Рейтинг
+7.17

İslam tarixindəki şəxslər

34 üzv, 41 topik

İslamı qəbul etmiş ilk insan

Əli əleyhissəlamın bu dövrdəki ilk iftixarı onun ilk növbədə İslamı qəbul etməsidir. Daha dəqiq desək, Əli (əleyhissəlam) bu dövrdə özünün əvvəldən olan İslami əqidəsini aşkar etmişdir. Əli (əleyhissəlam) əvvəldən təkallahlığa inanmış və əsla bütpərəst olmamışdır. Yə'ni, Əli əleyhissəlamın İslamı qəbul etməsi bu mə'naya deyil ki, o, bütpərəstlikdən əl çəkmiş və İslamı qəbul etmişdir. (Ancaq peyğəmbərlərin digər səhabələrinin İslamı qəbul etmələri bu mə'nayadır.)

İslamı qəbul etməkdə irəli düşmək elə bir dəyər, fəzilətdir ki, Qur'an açıq-aşkar ona işarə edərək buyurmuşdur: «Bir də öndə olanlar, öndə olanlar! Bunlar [Allahın dərgahına, Allahın lütfünə və mərhəmətinə] yaxın olanlardır.»


Ardı →

İmam Əli(Ə) Quranda

Əli(ə) nurdur,Əli(ə) məhəbbətdir,Əli(ə) varlıq aləminin mənasıdır,Əli(ə) insanları yoxluq aləmindən xilas edəndir,Əli(ə) bənzərsiz yol göstərəndir,Allahın böyük vəlisi,Peyğəmbərin(s) vəsisi,cahanın həqiqəti,Allahın sevimlisidir!Elə isə ola bilərmi ki,Allah öz sevdiyi insan haqqında heç nə deməsin?Ola bilərmi ki,varlığın mənası və cahanın həqiqəti sayılan bir şəxs barədə sussun?Yox,ola bilməz.


Ardı →

Hz.İbrahim (ə)

Babil camaatı böyük bir bayrama hazırlıq görürdü.Bu bütlərin bayramı idi.Ən maraqlı mərasim bütləri yedizdirmək idi.Kahinlərin duaları altında ziyarətə gələnlər təzim edə-edə xorəkləri onların qabağına qoyub bütxanadan kənarda gözləyirdilər.

İbrahimdə (ə) onlarla bərabər bayrama gəlmişdi.Burada bütləri görüb heyrətlə bu yazıq insanların sifətlərinə baxdı.
QURANİ-KƏRİM xəbər verir:
"İbrahim atasına və tayfasına:«Sizin tapınıb durduğunuz bu heykəllər nədir?-dediyi zaman onlar:Biz atalarımızı onlara ibadət edən gördük!»-deyə cavab vermişdilər.(İbrahim onlara:) And olsun ki,siz də,atalarınız da (haqq yoldan) açıq-aıkar azmısınız!"-demişdi.(Əl-Ənbiya,52-54)

Buradakıların bəziləri önə çıxıb:-«Bəs sən kimə inanırsan?-deyə soruşduqda o:
»Aləmlərin Rəbbinə!" demişdir.
-Bəs Nəmrud? Axı o bizim rəbbimizdir,sən ona inanmırsan?-sualına isə İbrahım (ə):
-Xeyr,mən yalnız məni yaradana itaət edirəm!-cavabını vermiş,bununla da böyük bir qarşıdurmanın təməl daşını qoymuşdur.

Ardı →

Həzrəti Fatimə

Tarixin yaddaşına bir çox məziyyət və üstünlükləri ilə əbədi həkk olunmuş bəzi qadınlar vardır.
O, peyğəmbər məktəbinin tərbiyəsini almış, hətta bəzən paklığıyla peyğəmbərə belə tay tutulan qadındır.
O, dünyanın mömin qadınlarının əfəndisidir. «Seyyid-i nisədir».
O, Hz.Məhəmmədin övladı, Hz.Əlinin xanımı, peyğəmbər nəslinin davamçıları olan Həsən, Hüseyn, Zeynəb və Ümmü Gülsümün anası, Xədicə-tül Kübranın qızıdır.
O, dünən, bu gün, sabah da dərin hörmət və sevgiylə anılan və anılacaq Hz.Fatime-yi Zəhradır.
Ardı →

Müsəlman alimlərinin tibb elminə tövhələri

Müsəlman alimləri bir çox ixtira və kəşfləri ilə avropalıları əsrlərlə qabaqlamışlar. Avropada cəhalətlə öyünüldüyü, elmlə düşmənçilik edildiyi, elm adamlarının öldürülüb yandırıldığı inkvizasiya dövrlərində müsəlman alimlər tərəfindən həyata keçirilmiş bəzi elmi axtarış və kəşflər diqqətəlayiqdir.
İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edildi. Avropada isə yalnız uzun illər sonra belə bir fabrik açıldı. 1100-cı ildə Bizansda, 1102-ci ildə Siciliyada, 1228-ci ildə Almaniyada, 1309-cu ildə isə İngiltərədə ilk kağız fabrikləri fəaliyyətə başladı. Məlum olduğu kimi kağız kitab üçün xammaldır. İslam dünyasında kağız fabriklərinin qurulması elmin sürətlə yayılmasını göstərir.
Ardı →

İmam Əlinin (Ə) fəzilətləri

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-taala buyurur: “Əlinin vilayəti Mənim möhkəm (və alınmaz) qalamdır; hər kəs Mənim qalama daxil olsa, cəhənnəm odundan amanda qalar.”

