Imam Hüseyn (aleyhisəllam)

         «Hüseyn məndən, mən də Hüseyndənəm. Allah — Təala Hüseyni sevəni sevər.»
                                 
Muhamməd Peyğəmbər (salləllahu aleyhi və alihi vəsəlləm)

  1. Uşaqlığı

 Ummu Haris rəvayət etmişdir: «Bir gün Rəsulullahın hüzuruna getdim. „Ya Rəsulullah! Bir röya gördüm, qorxdum“ dedim. Soruşdu: » Nə gördün?" Dedim: «Sənin mübarək vücudndan bir parça kəsdilər, mənim bədənimə əlavə etdilər.»
 Buyurdu ki: " Yaxşı görmüsənş Fatimənin bir oğlu olacaq və sənin yanında qalacaqdır."

 İmam Hüseyn (aleyhisəllam) hicrətin 4 — cü ilində Şaban ayının 3-də doğuldu. Rəsulullaha  (salləllahu aleyhi və alihi vəsəlləm) xəbər verdilər. Təşrif buyurdu. Uşağı mübarək əllərinə götürndə ağlamağa başladı. «Nə üçün ağlayırsınız, ya Rəsulullah?» deyə sordular. Buyurdu: «Bu oğlumu zalim bir qövm şəhid edəcəkdir. Fatiməyə söyləməyin.»

 İbn Abbasdan: " Allahın Rəsulu (salləllahu aleyhi və alihi vəsəlləm) Hüseyni ibn Alini öz çiyninə mindirmişdi. Bir nəfər dedi: «Oğulcan, nə yaxşı miniyə minmisən?» Rəsulullah (salləllahu aleyhi və alihi vəsəlləm) buyurdu: «O özü nə gözəl suvaridir!»

 Hz. Hüseyn (a.s.) Rəsulullahın (salləllahu aleyhi və alihi vəsəlləm) yanındaydı. Anasına getmək istədi. Yağış yağırdı. Rəsulullah (salləllahu aleyhi və alihi vəsəlləm) dua etdi. Hz. Hüseyn evinə çatıncaya qədər yağış yağmadı.

 İbn Abbasdan rəvayət olunur: «Bir gün əshabdan bir camaat ilə Rəsulullahin (salləllahu aleyhi və alihi vəsəlləm) hüzurunda oturmuşduq. Bir kişi gəlib Rəsulullaha (salləllahu aleyhi və alihi vəsəlləm) bir alma verdi. Hz. Həsən və Hz. Hüseyn (a.s.) orada idilər. Almaya baxırdılar. Rəsulullah almanı birinə verib o birini üzmək isdəmədi. Onlara güləşmələrini təklif etdi. Onlarda güləşməyə başladılar. Rəsulullah tez — tez: „Tut, ya Həsən“ deyirdi. Mən dedim ki, „Ya Rəsulullah, Həsənəmi “Tut» deyirsiniz?" Buyurdu ki " Cəbrail də (a.s.) Hüseynə «Tut» deyir."
 Güləş uzandı və bir — birilərinə qalib gələ bilmədilər. Cəbrail (a.s.) Cənnətdən bir alma da gətirdi. Hərəsinə bir alma verib onları sevindirdilər.

 Abu Hureyrədən rəvayet olunur: " Məhsul yığımı zamanı Peyğəmbərə  (salləllahu aleyhi və alihi vəsəlləm) xurma gətirərdilər. Bəziləri onu özü gətirər, bəziləri də göndərərdi. Sonra onu yanında bir topa xurma yığılardı. Bir dəfə Həsən və Hüseyn (hər ikisinə salam olsun) xurmalarla oynamağa başladılar. Onlardan biri (Hüseyn) bir xurma götürüb ağzına qoydu: Peyğəmbər xurmanı onun ağzından çıxardi və buyurdu: «Məgər bilmirsənmi Muhamməd ailəsi sədəqə yemir?»

 Bir gün Rəsulullah (salləllahu aleyhi və alihi vəsəlləm) namaz qılırdı. Bir uşağın ağlamağını eşitdi. Namazını tez bitirib bayra çıxdı. Səbəbini sorduqda buyurdu: " Bir uşağın ağladığını eşitdim. Onu Hüseyn zən etdim." Sonra buyurdu: " Allahım, Hüseyni ağladanı əfv etmə." 

