Tanrı yoxdur

Yaşlı qadın olduqca dini bütöv bir insan idi.. Hər səhər qapısının önünə çıxar və qışqıra-qışqıra dua edərdi:
"Tanrım bizə verdiklərin üçün sənə şükrlər olsun!"
Və ardından hər səfərində də yan qonşusunun səsi eşidilərmiş:
"Tanrı yoxdur, qadın, Tanrı yoxdur!!!"
Yaşlı xala nə qədər əsəbləşsə də yenə hər səhər dua edirdi, o biri qonşu da inadından hər səfərində ona elə cavab verərdi..
Bir axşam, qonşusu yaşlı xalaya bir oyun etmək qərarına gəlir..
Marketə gedib bir çox meyvə-tərəvəz, çörək və s. götürüb torbalara doldurur, yaşlı xalanın qapısının önünə qoyur...
Ertəsi səhər xala qapını açıb yeməkləri görəndə çox təəccüblənir və sevinclə qışqırır:
"Sənə şükrlər olsun Tanrım, bu göndərdiyin yeməklər üçün sənə şükrlər olsun!!!"
Və bu zaman ağacın arxasından onu seyr edən qonşusu səslənir:
"Tanrı yoxdur qadın Tanrı yoxdur!!! O yeməkləri mən aldııııım!!!"
Yaşlı xala heç duasını pozmadan:
"Uca Tanrım sənə nə qədər şükr etsəm azdır!!!! Həm bu yeməkləri göndərmisən, həm də pulunu şeytana ödətdirmisən!!!"

8 şərh

Cavid
Qonçuda çox hiyləgər çıxır amma yaşlı qadın öz imanı gücünə cavabını qaytarır. orijinal yazıdır təşəkkürlər.
Xrizoberil
qadının cavabı həqiqətən çox gözəldir.
ElcinHesenov
Qadının cavabı bəyənilməlidi
jaguar
Hazırcavablığın da beləsi. :)
Medikamentoz
Konkret sındırıb :)
azadmamedov90
cox qeribe meseledi,hem hemde...bes men ne vaxt bu egoma ustun gelib hem de deycem?