Həcc Risaləsi I Təqdim

Həcc, bir sözlə möhtəşəm ibadət! Ehtişamı (Cəlal, möhtəşəmlik, əzəmət), mənasında deyil, mahiyyətindədir, yəni daşıdığı ruh və saxladığı potensialda gizlidir. Əgər həcc ibadəti itirdiyi ruhuna yenidən qovuşsa, içində daşıdığı potensial özünü büruzə verəcək və bu insanlıq üçün bir "bası ba'dəl - məvt" [yenidən diriliş] müjdəsi olacaq. 
Həcc, Quranın dili ilə, "Allahın simvollarından" [min şə'airillah] ibarət olan bir ibadətdir. Hər kəs bilir ki, hər simvolun simvollaşdırdığı bir həqiqət var. Daşıdığı həqiqətləri bir tərəfə buraxıb simvollara sarılmaq, əvvəlcə insanı öldürüb sonra cəsədinə sarılmağa bənzəyir. Bax, həcc ibadətini möhtəşəm edən ruh və potensial dedikdə bunu nəzərdə tuturduq. Yaxın zamanlara qədər həccə dəvəylə, atla gedərlərmiş. İndi avtomobillərlə gedirlər. Ərafata dəvəylə çıxarmışlar. Müzdəlifəyə, Minaya dəvəylə gedərmişlər. Ərafata, Müzdəlifəyə, Minaya gedən dəvə ya avtomobillə, onlara minən insan arasındakı fərq şüur fərqidir. Ona görədir ki, dəvə və avtomobil hacı olmur, nəyi nə üçün etdiyini dərk edən insan hacı olur.
Həcc əsnasında, mübarək torpaqlarda yazılmış bu kitabın məqsədi, məhz bu şüur fərqini meydana çıxarmaq və həccin təkrar dirilişinə xidmət etməkdir. 
Bu sadə risalənin səhifələri arasında gəzərkən, ürəyi bədənindən əvvəl hərəkətə keçib eşq, azadlıq və əminlik diyarına, yəni "nurun mərkəzinə" doğru qanadlanan ruhlar; Allahla müqaviləniz indidən mübarək olsun!

 

0 şərh