Sən namaz qılmadın

Peyğəmbərimiz (s.a.v.), bir gün məsciddə səhabələriylə birlikdə oturarkən, adı Hallad olan, yeni öyrənmiş bir bədəvi şəxs içəri girdi. Rüku və səcdəsini tam etmədən bir namaz qıldı. 
Sonra Peyğəmbərin (s.a.v) hüzura gələrək salam verdi. Rəsulullah (s.a.v) salamını aldı və.
- Dön namazını təkrar et, buyurdu.
O şəxs dönərək, əvvəlki etdiyi kimi namazını təkrar etdi. RəsulALLAH (s.a.v.),
- Dön təkrar et; çünki  sən, namaz qılmadın!, buyurdu.
Bu hal üç dəfə təkrar edincə Hallad (r.a.) :
- Ya Rəsulullah! Səni haqq ilə göndərən ALLAHa and olsun ki, ancaq bu qədər bilirəm, doğrusunu mənə öyrədərsənmi? dedi. 
Peyğəmbərimiz  (s.a.v.):
- Namaz qılmaq istəyincə gözəlcə dəstəmaz al, qibləyə dön, iftitah təkbirini et,  bacara bildiyin qədər Quran (surələrdən) oxu, sonra rükuya gedib lazımı qədər dayan. Sonra başın tamamilə dik olana qədər ayaqda qal, sonra səcdəyə gedib lazımı qədər  səcdədə qal, başını qaldırıb hərəkətsiz qalana qədər otur. Bunları bütün namazlarda beləcə etsən namazın tam olar, bundan nəyi azaltsan namazı azaltmış olarsan, buyurdu."

0 şərh