Рейтинг
+28.66

İslami Hekayətlər

43 üzv, 108 topik

Həzrət Xədicənin İlahi məqamı

Dünya qadınlarının içində dörd qadın daha üstün və daha qəhrəman xanımlar olmuşdular. Onlardan biri də Peyğəmbərimizin (s) vəfalı həyat yoldaşı Xədicə (s.ə) xanımdır.
Həzrət Xədicə (s.ə) İslam dinini qəbul edən ilk xanım olmuşdur. O, İslam dinini bütün qəlbi ilə qəbul edir və imanı yolunda bütün var-dövlətini qoyur. Rahatlığından əl çəkir və son nəfəsinə qədər də İslam dini yolunda fədakarlıq edir. O, Peyğəmbərin (s) həmdəmi və sirdaşı idi.
Həzrət Peyğəmbər (s) vəfalı həyat yoldaşı haqqında belə buyurmuşdur: “İslam ayaq tutmazdı, məgər Əlinin (ə) qılıncı və Xədicənin (s.ə) sərvəti olmasaydı”.
Davamı →

Səhabələrin Peyğəmbər sevgisi

Həm yaşadığı əsrdə, həmdə öz dönəmindən sonra, insanlıq tarixinin ən çox sevilən şəxsiyyəti,sonuncu peyğəmbər Hz.Muhamməd (s.ə.s) olmuşdur.
Çünki onu ilk öncə Uca Rəbbimiz, daha sonra səma əhli mələklər, daha sonra yer əhli insanlar və digər canlı və cansız məxluqat sevmişdi. Buna dair əlimizdə kifayət qədər sübut mövcuddur. Uca Allah belə buyurur:“Şübhəsiz Allah və mələkləri peyğəmbərə salam və dua göndərir ey iman gətirənlər siz də tam bir təslimiyyətlə ona salam və dua göndərin”.(Əhzab surəsi, 56)
Davamı →