Dini Anlayışlar

Bəşəriyyətin tarixi qədər dinlərin də tarixi qədimdir. İnanc insanın təbii xarakter və ehtiyaclanndandır. İnsan bir şeyə inanmaq və bağlanmaq və ya bir dinə sahib olmaq istəyər. İnsanın digər təbii ehtiyacları kimi bu ehtiyacları da birbaşa yaradıcı tərəfindən verilmişdir. O, bir din göndərmişdir. Bu dini insanlara gətirən və öyrədən isə, yenə də insan olmuşdur. Peyğəmbər, nəbi, rəsul və ya elçi kimi adlandırılan bu şəxslər insanlara doğru dini öyrətməklə vəzifələndirilmişdir. Ancaq, insanlar tərəfindən uydurulmuş dinlər də vardır. Allahın insanlıq üçün seçdiyi və peyğəmbərlər vasitəsilə göndərdiyi din islamdır. İlk peyğəmbər Adəmdən etibarən, son peyğəmbər Hz. Məhəmmədə (s.ə.s) qədər bütün peyğəmbərlərin insanlara təbliğ etdikləri din İslam olmuşdur. Yəni peyğəmbərlər eyni inanc sistemini insanlara təbliğ etmişdirlər.

İslam insanın şərəfini qorumaq və “la ilahə illallah ” ləfzinin gərəyi qulluq fəlsəfəsini yerləşdirmək üçün göndərilmişdir. Bu məqsədin gerçəkləşməsi üçün də əvvəlcə bəşər həyatmı fəsada çevirən hakimiyyəti və zülmü qaldırmağa yönəlmişdir. Bunun nəticəsində düşüncələr köləlikdən qurtularaq sadəcə Allaha qulluq azadlığına qovuşacaqdır. İnsanların psixoloji vəziyyəti, xarakter və şəxsiyyətləri də, onların inanc sistemini formalaşdırır. Ərəblər, farslar, türklər və başqa xalqların cahiliyyə dövründəki vəziyyətləri ilə, müsəlman olduqdan sonrakı hallan qarşılaşdınl-dıqda, hər iki dövrdəki şəxsiyyət və xarakterlər arasında böyük fərqlərin olduğu görüləcəkdir. Ömər b. Xəttab, Əbu Zərr əl-Ğıfifari kimi tanınmış şəxsiyyətlərin hər iki dövrdəki həyatı buna misal ola bilər. İslam dini şəxsiyyət və xarakterin formalaşmasında ətraf mühitin böyük rolu olduğunu qəbul edir. Amma, ətraf mühitin bu təsirini yeganə faktor olaraq görmür və onun insanlar üzərindəki mənfi təsirlərini düzəldərək, insanı hansı mühitdə olmasından asılı olmayaraq, kamil insan olmağa çağırır.
İslam müəyyən qrupda yaşayan insanlara gəldi, fəqət o mühitdə heç bir şeyi dəyişdirmədi. Ətraf mühitin nə maddi, nə də iqtisadi vəziyyətinə toxundu. Ancaq, düşüncə və anlayışları, inandan və xarakterləri dəyişdirdi. Bu çox böyük dəyişiklik demək idi. Belə ki, bu dəyişiklik Qüreyşin şiddətlə islama qarşı çıxmasına, möminlərə hər cür əzab və işgəncə etməsinə səbəb oldu.
Qurani-Kərimin yarısından çoxunu təşkil edən ayələrin mövzusu inanc tarixindəki mübarizələr haqqmdadır.
Həqiqətən də insan və əşyanın təbiətində dəyişkənlik vardır. Fəqət, ətraf mühit və vərdişlərin dəyişməsi çox da asan deyildir. Əgər bu dəyişiklik, din, məşrəb, ətraf mühit və xarakter dəyişikliyidirsə daha da çətindir. Bu baxımdan, insanın düşüncə dünyasında dəyişilik etmək çox çətin məsələdir. Qəbiləçilik zehniyyətində olan bədəvi ərəblərə, bu düşüncəni tərk etmək çox çətin gəlirdi. Həmin ərəblər, müsəlman olandan sonra qəbiləçilik düşüncəsi və təəssübkeşliyinə qarşı çıxırdılar. Onlar, Allaha qulluq şüuru ilə birgə “qəbilə köləliyindən” də azad oldular. Eyni mühitdə yaşamalarına baxmayaraq yeni bir inanc və şəxsiyyətləri sayəsində müxtəlif dəyərlər qazandılar. Cahiliyyə adətləri kəlmeyi-tövhidə inanan bu insanlara artıq təsir etmədi.

