Müdrik xanımın sevgiyə aid cavabı

Bir gün Peyğəmbərimiz (s.ə.s) Hz.Əlidən soruşar:
- Ya Əli, Allahı sevirsən?
- Bəli, Ya Rəsulum.
- Yaxşı məni sevirsən?
- Bəli, Ya Rəsulum.
- Yaxşı, həyat yoldaşını sevirsənmi?
- Bəli,Ya Rəsulum.
- Yaxşı bunların hamısını ürəyində necə daşıyırsan?-deyə soruşanda, Hz.Əli bu gözlənilməz sualın qabağında duruxdu və cavab vermədi.-Bunu fikirləşərəm.- deyə Rəsulullahın yanından ayrıldı.
Hz.Əli fikirli şəkildə gəzərkən, həyat yoldaşı Hz.Fatimə onun fikirli olduğunu görür və soruşur.
- "Nədir bu halın, Ya Əli? Əgər bu düşündüklərin dünya qayğılarına görədirsə, sənə yaraşmaz dünya qayğıları haqda fikirləşmək, yox əgər bu halın ilahi qayğılarına görədirsə, anlat birlikdə həll yolunu tapmağa çalışaq." deyər.
Hz.Əli Peyğəmbərimizlə danışdığı dialoqu Hz.Fatiməyə danışmağa başlar. Hz.Fatimə bu halı öyrəndikdən sonra gülümsəməyə başlar və deyər:
- Ya Əli, Atama get və de ki,
Bir insan Allahı ağlına və ruhuna görə sevər,
Peyğəmbərini qəlbi ilə sevər,
Həyat yoldaşını nəfəsi ilə sevər,
Uşaqlarını isə şəfqəti ilə sevər.....
 

0 şərh