Рейтинг
+28.66

İslami Hekayətlər

43 üzv, 108 topik

Bağlanmayan qapı

Hökmdarlıq edən birinin çox gözəl bir bağçası vardı. Rəngarəng çiçəklərlə təchiz edilmiş, tam bir zövq və səfa yeri idi. Bir gün hökmdar sarayın bağçasına gəldi. Hökmdar bağbanı bir bəhanə ilə bağçadan kənara göndərdi. Və bağbanın zövcəsinə dedi ki : 
— Bağçanın qapılarını bağla. Heç bir qapı açıq qalmasın
Qadın, ağıllı və namuslu idi. Hökmdarın pis niyyətini yerindəcə anladı.


Ardı →

Sən namaz qılmadın

Peyğəmbərimiz (s.a.v.), bir gün məsciddə səhabələriylə birlikdə oturarkən, adı Hallad olan, yeni öyrənmiş bir bədəvi şəxs içəri girdi. Rüku və səcdəsini tam etmədən bir namaz qıldı. 
Sonra Peyğəmbərin (s.a.v) hüzura gələrək salam verdi. Rəsulullah (s.a.v) salamını aldı və.
— Dön namazını təkrar et, buyurdu.
O şəxs dönərək, əvvəlki etdiyi kimi namazını təkrar etdi. RəsulALLAH (s.a.v.),
— Dön təkrar et; çünki  sən, namaz qılmadın!, buyurdu.
Bu hal üç dəfə təkrar edincə Hallad (r.a.) :
— Ya Rəsulullah! Səni haqq ilə göndərən ALLAHa and olsun ki, ancaq bu qədər bilirəm, doğrusunu mənə öyrədərsənmi? dedi. 
Peyğəmbərimiz  (s.a.v.):
— Namaz qılmaq istəyincə gözəlcə dəstəmaz al, qibləyə dön, iftitah təkbirini et,  bacara bildiyin qədər Quran (surələrdən) oxu, sonra rükuya gedib lazımı qədər dayan. Sonra başın tamamilə dik olana qədər ayaqda qal, sonra səcdəyə gedib lazımı qədər  səcdədə qal, başını qaldırıb hərəkətsiz qalana qədər otur. Bunları bütün namazlarda beləcə etsən namazın tam olar, bundan nəyi azaltsan namazı azaltmış olarsan, buyurdu."


Davamı →

Bir gecənin tövbəsi

Allahu Təala, Peyğəmbəri Musa Əleyhissalama xitab edib:
— «Ey Musa! Filan məhəllədə, bizim dostlarımızdan biri vəfat etdi. Get onun işini gör. Sən getməzsənsə, bizim rəhmətimiz onun işini görər» buyurdu.
Həzrəti Musa, əmr olunduğu məhəlləyə getdi. Ordakılardan:
— «Bu gecə, burada Allahu Təalanın dostlarından biri vəfat etdimi?» deyə soruşduqda.
— «Ey Allahın peyğəmbəri! Allahu Təalanın dostlarından kimsə vəfat etmədi. Amma filan evdə zamanını pisliklərlə keçirən bir gənc öldü. Pis əməllərinin çoxluğundan heç kim onu dəfn etməyə yanaşmır» dedilər.
Ardı →

Cənnət ağacları

Bir gün Rəsulullah (s. a. a) belə buyurdular: Kim «SubhanAllah» desə, Allah Təala bu zikrə qarşılıq qiyamət günü ona cənnətdə bir ağac əkər.
Yenə kim «La ilahə illəllah» desə, Allah Təala bu zikr qarşılığında cənnətdə ona bir ağac əkər.
Yenə kim «Allahı Əkbər» desə Allah Təala bu zikrə qarşılıq cənnətdə ona bir ağac əkər.
Bu sırada Qureyşli olan bir adam belə dedi:
Ardı →

Kaş ki...

