Yaraşmaz...
Bu vaxt yuxuda olan hökmdar qəribə yuxu görür. Yuxusunda 4 nəfər qüvvətli şəxsin onun taxtını tərsinə çevirmək istədiyini görən hökmdar oyanır. Tez qalxıb dəstəmaz alır və 2 rükət namaz qılır. Yenidən yatağına uzanaraq yuxuya gedir. Eyni yuxunu görür, yuxudan oyanır. 1 məzlumun ahına tuş gəldiyini anlayır. Səhər açılan kimi zindanbaşını çağıraraq deyir:
- Səncə dünən zindana saldıqlarımız içərisində haqsızlığa məruz qalan varmı?
Zindanbaşı cavab verir...
- Bunu deyə bilmərəm, amma onların içərisindən 1-i namaz qılır, çox dua eləyir, göz yaşı tökür.
Hökmdar tez o adamı yanıma getirin deyə əmr edir. Hökmdar onun başına gələn hadisəni dinləyir, vəziyyətin nə yerdə olduğunu anlayır və deyir:
Sənden üzr istəyirəm. Sənə qarşı haqsızlıq etmişəm. Haqqını halal et. Bu hədiyyəmi də qəbul elə. Birdə hər hansı bir istəyin olsa, heç çəkinmədən yanıma gələrsən. Adamın cavabı isə belə olur :
Mən sənə haqqımı halal elədim, verdiyin hədiyyəni də qəbul edirəm. Ama istədiyim şeyi səndən almağa gələ bilmərəm. Çünki mənim kimi bir kasıbdan ötrü sənin kimi hökmdarın taxtını bir neçə dəfə çevirən Allahı qoyub istəkləri başqasına söyləmək qulluğa yaraşmaz. Namazlardan sonra etdiyim dualarla neçə-neçə sıxıntılardan qurtuldum, muradıma çatdım. Rəbbimin sonsuz rəhmət xəzinəsinin qapısı, xeyirxahlıq süfrəsi hamıya açıq ola-ola, nə üçün bir istəyim üçün başqasının üstünə gedim?...
islamadogru.biz saytına istinadən
1 şərh