Kaş ki...

Bir anda yuxudan oyandım. Çox maraqlı bir işıq gördüm amma otağımın işığı bağlı idi. Baxdım saat 3:30 gecə yarısıdı. Çox yaxşı gördüyüm bu qədər işıq haradandı görəsən?
Birdən çaşıb qaldım... Baxdım ki, əlimin yarısı divarın içində.
Dərhal əlimi çıxartdım, qorxu içində oturub əlimə baxırdım.
Təkrar əlimi divara doğru uzatdım yenə əlim divarın içinə girirdi!!!
Bir gülümsəmə səsi eşitdim. Üzümü qardaşıma doğru çevirdim, yatırdı.
Qorxu içində yatağımdan qalxıb qardaşımı oyandırmağa getdim. Amma cavab vermədi. Anamın otağına doğru getdim, atamı oyatmağa çalışdım.
Mənə cavab vermələrini istəyirdim amma heç kim cavab vermirdi.
Anamı oyandırmaq üzrəykən, baxdım ki anam yuxudan oyandı. Yuxudan oyandı amma mənimlə danışmırdı.
---Anam "bismilləhir-rahmənir-rahim" deyirdi və təkrarlayırdı. Atamı oyandırdı, "qalx qalx bir uşaqlara baxaq" dedi. "Indi zamanımı, qoy yataq sabah ola xeyir ola" dedi atam. Amma anamın israrı üzərinə atam qalxdı, birlikdə otağımıza doğru gəldilər. Başladım qışqırmağa, "ana, ata" amma heç biri cavab vermirdi!!! Anamın paltarını çəkir məni dinləməsini istəyirdim amma anam məni hiss etmirdi!!! Başladım anamın arxasından getməyə. Bizim otağımıza girdilər və anam işıqları yandırdı. Amma mənim üçün fərq etmirdi çünki mənim üçün hər tərəf işıq idi. Tam o sırada çox maraqlı bir şeylə qarşılaşdım. Öz vücüdumu gördüm!!!
Bəli öz vücüdumu...
Oturub öz özümü seyr edirdim, iki dənəydim. Öz özümə soruşurdum kimdir bu görəsən? Necədə mənə bənzəyir!!! Başladım öz özümü oyandırmağa, bu kabusdan xilas olum deyə, amma oyana bilmədim...
Atam anama dedi "bax yatırlar, gel gedək". Amma anam sakit ola bilmədi və mənim yatdığım yatağa doğru gələrək məni oyandırmağa başladı "oyan Məhəmməd, oyan mənə cavab ver". Amma cavab verə bilmirdim!!!
Bir neçə dəfə oyatmağa çalışdı amma yox... Birdən baxdım ki, atamın gözlərindən yaşlar tökülür. O atam ki, indiyə qədər onun göz yaşlarını görə bilməmişdim.
Qışqırışmalar başladı o yerdən .. qardaşım oyandı və soruşdu nə oldu?
Anam ona qışqıraraq, böyük qardaşın Məhəmməd ölmüş. Çox kədərli bir şəkildə ağlayırdı. Qışqırmalar çoxaldı. Bu da mənim ruhuma qəribə bir əzab, sızıltı verirdi.
Anama yaxınlaşaraq, ana ağlama mən burdayam bax mənə!! Amma heç kim mənə cavab vermirdi, niyə? səbəb nə idi?
Oturub qışqırmağa başladım, burdayım baxın mənə. Amma yenə heç biri mənə cavab vermirdi. Başladım "Ya RƏBBI, Ya RƏBBI nə olar məni bu yuxudan və olduğum vəziyyətdən qurtar" -deyə yalvarmağa. Uzaqdan bir səs eşitdim və getdikcədə yüksəlirdi. Bu səs ALLAHU Tealanın bir ayəsi idi...
(And olsun sən bundan qəflətdə idin, dərhal biz sənin pərdəni qaldırdıq. Bu gün artıq gözün itidir.)
Birdən iki adam məni tutdu, amma insan deyildilər. Çox qorxdum !! Başladım qışqırmağa, buraxın məni, siz kimsiniz? Nə istəyirsiniz?
"Qəbirə qədər sənin gözətçilərinik"- dedilər.
"Mən ölmədim, hələ yaşayıram"- dedim
"Niyə məni qəbirə aparırsınız? buraxın məni!! Mən hiss edirəm, danışıram və görürəm, mən ölmədim". Mənə gülümsəyərək cavab verdilər.
Dedilər- "ey insanlar sizlər çox maraqlı varlıqlarsınız, sanırsınız ki, ölüm həyatın sonudur amma bilmirsiniz ki, əslində sizin yaşadığınız həyat bir yuxudan ibarət olub, öldüyünüz zaman oyanırsınız."
Məni qəbirə doğru çəkirdilər hələ yoldaykən baxdım ki, mənim kimi insanlar və yanlarında da eyni o iki varlıqdan var, kimi ağlayır kimi gülür və kimi isə qışqırırdı. Onlardan soruşdum niyə belə edirlər?
Dedilər ki, bu insanlar çaşqınlıq içərisindədilər, hara getdiklərini bilirmirlər, kimisi dəlalətdədir.. qorxu içində sözlərini kəsərək soruşdum:
"Atəşəmi gedirlər yəni?" - "bəli atəşə, o gülənlər isə Cənnətə gedirlər"- dedilər
Dərhal soruşdum onlardan- "yaxşı mən hara gedəcəm"??
Dedilər ki, "Sən bəzən yaxşı gedirdin, bəzəndə pis. Bəzən tövbə edib sabahısı gün günah işləyirdin və izlədiyin yol tam olaraq müəyyən deyildi". Sözlərini qorxu içərisində kəsərək soruşdum:
"Yəni mən atəşəmi gedirəm yoxsa?"
Onlarda -"ALLAHIN rəhməti genişdir və səfərdə uzundur" dedilər.
Üzümü çevirdim qorxu içərisində baxdım ailəm, atam, əmim, qardaşlarım və qohumlarım hamısı bir sandıq içində məni daşıyırdılar.
Onlara doğru getdim və onlara dedim ki, mənim üçün dua edin lütfən.
Amma heç kim mənə cavab vermirdi. Kimi ağlayırdı, kimi isə hüzünlü idi.
Qardaşıma gedərək, "diqqətli ol dünyanın fitnəsi səni aldatmasın"-dedim.
Məni eşitməsini çox istəyərdim. O iki mələk məni qəbirdəki cəsədimin üzərinə bağladılar. Baxdım ki, atam torpaq atır, qardaşlarım torpaq atır,
Ordakı insanlar hamısı torpaq atırdı üzərimə....
dedim - "ahh
Kaş ki, onların yerində olsaydım ALLAHA tövbə etsəydim...
Kaş ki, dünən səhər namazımı qılsaydım...
Kaş ki, hər gün RƏBBIMƏ dua etsəydim...
Kaş ki, hər gün tövbəmi yeniləsəydim...
Kaş ki, pisliklərdən uzaq olsaydım..."
Başladım qışqırmağa, "ey insanlar diqqətli olun dünya həyatı sizləri aldatmasın"
Heç olmasa birinin məni eşitməsini çox istəyərdim. amma....
ölüm son nöqtə deyil