 Hüseyn (a.s.) 10yaşındaydı. Minbərdə xütbə oxuyan Hz. Ömərə (radiyallahu anh) «Atamın minbərindən düş, öz atanın minbərinə çıx» dedi. Xəlifə: «Mənim atamın minbəri yoxdur» deyərək Hüseyni xütbənin sonunadək öz yanında əyləşdirdi. Ayrılarkən nəvazişlə: «Sabah bir bizə gəl, oğlum» dedi.
 Hüseyn (a.s.) ertəsi gün xəlifənin evinə getdi. Xəlifə o vaxt Şam valisi olan Müaviyə ilə söhbət edirdi. Hüseyn (a.s.) Hz. Ömərin (r.a.) oğlu Abdullahın da içəri girmək üçün gözlədiyini görüb geri döndü. Bir neçə gün sonra onu görən xəlifə nəyə görə gəlməməsinin səbəbini soruşdu. Hüseyn (a.s.) «Gəldim, Müaviyə yanınızda idi. Oğlunuz Abdullahın da içəri girməyib gözlədiyini gördüm, ona görə də geri döndüm» dedi. Hz. Ömər Hüseynə olan duyğusunu bu sözlərlə ifade etdi: 
 «Sən oğlum Abdullahla eyni deyilsən. Sən içəri girə bilərdin. Bizim müsəlman olmağımızı saxlayan öncə Allah, sonra sizlərsiniz.»

 Hz. Həsən (a.s.) ilə Hz. Hüseyn (a.s.) ahıl bir kişinin yanlış dəstəmaz aldığını gördülər. Ancaq yaşlı olduğundan səhvini birbaşa deməyə utandılar. Ona görə də ikilikdə bir tədbir düşündülər. Sonra qocaya yaxınlaşdılar və öz aralarındakı bir mübahisənin həllinə ondan kömək idədilər. Qoca onlara kömək etməyə hazır olduğunu bildirdikdə dedilər:
«Bizim hər birimiz daha düzgün dəstəmaz aldığımızı iddia edirik. Siz bizim dəstəmaımıza baxın, sonra da hansımızın haqlı olduğunu bizə bildirin.»
Qoca razılaşdı, lakin onların gözəl və mükəmməl bir dəstəmaz almalarını görərək bu sözləri demekdən özünü saxlıya bilmədi: "Övladlarım! İkiniz də doğru dəstəmaz aldınız. Səhv dəstəmaz alan mənəm."

  2 Əxlaqı

 
Bir dəfə İmam Hüseyn (a.s.) yavan çörək yeyən bir dəstə uşaqla rastlaşdı. Uşaqlar İmamadan (a.s.) onlarla birgə yeməyi xaiş etdilər. İmam (a.s.) dərhal dəvəti qəbul edib süfrə başında əyləşdi. Sonra uşaqları öz evinə apardı. Onlara yimək və geyim verib buyurdu: «Bu uşaqlar məndən səxavətlidirlər. Çünki onlar nələri vardısa bağışladılar, mən isə onlara malımın yalnız bir hissəsini verdim».

 İmam Hüseyn (a.s.) möminlərə etdiyi tövsiyələrin birində buyurur: «Qürur, təkəbbür, qəzəb kimi şeytani xislətləri özünüzdən uzaq edin. Özünüzdən yaşca böyük gördükdə deyin: „O məndən daha böyükdür və təbii ki, Allaha məndən daha tez iman gətirmiş və gördüyü xeyirli işlər daha çoxdur. Deməli, o məndən daha yaxşıdır“. Özünüzdən yaşca kiçiyini gördükdə deyin: „Mən ondan böyük olduğum üçün təbii ki, gördüyüm günah işlər daha çoxdu, deməli, o məndən daha yaxşıdır.“ Yaşıdınızı gördükdə deyin: „Özümün günahkar olduğuma yəqinim var, amma onun günahkar olmasına şəkk edirəm. Belə olduğu bir halda yəqindən əl çəkib şəkkə, gümanamı uymalıyam?“ Camaatın sizə hörmət və ehtiramını gördükdə öz — özünüzə deyin: Onlar bu işi öz alicənablıqlarına görə və xeyirli əməl xatirinə görürlər, mənlik burad heç bir şey yoxdur.» Belə etməklə qürur və təkəbbürü özünüzdən uzaqlaşdıra bilmiş olarsınız. Onların sizə ehtiram etmədiklərini gördükdə isə deyin: «Bütün bunlar mənim gördüyüm günah işlərin nəticəsidir. Əgər vaxtında bu günahlardan çəkinsəidim, indi onlar mənimlə belə soyuq rəftar etməzdilər.»

