üstünlüyünün ən böyük göstəricisidir.15
Qazılara beytul-maldan özlərini və ailələrini dolandırmaq üçün maaş verilirdi. Zəngin və varlı olan Hz. Osman maaş almazdı. Belə ki, qazılardan bəziləri də maaş almadan işləyirdilər.
Raşidi xəlifələr dövründə qeyri-müsəlman təbəqəyə öz məhkəmə qanunları tətbiq olunurdu.16
 
Dini Quruluşlar
Hz. Peyğəmbər dövründə müsəlmanlar dini məslələrə birbaşa Rəsulullahdan soruşaraq hərəkət edərdilər. Raşidi xəlifələr dövründə isə, bu vəzifəni könüllü olaraq əshabi-kiram əvəz edirdi. Əshabi-kiram verdikləri fitvalarla dini məsələləri öz həllinə qovuşdururdular. Bundan əlavə xüsusi olaraq bu məsələ ilə məşğul olan qazılar da var idi. Dövlət tərəfindən təyin olunan müəllimlər də, xalqa dini əsaslan və Quran oxumağı öyrədirdilər.
Raşidi xəlifələr dövründə bir neçə dini hadisə cərəyan etdi ki, bunlardan birincisi dindən dönmə (irtidad) hərəkatıdır. Hz. Peyğəmbərin vəfatına yaxın başlayan irtidad hadisələri, Hz. Əbu Bəkrin xəlifəliyinin ilk illərində davam edərək ricət (bəzi dini əmrlərdən imtina etmək) hadisələrilə daha da gücləndi. Xəlifə mürtəd və mürtəceləri tezliklə təmizlədi.
Əslində hər insanın din və vicdan azadlığı vardır. Hər kəs istədiyi bir dini seçmək və ya ondan imtina etmək haqqma sahibdir. Ancaq, sonuncu imtina məsələsi ictimaiyyəti azad olmaqdan çıxararaq dinə və dövlətə qarşı gəlməsinə səbəb olurdu. Belə ki, Hz. Əbu Bəkr dövründə mürtəd və mürtəcelərlə, Hz. Osman dövründə isə, Azərbaycan və Erməniyyədə vergi vermək istəməyərək dövlətə qarşı üsyan edənlərlə bu düşüncələrindən ötrü mübarizə aparılmışdır.
İrtidad və irtica hadisələrini siyasi hesab edənlər də vardır. Buna görə Hz. Əbu Bəkr dövründəki irtidad və irtica hərəkatları birbaşa İslam və ümmətlə əlaqəli olmayıb, mövcud hakimiyyətə qarşı yönəlmişdi. Hazırki xəlifə və iqtidarı dəstəkləməyənlər, zəkat verməkdən imtina edərək və ya vergi ödəməyərək və bənzəri səbəblərlə üsyan edərək müsəlmanlardan ayrılmışdırlar.
İstənilən hadisə bir neçə tərəfli ola bilər. İrtidad və irtica hadisələrinin həm dini, həm də siyasi məqsəd daşıdığı bir həqiqətdir. Ancaq irtidad hadisələri Hz. Peyğəmbərin sağlığında başlamışdır. Müseyləmə, Əsvədi-Ansi və Tüleyha kimi saxta peyğəmbərlər və tərəfdarları, Peyğəmbərin vəfatından əvvəl ortaya çıxmışdılar. Onun sağlığında Sakifəoğullan kimi, müəyyən şərtlə islamı qəbul etmək istəyənlər və bəzi dini əmrlərdən qurtulmaq arzusunda olanlar vardır. Bu kimsələr, görəsən hansı siyasi iqtidarı tanımamaq və ya hansı şəxsin hakimiyyətini qəbul etməmək səbəbilə belə edirdilər? O ki, qaldı zəngin müsəlmanlardan alınaraq fəqir müsəlmanlara və digər ehtiyacı olanlara verilməsi Quran tərəfindən müəyyənləşdirilən zəkatı birbaşa xəlifə və siyasi hakimiyyət ilə nə əlaqəsi vardı? Toplanılan zəkat, dövlətə və xəlifənin özünə yox, Quran və Sün-nədə göstərilən şəxslərə paylanılırdı.
Dövlətin vəzifəsi isə, amir və məmurları vasitəsilə zəkat toplamaq və özlərinə zəkat verilməsi lazım olan şəxslərə zəkatı paylamaqdır. Yəni dövlət bu işə nəzarət edəndir. Budan əlavə zəkat lazım olanda öz yerində, bəzən isə xilafətin mərkəzində bölüşdürülür və paylanılırdı. Ancaq bunun harada və necə olacağı haqqında qərarı yenə dövlət verirdi. Vəziyyət belə olduğu təqdirdə dini bir hadisəni siyasiləşdirmək həqiqətə uyğun deyildir. Zəkatm maddi bir ibadət olduğu gözdən qaçmamalıdır.
Raşidi xəlifələr dövründə dini məzmunda başqa hadisələr də cərəyan etdi. Bunlara misal olaraq Qurani-Kərimin Hz. Əbu Bəkr dövründə toplanılması, Hz. Osman dövründə isə çoxaldılması, rəsmi nüsxə xaricindəki nüsxələrin yandırılaraq yox edilməsi, təravih namazının camaatla qılınmağa başlanması, qeyri-müsəlmanlarla mədəni, iqtisadi münasibətlərin inkişafi, Kəbənin örtüyünün yenilənməsi, Məscidi-Nəbəvidə bəzi dəyişikliklərin aparılması, cümə namazından əvvəl məscid daxilində əzan oxunmağa başlanması, beytul-malın 1/8-nin müsadirə edilməsi, Minada namazın olduğu kimi qılınması (müqim) və bu kimi hadisələri göstərmək olar. Belə ki, bu və bənzəri dəyişiklik və inkişaflar sonralar bəzi qruplar tərəfindən siyasi məqsədlər üçün işlədildi. Raşidi xəlifələr də tənqid olunaraq günahlandırıldı.
 