Bir anda yuxudan oyandım. Çox maraqlı bir işıq gördüm amma otağımın işığı bağlı idi. Baxdım saat 3:30 gecə yarısıdı. Çox yaxşı gördüyüm bu qədər işıq haradandı görəsən?
Birdən çaşıb qaldım… Baxdım ki, əlimin yarısı divarın içində.
Dərhal əlimi çıxartdım, qorxu içində oturub əlimə baxırdım.
Təkrar əlimi divara doğru uzatdım yenə əlim divarın içinə girirdi!!!
Ardı →

Mömin qoca və ateist gənc

Xarici olkələrin birində universitet bitirmiş savadli bir gənc vətəninə ateist olaraq dönür. 3 sualina heç kimsə tərəfindən cavab tapmayan genc bir qocaya yaxınlaşıb deyir:
-Qoca sənə 3 sualim var. Onlara cavab vere bilersənmi?
Qoca:
-Inşaallah verərəm.
Gənc:
-Mən bu suallari alimlərə belə vermişəm, amma cavab verə bilməyiblər. Sen savadsiz bir qoca nece cavab vereceksen?
Qoca bir daha:


Ardı →

Həcc ziyarəti

Bir dəfə Buxara əmiri həccə getmək qərarına gəlir.O,çox varlı idi,karvan içərisində ondan dövlətlisi yox idi.Yüzdən yuxarı yüklü dəvəsi olan bu əmir bəzəkli kəcavədə oturub səhrada yırğalana-yırğalana yol gedirdi.Ona nə lazım idisə hər şeyi var idi.Onunla birlikdə,dövlətlilərlə bərabər,yoxsullar dəstəsi də həccə gedirdi.Onlar Ərəfata çatdıqda,ayaqyalın,başıaçıq,ac-susuz,ayaqları qabar çalmış bir dərviş əmiri o təmtəraqla gördükdə üzünü ona çevirib deyir:«Qiyamət günü səninlə mənim mükafatım eyni olacaqdır,amma sən gör nə naz-nemət içərisində gedirsən,mən isə əzab və əziyyət içərisində?!»
Buxara əmiri deyir:«Allah eləməsin mənimlə sənin mükafatın eyni olsun,əgər mən bilsəydim,səninlə mənim mükafatımız hər ikisi də eyni olacaq,heç səhraya qədəm basmazdım».
Dərviş soruşur:«Nə üçün?»
Əmir deyir:«Ona görə ki,mən Allah buyruğu ilə gəlmişəm,sən isə onun əmrinə müxalif hərəkət edibsən,məni çağırıblar,mən qonağam,sən isə tüfeyli.Çağırılmış qonaq ilə çağırılmamışın hörməti eyni ola bilərmi? Haqq-taala dövlətliləri çağırmış,yoxsullara isə belə demişdir:»Özünüzü öz əlinizlə təhlükəyə salmayın!". Sən Allahın əmri olmadan,yoxsul,ac-yalavac halda çöl-biyabana çıxaraq özünü təhlükə qucağına atıbsan,allahın buyurduğuna əməl etməmisən,nəyə əsasən sən əmrə baxanlarla bərabərlik edə bilərsən? Kimin imkanı olub həccə gedirsə,o,Allahın da tapşırığını yerinə yetirmiş olur,onun da nəzəri qəbul,duası müstəcəb olur".

Mənbə:Qabusnamə kitabındandır.
Davamı →

Cefriy Lanqin ilk namazı

Amerikanın fərqli universitetlərində çalışmış riyaziyyatçı Professor Cefriy Lanq islam dinini necə qəbul etdiyini yazdığı «Mələklər soruşuncaya qədər» isimli əsərində dərin fəlsəfi düşüncələrlə ilk namazını belə anladır: «Müsəlman olduğum gün məscid imamı mənə namazın qılınışını açıqlayan bir kitab verdi. Ancaq müsəlman tələbələrin narahat olmalarını gördüm: „Tələsmə, rahat ol, zamanla yavaş-yavaş edərsən" dedilər.

Ardı →