 İmam Hüseyn (a.s.) bir kişiyə buyurdu: «Bu iki işin hansı birini daha çox sevirsən; güclü zəifi öldürmək istədiyi vaxt onu xilas etməyi, yoxsa dinsiz bir şəxs bir mömini dogru yoldan çıxardığı vaxt öz aşkar delillərinlə o möminə nicat verməyi?» 
O kişi cavabında ərz elədi: «Mən ikincisinə, yəni, mömini dinsizin əlindən qurtarmağa üstünlük verirəm. Çünki ALLAH — Təala Quranda buyurur: » Hər kəs belə bir kimsəni (yer üzündə fitnə — fəsad törətməmiş əməlisaleh insanı) dirildsə, o bütün insanları diriltmiş kimidi" (əl — Maidə, 32)
 O kişi bu ayəni oxuduqdan sonra İmam (a.s.) bir söz demədi cavab onu qane etmişdi.

 İmam Hüseynin (a.s.) yanına biri gələrək kasıblıqdan şikayət etdi. İmam ona: "Çoxlu istiğfar elə "Əstəğfrullah" de, buyurdu.
 Bir adam da gəlib quraqlıqdan gileyləndi. İmam (a.s.) ona da eyni məsləhət verdi.
 Sonra üçüncü şəxs yaxınlaşaraq övladının olmadığını söylədi və çarə isdədi. İmam (a.s.) yenə: "İstiğfara davam et" dedi.
 orada olanlardan biri soruşdu: «Ey Rəsullullahın övladı! Neçə şikayətçi gəldi. Sən hamısına istiğfarı tövsiyə etdin. Sən istiğfardan başqa bir şey bilmirsənmi?»
 İmam o dama dönərək buyurdu: «Sən Allah — Təalanın bu ayətini heç eşitmədinmi? „Rəbbimizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır. O, sizə göydən bol yağış göndərər. O sizə mal — dövlət, oğul — uşaq əta edər.“

 Bir şəxs İmam Hüseyndən (a.s.) soruşdu: „Dünyada ən pis şey nədir?“ İmam (a.s.) buyurdu: „Qocalıqda günah etmək, hörmət sahibinin yalan danışması, hakimin rüşvət alması, dövlətlinin paxıllıq etməsi və alimin tamahı.“

 İmam Hüseyn (a.s.) oğluna buyurdu: „Oğlum! Allah — Təaladan başqa köməyi olmayanlara zülm etməkdən uzaq ol.“

 3 Kərbəla.

   Rəvayət olunur ki, Əmirəlmöminin Ali (a.s.) bir səfərində Kərbəladan keçməli oldu. Sağına — solun baxıb ağladı. „Bu yer onların dəvələrinin çökdürüləcəyi yerdir və qətl olunacaqları məqamdır“ dedi. Yanında olanlar: „Ya Əmirəlmöminin! Bura haradır?“ deyə sordular. Buyurdu: „Bura Kərbəladır. Burada bir qövm öldürüləcəkdir. Onlar hesabsız Cənnətə girəcəklər.“
 O zaman bu sözün mənasıı anlaya bilmədilər.

 Hicrətin 60-cı ili gəlmişdi. 20 ilə yaxın müsəlmanlara xəlifəlik etmiş Müaviyə ölümünün yaxınlaşdığını anlayınca, oğlu Yəzidi vəliəhd elan edərək xalqdan onun üçün beyət almağa başladı.
 Müaviyə beyət üçün əyalətlərdə hazırlıq işləri gördükdən və lazımı şəraiti yaratdıqdan sonra Zöhvan ibn Qeysi yanına çağırıb dedi: „Əyalətlərdən gələn nümayəndələrin qarşısında mən sükut edeceyem. Yəzidin vəliəhd olmasını gərək sən tələb edəsən“.
 Zövhan belə də etdi. Onun əvvəlcədən ayırdığı adam əyalət nümayəndələrinin toplandığı məclisdə qalxaraq əvvəlcə Müaviyəyə müraciət etdi: „Möminlərin Əmiri budur“. Sonra „Əgər, o ölsə, budur“ deyərək Müaviyənin oğlu Yəzidi göstərdi. Daha sonra „Hər kim qəbul etməzsə, budur“ deyib qılıncına uzatdı.

