Şeytanın duası

   Gecənin qaranlıq vaxtı idi.Bütün insanlar və qarışqalar yuvalarında yatırdılar.

   İnsansızlıqdan qapısını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında,əbədi sükutunda tənhalıq yuxusunda idi.Qərib bir bürkü var idi.Bu şəhərin yuxusunda qərib bir hürkü var idi.

  Bu şəhərin gündüzləri bər-bəzəklə bəzənən,süslənən,daranan,gecələri isə bütün süni bəzəklərini çıxarıb yataqlarında uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi.Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənzəyirdi.Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət edəməzdi.

  Cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu. Qara libasa bürünmüş bu yad qaranlığa qarışaraq addımlayırdı.Qara uzun paltarı yer ilə sürünür,sanki bütün zülməti özü ilə dartıb aparırdı.

  Yavaşca məscidin qapısını açdı.Qapı tük ürpədici bir səs çıxardı.Sanki bu məscidin çəkdiyi bir “ah” idi.Axır ki,onu yada salan olmuşdu.Amma bu sevinc “ah” bir an içində qəm fəryadına çevrildi.Məscidin qonağı var idi.Amma bu qonağı məscid heç gözləmirdi.

 Qara uzun libasına bürünmüş,qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parıldayırdı.Bu “Şeytan” idi.

 “Şeytan” məscidin çirkli xalçasına,rəflərdəki toz basmış Quranlara,köhnə minbərə baxdı.Bu mənzərə onu dəhşətə gətirdi.Sonuncu dəfə məscidə girəndə yüzlərlə,minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki,çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ bilməmişdi.İndi isə boş məscidə baxıb və yazığı gəlirdi.Düşmənlərinə yazığı gəlirdi.

Bir az irəlilədi,üzünü qibləyə tutdu və diz çökdü.O özüdə bilmirdi nə edirdi.Amma əlacı yox idi.Əllərini açdı və duasına başladı.

 “Bismilləhir rəhmanir rəhim” Ey uca və qüdrətli ALLAH,sənə dua etmədiyim 100000 il oldu.Özün bilirsən sənin azanın üçün necə darıxmışam.Keçmiş vaxtlar yadıma düşür.Cəbrail,Mikayıl,İsrafil,Əzrail yadıma düşür.

 «Sənə etdiyim ibadətlər yadıma düşür.Mən sənə hər kəsdən yaxın olmuşdum.Mən xöşbəxt idim.Sonra sən insanı yaratdın və mən günaha batdım.Elə bir günahki böyük günaha və məni oradan qovdun.Mənə cəhənnəmi layiq gördün.Yox mən tövbə etməyə gəlməmişəm.Sözümüz sözdür.Qiyamət gününə kimi insanları sənin yolundan çıxaracağıma söz vermişdim.Səndə mənə vaxt verəcəyinə söz vermişdin.Amma indi hər şey başqa cürədir.Əvvəllər mən insanları sənin yolundan çıxara bilirdim.İndi isə heç kəsi yoldan çıxara bilmirəm.Heç kəsi pis yola sala bilmirəm.Çünki insanlar özü pis yola gedir.Mənə heç ehtiyacları yoxdur.Mənidə üzən kədərləndirən elə budur.Özümü çox lazımsız hiss edirəm.Heç bir şeyə yaramayan bir məxluq oldum.Həyatımın mənası insanları pis yola çəkmək idi.İndi isə həyatımın mənası itib.Yalvarıram uca ALLAH mənim bir duamı qəbul et.Yalvarıram ALLAHım dünyaya yaxşı insanlar gətir.Mən də onları yoldan çıxarmağa çalışım.Boş durmayım artıq ürəyim partlayır boş durmaqdan.Yalvarıram ALLAHlm yalvarıram dünyaya yaxşı insanlar gətir».

 Qara libaslı bu yad duasını bitirib,göz yaşlarını silib yavaş-yavaş addımlayaraq məsciddən çıxdı.

Qara libası yerlə sürünərək qaranlığa qarışdı və zülmətdə yox oldu.....

Məncə deyiləsi bir şey qalmadı..Maraqlı şərhlərinizi gözləyirəm.ALLAH hamıya hidayət versin.