Bu insanlar fərqli düşünməyə başladılar. İnanc qardaşlığı deyilən bu dəyər ölçüsü, ərəblərdə heç vaxt olmamışdı. Çünki Qüreyş başda olmaqla bütün Ərəbistan və dünya buna çaşıb qalmışdı. Həmin mühitdə, İslam qardaşlığından əvvəl qan bağı onları birləşdirən yeganə bağ idi. Hər qəbilə digər qəbiləyə halqalar şəklində bağlı idi. Bir-birilərinə kömək edirdilər. Döyüş və müharibədə birgə hərəkət edirdilər. Amma bu insanlar və aralarında qan, nəsəb və irq bağlan olmayan başqa insanlarla İslam və ya inanc qardaşlığı ilə bir-birinə bağlandılar.
Bu insanlar iş və məslək həyatlanndakı əlaqələrdə bir-birinə qarşı çox adil davranırdılar. İxlas, anlayış, tolerantlıq, səbir və doğruluq kimi xüsusiyyətlər onlann əsas vəsflərini təşkil edirdi. Nəfslərinə və cahiliyyə adətlərinə bağlı deyildilər. Vicdan, ağıl və iradələri azad insanlar idilər.
İnanc, elm, ibadət və əməl arasında əlaqə qurmuşdular.
 
“Əgər onlar səni aldatmaq istəsələr, (qorxma və bil ki, onlann şərtindən və məkrindən qorumağa) sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi.
Və onların (bir-birinə düşmən Evs və Xəzrəc qəbilələrindən olan ən-sann) ürəklərini (ülfətlə və dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, (aralarında ülfət yaratdı). Həqiqətən, O, yenilməz qüvvət sahibi, hikmət sahibidir.”

“Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Məhəmməd əleyhissəlama qəlbən) iman gətirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) hicrət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr-məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır.!”
“Şübhəsiz: “Rəbbimiz Allahdır!-deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağmda) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin!”
“O müttəqilər ki, bir günah gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.
Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altmdan çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir.”