 İmam Hüseyn (a.s.) İslamın təhlükə altında olduğunu hiss edərək müxalifət bayrağını qaldırdı. Xəlifəyə yazdığı məktubların birində açıq şəkildə bildirdi:
 »Ey Müaviyə! Allahdan qorx! İslam hökümətini şərab içən əyyaş gənclərin əlinə vermə!"

  Müaviyə ölümündən qabaq Yəzidi yanına çağırıb vəsiyyət etdi: «Oğlum! Səni səfərlərlə dolaşmaq əziyyətindən qurtardım. Hər işini asanlaşdırdım. Hər kəsi sənə itaətə gətirdim. Sənə kimsəyə nəsib olmayan mal qoyub gedirəm. Sənə rəqib olacaq üç şəxsdir. Bunlardan Abdullah ibn Ömər ibadətə düşkündür. Hər kəs sənə beyət edərsə, o da edər. Hüseyn ibn Ali bizə qohumluğu olan şəxsdir. Küfəlilər onu sənə qarşı qaldıra bilər. Qalib gəlincə onu əfv et! Üzərimizdə çox haqqı vardır. Rəsulullahın (salləllahu aleyhi və alihi vəsəlləm) nəvəsidir. Abdullah ibn Zubeyr isə aslan kimidir. Ondan qorun.»

 Müaviyənin vəfatından sonra Yəzid onun yerinə keçdi. O, Mədinə valisi Vəlid ibn Ütbəyə məktub yazaraq əmr etdi: «Bütün Mədinə camaatından, xüsusən də Hüseyn ibn Alidən, Abdullah İbn Zubeyrdən və Abdullah ibn Ömərdən mənə beyət al, boyun qaçırsalar, öldür.»

 Mədinə valisi Vəlid ibn Ütbə öz müşaviri Mərvan ibn Həkəmi yanına çağırıb ondan məsləhət istədi. Mərvan dedi: «Camaat Müaviyənin ölümündən xəbər tutmamış Zübeyrin oğlu Abdullahı və Hüseyn ibn Alini çağırıb hər ikisindən beyət al, beyət almamış buraxma. Beyət etməsələr, onları öldür. Ömərin oğlu Abdullahdan isə nigaran olma».
 Vali İmam Hüseyn (a.s.) və Abdullah ibn Zubeyri (r.a.) yanına çağırtdırdı. Abdullah gizlincə Mədinəni tərk etdiyindən valinin çağırışına yalnız İmam Hüseyn (a.s.) gəldi.
 Vəlid ibn Ütbə Müaviyənin öldüyünü deyib İmamadan Yəzid üçün beyət istədi. İmam Hüseyn (a.s.)
 «Ey Vəlid, Yezid fasiq, şərab içən, qan tökən və əxlaqsız bir adamdır. Mənim kimi bir insan heç bir zaman Yəzidə beyət etməz. Əgər Yəzid müsəlmanların rəhbəri olarsa, onda İslamla vidalaşmalı olacağıq.»

 İmam Hüseyn (a.s.) Yəzidə beyət etməyəcəyini bəyan edib getdikdən sonra Mərvan ibn Həkəm valini məzəmmət etdi: "İndi ki, onu öldürmədin, böyük bir ixtişaşla üzləşəcəyinə hazır ol!"
 Vəlid dedi: «Mənə nə təklif edirsən? İstəyirsən mən din və dünyamı əldən verim? Allaha and olsun inanmıram kimsə Rəsululahın nəvəsinin qanını töksün. Əgər hər kəs bu cinayətə əl atsa, Allahın dərgahında yaxşılıqları çox az, bağışlanması həddindən artıq çətin olacaq.»
 Mərvan dedi: «Belə işləri görə bilməyən kəs, yaxşı olar ki, hakimiyyətdən əl çəkib ibadətlə məşğul olsun.»

