Рейтинг
+7.17

İslam tarixindəki şəxslər

35 üzv, 41 topik

İmam Hüseyn (ə) ın əxlaqi fəzilətləri

Əxlaq və Davranışı - Əxlaq və Davranışı İbni Şəhraşub Mənakib kitabında Ruhaynidən belə nəql edir: "İmam Həsən və İmam Hüseyn (ə.s) dəstəmaz alan yaşlı bir adamın yanından keçərkən onun doğru dəstəmaz almadığını gördülər, onu narahat olmayacaq bir şəkildə hidayət etmək üçün dəstəmaz mövzusunda mübahisə başladılar, onlardan hər biri digərinə; sənin dəstəmaz alman doğru deyil deyirdi. Yaşlı adama: «Kimin doğru dəstəmaz aldığına sən qərar ver» deyib dəstəmaz almağa başladılar. «Hansımızın dəstəmazı daha doğrudur?» dediklərində yaşlı adam belə dedi: «Sizin ikiniz də gözəl dəstəmaz alırsız, amma bu cahil və yaşlı adam doğru dəstəmaz almadı.» Beləcə yaşlı adam narahat olmadan doğru dəstəmaz aldığını öyrənmiş oldu.
Ardı →

İmam Əlinin(ə) qırx səhabəsi

İMAM ƏLİNİN (Ə) QIRX SƏHABƏSİ
1-Abdullah ibn Abbas:
O, Peyğəmbər (s)-in əmisi oğlu, imam Əli (ə)-ın səfiri, nümayəndəsi və İslam ordusunun sərkərdəsi idi. İmam Əli (ə) uşaqlıq çağlarından ona İslam maarifini öyrətməyə başladı. O, fiqh, təfsir və təvil elmlərində, hətta ənsab elmində başqalarından tam şəkildə fərqlənirdi. Peyğəmbər (s) onun haqqında belə dua etmişdi: "İlahi! Onu din alimi et və Quranın təvilini ona öyrət." Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində imam Əli (ə)-ın ordusunda iştirak edərək şücaətlə döyüşürdü. O, Siffeyn müharibəsində imam Əli (ə)-ın ordusunun sol cinahının sərkərdəsi idi, imam Həsən (ə) və imam Hüseyn (ə) da onun ordusunda döyüşürdülər. İbni Abbas imam Əli (ə)-ın tərəfindən Bəsrənin valisi təyin edildi, və o həzrətin şəhadətindən sonra imam Həsən (ə)-ın hüzurunda idi. Abdullah ibn Zübeyr onu Taifə sürgün etdi. Ömrünün axırlarında gözləri tutuldu, amma yenə də İslam maarifini yaymaqdan əl çəkmədi, nəhayət yetmiş bir yaşında ikən Taifdə vəfat etdi.
Ardı →

Həzrəti Zülkifl

Quranı Kərimin cəmi iki ayəsində Zülkiflin adı keçir. Bunlardan biri Ənbiya 85, digəri isə Sad surəsi 48-dir. Hər iki ayədə də bu ad digər peyğəmbərlərlə birlikdə anılmış və onların bəzi özəllikləri zikr olunmuşdur. Klassik müfəssirlər ayədə keçən «Zu'l-kifl» kəlməsini ad olaraq qəbul etmiş və bu adı daşıyan şəxsin peyğəmbər olub olmadığı haqqında müxtəlif fikirlər söyləmişdilər. Bu barədə güvənilən bir hədis və qüvvətli bir rəvayətin olmadığını nəzəzrə alan Məhəmməd Əsəd bunun xüsusi bir isim deyil, bir sifət olduğu fikrini irəli sürmüşdür. Onun qənaətinə görə «sahib» mənasında bağlayıcı olaraq istifadə edilən «zu» kəlməsi ilə, bir şeyi etməyi boynuna götürdü, yükləndi mənalarına gələn təkəffələ felinin məstərindən düzəlmiş olan" bu ifadə bir ad deyil, özünü əhdlə Allaha bağlayan insan və ya insanlar mənasında ayədə adları zikr olunan peyğəmbərlərin müştərək bir sifətidir. 


