Рейтинг
+28.66

İslami Hekayətlər

44 üzv, 109 topik

Şeytanın duası

   Gecənin qaranlıq vaxtı idi.Bütün insanlar və qarışqalar yuvalarında yatırdılar.

   İnsansızlıqdan qapısını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında,əbədi sükutunda tənhalıq yuxusunda idi.Qərib bir bürkü var idi.Bu şəhərin yuxusunda qərib bir hürkü var idi.

  Bu şəhərin gündüzləri bər-bəzəklə bəzənən,süslənən,daranan,gecələri isə bütün süni bəzəklərini çıxarıb yataqlarında uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi.Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənzəyirdi.Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət edəməzdi.

  Cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu.


Ardı →

Yeməyini dağıdan qonaq

Həzrəti İbrahim (ə.s.) 160 yaşına gəlmişdi. Günlərin bir günü özündən iki yaş böyük bir qoca ilə qarşılaşdı. Qocanın ayaq üstə durası halı yox idi. Hz.İbrahim (ə.s.) onu evinə dəvət etdi və ona süfrə açdı. Birlikdə yemək yeməyə başladılar. Lakin yaşlı qonaq heç cür yemək yeyə bilmirdi. Üstəlik köməyə də razı olmurdu.Yeməyi gözünə, burnuna soxur, arada da ağzına apara bilirdi. Əli-üzü, üstü-başı tamam yeməyə bulaşmışdı. Elə bir yeməyi o yox, yemək onu yemişdi. Hz.İbrahim(ə.s.) ona baxıb:

Ardı →

Fizioqnomik qüsur (Dini hekayə)

Zahir,dərviş həyatı sürdürən müsəlmanlardan idi.Ciddi bir problemi var idi..Anadan gəlmə qüsuru onun cəmiəyəttən,ictimayətdən uzaqlaşmasına səbəb olmuşdu.Məcburən insanlar arasına çıxdığı zamanlarda isə «Hər kəs mənə baxır»kompleksi ilə əzilir və sıxıntı çəkirdi..Əfəndimiz (sav) də zahirin bu probleminin fərqində idi.
Ardı →

Bismillah...

Molla bir söhbətində:
— «Bismillah deyərək getsəniz, suyun üzərindən batmadan keçə bilərsiniz.»- deyir.
Bu sözə inanan bir kəndli, artıq körpü yerinə çaydan keçir.
Bir gün mollanı evinə dəvət edir.
Dəvəti qəbul edən molla ilə birlikdə gedərkən, qarşılarına çay çıxır və adam çayın üzərindən gedərək keçir.
Amma molla suya girməyə cəsarət edə bilmir.
Çaşmış kəndli,
— «Molla siz belə deməmiş idinizmi, gəlsənizə!»-deyə səslənər.
Molla isə belə cavab verər:
— «Onu söyləyən dil məndə; amma ona inanan ürək səndədir...!»


Davamı →

İki qardaş

İki müsəlman qardaş yaşayırdı, hansı ki, ALLAHa görə bir-birini çox sevirdilər və bir-birini lovğalıqda deyil, xoş işlərdə ALLAHın razılığını qazanmaq üçün yarışardılar..

Nə vaxt bir qardaş o biri qardaşın oruc tutduğunu bilərdisə, o 3 gün daha oruc tutardı, və bunu bilən digər qardaş yenə oruc tutduğu günlərin sayını artırardı… Bunu bilən qardaş bir gündən bir oruc tutaraq qardaşını qabaqlayardı..
… və hər dəfə onlar bir-birinin xoş işləri haqqında xəbər tutanda, onlar ALLAHın razılığı üçün daha böyük yaxşılıqlar etməyə çalışardılar..

Zaman yetişir müharibə başlayır..Cihad vaxtı gəlib çatanda qardaşlardan biri kafirlərə əsir düşür..Kafirlər ona işgəncə verən zaman isə qardaş göz yaşları tökərək gülməyə başlayır..
Bunu görən kafir qardaşa:
— Biz sənə işgəncə veririk sən isə gülürsən..Bu vəziyyətdə səni nə əyləndirir axı ?!