 

29 şərh

asel
Bir kəlməynən- demeye sözüm yoxdu.
Old_Baku_
təşəkkürlər asel.Mətndə bir sıra qrammatik səhvlər var bəzilərini redaktə etmişəm.Üzrlü hesab edin vaxt məhdudiyyətindən tələsik yazılmış mətndır.Kayzendə çox vaxt keçirə bilmədiyimdən dolayı üzrlü hesab edin.
asel
düzü sehvlere o qeder fikir vermedim. 
pascal
Deyəsən özünüz yazmısınız. Əməyə görə təşəkkürlər.
Medikamentoz
Allah qəbul eləsin.
Old_Baku_
Pascal xeyr müəəllif mən deyiləm.Müəəllif Qaraqandır.Sadəcə hekayə çox xoşuma gəldiyinə görə paylaşım dedim.Sadəcə worddə yazdığım üçün bu səhvlər oldu.Copy-paste deyil yəni.
Old_Baku_
Medikamentoz AMin.!
Medikamentoz
Old Baku,xahiş edirəm mənbələrini göstərməklə mənə Amin haqqinda səhih hədislərdə nə deyildiyi və ya necə istifadə olunduğu haqda yaza bilərsən? Mənə olduqca maraqlıdır,əlimdə olan informasiyalar kifayət etmir.Əvvəlcədən təşəkkürlər.
Old_Baku_
Deyə bilmərəm nə dərəcədə işinizi görəcək amma xaişinizi nəzərə alaraq yazdığım TOPİK -ə daxil olaraq informasiyanızı dahada artıra bilərsiniz.
Medikamentoz
Baxaram,amma konkret Amin ilə bağlı info lazımdır.
azadmamedov90
cox maraqli idi,ama goresen bu seytanin azdirmaga, yoldan cixarmaga insan qalmayib ki? artiq insanlar insanliqdan cixib heyvana donuber sadece olaraq...ve her gun daha da pis ve beter olur...heyvanlar da sex dusunur,insanlar da,onlarda yemek barede dusunur insanlarda,gundelik ish fealiyyeti ve s...bu sadece olaraq insanlarin cox zeiflemesidir ve heyvanliga teref getmesidir...belkede bu duaya amin deyerdim, ama qebul olmayacaq duaya amin denmez…
Medikamentoz
Siz elə şərh yazmısınız ki,düşündüm lğvhi-məhfuzdan xəbəriniz var :)
azadmamedov90
lgvi mehfuz nedi? yox,sadece gormediklerimden yazdim...ama gundelik olan insanlardan ve onlarin heyat fealiyyetlerinden de 1az yazdim...teessuff ki bu beledir…
Medikamentoz
Lövhi-məhfuz---İslam dini inanclarına görə yalnız Allah qatında Onun bildiyi və qələmin yazdığı baş verəcək bütün hadisələrin təfsilatı.
ayxansevda
İslamda hər şey Allahın yadığı ilə bağlı deyil seçim insanın öz əlindədir narkoman olmağı, qeyri -sağlam həyatı Allah yaza bilməz insan özü seçir o yolu yaxşılıq edirsən yaxşılıq olur pislik edirsənsə geci tezi bəhrəsini görürsən
azadmamedov90
i agree with u… cox haqlisiniz…
Old_Baku_

 