Yaxşı sən məni eşidirsənmi ???

Elə isə həmin gün "kaş ki..." sözünü deməməyimiz üçün fani dünyanın aldadıcı gözəlliklərinə uymayaq, bir hərəkəti etdiyimiz zaman bizim də bir gün öləcəyimizi xatırlayaq. Gecə yatdığımız zaman "mən bu gün ne səvab iş gördüm? Ne günah iş gördüm" deyə özümüzü mühakimə edək. Başımızı yastığa qoyduğumuz zaman vicdanımız rahat olaraq yataq

 

7 şərh

burla xatun
Super kino çəkmək olar buna aid. Adamın əti biz-biz olur
MASON
belə bir film olmalıdı səhv etmirəmsə, amma qısametrajlı olmalıdı
Fianda
Özümü onun yerində hiss etdim.dəhşətdi.əslində bu hissləri 1dəfə yuxuda yaşamışam.Yuxuda məni apardılar,elə bir yer idi ki bir də qayıtmayacağımı bildim,ən çox əzizlərimin ağlamağına üzüldüm.sonra mənə kimsə geri qayıt deyə qışqırdı və yuxudan oyandım.ölmədiyimə çox sevindim.Həqiqətən dəhşətdi.Allah hər kəsin günahın bağışladıqdan sonra ölümünə əmr etsin İnşallah.
MASON
əllərinizə sağlıq çox gözəldi
bahar
Türklərin buna bənzər bir səsli yazısı var."Ölümdən sonrakı həyat"
seyran
bezen isteyirem ki,daha cox gunah etmemem ucun  Allah meni tez bu dunyadan aparsin.cunki bezen ozumuz istemesek bele her hansisa bir hereketi etmeye mecbur oluruq.nese.....Allah ozu yardimcimiz olsun.Amin 
ağıllı
maraqli idi tesekkurler