Hicab haqqında gətirilən müxtəlif bəhanələr

Yalan: Başımı örtmək istəyirəm, amma qabaqcadan buna əmin olmalıyam.
Cavab: Quranda bu haqda qəti əmir var, məgər bu, səni qanə etmir?

Yalan: Örtünməli olduğumu bilirəm, ancaq gələcəyimi dədüşünməliyəm.
Cavab: Gələcək ölümdür, heç onu düşündünmü?

Yalan: Allah məni başı aşıq olsam belə, yenə sevəcək.
Cavab: Səni sevsə də, sənə günahkar qulum deyəcək və sən Onun yanında günahkar bir bəndə olaraq qalacaqsan

Yalan: Bası örtülüyəm, ancaq ailəm məktəbə getməyim üçün başımı açmağımı istəyir.
Cavab: Unutma! Ailən səni cəhənnəm atəşindən xilas edə bilməyəcək.

Yalan: Heç gənc yaşda da insan başın örtərmi? Yaşlananda örtərəm.
Cavab: Sabah ölməyəcəyinə dair əlində bir sənədin varmı?

Yalan: Yenidən başımı açacağımdan qorxduğum üçün örtünmürəm.
Cavab: Əvvəl örtün, sonra bu haqda fikirləşərsən.

Yalan: Sərbəstliyimin əlimdən alınacağından qorxduğum üçün başımı örtmək istəmirəm.
Cavab: Allahın hüzurunda sərbəst ola biləcəksənmi?

Yalan: Gözəlliyimi hamı görsün deyə, örtünmək istəməmişdim.
Cavab: Kaş ki, bu gözəlliyini öz həyat yoldaşına nümayiş etdirəydin!

Yalan: Başımın açıq olması məni dindən çıxartmır.
Cavab: Dindən çıxmasan da, günahkarsan. Üzərində israr edilən günah isə sahibini daha da uçuruma yuvarlayar.

Yalan: Qismət! Bir gün görərsən, biz də başımızı bağlamışıq.
Cavab: InşaAllah! Amma tələs. Unutma ki, ölüm gözləmədiyin bir anda səni yaxalayacaq.

Yalan: Məktəb və universitetdə tələbə yoldaşlarıma dini təbliğ etməli olduğum üçün başımı açmalıyam. Bununla da dinimə xidmət edəcəyəm (Bu hal hicaba vurulan zərbələrin ən təhlükəlisidir!)
Cavab: Deməli, özünə xidmət etmək istəmirsən

Yalan: Başı örtülü qızlar istənilən səviyyədə başqalarına nümunə ola bilmirlər.
Cavab: Sən ört və onlara nümunə ol!.

7 şərh

Aysel218
hicab taxmayanlar meger yaxsi terbiyede olmayanlardi?-hec razi deyilem. Esas insanin ureyidi...Exlagi ortmek lazimdi basdan qabag.topik cox gozel yazilib duz deyirsizki bu cur behaneler de yersizdi
Ferid_Zeynalli
Xanım bunu heçkim demir ki hicab taxmayan yaxşı tərbiyə olunmayıb. Hicabın fəlsəfəsi çox böyükdü. Bu təkcə başı örtmək deyil. Hər halda çox önəmli məsələdi. Əgər önəmli olmasaydı Allah (c.c) Qurani-kərimdə bunu təkidlə əmr etməzdi qadınlara. O ki, qaldı ürəyə inanın o boş söhbətdi. O ürəkdədki Allah sevgisindən başqa nə disəz var. O nə ürəydi elə? Sizin sözüvüz bilirsiz nəyə oxşadı? «Namaz qılmamağına baxma, ürəyi təmizdi. İçki içməyinə baxma, ürəyi təmizdi. Adam öldürməyinə baxma, ürəyi təmizdi...................» Xanım inanın əgər siz hicabın əsl mahiyyətin anlasaz belə deməssiz. Hicab qadına yaraşacaq ən gözəl şeydi
nurr

nefsimizi temize cixarmag ucun fikirlesdymz behanelern bir coxu...ama hec biri o terefde komeymze catmyacg cox teessuf 

heyatin-ellerinde
Bildiyimə görə Quranda bu 7 yerdə qeyd olunub.Deməli çox önəmlidi.
das_dovru
salam cavablar sərt şəkildə bildirilir qurana aid olanları demirəm. sadece kimisə dinə dəvət edəndə sərtlik hemin o insani dahada uzaqlaşdırar hetta burdan istehzada hiss olunur. Birdəki dində şəxsi fikir anlayışı yoxdur sadce quran və hedisler var. Dində  kişi belə öz arvadının hicab geyinməsini istəyirsə bunu ona sadce məsləhət şəklində bildirməlidir məs: hicab geyinsən yaxşı olar) əgər kişi bunu arvadına əmr kimi buyursa bunun cavabını qiyamətdə verəcəy. səflərim varsa düzəldin. ümumilikdə bu mövzuya yer ayrıldığı üçün təşəkkürlər.