Ardı →

Həzrəti Xədicə

Möminlərin ilk anası Xədicə [radiyallahu ənhə] bint Huveyliddir. Xədicə adının mənası vaxtından əvvəl doğulan qız uşağı deməkdir. Yeddi aylıq doğulduğu üçün ona bu adı vermişdilər. Əslində isə o, 15 il əvvəl doğulmuşdu. «Vallahi, Allah mənə zövcə olaraq ondan daha xeyirlisini vermədi. İnsanlar məni inkar etdikdə o, mənə inandı, insanlar məni yalanladığında o məni təsdiqlədi, insanlar məni məhrum buraxdığında o mənə malı ilə arxa durdu. Allah digər xanımlarımdan deyil, yalnız ondan mənə uşaqlar nəsib etdi.» [Hədisi şərif]
Cahiliyyə dövründə onu ət-Tahirə [təmiz] deyə çağırırdılar. Çünki həqiqətən də təmizlərdən idi. Peyğəmbərimizdən [s.a.s] əvvəl iki dəfə ailə qurmuşdu. Birinci həyat Hind İbnun Nəbbaş İbn Zurarə [Əbu Halə] idi. Xədicə anamızın ondan Halə və Hind adlı iki oğlu olmuşdur.
Davamı →

İmam Malik

İmam Malik Mədinədə doğulmuşdur. Onun doğum tarixi haqqında Hicri 90-dan 98-ə qədər dəyişən fərqli rəvayətlər var. Daha çox üzərində ittifaq edilən tarix isə 93-cü (711-712) ildir.  İmam Malikin ailəsi əslən Yəmənli olub. Babası Zu Asbah qəbiləsinə mənsub olan Malik b. Əbu Amir əl-Asbani Yəmən valisinin zülmündən qaçaraq Mədinədə məskunlaşmışdır. Anası da Yəmənli Əzd qəbiləsindən Aliyə binti Şüreyk əl-Əzdir.  İmam Malikin babası Mədinədə məskunlaşdıqdan sonra Qureyşə mənsub Bəni Teym b. Murra qəbiləsi ilə qohumluq əlaqələri qurmuş, o qəbiləyə mənsub olanlarla dostluq və yoldaşlıq etmişdir. Bir çətinliyi olduğu zaman da qəbilə mənsubları ona yardım etmişdilər.
Ardı →

Əmirəl-mö'minin Həzrət Əli

Əmirəl-mö'minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə'lumat
Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kə'bə evində dünyaya göz açmışdır. Atası Əbutalib, anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir
Ardı →

İslam və alimlər

*Atomun daxilində böyük bir enerji gizləndiyini, atomun parçalanmasının mümkünlüyünü və bu zaman Bağdadı alt-üst edə biləcək bir gücə sahib olduğunu ilk dəfə «kimyanın atası» ləqəbli Cabir bin Həyyan (721-805) söyləmişdir.

*Barıt və topdan ilk dəfə müsəlmanlar istifadə etmişlər.

*Havan topu Fateh Sultan Mehmetin (1432-1481) kəşfidir

*Bəttaninin hazırladığı «Sabi cədvəlləri» adlı astronomik cədvəllər Kopernik dövrünə qədər Avropada əsas mənbə hesab edilirdi. Eyni zamanda, Bəttani Günəş ilini bugünkü nəticələrə tam uyğun şəkildə (cəmi 24 saniyə xəta ilə) hesabladı.

*Bəşir adlı müsəlman alim avropalı Brantdan xeyli əvvəl fosforu tapmışdır.
Ardı →

Mövlana; Hz. İmam Əli (ə.)

O, açıqlayan imam, Allahın vəlisi, səfa əhlinin vücud günəşidir. Yerdə, göydə, məkanda və zamanda Haqla olan o imamın zatı, ikiüzlülükdən qurtulmuşdur, pakdır.
 
 Onun torpağı birlik aləmidir. O, insanın həqiqəti və canı kimi idi. Hər şey fanidir, lakin can yaşayar, ölməz. Onun hərəkəti diri olan Əzəli Varlıqdandır. 
 
 Üzünün nurlu parıltısı öz ziyasından bir günəş yaratdı. O, Haqq ilədir, Haqq ondan görünür. Həqiqətən də o, Haqq ilə əbədidir.
 
 Allah yolunda gedənlər istəyənlərdir, Əli (ə.) isə istəniləndir. Söyləyənlər söyləyib susarlar, o isə susmaz, söyləyər. Əbədi elm onun köksündə parlayıb göründü.  Vəhy olunanların sirlərini o, həqiqət olaraq bildi və bildirdi.

                                                           İxlas 

 Hal və hərəkətdə ixlasın necə olacağını Həzrəti İmam Əlidən (ə.) öyrən. O Allah aslanını hiylə və riyadan uzaq bil.

 Bir savaşda müşrik bir pəhləvana qalib gəldi və qılıncını qaldırıb onu öldürmək üçün tələsdi.
 
 O məğlub olan müşrik pəhləvan hər vəlinin iftixar səbəbi olan Həzrəti İmam Əlinin (ə.) üzünə tüpürdü.

