Hicab taxmaq vacibmidir?

Allaha həmd olsun. Hicab taxmaq Allahın əmridir. Hər bir mömin qadına hicab taxmaq fərzdir, yəni vacibdir. Hicabı tərk edən qadın günahkardır, buna görə Allah qatında cavab verəcəkdir. Allah istərsə bağışlar, istərsə cəzalandırar. Fəqət ümumiyyətlə hicabın vacib olduğunu bir insan inkar edərsə, yəni "hicab vacib deyil, Allahın əmri deyil" deyərsə küfrə düşmüş olar.
Bu hökm üzrə ümmət icma etmişdir.
Hicab da namaz kimi Allahın əmridir. Namazı tərk etmək günah olduğu kimi, bir qadının naməhrəmlər yanında hicabsız gəzməsi də günahdır. Hicabı sidq ürəkdən istəmək məsələsinə gəlincə. Bəli biz bilirik ki, fərqli bir mühitdə böyüyüb tərbiyə almış, və eyni zamanda dinə yabançı bir mühitdə də həyatını davam etdirən bir qadın üçün İslamı üsula uyğun təsəttürə (örtünmə) birdən birə başlaması çox çətindir. Ancaq bunun yanında bir müsəlman qadın həmişə bu halında dini bir vəcibəni yerinə yetirmədiyinin şüurunda olmalı, hər gün, hər saat özünü bu ağır günahdan necə qurtarmanın yolunu axtarmalıdır. Yəni, necə baş örtüsünə, islami örtünməni öz həyatında tətbiq etməyin yollarını düşünməlidir. Bu həm daxili aləmini (yəni qəlbini) , həm də xarici şərtləri (ev, ailə, iş və s) bu mübarək əmələ əlverişli hala gətirmək yönündə olmalıdır. O (başı açıq müsəlman qadın) bilməlidir ki, naməhrəm yanında hicabsız keçirdiyi hər an, hər saniyə onun əleyhinədir və buna görə Allahın yanında cavab verəcəkdir. Bir də bir şeyi unutmayın Dinin hökmlərini heç zaman istəklərinizə, qəlbinizə görə dəyişməyin, istəklərinizi və qəlbinizi dinə görə dəyişin. Yəni dini istəklərinizə deyil, istəklərinizi dinə uyğunlaşdırın.
Həqiqətən də hicab mömin qadına bir şərəfidir. Bu şərəfdən nə üçün imtina edəsiniz ki... Allahın Kitabı mömin qadınların hicabını eyni zamanda onların azadlığının, hürr qadın olmasının bir rəmzi kimi təqdim etməkdədir.
“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (Əhzab 59)
Eyni zamanda bilin ki, hicab məsələsi bütün İslam tarixi boyu ən həssas məsələ olmuşdur. İslam düşmənlərinin tarixin bütün dövrlərində ən əhəmiyyət verdikləri hədəf müsəlman qadının baş örtüsü olmuşdur. Allah Rəsulunun zamanında belə İslam düşmənlərinin müsəlmanlara qarşı ilk aksiyaları içərisində mömin qadının başını açdırmaq şeytanlığı var idi. Sonrakı dövrlərdə də bu belə oldu, bu gündə belədir. Bu gündə İslam düşmənlərinin həzm edə bilməyəcəyi əsas məsələlərdən biri hicabdır. Hicab sadəcə bir baş örtüsü deyil, İslamın çöhrəsi, onun simvoludur. Ona qarşı çıxanlar, əslində İslama qarşı çıxmaqdadırlar.

yazı:Ramin Vəkilov
 
 