Din və Dini Anlayışlar

Din Quranda keçən bir məfhumdur. Əsasən iki məna ifadə edir.

    1. Fərd və cəmiyyəti xarakterinə uyğun olaraq yetişdirmək məqsədi daşıyan İlahi qanun və əsaslar məcmuəsidir.
    2. Bir qrup və ya cəmiyyətin adət-ənənələridir.

Buna görə din məfhumu, ilahi əsaslan və buna əsaslanan adət-ənənələrin hamısına şamildir. Din eyni zamanda üstün həyat səviyyəsi, insanın axirətdə vəziyyəti mənalarına da gəlir. Həm maddi, həm də mənəvi həyatı əhatə edir. Şəriət də, həqiqət də onun içindədir. Dinə bu şəkildə tərif verilir.
İlahi və ya səmavi din qaynağı vəhy olan dindir. Vəhyin qaynağı isə Allahdır. Vəhy Allahın əzəli kəlamıdır. Tövrat, Zəbur, İncil və Quran Allahın vəhyləridir.

Vəhy Quranda bu xüsusiyyətlərlə tanınmaqdadır.

    1. Vəhy ümumbəşəridir.
    2. Vəhy ilahi hadisədir.
    3. Səmavi bir nurdur ki, insanı kamilləşdirmək məqsədi güdür.
    4. İlahi rəhmət və hidayətdir.

Quranda müxtəlif dinlərdən bəhs edilməsinə baxmayaraq, Allah qatında keçərli dinin yalnız İslam olduğu bildirildiyi kimi, islamdan başqa dinlərin qəbul edilməyəcəyi, bu din mənsublarının da zərərə uğrayacaqları bildirilməkdədir.
Din və inancların, ibadət və əxlaqi dəyərlərin, fərd və toplumun taleyini həll edən əsas faktorlardan biri olduğu Quranın bildirdiyi həqi-qətlərdəndir.
Əslində islam və din məfhumları eyni mənanı daşıyır. Neçəki, din düşüncəsi insanın xarakterində vardır. Hz. Adəmlə bərabər ortaya çıxmış və insanlıq tarixinin hər dövrünə öz damğasını vurmuşdur. Yaxşı münasibətlərin, xoşbəxtlik və səadətin, mədəniyyətin təməlində din ünsürü olduğu kimi, savaşların və qanlı hadisələrin arxasında da yenə din vardır.
Din və insan kəlmələri bir-birindən ayrı düşünülə bilməz. Belə ki, ən qədim dövrlərdə də din düşüncəsi olmuşdur. Din və insan, ruh və cəsəd, ət və sümük kimidir. Biri olmasa digəri bir məna kəsb etməz. Din fərd və cəmiyyətin varlığı üçün zəruridir. Çünki din, həqiqətləri və kamilləşmə yollarım öyrədir. İslam isə bütün peyğəmbərlərin təbliğ etdiyi, Hz. Adəmdən etibarən insanlara vəhy edilən dinin adıdır.

Alim və mütəfəkkirlər mənəvi qiymətləri baxımdan dini aşağıdakı qruplara ayırmışlar.

    1. Haqq və batil din.
    2. Rasional və təbii din.
    3. Səmavi və bəşəri din.
    4. İlahi və bəşəri din.

Dinlər tarixi və İslam tarixi elmlərində bu dinlər haqqında geniş məlumat verilir.
 
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.

0 şərh