Evdəki dini ab-hava - Nəsihət 3

Evi Allahın zikri üçün bir məkana çevirin Allahın elçisi ρ bu barədə buyurur: «Allahın zikr olunduğu evlə Allahın zikrindən uzaq olan ev diri ilə ölünün misalındadır».
Evlərdə qəlblərin və ağızların Allahı daim zikr etməsinə, namazların qılınmasına, duaların edilməsinə, Quranın oxunmasına, ilahiyyat elmi məsələlərinin müzakirə edilməsinə və bu elmə aid müxtəlif növ kitabların oxunmasına lazımi şərait yaradılmalı və sadaladığımız ibadətlərin həyata keçirilməsi üçün ev bir məkana çevrilməlidir.
Hal-hazırda müsəlmanların yaşadıqları neçə-neçə evlər vardır ki, bu evlər Allahın zikr və ibadətlərindən uzaq olduğundan hədisdə də qeyd olunduğu kimi ölü evlər hesab olunur. Həmin evlərdə ancaq tütəklərdə ifa olunan şeytani bəstələri, nəğmələri, bundan əlavə qeybət, böhtan və iftira xarakteri daşıyan söhbətləri eşitmək olar. Gələn naməhrəm qohum və qonşular arasındakı açıq-saçıqlıq kimi qadağaların bir-birinə qarışdığı və günahlarla dolub-daşan bir evin vəziyyəti necə ola bilər?! Bu cür halların ayaq açdığı bir evə mələklər necə və nə üçün daxil olsunlar?! Buna görə də ey müsəlmanlar, evlərinizə zikr və ibadətin müxtəlif növləri ilə həyat verin ki, Allah da sizə öz mərhəmətini əsirgəməsin!
 

0 şərh