Qardaş cavabında:
— Nəhayət ki, mən qardaşımı qabaqladım, mən şəhid öləcəyəm inşALLAH! — dedi..

Kafir ona cavab verdi:
— Bu müsəlmanlıq haqda nədi başa düşə bilmirəm...Sən artıq ikinci müsəlmansan ki, hansı ki, eyni sözü olduğu kimi mənə təkrar dedi..


Davamı →

Salam!

Rəsulu-Əkrəm(s.a.a) in yoldaşı Aişə, Rəsulu Əkrəm(s.a.a) in hüzurunda oturmuşdu ki,
Yəhudi bir adam içəri girdi. Girdiyi anda Salamun əleykum yerinə
— Əssəmi əleykum — yəni, ölüm üzərinizə olsun-dedi.
Ardı →

Yaşlı adam və iki qadın

Həzrəti İbrahim ( ə.s.) uzun müddət görmədiyi oğlu Həzrəti İsmayıla baş çəkmək üçün Məkkəyə getməyə qərar verdi. Məkkədə yaşayan Həzrəti İsmayıl ( ə.s. ) oranın camaatı tərəfindən çox sevilirdi. Həzrəti İbrahim Məkkəyə gələndə rastına çıxan ilk adamdan oğlunun evini soruşdu. Adam evin yerini dedi. Həzrəti İbrahim adamın dediyi evə çatdı, qapını döydü, içəridən qaşqabaqlı bir xanım çıxdı. Bu xanım Həzrəti İsmayılın həyat yoldaşı idi. Ancaq çox yolagetməz bir insandı. O, əsla Həzrəti İsmayıla layiq bir xanım deyildi. Həzrəti İsmayıl həyat yoldaşının yaxşı insan olması üçün səbrlə çalışmış, amma bir nəticəsi olmamışdı. Qozbeli qəbir düzəldər. Həzrəti İsmayılın da səbr etməkdən başqa əlacı yox idi.
Ardı →

Tanrı yoxdur

Yaşlı qadın olduqca dini bütöv bir insan idi… Hər səhər qapısının önünə çıxar və qışqıra-qışqıra dua edərdi:
«Tanrım bizə verdiklərin üçün sənə şükrlər olsun!»
Və ardından hər səfərində də yan qonşusunun səsi eşidilərmiş:
Ardı →

Namaz haqqında ibrətamiz hekayə

Qiyamət qopmuşdu.Qeyri-adi bir izdiham var idi.Hər yer insanlarla dolu idi.Kimisi çaşqın-çaşqın ətrafına baxır,kimisi sağa-sola qaçır,kimiləri yerdə diz çökərək başını əllərinin arasında gizləyirdilər.
Sanki,ürəyi yerindən çıxacaqdı.Soyuq tər basmışdı.Dünyada ikən qiyamət,sorgu-sual və tərəzi haqqında çox şey eşitmişdi.Ancaq məhşər meydanındakı ürpərti,qorxunun bu qədər dəhşət verəcəyini heç vaxt düşünməmişdi.Hər kəs öz növbəsini gözləyir və növbəsi çatınca hesaba çəkilmək üçün çağrılırdı.Növbə ona gəlib çatmışdı.Onun adını çəkmişdilər.Təşviş içində sağa-sola baxır.Dodaqları titrəyə-titrəyə:
-Məni çağırdınız? — deyir.


Ardı →

Kaş ki...

Bir anda yuxudan oyandım. Çox maraqlı bir işıq gördüm amma otağımın işığı bağlı idi. Baxdım saat 3:30 gecə yarısıdı. Çox yaxşı gördüyüm bu qədər işıq haradandı görəsən?
Birdən çaşıb qaldım… Baxdım ki, əlimin yarısı divarın içində.
Dərhal əlimi çıxartdım, qorxu içində oturub əlimə baxırdım.
Təkrar əlimi divara doğru uzatdım yenə əlim divarın içinə girirdi!!!
Ardı →