Рейтинг
+7.17

İslam tarixindəki şəxslər

35 üzv, 41 topik

İslamı qəbul etmiş ilk insan

Əli əleyhissəlamın bu dövrdəki ilk iftixarı onun ilk növbədə İslamı qəbul etməsidir. Daha dəqiq desək, Əli (əleyhissəlam) bu dövrdə özünün əvvəldən olan İslami əqidəsini aşkar etmişdir. Əli (əleyhissəlam) əvvəldən təkallahlığa inanmış və əsla bütpərəst olmamışdır. Yə'ni, Əli əleyhissəlamın İslamı qəbul etməsi bu mə'naya deyil ki, o, bütpərəstlikdən əl çəkmiş və İslamı qəbul etmişdir. (Ancaq peyğəmbərlərin digər səhabələrinin İslamı qəbul etmələri bu mə'nayadır.)

İslamı qəbul etməkdə irəli düşmək elə bir dəyər, fəzilətdir ki, Qur'an açıq-aşkar ona işarə edərək buyurmuşdur: «Bir də öndə olanlar, öndə olanlar! Bunlar [Allahın dərgahına, Allahın lütfünə və mərhəmətinə] yaxın olanlardır.»


Ardı →

İmam Əlinin(ə) qırx səhabəsi

İMAM ƏLİNİN (Ə) QIRX SƏHABƏSİ
1-Abdullah ibn Abbas:
O, Peyğəmbər (s)-in əmisi oğlu, imam Əli (ə)-ın səfiri, nümayəndəsi və İslam ordusunun sərkərdəsi idi. İmam Əli (ə) uşaqlıq çağlarından ona İslam maarifini öyrətməyə başladı. O, fiqh, təfsir və təvil elmlərində, hətta ənsab elmində başqalarından tam şəkildə fərqlənirdi. Peyğəmbər (s) onun haqqında belə dua etmişdi: "İlahi! Onu din alimi et və Quranın təvilini ona öyrət." Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində imam Əli (ə)-ın ordusunda iştirak edərək şücaətlə döyüşürdü. O, Siffeyn müharibəsində imam Əli (ə)-ın ordusunun sol cinahının sərkərdəsi idi, imam Həsən (ə) və imam Hüseyn (ə) da onun ordusunda döyüşürdülər. İbni Abbas imam Əli (ə)-ın tərəfindən Bəsrənin valisi təyin edildi, və o həzrətin şəhadətindən sonra imam Həsən (ə)-ın hüzurunda idi. Abdullah ibn Zübeyr onu Taifə sürgün etdi. Ömrünün axırlarında gözləri tutuldu, amma yenə də İslam maarifini yaymaqdan əl çəkmədi, nəhayət yetmiş bir yaşında ikən Taifdə vəfat etdi.
Ardı →

Həzrəti Fatimə

Tarixin yaddaşına bir çox məziyyət və üstünlükləri ilə əbədi həkk olunmuş bəzi qadınlar vardır.
O, peyğəmbər məktəbinin tərbiyəsini almış, hətta bəzən paklığıyla peyğəmbərə belə tay tutulan qadındır.
O, dünyanın mömin qadınlarının əfəndisidir. «Seyyid-i nisədir».
O, Hz.Məhəmmədin övladı, Hz.Əlinin xanımı, peyğəmbər nəslinin davamçıları olan Həsən, Hüseyn, Zeynəb və Ümmü Gülsümün anası, Xədicə-tül Kübranın qızıdır.
O, dünən, bu gün, sabah da dərin hörmət və sevgiylə anılan və anılacaq Hz.Fatime-yi Zəhradır.
Ardı →

Əli bin Əbu Talibin (Allah ondan razı olsun) fəziləti

1. Ənəs bin Malik (Alah ondan razı olsun) rəvayət edir ki, “Rəsulullah (Allahın ona salavat və salamı olsun) bazar ertəsi günü peyğəmbər göndərildi, Əli (Alah ondan razı olsun) çərşənbə axşamı günü namaz qıldı” (ət-Tirmizi, Mənaqib, 3976, hədis qəribdir).
Bəzi alimlər bu hədisə əsaslanaraq Əlinin (Alah ondan razı olsun) gənclərdən ilk müsəlman olduğunu söyləyirlər.