Hz. Məhəmmədin gətirdiyi inanc əsaslarına inanan insanlar bir-birlərini, Allahı və elçisini həqiqi sevgi ilə sevdilər. Allah və Rəsulu onlar üçün hər şeydən dəyərli idi və öndə gəlirdi. Aralarındakı mübahisəli məsələləri Allah və Elçisinin hakimliyi altında həll edirdilər. İnsanlığı və qardaşlığı çox yaxşı bacarırdılar. Əshab sələfi-salihin və ya ilk müsəlmanlar deyə tanınan bu seçilmiş insanlar, gözəl əxlaq və nümunəvi şəxsiyyətə sahib idilər. Yeni inandan, onlan tamamilə dəyişdirmişdi. İslam inancı onlara yeni bir şəxsiyyət qazandırmışdı. Beləliklə inancın, insanın maddi və mənəvi varlığına böyük təsiri vardır. Sosial-iqtisadi və siyasi ətrafi dəyişməsə də ərəblər dəyişmişdilər. Artıq İslam, dünyadakı hər insan üçün yeni bir həyat demək idi. Bu yeni yaşayış şəklində hər şey insan xarakterinə uyğun idi. Bir iman cövhəri hər möminin qəlbində öz məşəlini yandırmışdı. Bu insanlardan hər biri Allah üçün bir-birini sevib qoruyur, amma Allah və Rəsulunu hər şeydən çox sevirdilər.
İlk müsəlmanlar əvvəlki peyğəmbərlərin dövründəki möminlər kimi, elmi və ağlı əməldən üstün tuturdular. Problemləri elmə görə dəyərləndirirdilər. Onların dövründə hakim qaynaq Quran, sünnə, elm və ağıl idi. İnanc, ibadət, elm və ağıl arasında mükəmməl əlaqə qurmuşdular. Sonrakı dövrlərdə bu qaynaqların yerinə, səhabə, tabeun və məzhəb imamlarının həyadan qaynaq təşkil etmişdir. Belə ki, nə ilk iki nəslin (səhabə və tabeun), nə də din alimləri və ya məzhəb imamlanmn belə bir təlqinləri olmuşdur. Ancaq bunlara baxmayaraq, ilk üç nəslin anlayış, fikir və yaşayışlan, ictihadlan müsəlmanlar tərəfindən qeyd şərtsiz qəbul edilərək onların din düşüncəsini təşkil etdi.
Nəticə etibarilə İslam dini, xüsusilə Abbasilər dövrünün sonlan və Osmanlı dövründə Quran və Sünnə əsaslarından daha çox adət-ənənəyə, təqlidlərə əsaslandırılaraq, şeyxlər, vəlilər, məqam və kəramət sahibi sayılan şəxslərin fikirləri və təvillərinin məcmuəsi halına gətirildi. Xalq möcüzə və kəramətlərə, islamın bütün dövrlərin dini olduğu kimi ifadələrə, təzahürlərə əhəmiyyət verərək dinin həqiqətilə maraqlanmadılar. Məhz bu din anlayışı, mücəddid, Mehdi, Məsih və bir çox yanlış inancların müsəlmanlar arasında yayılmasına səbəb oldu.
Sosial-iqtisadi cəhətdən çox da dəyişməsə də, İslam ümməti çox sürətli dəyişikliklə qarşı-qarşıya qaldı. Bu dəyişikliklər həm mənfi, həm də müsbət mənada idi. Hz. İbrahim, Hz. Musa və Hz. İsa kimi peyğəmbərlərin ümmətləri də onların vəfatından sonra, iman, elm və əməldə eyni dəyişikliklərə məruz qalmışdılar. Mədəniyyət və adət-ənənələri din yerinə qoymuşdular. Nəticədə inanc, din və ibadətləri pozulmağa məruz qaldı. Amma bütün bunlara baxmayaraq dinin əsas qaynağı sayılan Quran və Sünnə olduğu kimi qorunub saxlandı. Lakin əqidələrinin zəifləməsi, ibadətlərinin ixlassızlaşması, ağıl və elmə inanc qədər əhəmiyyət verilməməsi, təqlidçiliyin artması, xurafat və yanlış inancların yayılmasına səbəb olduğu kimi, İslam mədəniyyətinin də çökməsinə səbəb oldu. Şeyxlər, sufilər, fəqihlər, kəlamçılar və din alimlərinin yorumlan nəticəsində yeni bir din anlayışı, din sistemi formalaşdı.
Müsəlmanlar sağlam və doğru inanclarından uzaqlaşaraq, batil inancların təsiri altında qaldılar. Fərz və vaciblər arxa plana keçdi. İslam, iman, elm, fikir və ibadət məfhumları yanlış yorumlandı. İslamı Yunan düşüncəsindən təsirlənərək açıqlayanlar da var idi. Din və dünya aynseç-kiliyi edildi.