2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əlinin vilayəti Allahın vilayətidir; ona məhəbbət bəsləmək Allaha ibadət etmək və ona tabe olmaq isə vacib əməlləri yerinə yetirməkdir.”
Ardı →

Aşura qatillərinin aqibəti

“Allahım, yer üzünün bərəkətini onlara haram et, onları dəstə-dəstə parçalayıb dağıt, ...onları zillətlə öldür, birini də sağ buraxma!”.
(Aşura günü Imam Hüseynin (ə) öz düşmənləri üçün etdiyi bəd-dua)

Tarixdən məlumdur ki, Aşura faciəsi zamanı İmamın və səhabələrinin qətlində əli olan əksər şəxslər öz cinayətlərinə müvafiq şəkildə cəza almışar. Imamın intiqamını almaq şüarı ilə çıxış edən Muxtar bu şəxslərin hər birini ayrı-ayrılıqda ələ keçirib ən amansız üsullarla edam etdi. Kərbəla hadisəsində iştirakı şübhəsiz olan adamları öldürəndən sonra bir qayda olaraq bədənini yandırıb külünü havaya sovururdular. Sıravi adamları əl keçirəndə isə əvvəlcə onların bu cinayətdə əli olub-olmadığını yoxlayır, günahı olduğu təqdirdə öz cəzasına çatdırırdılar. Muxtar hətta Aşura qatillərini o qədər murdar bilirdi ki, ayaqqabısı ilə onlara toxunandan sonra ayaqqabının altını pak edirdi.

Muxtarın əmri ilə cəzalandırılmış cinayətkarlardan bir neçəsinin aqibətini xatırladırıq:

 


Ardı →

Həzrəti Əli

Hz. Əlidən soruşdular: «Allahın ən güclü əsgəri kimdir?». O, belə cavab verdi: «Dəmirə baxdım, onun möhkəmliyini və sərtliyini görüb Allahın ən güclü və əzəmətli əsgərinin dəmir olduğunu düşündüm. Daha sonra oda baxdım. Gördüm ki, od dəmiri əridir. Dedim ki, Allahın ən güclü və əzəmətli əsgəri oddur.
Daha sonra suya baxdım gördüm ki, su odu söndürür. Bu zaman suyun Allahın ən güclü və əzəmətli əsgəri olduğunu zənn etdim. Sonra buludlara baxdım. Buludların suları daşıdığını görüb buludların Allahın ən güclü və əzəmətli əsgərləri olduğunu düşündüm. Küləyə baxdım. Buludların küləklər vasitəsi ilə hərəkətə gətirildiyini gördüm.
Ardı →

Həzrəti Zeynəb (s.ə)

Onlar hər növ eyib və nöqsandan uzaq olan beş müqəddəs nurlar, vəhy xanədanı və vilayət ailəsidirlər – Peyğəmbər (s), Əli (ə), Fatimə (ə), Həsən (ə), və Hüseyn (ə). Belə bir ailədə bir qız uşağı dünyaya gəldi. Əzəmətli vilayət bağçasına mənsub olan bu çiçək, sonralar özünün Allah yolunda sədaqət və vəfası, şücaət və fədakarlığı, iman və təqvası, iffət və səbri, dözüm və mübarizəsi ilə bütün Allah yolçuları və xüsusilə, özünün Əhli-beyt (ə) davamçısı hesab edən qadınlar üçün ülgü və nümunə olacaqdı. Zeynəb (ə) atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb (ə) adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. 

Ardı →

Əli bin Əbu Talibin (Allah ondan razı olsun) fəziləti

1. Ənəs bin Malik (Alah ondan razı olsun) rəvayət edir ki, “Rəsulullah (Allahın ona salavat və salamı olsun) bazar ertəsi günü peyğəmbər göndərildi, Əli (Alah ondan razı olsun) çərşənbə axşamı günü namaz qıldı” (ət-Tirmizi, Mənaqib, 3976, hədis qəribdir).
Bəzi alimlər bu hədisə əsaslanaraq Əlinin (Alah ondan razı olsun) gənclərdən ilk müsəlman olduğunu söyləyirlər.

2. Abdullah bin Ömər (Alah ondan razı olsun) rəvayət edir ki, “Rəsulullah (Allahın ona salavat və salamı olsun) səhabələri bir-biri ilə qardaş etdi. Əli (Alah ondan razı olsun) onun yanına gəldi və dedi: “Səhabələri bir-biri ilə qardaş etdin, amma məni heç kimlə qardaş etmədin”. Rəsulullah (Allahın ona salavat və salamı olsun) dedi: “Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan” (ət-Tirmizi, Mənaqib, 3722).

3. Zeyd bin Ərqam (Alah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (Allahın ona salavat və salamı olsun) demişdir:“Mən kimin dostuyamsa, Əli də onun dostudur” (ət-Tirmizi, Mənaqib, 3714).

4. Səd bin Əbu Vaqqas (Alah ondan razı olsun) rəvayət edir ki, “Rəsulullah (Allahın ona salavat və salamı olsun) Təbuk döyüşünə gedərkən Əlini arxada (Mədinədə) saxlamışdı. Əli (Alah ondan razı olsun) soruşdu: “Ey Allahın Rəsulu, məni qadın və uşaqların yanında saxlayırsan?” Rəsulullah cavab verdi: “Sən Harunun Musa yanında aldığı yeri mənim yanımda almaqdan razı deyilsən? Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur” (Buxari; Kitabul-məğazi 80/409, Fadail-əshab 9/54, Müslim, Fadail-əshab, 31 (2404), ət-Tirmizi, Mənaqib, 3731).
Ardı →