  Həzrəti Əli (ə.) o anda qılıncını yerə atdı və onu öldürmək fikirindən daşındı. Bu vəziyyətə çox təəccüblənən məğlub olmuş pəhləvan dedi:

 -Ey Əli! Sən ağıldan və nəzərdən ibarətsən. Nə gördünsə, ondan bir xəbər ver. Məni məhv etmək əvəzinə, bu mərhəmət göstərməyinin səbəbi nədir? Əjdaha kimi bir düşmənə izin vermək kimin yoludur?

 Həzrəti Əli (ə.) sualı belə cavablandırdı:
  — Mən Allah rizası üçün qılınc vururam. Çünki Allahın quluyam, tən (bədən) məmuru deyiləm. Səni cəzalandıracağım anda üzümə tüpürməyin nəfsimi hiddətləndirdiyi üçün qılıncı yerə atdım. Çünki o hiddətlə səni öldürsəydim, Allah rizası üçün deyil, nəfsimin intiqamını almaq üçün öldürmüş olacaqdım. Mənim namım  Allah üçün sevən, məqsədim Allah üçün buğz (nifrət) edənlərdən olsun deyə səni öldürmədim.

 Mövlana bu ibrətli hadisəni bu ifadələrlə bitirir:

 -Allahı sevənin biri onu bir səbəb üçün, məsələn, «Muradımı ver» deyə sevər. Digər bir sevənin isə Allaha sevgisi qarşılıqsızdır.
 
 Qərəzlərdən, səbəblərdən ayrı və uzaq olaraq Allahı sırf Allah üçün sevən haradadır? Məhz əsl muxlis (ixlaslı şəxs) odur. 



                                                                                Mövlana Cəlaləddin Rumi.
Davamı →

Imam Hüseyn (aleyhisəllam)

         «Hüseyn məndən, mən də Hüseyndənəm. Allah — Təala Hüseyni sevəni sevər.»
                                 
Muhamməd Peyğəmbər (salləllahu aleyhi və alihi vəsəlləm)

  1. Uşaqlığı

 Ummu Haris rəvayət etmişdir: «Bir gün Rəsulullahın hüzuruna getdim. „Ya Rəsulullah! Bir röya gördüm, qorxdum“ dedim. Soruşdu: » Nə gördün?" Dedim: «Sənin mübarək vücudndan bir parça kəsdilər, mənim bədənimə əlavə etdilər.»
 Buyurdu ki: " Yaxşı görmüsənş Fatimənin bir oğlu olacaq və sənin yanında qalacaqdır."

 İmam Hüseyn (aleyhisəllam) hicrətin 4 — cü ilində Şaban ayının 3-də doğuldu. Rəsulullaha  (salləllahu aleyhi və alihi vəsəlləm) xəbər verdilər. Təşrif buyurdu. Uşağı mübarək əllərinə götürndə ağlamağa başladı. «Nə üçün ağlayırsınız, ya Rəsulullah?» deyə sordular. Buyurdu: «Bu oğlumu zalim bir qövm şəhid edəcəkdir. Fatiməyə söyləməyin.»

 İbn Abbasdan: " Allahın Rəsulu (salləllahu aleyhi və alihi vəsəlləm) Hüseyni ibn Alini öz çiyninə mindirmişdi. Bir nəfər dedi: «Oğulcan, nə yaxşı miniyə minmisən?» Rəsulullah (salləllahu aleyhi və alihi vəsəlləm) buyurdu: «O özü nə gözəl suvaridir!»

 Hz. Hüseyn (a.s.) Rəsulullahın (salləllahu aleyhi və alihi vəsəlləm) yanındaydı. Anasına getmək istədi. Yağış yağırdı. Rəsulullah (salləllahu aleyhi və alihi vəsəlləm) dua etdi. Hz. Hüseyn evinə çatıncaya qədər yağış yağmadı.
Ardı →

İmam Hüseynin (ə) qatillərindən biri - Übeydullah ibn Ziyadın aqibəti

Kərbəla faciəsinin qanlı cinayətkarlarından biri də Übeydullah ibn Ziyaddır. Onun atası Ziyad hicrətin birinci ilində və ya Bədr döyüşü baş verən gündə anadan olmuşdur. Atasının kimliyi mübahisə obyektidir.

Camaat onu Übeyd Səqəfinin oğlu kimi qəbul edirdi. Amma Əbu Süfyan həmişə iddia edirdi ki, Ziyadın əsl atası odur. Elə buna görə hicri 44-cü ildə Müaviyə ibn Əbu Süfyan Ziyadı rəsmən öz qardaşı adlandırmış və bu barədə hər yerə car çəkdirmişdi.

 


Ardı →