İnsanlar həyatları boyunca gələcəkləri üçün, sabahsı gün və ya bir saat sonrası üçün müxtəlif planlar edərlər. Bu planlar bəzən əvvəldən hazırlandığı kimi reallaşar, bəzən isə gözlənilməz inkişaflar səbəbindən axsayar. Dindən uzaq insanlar bu axsamaların təsadüfən meydana gəldiyini zənn edərlər. Həqiqətdə isə nə planlanan proqramlar işləməkdə, nə də ümid edilmədik axsamalar olmaqdadır. Bu plan istər reallaşsın, istər reallaşmasın bir insanın qarşısına çıxan hadisələrin bütünü, yalnız o adamın qədərində, Allahın əvvəldən təqdir etmiş olduğu hadisələrdən ibarətdir. Bir ayədə bildirildiyi kimi; O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona doğru (Allahın dərgahına) yüksələr. (Səcdə Surəsi, 5) Və yenə bir başqa ayədə bildirildiyi kimi; Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq. (Qamər Surəsi, 49)
Hər insan əslində öz planladıqlarını yaşadığını düşünsə də işin əslində Allahın özü üçün yaratdığı qədəri yaşayır. Bu səbəblə insan bir şeylər edib qədərini dəyişdirdiyini düşünsə də əslində yenə yalnız qədərində olduğu üçün bunu düşünür. Həyatının heç bir anı qədərinin xaricində deyil. Koma vəziyyətindəykən ölən insan qədərində olduğu üçün ölər, aylar sonra komadan çıxıb sağlamlığına qovuşan isə yenə qədrində olduğu üçün xilas olmuşdur.
Qədəri tam olaraq qavraya bilməmiş olan insan üçün isə bütün hadisələr təsadüfi meydana gələn inkişafların, təsadüflərin əsəri olaraq reallaşar. Bu insan, kainatdakı hər şeyin başıboş olaraq varlığını davam etdirdiyini zənn edər. Bundan ötəri də başına pis bir şey gəldiyi zaman bütün bunları “şansızlıq” olaraq adlandırar.
Halbuki insanın ağıl və mühakimə qabiliyyəti olduqca məhduddur; üstəlik insan zaman və məkanla məhdud bir varlıqdır. İnsanın başına gələn istisnasız bütün hadisələri isə zaman və məkandan müstəqil, “sonsuz bir ağıl” sahibi olan Allah planlamaqdadır. Bu həqiqət Quranda belə xəbər verilməkdədir:
Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! (Hədid Surəsi, 22)
Bu böyük həqiqətin bir nəticəsi olaraq insanın etməsi lazım olan tək şey, hər hadisənin xeyir olaraq yaradıldığını bilərək, Allahın özü üçün təyin etmiş olduğu qədərə təslim olmaqdır. Necə ki həqiqətən iman etmiş olan insanlar, həyatlarındakı hər şeyin Allahın özləri üçün təyin etmiş olduğu qədərə tabe olduğunu, bir hikmət üzərinə yaradıldığını bilərək yaşayarlar. Bunun nəticəsində də mütləq xeyirə qovuşarlar. İnananların göstərdikləri bu gözəl əxlaq və sarsılmaz təslimiyyət Quranda belə izah edilməkdədir:
De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə Surəsi, 51)
Nəticədə insan xeyir olaraq da qiymətləndirsə, şər olaraq da qiymətləndirsə olacaq olanı maneə törətməyə gücü çatmaz. Xeyirlə qiymətləndirməklə qazanar; şər olaraq görsə yalnız özünə zərər verməkdən başqa bir şey əldə edə bilməz. İnsanın peşimanlıq dolu sözləri istifadə etməsi və ya üsyankar bir rəftar göstərməsi qədərindəki bir saniyəni belə dəyişdirməz. Bu səbəbdən ötəri də qula düşən tək məsuliyyət Allahın sonsuz ədalətinə və özü üçün təyin etdiyi qədərə təslim olub bütün hadisələrə xeyir gözüylə baxmaq, ürəkdən mutmain olmuş bir “qədər tamaşaçısı” olmaqdır.

 

 
azadmamedov90
qisa sekilde ne mena verir bu yazdiqlariniz?
Medikamentoz
Ən doğrusunu Allah bilir,amma mən Qurani-Kərimdən oxuduqların və elmi dünyagörüşüm ilə bunu deyə bilərəm ki,qədər məsələsində mübahisə etmək olmaz,dolayısıyla iman edənlər bunu---Eşitdik,iman etdik ---şəklində qəbul etməlidirlər.Ancaq bu heç bir insana,ələlxüsus imanlı və idraklı möminə sadəcə yerində saymaq imkanı verməz.Quranda bildirilir ki,hər şey Allahın izni ilə gerçəkləşir,dolayısıyla mənim siqaret çəkməyim və ya çəkməməyim də birbaş onun mənim qədərimdə yaradılması ilə bağlıdır.Ancaq burada bir qarışıqlıq görənlərə isə əvvəlcədən deyim ki,Kvant fizikası da buna aydınlıq gətirməkdədir.Misal üzərində belə izah edə bilərəm.Təsəvvür edək ki,biz bir həlqənin içərisindəyik və həlqənin hər nöqtəsindən bizim bədənimizə doğru yəni həlqənin mərkəzinə bir ip bağlanılmışdır.Həlqənin nöqtələri sayı əslində həlqə qapalı olsa da,yəni məhdud sayda görünsə də belə,sonsuzdur,bunu sadə riyazi biliyi olanlar inkar etməz,dolayısıyla bədənimizə gələn iplərin sayı da sonsuzdur.Bu iplər biz yaradılmamışdan öncə lövhi-məhfuzda bizim qədərimizlə bağlı yazılandır,yəni sonlu sonzuluq.Seçim olaraq həmin iplərdən hansını çəkər isək ona vara bilərik,hədislərdə də qeyd olunur ki,Cənnətə düşənlərə əvvəlcədən onlar üçün cəhənnəmdə yaradılmış yerlərivə əksinə cəhənnəmə düşənlərə də cənnətdəki yerləri göstəriləcəkdir.Yəni bu an faktiki olaraq biz həm mömin həm də kafir ola bilərik,bu bizim seçimimizdən asılıdır.Ona görə belə yaradılıb ki,İnsanın sabahısı gün niyə mən cəhənnəmə düşdüm deməyə şansı olmasın,ağlın olaydı düzgün yaşayadın,axı biz pis seçimlərlə bərabər yaxşı seçimləri də yaratmışdıq deyə cavab alacaqdır.Və niyə pis seçimlər yaradılıb deyənlərə demək istəyirəm ki,çünki bu bir imtahandır,əgər imtahanda kitablar qarşımızda qoyulsa idi,nəyisə əzbərləməyə və ya düşünməyə nə ehtiyac var idi ki? Bəs əgər bütün bu seçimlər varsa niyə Allah hər şeyi bilir? Çünki Səni O həlqənin içində (qədərin daxilində) Yaradan Allah olduğu üçün O hər şeyi bilir,yəni həmin həlqədən (qədərdən) ipləri (seçimləri) Sənin bədəninə ram edən odur.Ancaq Sən hansını seçsən bu seçimə uyğun ya cənnət ya da cəhənnəm ilə mükafatlandırılacaqsan.Həyatın mənası budur zənnimcə,amma yenə də təkrar edirəm,ən doğrusunu Allah bilir.Allah bu haqda Qurani-Kərimdə neçə-neçə ibrətli ayələr göstərir,bizə isə Allahın buyurduğu kimi düşünmək qalır:Bəlkə düşünəsiniz.

