Mələklər

Mələklər cisimdir, lətifdir, nuranidirlər, diridirlər, ağıllıdırlar. İnsanlarda olan şər, yamanlıq onlarda yoxdur. Hər şəklə girə bilərlər. Mələklərin başlıca vəzifəsi yorulmadan, usanmadan Tanrıya ibadət və itaət etməkdir. Mələklər heç vaxt günaha batmırlar. təqsirkar olmurlar. Onların pis işlərini təsəvvür etmək də mümkün deyildir, çünki nəfssiz yaradılmışlar. Onlar həmişə Allahı zikr edirlər.
Mələklər çoxdur və sayı bizə dəqiq bəlli deyil. Bir-birindən üstünlükləri vardır. Ən üstünləri bunlardır:

Cəbrail (ə) - onun vəzifəsi peyğəmbərlərə vəhy gətirmək, əmr və qadağaları bildirməkdir. Eyni zamanda, Allahın qismətini yazmaq və Qiyamət günü hamının hesabını verməkdir. Dini əsatirə görə, nəhəng boya malik olub, ayaqları yer üzərində, başı isə buludlara toxunan məxluqdur.

Mikail - onun vəzifəsi ucuzluq, bahalıq, qıtlıq, bolluq, iqtisadi qayda-qanun (nizam), firavanlıq və asayiş gətirmək, bütün kainata göz yetirmək, hər bir maddəni hərəkət etdirməkdir.

İsrafil - Qiyamət gününün gəlib çatdığını xəbər vermək üçün (Qiyamət ərəfəsində) öz surunu (şeypurunu) çalacaq. O, suru iki dəfə üfürəcəkdir. Birincisində bütün insanlar öləcəklər. İkincisində isə hamı təkrar diriləcəkdir. Təfsirlərə görə, İsrafilin ayaqları yerin aşağı qatlarında, başı isə Allahın taxtı yanındadır. Onun dörd qanadı var. Hər gün - gündə üç dəfə və gecə üç dəfə cəhənnəmə baxıb dərddən və rəhmdillikdən zar-zar ağlayır.

Əzrail - insanların canını alan və ölənlərin ruhunu canından çıxarandır. Təfsirlərə görə, Əzrailin dörd üzü, dörd min qanadı var. Ona kömək edən mələklərlə hər gün (hər bir) evə iki dəfə baş çəkir ki, kimin əcəli yetişdiyini bilsin. Ölən kafirdirsə, onun ruhunu cəsəddən güclə çəkib çıxarır, yox əgər mömindirsə, canını rahatlıqla alır.

 

4 şərh

Muza
Hamisi maraqliydi.En cox da axirincisi :D
bahar
ÇOX SAĞOLUN.Əla mövzudu
MASON
təşəkkürlər
seyran
maraqlidir.tşk