2. Abdullah bin Ömər (Alah ondan razı olsun) rəvayət edir ki, “Rəsulullah (Allahın ona salavat və salamı olsun) səhabələri bir-biri ilə qardaş etdi. Əli (Alah ondan razı olsun) onun yanına gəldi və dedi: “Səhabələri bir-biri ilə qardaş etdin, amma məni heç kimlə qardaş etmədin”. Rəsulullah (Allahın ona salavat və salamı olsun) dedi: “Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan” (ət-Tirmizi, Mənaqib, 3722).

3. Zeyd bin Ərqam (Alah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (Allahın ona salavat və salamı olsun) demişdir:“Mən kimin dostuyamsa, Əli də onun dostudur” (ət-Tirmizi, Mənaqib, 3714).

4. Səd bin Əbu Vaqqas (Alah ondan razı olsun) rəvayət edir ki, “Rəsulullah (Allahın ona salavat və salamı olsun) Təbuk döyüşünə gedərkən Əlini arxada (Mədinədə) saxlamışdı. Əli (Alah ondan razı olsun) soruşdu: “Ey Allahın Rəsulu, məni qadın və uşaqların yanında saxlayırsan?” Rəsulullah cavab verdi: “Sən Harunun Musa yanında aldığı yeri mənim yanımda almaqdan razı deyilsən? Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur” (Buxari; Kitabul-məğazi 80/409, Fadail-əshab 9/54, Müslim, Fadail-əshab, 31 (2404), ət-Tirmizi, Mənaqib, 3731).
Ardı →

Imam Hüseyn (aleyhisəllam)

         «Hüseyn məndən, mən də Hüseyndənəm. Allah — Təala Hüseyni sevəni sevər.»
                                 
Muhamməd Peyğəmbər (salləllahu aleyhi və alihi vəsəlləm)

  1. Uşaqlığı

 Ummu Haris rəvayət etmişdir: «Bir gün Rəsulullahın hüzuruna getdim. „Ya Rəsulullah! Bir röya gördüm, qorxdum“ dedim. Soruşdu: » Nə gördün?" Dedim: «Sənin mübarək vücudndan bir parça kəsdilər, mənim bədənimə əlavə etdilər.»
 Buyurdu ki: " Yaxşı görmüsənş Fatimənin bir oğlu olacaq və sənin yanında qalacaqdır."

 İmam Hüseyn (aleyhisəllam) hicrətin 4 — cü ilində Şaban ayının 3-də doğuldu. Rəsulullaha  (salləllahu aleyhi və alihi vəsəlləm) xəbər verdilər. Təşrif buyurdu. Uşağı mübarək əllərinə götürndə ağlamağa başladı. «Nə üçün ağlayırsınız, ya Rəsulullah?» deyə sordular. Buyurdu: «Bu oğlumu zalim bir qövm şəhid edəcəkdir. Fatiməyə söyləməyin.»

 İbn Abbasdan: " Allahın Rəsulu (salləllahu aleyhi və alihi vəsəlləm) Hüseyni ibn Alini öz çiyninə mindirmişdi. Bir nəfər dedi: «Oğulcan, nə yaxşı miniyə minmisən?» Rəsulullah (salləllahu aleyhi və alihi vəsəlləm) buyurdu: «O özü nə gözəl suvaridir!»

 Hz. Hüseyn (a.s.) Rəsulullahın (salləllahu aleyhi və alihi vəsəlləm) yanındaydı. Anasına getmək istədi. Yağış yağırdı. Rəsulullah (salləllahu aleyhi və alihi vəsəlləm) dua etdi. Hz. Hüseyn evinə çatıncaya qədər yağış yağmadı.
Ardı →

İmam Malik

İmam Malik Mədinədə doğulmuşdur. Onun doğum tarixi haqqında Hicri 90-dan 98-ə qədər dəyişən fərqli rəvayətlər var. Daha çox üzərində ittifaq edilən tarix isə 93-cü (711-712) ildir.  İmam Malikin ailəsi əslən Yəmənli olub. Babası Zu Asbah qəbiləsinə mənsub olan Malik b. Əbu Amir əl-Asbani Yəmən valisinin zülmündən qaçaraq Mədinədə məskunlaşmışdır. Anası da Yəmənli Əzd qəbiləsindən Aliyə binti Şüreyk əl-Əzdir.  İmam Malikin babası Mədinədə məskunlaşdıqdan sonra Qureyşə mənsub Bəni Teym b. Murra qəbiləsi ilə qohumluq əlaqələri qurmuş, o qəbiləyə mənsub olanlarla dostluq və yoldaşlıq etmişdir. Bir çətinliyi olduğu zaman da qəbilə mənsubları ona yardım etmişdilər.
Ardı →