44 şərh

təpəgöz
İtaliya,Belçika,Niderland,Fransa və s. ənənəvi müsəlman qadın geyimlərinin istifadəsinə qadağa var.
bankir
Avropa ölkələrini göstərənə qədər elə müsəlman dövlətlərini göstərin: Türkiyə,Mərakeş,Əlcəzair,Özbəkistan,Tunisdə də elm ocaqlarında hicab geymək olmaz. Hətta Türkiyədə Ərdoğan və partiyası hicaba qoyulan qadağanın götürülməsinə nail olsalar da,Konstitusiya məhkəməsi yenidən bunu qadğa etdi.
IDEAL
Hakimiyyətdə olan tərəf başqa tarəfin hühuqlarını pozur. İranda da hicabsız gəzmək olmur. Kaş insanlar bir birinin geyiminə  və düşüncəsinə hörmət edəydi
Leyla
İndi özünüzü bir dəqiqə avropalıların yerinə qoyun.Bu insanlar ömrü boyu azad,sərbəst olmağa öyrəşiblər.Artıq əsrlərdir ki onların öz fərqli mədəniyyəti var.Bu vaxt müsəlman mühacirlər pul qazanmaq üçün Fransaya,Niderlanda gəlirlər və özlərini örtürlər.Belə baxanda bir həqiqət var ki,əgər qonaq gəlmisənsə ev yiyəsinin qanunlarına hörmət etməlisən. Əgər xoşuna gəlmirsə get İrana köç edib pul qazan.
nərgiz
Onda avropalılar da zəhmət çəksin islam ölkələrində çılpaq gəzməsinlər. Dubayda avropalılar az qalır lüt gəzsin.Onlar hicabla gəzəndə müsəlman qadınlar da Avropada üzüaçıq gəzər.
rdgr
 onlarin qanunları mənim dinimdən üstün deyil.
Dior
Hicab taxmaq elə Azərbaycanda da problemdi.Məsələn hər hansı bir sənəd üçün şəkil çəkdirmək lazım gələrsə,bu mütləq başı açıq şəkil olmalıdır.Və ya hicablı qadınların işləməsi.Çox yerlərdə hicab bağlayan qadınları işə götürülməsi də problem olur.
niqulya
Hicabı düzgün mövqeləndirmək lazımdır. yəni onun marketinqinə ciddi fikir verilməlidir.Gözəl hicab kolleksiyaları qadınlar arasında populyarlaşdırılsın,izah olunsun ki,hicab keçmişin ənənəsi deyil,müasir bir geyimdir.Onda yəqin ki hiacaba pis gözlə baxmazlar.Hər şey onun necə təqdim edilməyindən asılıdır.
Westsider
«Hər bir mömin qadına hicab taxmaq fərzdir, yəni vacibdir.».
«Fərz» və «vacib» İslamda müxtəlif şeylərdir.
«Fərz» — mütləq ediləsi şeylərdir, birbaşa Allah tərəfindən bildirilib.
«Vacib» — Hz. Məhəmmədin buyurduğu və edilməsi məsləhət olunan və savab gətirən şeylərdir.

Şəxsən mən hicaba neytral yanaşıram, lakin parəncənin (bütün bədəni örtən) QƏTİ ƏLEYHİNƏYƏM.
papatürk
Fərz və vacib eyni şeydir. Savab gətirən şey isə müstəhəb olmalıdır. Bəlkə də səhv edirəm.
Westsider
Mən bilən mən dediyim kimi olmalıdır. Sonuncu dəfə 10-cu sinifdə keçmişəm, ola bilsin bir az yadımdan çıxıb, amma eyni şey deyil, 80% əminəm)
yaddas

Fərz və vacib, ikisidə Allahın emridir, vacib fərzdən sonra gəlir. Sünnət isə  Hz. Məhəmmədin buyurduğu və edilməsi məsləhət olunan və savab gətirən şeylərdir.

2ral
O vaxtlar bilidyimə görə hicabı qadınların təhlüksəizliyinə görə taxırdılar. Yəni yad kişi görüb qadına qarşı pis niyyətlə hərəkət etməsin. Müasir zamanda belə təhlükə varsa,taxılmalıdır.Bu təhlükə yoxdursa taxılmasa da olar.
Dior
2ral ALLAHın əmrləri mübahisə olunmazdır.Hicab ALLAH tərəfindən buyrulub deməli taxılmalıdır.ALLAHın  yaratdığı nəfsi ondan yaxşı kim bilə bilərki?
Westsider
Surə və ayəni göstərə bilərsiniz, zəhmət olmasa?
Dior
Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)

