Рейтинг
+25.52

İslam və Ailə tərbiyəsi

28 üzv, 41 topik

Ana haqqı

Peyğəmbərimizin (s.a.v.) hüzuruna bir nəfər gələrək belə dedi:
— Ya Rəsulullah,ölüm döşəyində yatan bir gənc var,ona “Lə ilahə illəllah deməsi təqid ediləndə bunu təkrar edə bilmir.


Peyğəmbərimizdə (s.a.v.):
— Namaz qılardımı?-deyə soruşdu.Adam:
— Bəli,qılardı.-deyə cəvab verdi.Sonra Peyğəmbərimiz (s.a.v.) qalxdı,həmin gəncin yanına getdi və ona:
— “Lə ilahə illəlah de!”-buyurdu.


Ardı →

Valideynlərə itaət

İslam dini övladların valideynlərinə qarşı yumşaq davranmalarına,  xoş və itaətkar münasibət göstərmələrinə böyük önəm vermişdir.     İslamın bəxş etdiyi ədəb-ərkan normaları Qərbdə fərqli başlıqlar altında işlədilir. Məsələn,  analara,  qoca və yaşlılara qayğı və s.  Qurani-Kərim  açıq-aşkar olaraq möminlərə öz valideynlərinin qayğısına qalmalarını əmr edir:  
Ardı →

Uşaqları təhqir etməyin

Xoşagəlməz sözlər “yağışında“ böyüyən uşaqdan gözəl davranış gözləməyə dəyməz. Bir misal çəkək: təcrübəyə əsasən müəyyən edilmişdir ki, gözəl sözlərlə bəslənən çiçəklərin rəngi daha canlı, pis sözlərlə “qidalanan“ çiçəklərin rəngi isə daha solğun olur. İnsan da belədir: xoş söz, gözəl ifadələr onun ruhuna, varlığına müsbət təsir edir. Su qayanı yavaş-yavaş dəldiyi kimi, hər gün təkrarlanan arzuolunmaz, təhqiramiz ifadələr də uşaqların mənəviyyatını beləcə zədələyir, “savadsız, tənbəl, düşüncəsiz“ kimi sözlər onun daxili aləmini alt-üst edir. Həmişə övladlarınıza xoş sözlər söyləyin, unutmayın, onların gözəl sözlərə daha çox ehtiyacı var.
Davamı →

Uşaqlarla necə davranmalı

Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin həyatında həyatımızın bir çox yönlərində riayət edəcəyimiz və öyrənəcəyimiz çox sayda gözəl nümunələr var. Rəsulullahın sallallahu aleyhi və səlləm həyatının müxtəlif yönlərini nə qədər çox öyrənsək, araşdırsaq bir o qədər də faydalardan bəhrələnəcəyik. Bu gün bizlərə, həmçinin bizdən sonra gələn nəsillərə gələcəkdə fayda verəcək şeyləri öyrənəcəyik. Uşaqlarımızın tərbiyəsində Peyğəmbərimizi sallallahu aleyhi və səlləm özümüzə nümunə götürməklə faydalanmaq mümkündür. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm uşaqlara necə qayğı göstərdiyini dərindən öyrənsək və bu istiqamətdə yarışsaq, Allahın neməti sayəsində inşallah öz uşaqlarımızı tərbiyə etməkdə müvəffəqiyyət qazanacağıq.

Ardı →

Ailə və ev

Bundan əvvəlki evlilik mövzusuna bir əlavə olaraq qeyd etmək lazımdır ki, bəzən ayrıca bir evin heç olmaması bir problemmiş kimi evlilik məsələsi təxirə salınır. Onsuz da yeni ailə qurmaq o qədər asan deyil, maddi baxımdan böyük xərclər bahasına başa gəlir. Belə ağır vəziyyətdə isə bir də yeni ev almaq, yaxud kirayədə yaşamaq əlavə bir yük olur. Halbuki təzə gəlin bəyin qarşısında heç bir şərt qoymadan bəyin valideynlərilə bir evdə bir müddət yaşaya bilər. Bilirik ki, indiki zamanda bu məsələ çox böyük problemə çevirilib. Bəzi evlərdə o qədər ailə fərdi var ki, evin kiçikliyindən yeni gəlin o evdə yaşaya bilməz, yaxud valideynlər təzə gəlini qəbul etmək istəmir, ya da bəyin maddi vəziyyəti yeni ev almağa imkan verir. Bu və ya digər hallar vardır, amma çox deyil. Baxırsan ki, illərlə sevgi məhəbbət məcarası yaşayan iki gənc, valideyn evində yaşamamaq üçün evlənmirlər.