 İmam Hüseyn (a.s.) Allahın Rəsulunun (salləllahu aleyhi və alihi vəsəlləm) mübarək məzarına gələrək çox ağladıqdan sonra oradaca yuxuya getmişdi. Yuxuda babası Rəsulullahı (salləllahu aleyhi və alihi vəsəlləm) gördü: «Ya Rəsulullah, mənim vəzifəm nədir?» deyə soruşdu. Allahın Rəsulu (salləllahu aleyhi və alihi vəsəlləm) «Ya Hüseyn, İraqa doğru yola çıxacaqsan. Allah sənin şəhadətini istəyir» buyurdu. İmam (a.s.) ailəsinin taleyi haqqında soruşduqda, Rəsulullah (salləllahu aleyhi və alihi vəsəlləm) buyurdu: «Onların da əsir olmasını istəyir.»
 İmam Hüseyn (a.s.) Məkkədən Kufəyə yola düşərkən qısa bir məktub yazdı:
 «Bismilləhir — Rahmənir Rahim
 Bu məktub Hüseyn ibn Alidən Bəni Haşim tayfasınadır. Hər kəs mənimlə gəlsə şəhid olacaq və hər kəs mənimlə gəlməsə nicat tapmayacaq. Vəssəlam!»

 İmam Zeynəlabidin (a.s.) rəvayət edir ki, atam İmam Hüseyn (a.s.) Kufəyə gedərkən yolda hər dayandığımız yerdə Zəkəriyyənin oğlu Yəhya Peyğəmbərdən (hər ikisinə salam olsun) bəhs edərdi. Bir gün belə buyurdu: «Dünyanın vəfasızlığı və dəyərsizliyi həm də onda göründü ki, Yəhya Peyğəmbərin mübarək başını Bəni — İsraildən olan dəyərsiz bir qadına hədiyyə olaraq götürdülər».

 Kərbəla düzünə çatmazdan bir qədər əvvəl tərəfdarları qarşısında söylədiyi xütbədən:
 «Məgər görmürsünüz ki, haqqa əməl olunmur və batilin qarşısı alınmır? Belə olan halda möminin haqq yolunda şəhid olmasından başqa çarəsi yoxdur».

 İmam Hüseyn (a.s.) Məhərrəm ayının 2-də Fərat çayının yaxınlığındakı Kərbəla düzünə daxil olarkən soruşdu: «Bu yerin adı nədir?»
 «Qadisiyyə» yaxud "Şatiul — Surat" deyə cavab verdilər. İmam soruşdu:
 "Əcəba, başqa adı da varmı?". «Kərbəla da deyərlər» söylədilər. İmam Hüseyn (aleyhissəlam) buyurdu: "İlahi, bəlalardan və qəmlərdən Sənə pənah aparıram". Sonra burada çadırların qurulmasını əmr etdi.

 Kufə valisi Ubeydullah ibn Ziyad Məhərrəm ayının 9-na qədər bir neçə dəfə İmama xəbər göndərib Yezidə beyət etməyə çağırdı. İmam (a.s.) heç bir halda Yezidə beyət etməyəcəyini bildirdi: "Ölüm və şəhadət mənim üçün səadətdən, zalımlarla yaşamaq isə mənim üçün xəcalət və rəzalətdən başqa bir şey deyildir".

 Məhərrəm ayının 9-da Kufə ordusunun komandanı Ömər ibn Səad Fərat sularının İmam Hüseynə və əshabına yasaqlanması barədəəmr verdi. Döyüş artıq qaçılmaz oldu.

 Hicri 61-ci il Məhərrəm ayının 10-u İmam Hüseynin (a.s.) 18yaşlı oğlu Əli Əkbərin verdiyi sübh azanı ilə açıldı. Namazdan sonra döyüş başladı. Bir neçə saat çəkən o qanlı və qeyri — bərabər döyüş səhnəsini təsvir etməyə qüdrət yoxdu. İmam Hüseyn (a.s.) 72 nəfər ən yaxın qohum və silahdaşlarının ardınca şəhid edildi. 57 sənəlik ömründə yalnız Allahın hüzurunda əyilən müqəddəs bir baş Allahını tanımayan bir cəlladın qılıncıyla bədənindən ayrıldı və nizələrin ucunda Dəməşqə — Yezidin sarayına götürüldü.