Allah hamımızı həqiqi və kamil imanlı şəxslərdən etsin,məni və Sizi isə təkəbbürlükdən islah etsin. 
Medikamentoz
Yazı gözəl yazılıb.Amma bu Seçim şansını inkar etməz.Quranın həqiqətən də müqəddəs mesaj olaraq qəbul edirəm.
Old_Baku_
Azad bəy bu yazdıqlarımın qısa mənası ondan ibarətdir ki,insanın başına gələn üzləşdiyi hər bir problemdən,bəladan ALLAH-ın şüphəsiz ki,xəbəri vardır.Bu dunyada başımıza nə gəlirsə bəlami desək,müsibətmi desək hamısı ALLAH-ın izni ilə baş verir.Bunların hamısı bizim qədərimizdi.
Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! (Hədid Surəsi, 22)
Amma
Old_Baku_

təəssüf ilə qeyd edirəm ki bəziləri bunu yanlış anlayır.Əgər sən yolunu azıb həyat tərzini qeyri-sağlam seçirsənsə oğurluq,narkamaniya hər nə pis vərdiş varsa hamısı sən deyə bilməzsən ki,ALLAH mənimdə qədərimi belə yazıb və ya hər nə .ALLAH insana ağıl süur verib və onları necə istifadə etməyi isə bəndəsinə həvalə edib.Kim istəyir o cürdə istifadə edir.Bu dünya böyük bir imtahandır və bu imtahanı keçmək üçün bizə lazım olan kitap QURANDIR.Yəni digər imtahanlardan fərqli olaraq bu imtahanda köçürtmə sərbəstdir.Sözüm bunda deyil yəni QƏDƏR insanın başına gələcək müsibətlərdir,hadisələrdir.İnsanın necə biri olacağı və ya cənnətə cəhənnəmə düşəcəyi deyil.Adam gəlir deyir ki,mənim qədərimdə cəhənnəm varsa mən nə etsəm xeyri yoxdu qədərim cəhənnəmdi bizim nə günahımız var ki ALLAH qədərimizi belə yazıb.Düzü elələrinə səbrim çatmır cəvab verməyə yenedə Ya səbr edib izah edirəm ki,necə biri olmağınız sizin öz əlinizdədir istər salih əməl sahibi ol istərsədə qaranlıq .Qədər sadəcə insanın başına gələcək sınaq variantlarıdır.
Medikamentoz dediklərinzə qatılıram.Şərhinizi çox bəyəndim belə düşündüyünüzə görə sevindim.Yenedə Doğrusunu ALLAH bilir.ALLAH hamıya hidayət versin.Amin!