ən Nur-31
Westsider
Mötərizədəkilər İslam alimlərinin fikirləşdikləridir. Originalı, yəni mötərizəsiz, aşağıda yazıram.
rdgr
bu sizin arzu ist'kl'riz' gore olmur
rdgr
siz bunu hardan oxumusuz belə?
Westsider
Nur: 31. Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.
Dior
Mötərizəsiz yazılıb axı baş örtüklərini yaxalarının üstünə çəksinlər.Deməli qadın hicablanmalıdır.
Westsider
Müasir dillə desək, dekolte qadağandır.
Dior
Bəs baş örtüsü?
Westsider
Baş örtüyünə əslində pis baxıram, çünki mən xarici ölkələrdə bir neçə hicablı qadınla danışmışam, deyirlər ki, ərə gedib hicab bağlayandan sonra onlara maraq artıb, çünki bəziləri hicabda, doğrudan da, daha gözəl və cazibədar olurlar.
Dior
Əslində mən isə hicaba pis baxmıram.
Amma həqiqətəndə  bəzi qadınlar hicabda çox gözəl və cazibədar olurlar.Ona görə də bəziləri qadının bər bəzəkli hicab taxmasını dəstəkləmirlər.Qara çarşaba bürünməklərini məqsədə uyğun sayırlar.Guya Nur surəsində deyilən «zinət» qadının bər bəzəyi,allı-güllü hicabı sayılır.Ona görə də üstündən qara çarşab taxmaları məsləhət görülür.
Westsider
Ключевое слово — «Guya».

Üzr istəyirəm, bilmirəm azərbaycanca dəqiq necə deyim.
Dior
Guya ona görə dedim ki,çünki bəziləri deyir ki,zinət burda qadının,qolları,saçları,ayaqları kimi ifadə edilir,bəzilərinin fikrincə isə bər bəzəkli və ya allı güllü hicabı,paltarı kimi.
Westsider
Mən qızıl və zinət əşyalarını nəzərdə tuturam, çünki ərəblərdə toy zamanı buna böyük əhəmiyyət verilirdi, indi də verilir.
Dior
Amma fakt odur ki,baş örtüsünü Allah Təala vacib buyurub.
Westsider
Vacib. Deməli fərz deyil:) Amma hər halda ümumi neytral yanaşıram. Əsası parəncə olmasın)
rdgr
o bəziləri kosmetika ile uzlərini doldururlar ona gore
Westsider
Mən 2ral ilə razıyam. Zinətlərini, yəni zinət əşyalarını göstərməsinlər. Çünki oğrular həmişə olub, özü də o vaxtı indikindən, əlbəttə ki, pis olub.

Quran deyir ki, lüt gəzməyin və döşlərinizi və cinsiyyət üzvlərinizi göstərməyin, qızıllarınızı taxıb küçədə gəzməyin.

Zəhləm gedir bu "İslam alimlərindən". Gicbəsərlər özlərindən uydururlar, adını da İslam qoyurlar!!! Sonra da dünyada müsəlmanlar gic və terrorist kimi qəbul olunur!
Freddie
Həmin o gicbəsərlərdən biri bu yaxında fətva verib ki, qadınlar həcc ziyarətinə tək gedə bilməz. Yanlarında kişi olmalıdır. Heç soruşsun, həcc ziyarətinin mənası nədir, deyəcək ki, Allahın buyurduğudur, bizim bilməyə haqqımız yoxdur. 
İranlı gicbəsər isə Azərbaycanı müharibə ilə hədələyib. Deyir məscidləri sökənlərə qarşı bütün camaatı qaldırmaq üçün fətva fikirləşirəm. Bu yolda ölənləri də cənnətə göndərəcəkmiş…
Westsider
Çünki gicbəsər yox, gicd«söyüş»dırlar.
səlahəddin

Ağzınıza gələni danıışmayın.İslam alimləri Allah-taalanaın qullarıdır,mömin bəndələridr.Onlar fətva verməzdən əvvəl kitablar oxuyurlar,məşvərət edirlər.


gicbəsər siz özünüzsünüz. Təhqirə keçməyin.

Westsider
Yaxşı, mən də gicbəsərəm, onlar da. Belə yaxşıdır?