Ardı →

Valideynin hüququ

İslam — ictimai bir dindir. Onun davamçıları Allaha xatir bir-birini sevir və səmimi dostluq əlaqələri qururlar. Burada insanların səadət və xoşbəxtliyiyaranmış əlaqlərin kamilləşməsi ilə, başqa sözlə desək, bu əlaqənin ilahiləşməsi ilə tə’min olunur. Buna görə də bir müsəlman kimi üzərimizə düşən dini vəzifələrin bir qismi cəmiyyətlə bağlı olduğu halda formalaşır. Bu vəzifələri dərk edib onlara layiqincə əməl etmək həm Allahın razılığına, həm də bizim dünya və axirət xoşbəxtliyimizə səbəb olur. Əgər bu vəzifələrin nədən ibarət olduğunu bilmək istəsək, ilk növbədə başqalarının üzərimizdə hansı hüquqlara malik olduqlarını bilməliyik.
Burada biz valideyn-övlad hüquqları haqda söhbət açacağıq.
Ardı →

Peyğəmbərin ailə həyatından nümunələr

Digər insanlarla münasibətlərində olduğu kimi Həzrət Peyğəmbərin ailə həyatında da ən çox gözə çarpan vəsfi, onun davranışlarındakı təbiilik və sadəlikdir. Onun insanlara ən çox təsir edən halı saxta parıltlardan uzaq olan bu təbii görünüşü idi...
Aralarında fərq qoymamağa son dərəcə riayət etdiyi xanımlarından növbə kimdə isə, axşam onun otağına getməzdən əvvəl, bəzən də səhər namazını qıldıqdan sonar bütün xanımlarını ziyarət edər, hallarını soruşar, ehtiyaclarını öyrənərdi. Axşam yanında qalacağı xanımının otağına girdiyi zaman salam verdikdən sonra etdiyi ilk iş dişlərini misvaklamaq olurdu. Daha sonra digər xanımları ora gələr, birlikdə söhbət edərdilər. Yatsı namazından sonra çox danışmazdı.
Davamı →

Evdəki dini ab-hava - Nəsihət 4

Evlərinizi qiblə edin!
«Evlərinizi qiblə edin!» dedikdə burada evlərin namazgah və ibadətgah edilməsinə işarə edilir. Bu fikir aşağıdakı ayədə də öz əksini tapmışdır:
«Musaya və qardaşına: “Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə [namazgah] edin, namaz qılın və möminləri [zəfərlə, Cənnətlə] müjdələyin!” – deyə vəhy etdik».
İbn Abbas (r.a.) ayənin təfsirində buyurur ki, onlara evlərini məscidlərə döndərmək əmr edilmişdir.
Ardı →

Evdəki dini ab-hava - Nəsihət 3

Evi Allahın zikri üçün bir məkana çevirin Allahın elçisi ρ bu barədə buyurur: «Allahın zikr olunduğu evlə Allahın zikrindən uzaq olan ev diri ilə ölünün misalındadır».
Evlərdə qəlblərin və ağızların Allahı daim zikr etməsinə, namazların qılınmasına, duaların edilməsinə, Quranın oxunmasına, ilahiyyat elmi məsələlərinin müzakirə edilməsinə və bu elmə aid müxtəlif növ kitabların oxunmasına lazımi şərait yaradılmalı və sadaladığımız ibadətlərin həyata keçirilməsi üçün ev bir məkana çevrilməlidir.
Hal-hazırda müsəlmanların yaşadıqları neçə-neçə evlər vardır ki, bu evlər Allahın zikr və ibadətlərindən uzaq olduğundan hədisdə də qeyd olunduğu kimi ölü evlər hesab olunur. Həmin evlərdə ancaq tütəklərdə ifa olunan şeytani bəstələri, nəğmələri, bundan əlavə qeybət, böhtan və iftira xarakteri daşıyan söhbətləri eşitmək olar. Gələn naməhrəm qohum və qonşular arasındakı açıq-saçıqlıq kimi qadağaların bir-birinə qarışdığı və günahlarla dolub-daşan bir evin vəziyyəti necə ola bilər?! Bu cür halların ayaq açdığı bir evə mələklər necə və nə üçün daxil olsunlar?! Buna görə də ey müsəlmanlar, evlərinizə zikr və ibadətin müxtəlif növləri ilə həyat verin ki, Allah da sizə öz mərhəmətini əsirgəməsin!

Davamı →

Ailə Qurmaq - Nəsihət 2

Övrətin saleh olmasına çalışmaq


Əgər övrət saleh bəndədirsə, bu necə də xoşbəxtlikdir və Allahın bəxş etdiyi bir nemətdir. Bu keyfiyyət olmadığı halda övrətinin islah edilməsinə çalışmaq ailə başçısının üzərinə düşən vacibatlardandır. Övrətin saleh bəndələrdən olmaması ilə adətən aşağıdakı hallarda rastlaşılır:


Ardı →