Həzrəti Zeynəb (s.ə)

Onlar hər növ eyib və nöqsandan uzaq olan beş müqəddəs nurlar, vəhy xanədanı və vilayət ailəsidirlər – Peyğəmbər (s), Əli (ə), Fatimə (ə), Həsən (ə), və Hüseyn (ə). Belə bir ailədə bir qız uşağı dünyaya gəldi. Əzəmətli vilayət bağçasına mənsub olan bu çiçək, sonralar özünün Allah yolunda sədaqət və vəfası, şücaət və fədakarlığı, iman və təqvası, iffət və səbri, dözüm və mübarizəsi ilə bütün Allah yolçuları və xüsusilə, özünün Əhli-beyt (ə) davamçısı hesab edən qadınlar üçün ülgü və nümunə olacaqdı. Zeynəb (ə) atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb (ə) adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. 

Ardı →

Hz.İbrahim (ə)

Babil camaatı böyük bir bayrama hazırlıq görürdü.Bu bütlərin bayramı idi.Ən maraqlı mərasim bütləri yedizdirmək idi.Kahinlərin duaları altında ziyarətə gələnlər təzim edə-edə xorəkləri onların qabağına qoyub bütxanadan kənarda gözləyirdilər.

İbrahimdə (ə) onlarla bərabər bayrama gəlmişdi.Burada bütləri görüb heyrətlə bu yazıq insanların sifətlərinə baxdı.
QURANİ-KƏRİM xəbər verir:
"İbrahim atasına və tayfasına:«Sizin tapınıb durduğunuz bu heykəllər nədir?-dediyi zaman onlar:Biz atalarımızı onlara ibadət edən gördük!»-deyə cavab vermişdilər.(İbrahim onlara:) And olsun ki,siz də,atalarınız da (haqq yoldan) açıq-aıkar azmısınız!"-demişdi.(Əl-Ənbiya,52-54)

Buradakıların bəziləri önə çıxıb:-«Bəs sən kimə inanırsan?-deyə soruşduqda o:
»Aləmlərin Rəbbinə!" demişdir.
-Bəs Nəmrud? Axı o bizim rəbbimizdir,sən ona inanmırsan?-sualına isə İbrahım (ə):
-Xeyr,mən yalnız məni yaradana itaət edirəm!-cavabını vermiş,bununla da böyük bir qarşıdurmanın təməl daşını qoymuşdur.

Ardı →

İmam Məhəmməd Təqi (ə)

İMAMIN ŞӘXSIYYӘTİ
Adı: Muhəmməd
Ləqəbi: Təqi və Cavad
Kunyəsi: Әbu Cəfər
Atası: Həzrət imam Rza (ə)
Təvəllüdü: Hicri 195-ci il
İmamlıq müddəti: 17 il
Ömrü: 25 il
Şəhadəti: 220-ci Hicri-qəməri ilində Mötəsimin əmri ilə və arvadının əlilə zəhərlənib şəhid oldu.
Məzarı: İraq şəhərlərindən biri olan Kazimeyn.

Davamı →

Həyatlarının son anında dərdləri nə idi

Allah bizləri, həyatımızın hər bir anında yüksək əhval-ruhiyyəli və ali hədəfli olaraq görmək istəyər. Çünki, dünyadakı bütün sıxıntılar müvəqqətidir. Hətta ölüm belə, müsəlman üçün son deyil, əbədi və gözəl həyatın başlanğıcıdır. Bu halda nəyə görə üzülsün ki? Bunu gözəl şəkildə dərk edən və həyatına tətbiq edən hər bir kəs, ən sıxıntılı anında belə xoşbəxt olar. Bəli, ölüm anı gəlib çatsa belə..

Davamı →