Mən də Quranı oxuyuram da. Onlar o qədər şey özlərindən icad edirlər ki, gəl görəsən. Hər halda mən yeddi il İslam təmayüllü məktəbdə oxumuşam, elə ona görə də dinə inanmıram)))
Freddie
Səlahəddin, burda heç kim sizi təhqir etmədi, siz də bizi təhqir etməyin. Əgər belə ağıllısınızsa, onda Nur: 31 ilə bağlı bu suallarıma cavab verin :
1) zinət taxmağın mənası nədir?
2) Kişiliyini itirmiş kölənin kişiliyini itirdiyinə necə əmin olmaq olar ?
3) Əgər naməhrəmə baxmaq günahdırsa, sevgi-məhəbbət necə yaranmalıdır? Yoxsa, məhəbbət şeytanın buyruğudur?
Westsider
Mən sizə gicbəsər demədim, yeri gəlmişkən.
rdgr
siz Nur suresinin 31 ci ayəsini yazəica oxuyun məncə
2ral
təhqirə keçməyin.Çalışın bir-birinizə hörmətlə yanaşın.
Westsider
+1. Mən burda heç kimi təhqir etmədim, qlobal mövzu ilə bağlı fikrimi bildirirəm. Niyə Buşa meymun demək olar, "İslam aliminə" gic demək olmaz, başa düşmədim:)))
2ral
Çünki Buş doğurdan da meymundur:)
Saytda qaydalarda da yazılıb ki,dini məsələlərdə bir az diqqətli olun. Həssas mövzularda bir az diqqətli olmaq lazımdır.
Westsider
))) Nəzərdə tuturam ki, ikisi də insandır və heç biri digərindən üstün deyil. Dini mənsubiyyətindən asılı olmayaraq
ayxansevda

heç cür başa düşə  bilmirəm ki, nə fərqi var hicab ya hicabsız? Əgər hicablı normal geyinirsə ( YƏni qapqara geyinib üzünü örtmək olmasın), burda nə var ki, bunu şişirdillər. O da bütün normal insanlar kimi paltar geyinir, sadəcə fərq odu ki, başını örtür? Qışda bu fərq bilinmir, hamı kimi palto və ya üst giyimi geyinir, yayda qolları bağlı və baş örtüsünə görə niyə buqədər anti — münasibət yaranır? Onun haqqıdı, istəyir bağlı olsun, istəyir açıq mini geyinsin. Kimin ixtiyarı çatır gəlsin mənə ya kiməsə göstəriş eləsin ki, belə geyin ya elə, başa düşə bilmirəm. Demək Bakıda sinaqoq açmaq olar, Xaricdə Eynicinsli nigahlara icazə var, hətta qanun çərçivəsində, o vəziyyətə gəlib ki, İsveçrənin baş naziri birinci olaraq belə nigaha daxil olub, bütün bunlar müasirlikdi, nümunəvidi, camaatın baş örtüsü geriliyi simvolizə edir. Rusiyada isə ümumiyyətlə, aləm dəyib birbirinə az qala küçədə də o itlə, pişiklə o işlə məşğul olsunlar, elə bil başqa mövzu ya həyat tərzi yoxdu, bütün bunlar yaxşıdı, ruslar demişkən kruto, müsəlman qadını öz zinətlərini göstərməməsi isə dünya miqyasında qəbul olunmur. Başa düşə bilmirəm gərək lüt gəzəsən ki, qabağa gedəsən? Bütün bu qadağalar, hicab problemi kimlərəsə sərf etmir, bunun arxasında başqa bir şey var, yoxsa kimim nəyinə gərək ki,kim necə geyinir? Gördülər hicablı çoxalır, buna görə yiğışdırmaq üçün bu hoqqaları çıxarırlar. Qalan islamla bağlı məsələlər, alimlərin fətvaları, kimlərinsə pul qazanmaq məqsədilə qısa şalvar geyinməsi, ya hicablanması bilmirəm, Allah hər şeyi görür, özü bilən məsləhətdi. Kim ki, ürəkdən iman edib, namaz qılır, hicab taxır Allah onların ibadətini qəbul etsin.


Sonda da onu qeyd edim ki, hicab qeyri -adi geyim forması deyil, İstəmir bədənini, fiqurasını göstərmir kimin haqqı var desin ki, aç göstər. Belə başına örtük taxıb, gəlib sənin başına taxır, kimin haqqı çatır onu müzkirə edib tənqid etsin. Kiminsə xoşuna gələr biri gəlib desin ki, bu şalvarı ya koftanı geyinmə, o saat acığımıza gəlir, onun hicabı da elə. Hoqqadan çıxanlara qalsa başı örtülü də, başı açıq da hoqqadan çıxır, bunu imanla hicab taxana nə dəxli, inanın o da bilinir ki, kim nə məqsədlə taxır. Avropa sonra da insan haqlarından danışır, ona nə sərf edir onu eləyir, burda insan haqqı pozulmur ki, qadağa qoyub hicaba? Camaatın necə geyinməsinə qarışır. İndi güclülərin zəmanəsidi, kim güclüdü o qazanır, daha haqq, ədalət sözləri arxaizmə çevrilib.