Müxtəlif yerlərdə yaşayan və fərqli adət-ənənələrə sahib insanlarla birgə yaşayan elm, mədəniyyət, ağıl və anlayış etibarilə aralarında fərqliliklər olan alimlərin yeni məsələlər haqqındakı ictihadları da təbii olaraq fərqli oldu. Dini məsələləri birbaşa əsl qaynağından (Quran və Sünnə) öyrənə bilməyən xalq, mövcud ictihadlardan birini mənimsəmək məcburiyyətində qaldı. Sonra “etiqadi islam məzhəbləri” və “fiqhi islam məzhəbləri” adı altında qruplaşan bu fərqliliklər, özü ilə bərabər qruplaşma və zümrələşməni gətirdi. Xaricilik, Şiəlik, Mötəzilə, Əhli-sünnə adlanan bölünmələr bunun bariz nümunələri hesab olundu. Hicri 4-cü əsrdən sonra məzhəbə, məşrəbə, təriqətlərə görə İslam anlayış və yorumlan meydana çıxdı. İşlərin, məzhəb və təriqət təəssübkeşliyi ilə qəbul edilməsi, məzhəb imamları və təriqət şeyxlərinin fikirlərinin müqəddəsləşdirilməsi, firqələrin formalaşması təqlid, təslimiyyət anlayışlarını şiddətləndirdi. Təriqətlər də eyni düşüncə ilə ortaya çıxdı və formalaşdı.
Əvvəllər alimlər, kitab və sünnəni öyrənir anlayır, hökm çıxarırdılar. Lakin sonralar, müəyyən bir imamın və ya fəqehin kitabını oxumaqla məşğul olmağa başladılar. İmamların və fəqehlərin sözləri və ya fitvaları, Allah və Rəsulunun sözləri səviyyəsində sayılmağa başladı. Hətta, imamlarının sözlərinə zidd ayə və hədislə qarşılaşdıqda o nəss təvil edilmiş və ya nəsx olunub deyilərək, imamın sözü daha doğru qəbul olunurdu. İctihadın yazılı bir qayda halına gətirilməsi, ictihad edənlərə pis gözlə baxılması və sonralar (h. 4-cü əsrdən etibarən) ictihadın qapısının bağlanması iddiası bu gedişatı daha da pisləşdirdi.
Bundan əlavə Quran və Sünnəyə əsaslanan İslamın inanc əsaslan, ilk müsəlman nəsildən dəyişikliyə uğramadan ötürüldüyü halda, bir müddət sonra fəth olunan ölkələrdəki fərqli adət-ənənələrlə qanşdı. Təsirlənmə prosesi başladı. İslam düşüncəsi əqli hücumlara məruz qaldr. Mübahisəli məsələlər ortaya çtxdr. Cəbr və ixtiyar, vəd vaid, xeyir və şər və bənzəri məsələlər faydasından çox zərəri olan nəzəriyyələrin formalaşmasına səbəb oldu. Nəticədə bir çox fəlsəfi cərəyanlar və kəlam məktəbləri ortaya çıxdı.
Halbuki, İslam həqiqətindən ayrılmamaq, hər hansı məzhəbə bağlı yaşamaqla yox, Kitab və Sünnəyə sarılmaqla mümkün idi. Din alimlərinin əsərləri və onlara nisbətlə qurulan məzhəblər, xalqın Kitab və Sün-nə hökmlərini anlamasına sadəcə bir vasitə ola bilərdi. O ki qaldı İslam, bütün firqə, təriqət və məzhəblərdən üstündür. Müsəlman adı isə, hər kəsi qucaqlayaraq əhatə edən ümumi addır. İslam əqaidinin təməl qaynağı, İslamın özü-Kitab və Sürmədir.
İnanc mədəniyyətin əsas qaynaqlarından biridir. İstənilən dövrdə mədəniyyəti əmələ gətirən əsas ünsürlərdən biri də iman-əqidə məsələləridir. Ad, Səmud, Mədyən və s. xalqlardan bəhs edən Quran ayələri də inanc və mədəniyyət arasında sıx əlaqənin olmasına işarə edir. Hz. Məhəmmədin (s.ə.s) gətirdiyi dini qəbul edərək ona tabe olan insanlar, İslam əqaidinə əsaslanan, İslamın qurumlarını, sənət, etika və estetikasını, ibadət və əxlaq anlayışlarını təmsil edən möhtəşəm bir mədəniyyət meydana gətirmişdirlər.
Müsəlmanlar yeni ərazilərin fəth olunmasıyla müxtəlif hadisə və mədəniyyətlərlə tanış oldular. Öz aralarında isə bəzi əxlaqi, hüquqi, siyasi və ictimai problemlər var idi. Bu problemlər onları bəzi münaqişə və mübahisələrə təşviq etdi. Bu isə bəzən ixtilaflara səbəb oldu. Nəticədə, bir çox dini və etnik qruplaşmalar ortaya çıxdı. İslami elmlərin formalaşması da bu dövrə təsadüf edir. İslam həqiqəti, İslamın şərtləri, inanc əsaslan, cümə namazının şərtləri və s. ifadələrlə açıqlanmağa başlandı. Birtərəfdən bu yeniliklər baş verərkən, digər tərəfdən də insan haqq və azadlıqlan-na məhdudiyyətlər gətirildi. Bir çox haqq və azadlıqlar müsəlmanlardan geri alınmışdır. Qadınların məbəd və məktəblərdən uzaqlaşdınlmalan, elm, ibadət və əxlaqla əlaqəli bəzi haqlanndan məhrum edilmələri, din, məzhəb və təriqət təəssübkeşliyi bunlara misal göstərilə bilər.
Hz. Məhəmmədin (s.ə.s) vəfatından yüz il keçmədən müsəlmanlar da “miras ənənə islamı” dövrünə girdi. Ənənəyə və əcdadların din düşüncəsinə uyğun din anlayışı və “inanc sistemi” kimi xarakterlərinə damğasını vurdu. Bu dövrdə daha çox müctəhidlər, fəqehlər, kəlamçılar, məzhəb imamları, filosoflar, təriqət şeyxləri və sufilər əsas qəbul edildilər. İslamın inkişafi, həmin şəxslərin fikir və düşüncələri, yorum-lan çərçivəsində qəbul edildi. Birbaşa Quran və Peyğəmbərə tabe olmaq məcburiyyətində olan möminlər, ictihad və yorumlanm bu təməl qaynaqlarla eyni səviyyədə tutaraq, peyğəmbərlərin varisləri olduqlarına inandıqları “üləmanı” (alimləri) rəhbər qəbul etdilər. Onların fitva və fikirlərinə sığınaraq təslim oldular. Nəticədə təqlidçi və təslimiyyətçi olaraq tanındılar.
Artıq müsəlmanlar Quranı öyrənmək, anlamaq və yaşamaq əvəzinə, əzbərləyərək ibadət savabı almağa yönəlmişdilər. İslam əqaidi və hökmlər artıq bu şəxslərin fikirləri çərçivəsində başa düşülürdü. Məsələn: Qurandakı elm anlayışının yerini Qəzzali və bənzərlərinin elm anlayışı, təsnifi almışdır. Quran və Sünnə elm öyrənməyi (cinsiyyət fərqi olmadan) hər insan üçün lüzumlu sayarkən, adı çəkilən şəxslər elm təhsilini fərzi-ayn və fərzi-kifayə deyə iki hissəyə ayıraraq, bir çox insanı elm təhsilindən azad etmişdilər.