 «Adəm övladlarına ölüm qətidir. Amma Allah yolunda ölmək gənc qızların boynunu bəzəyən bir boyunbağı kimidir. Hər bir kimsənin şəhadət və Allahın rəhməti üçün hazırlığı vardır. Kimin qılıncların, nizələrin qarşısında dayanacaq gücü varsa, mənimlə qalsın, bu gücə sahib deyildirsə, sıramızdan ayrılıb geri dönsün».
 Bu sözləri Behişt cavanlarının ağası öz şəhadətindən bir qədər əvvəl demişdi. Ona və Allah yolunda şəhid olmuş bütün insanlara Allahın salamı və rəhməti olsun!
 İmam Hüseyn (a.s.) şəhid edildikdən sonra onun bübarək başını və əsir götürülmüş pak ailəsini Şama gətirdilər. Sağ qalanlardan yalnız İmam Hüseyn (a.s.0 oğlu Ali (4-cü İmam Zeynəlabidin) yetkinlik yaşındaydı. Xəstə olduğundan Yezidin əsgərləri onu öldürməmişdilər.
loading...

2 şərh

JAVIER_ZANETTI
Salam olsun Kayzenimizin ailəsinə. Bu dəfə oğurlamadım amma başqa saytdan oğurlamadım, kitabdan oğurladım )). Altay Cemilin (Allah razi olsun ondan) «Rebbim Allahdır» deyənlər kitabından köçürdüm oxuduqlarınızı. Və bunu da qeyd edim ki, həqiqətən yazıçılar nələr çəkir, nələrlə qarşılaşır nələr olmur qutardığını ümid etdiyi an. Bir yazı köçürdüm deyə «nələr» yazıb nələrə qadirəm demək deyil əsla niyyətim «nələr» olurmuş bir yazı yazarkən yazarların həyatında qısa da olsa anladığımı yazarları və Kayzenimizde yazanların, yazdıqları vaxt qarşılaşdığı xoşagəlməz sürprizlərlə «nələr» keçirdiklərini anlatmaqdır niyyətim. Bu yazının yarısına çatmışdım ki, cərəyan qapandı və mənim ağlıma gəlməmişdi qaralamada saxlamaq silindi hamısı və «nələr» keçirdiyimi sizlər məndən daha yaxşı tanışsınız o hisslərlə)). Hələ bu yetməmiş kimi həmin yerə həmin yazıya ikinci dəfə gəlıb çatmışdım ki, puahyy atonnan şeytan başına insanlar boyda daşlar yağsın ki, nə əcəb (başım daşa dəyib axı) bu dəfə qaralamada saxlamışdım. Və bu yazını köçürərkən Kayzenimizin Xurşidbanu Natəvanı və Məhsəti Gəncəvisinin köməkləri sayəsində bitirə bildim. Və bir daha çox sağolun deyirəm onlara.
 İmam Hüseyn (a.s.) haqqında isə danışmaq və ya yazmaq mənim boyumu aşar. Mənim həddimə deyil Allahın qulları haqqında nəsə yazmaq, danışmaq və s. birini deyib beşini deməmiş olaramsa, Qiyamət günü o böyük şəxslərin cvbını necə verərəm?! 
 Allah yolunda ölənlərə: "Ölüdürlər!" deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) ayırd edə bilmirsiniz. (əl — Bəqərə 154)
Ey Kayzenimizin ailəsi sonunda sizə bir sualım var yuxarıda oxuduğumuz ayəyə əsasən bir sual verim sizə.
İmam Hüseyn (a.s.) və yanındakı öz şüadası ilə şəhid olmuş o 72nəfər şəxs.
 1 Diridirlərmi?
 2 Ölüdürlərmi?    
cvb olaraq ya 1 ya da 2 yazin. Mən ayəyə söykənərək 1Diridirlər və Allahın salamı və rəhməti olsun onların üzərinə. Allah sizlərdən də razi olsun. Şükür ki varsan Kayzen(çilər).

azadmamedov90
Tanrı sizləri və cəmən hamınıimam Huseyn ziyareti му felsefesi ile yasamagi nesib etsin…