Medikamentoz
Şübhəsiz ən doğrusunu Allah bilir.Biz isə onun Bizə həvalə etdiklərindən başqa heç nə bilmirik.Məsələn Ruh məsələsi barədə soruşulsa deyəcəm ki,Ruh haqqında bizə az bir qədər məlumat verilib,Ruh Rəbbimin sirrindəndir.Mən istəyirəm ki,İslamı xaos və sistem təbiri ilə deyil,elm ilə qəbul edək və yaşayaq,cəhaləti birdəfəlik bir kənara ataq çünki,Allah öz Elmi ilə hər şeyi əhatə etmişdir və şübhəsiz Allahı tanımaq və dərk etməyin və dolayısıyka qəbullanmağın yolu elmdən keçir,hansı ki,peyğəmbər oxumağı şəhidin qanından üstün tutub.Və peyğəmbərə də ilk vəhy olunan,Oxu kəlməsidir.
azadmamedov90
cox sag olun ki, bildiklerinizi paylasdiniz...ama bunlari bilmekne de oyrenmek yasamaga yardimci deyil,eger heqiqeti gormurukse...dunyada ve etrafimizdakilara diqqetle nezer salmaliyiq,sadece olaraq biz helede hec bir gedisata tesir ede bilmirik..yasam insanin ozuunun yaxsi olaraq olmeyi,ve ya pis insan kimi gebermeyinden asili olanlar...etrafindakilara verdiyi xeyirler,ve kiminse ona lox kimi baxmasi, yaradilani Yaradandan otrumu sevmek,yoxsa cibindeki puluna goremi?olmeden hec neyi anlamayacagiq...bax bizim meselemiz budur,ne qarabag,nede ki orda qetle yetirilenler,onlara verilen isgenceler,ve onlari satanlar,hemde ....dunyanin sonuna cox az qalib...noqte ile vergul arasindaki ferq qeder…
Old_Baku_
Medikamentoz bütün fikirlərinizə qatılıram.Mənda islamı elm ilə qəbul edərək yaşamağın tərafdarıyam.«Dədə-babalarımızdan belə görmüşük demək ki,belədir» cahil fikrinə qarşıyam .İslam böyük bir elmdir.Çoxları isə bu elmin 1%-ni bilməyərək savadsız şəkildə dini təbliğ edir.Babalarından nənələrindən öyrəndiyi şəkildə.Bu mövzu çox dərin və həssas mövzudur.Deməyə qalsa cildlərlə kitab yazaram bu haqda amma sözümün canı ondan ibarətdir ki,çalışaq islamı dinimizi sağlam bir şəkildə savadla öyrənək.Qaynaqlardan araşdıraraq.Ondan-bundan eşitdiyimizə deyil,gördüyümüzə oxuduğumuza önəm verək.
Medikamentoz
Quranı uzun müddət fasilədən sonra oxuduqdan sonra başa düşdüm ki,mən müsəlman olmalıyam.Bu şəkildə düşündüyün üçün isə Sənə Quranın dediyi kimi qardaş deyirəm,sözün həqiqi mənasında,nə yaxşı ki,səbrli olub bir-birimizi anladıq.Allah cümləmizdən razı olsun və hamımıza zehin açıqlığı və uun ömr versin ki,öxuyaq,öyrənək və faydalı olaq,populizm xətrinə mən müsəlmanam deməyək :)
Old_Baku_
Şərhinizi gülümsəyərək oxudum.Həqiqətən belə düşünməniz və belə qənaətə gəlməniz məni çox sevindirdi.

«Quranı uzun müddət fasilədən  oxuduqdan sonra başa düşdüm ki,mən müsəlman olmalıyam».

İnşALLAH o «Quran» heç vaxt əlinizdən və imanızdan əksik olmayacaq.Mən həmişə demişəm «Quran» bütün elmlərin açarıdır. 
Altından xətt çəkərək qeyd etdim bəli açarıdır.Belə düşündüyün müddətdə məndə sənə Quranın dediyi kimi qardaş deyə bilərəm.Sənin qeyd etdiyin kimi yaxşıki səbrli olub bir-birimizi anladıq.ALLAH cümləmizə hidayət versin imanımızı mühafizə eyləsin.Amin! 
Medikamentoz
Doğrudur,amma bunu da unutmamalıyıq ki,Quran Allah kəlamı olduğu üçün onu sadəcə oxuyaraqdan başa düşmək hardasa mümkünsüzdür.Mütəşabih ayələrə isə toxunmaq daha böyük «risk»dir.Bir dəfə mən də həmin hidayət duasını yaxınlarımdan birinə etdikdə mənə belə demişdi:Hidayət olunmuşuq.Allah islah etsin. :)