Məhəmməd Peyğəmbərin doğum günü

Həzrəti Peyğəmbərin doğum günü rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsidir.
Mövlud gecəsi Ramazan və Qurban bayramlarından başqa müsəlmanların mübarək saydıqları beş gecədən biridir. Bunlar Rəcəb ayının ilk cümə gününə təsadüf edən Rəqaib gecəsi, həmin ayın 27-sinə təsadüf edən Merac gecəsi, Şaban ayının 15-nə təsadüf edən Bəraət gecəsi və Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsidir. Tarixi və dini mənbələrə görə Məhəmməd (s) peyğəmbər Məkkədə, Rəbiül-əvvəl ayının 12-də, bazar ertəsi gecəsi sübhə yaxın dünyaya gəlib (miladi-570-ci il).

Mövlud ərəb sözüdür — doğum, doğum yeri və zamanı anlamına gəlir. Mücərrəd mənada işlədildikdə, sadəcə, hz. Peyğəmbərin (s.ə.ə) doğumunu ifadə edir. Hz. İsanın doğumuna «milad» deyildiyi kimi. Bu baxımdan bütün İslam dövlətlərində Peyğəmbərin (s.ə.s) doğum günü və bu gün münasibətilə mərasimlər keçirilir. Bu gün Azərbaycanda necə qeyd olunur ?
Həzrəti Peyğəmbərin doğulduğu gün gözəl və ibrətamiz məclislər təşkil etməyimiz məsləhətdir. Biz müsəlmanlar həm Həzrəti Peyğəmbərin gətirdiyi dəyərləri öyrənməliyik, həm də qeyri-müsəlmanlar slamın və peyğəmbərin hansı dəyərlərə malik olduğunu öyrənməlidirlər.
Əvvəllər İslam dövlətlərində Həzrəti Peyğəmbərin mövlud gününü qeyd etmirdilər. Əsasən, Azərbaycanda, İranda, İraqda peyğəmbərin mövludu anılırdı. Məhəmməd Peyğəmbərin karikaturası çəkildikdən sonra, yəni Allahın sonuncu elçisi təhqir olunduqdan sonra önəm verməyə başladılar. Ərəb dövlətlərinin müftiləri Məhəmməd peyğəmbəri özünə layiq şəkildə aləmə təqdim etmək və nümunəvi şəxsiyyət olaraq tanıtdırmaq üçün rəsmi olaraq mövlud həftəsi keçirməsinə qərar verdilər və başladılar açıq-aşkar təmtəraqlı məclislər təşkil etdilər, küçələr bəzədildi, şənliklər təşkil edildi.
Sovet dövründən fərqli olaraq Azərbaycanda artıq bütün məscidlər fəaliyyət göstərir. Qafqaz Müsəlmanlar İdarəsi axundlara tövsiyə olaraq Həzrəti Peyğəmbərin mövludunu qeyd etməyi tapşırıq verir. Məscidlərdə ayın 12-dən 17-dək məscidlərdə Vəhdət Həftəsi adı altında məclislər keçirilir.
Bəs mövlud gecəsi insanlar nə etməlidirlər?
Necə ki, Qurani-Kərimdə Allah-Təala insanlara buyrulur ki, hər bir işdə Həzrəti Peyğəmbər nümunə gətirilməlidir. Məhəmməd peyğəmbərin həyatına baxdıqda görürük ki, öz gecələrini xüsusi ibadətlə keçirmişdi. Gündüzlərini oruc, gecələri namaz qılmaqla keçirib. Və bu günlərdə insanlar Quran oxusunlar, çoxlu namaz qılsınlar, dualar etsinlər və mümkün olduğu qədər peyğəmbərin həyatı haqqında məlumatlar əldə etsinlər.

0 şərh