Əslində adət-ənənə, dinimizə görə bir (hüccət) dəlildir. İslam bunu rədd etmək əvəzinə dinin əsaslarına uyğunluğu yönündən dəyərləndirmişdir. Adət-ənənələrdən dinə uyğun gələnləri yaşatmış, uymayanları isə atmışdır. Belə ki, adət-ənənə İslam hüququnun qaynaqlarından sayılmış, “adət hüququ”, “məhəlli adət-ənənə hüququ” hüquq təsnifatında yer almışdır. Ancaq İslam, adət-ənənəni din halına gətirməmiş və dini dəyərlərdən üstün tutmamışdır.
Dinlər tarixində buna bir çox misallar vardır. Son misalları isə, İslam düşüncə tarixində “intibah” dövründən sonra, tərcümə fəaliyyətləri nəticəsində Kindi, İbn Sina və Farabi kimi müsəlman mütəfəkkirlərin Aristotel və Platonun fəlsəfələri ilə İslam düşüncəsini uzlaşdırmaq, yaxınlaşdırmaq və onların sintezindən yeni bir düşüncə sistemi ortaya çıxarmaq cəhdlərilə, son dövrlərdə müasir mütəfəkkir və yazıçılar kimi tanınan Seyid Əhməd Xan, Cəmaləddin Əfqani, Məhəmməd Abduh, Rəşid Rza, İ. Haqqı İzmirli, Faruqi, Fəzlurrəhman, Seyyid Hüseyn Nasr və bənzərləri tərəfindən islamiləşmə- müasirləşmə fəaliyyətləridir. Son dövrlərdəki hakim düşüncə və dəyərləri, yəni qərb mədəniyyət və fəlsəfəsi ilə İslam düşüncəsini uzlaşdırmaq, onların sintezindən müasir və yeni bir düşüncə ortaya çıxarmaq istəyən bu insanlar, “elmin islamiləşdirilməsi”, “islahat”, “oyanış” və “təcdid” kimi məfhumlar işlədərək məqsədlərini gerçəkləşdirməyə çalışmışdılar.
Dövrümüzdə teizmdən ateizmə qədər müxtəlif dini və fəlsəfi sistemlər mövcuddur. Elm və texnologiya əsri artıq bunların xaricində yeni düşüncə və sistemlər axtanşındadır. Bu baxımdan müsəlmanlar da inanc sistemi və din anlayışlarını, dini və mədəni dəyərlərinin qaynaqlarını sor-ğulamaq, yenidən dəyərləndirmək cəhdlərinə baş vurmağa çalışmışlar. Bir qrup müsəlman alimlər klassik (ənənəvi) İslam düşüncəsini həqiqi İslam düşüncəsinin üzərini örtdüyünü bildirərək İslam tarixinin müxtəlif dövrlərində olduğu kimi, müsəlmanları “Quran və Sünnəyə”, “Quran İslamına” bölməyə səsləyirdilər. Ənənə dininə bağlı olanlar, islamdan əvvəl atalarının dininə bağlı olanların göstərdikləri kimi inadla edilən bu dəvətlərə qarşı çıxmış, bu hərəkətlərini də dindarlıq adlandırmışlar. İslam dünyasının geri qalmasına, İslam elmlərinin inkişaf edib formalaşmasına məhz bu düşüncə səbəb olmuşdur.
Bu gün də, müasirlik tərəfdarları ilə, ənənəvi düşüncə tərəfdarları arasında gəıgin mübarizə gedir.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.

0 şərh