Nəfs

Hər an pisliyə yönəltməkdən usanmayan, səhvlərlə bir yerdə həyat sürməkdən, xəta və üsyanlar içində kök salmaqdan, həlaka aparan yollarda yorulmadan gəzməkdən, məni Sənin nəzərində məxluqatının ən səviyyəsizi vəziyyətinə düşürmək üçün dayanmadan çalışan, bundan bezməyən, yorulmaq nədir bilməyən. Saysız-hesabsız qüsurlara əli bulaşmış. Bitib tükənmək bilməyən arzuların arxasınca nəfəs almadan qaçan. Elə ki, başı dərdə düşdümü sızıldayıb dayanan. Xeyirli bir işə müvəffəq olduğunda onu özündən bilən. Paylaşmaq fikrinə heç yaxın durmayan. Bütün boş və vecsiz işlərə ağzı sulanan. Hər cür boş-boş fikirlərə və vaxt öldürməyə peşəkarlaşan. Qəflət və unutqanlığa gəldikdə isə alüdəçilikdən ləzzət alan. Fürsət tapan kimi günaha girmək üçün saniyəni qənimət bilən. Tövbəyə gəlincə isə ustalıqla təxirə salan. Bu nəfsi əmmarəmdən Sənə şikayət edirəm. 

İlahi!

Məni zəlalət və azğınlıq vadilərinə sürükləmək istəyən ins və cin düşmənlərimi.
Davamlı olaraq ağlımı azdırmaq.
Zehnimi vəsvəsələr dəryasında boğmaq. 
Qəlbimi şəkk-şübhələr tikanlı zənciri ilə yorulmadan toxuyan.
Həva və həvəslərinin ardınca nəfəs dərmədən, tər tökə-tökə qaçan.
Fani dünya həyatını bəzəkli göstərən.
İbadət və itaətimə qarşı çıxan.
Sənə yaxınlaşmağıma mane olmaq üçün çalışmaqdan doymayan şeytanlaşan əxlaqımdan da yenə də Sənə şikayət edirəm. 

Ey Gözəl Rəbbim.
Müxtəlif vəsvəsələrə əsir olmuş, daşlaşmış, paslanmış və tamamilə qaralmış ürəyimi.
Səni itirmək qorxusu (xaşyət) nədir, gözyaşının necəliyini unutmuş və tamamilə tərk etmiş.
Səndən uzaq düşdüyünə görə narahat olmayan, özünə dünya əyləncəsi arayıb axtaran gözlərimdən də Sənə şikayət edirəm.
Sən yeganə güc və qüvvət Sahibisən..!
Mənim kimi bir aciz üçün ancaq Sənin dəstək və qüvvətindən başqa heç bir dəstəyim yoxdur.
Dünyanın cazibədar gözəlliklər şəbəkəsinə düşməkdən də məni yalnız Sən xilas edə bilərsən. 

Ya Rəbb!
Sənin lütfünə sığınıb deyirəm: "Mənə yalnız lütfünlə rəftar et." 
Nə olar, mən biçarəni fitnələrə hədəf olmaqdan qoru. 
Mənə düşmənçilik bəsləyənlərə qarşı köməkçim və yardımçım ol.
Utanc səbəbi sayılan ayıblarımın üstünü ört.
Məni bəlalardan qoru.
Ağla gələn və gəlməyən xətalara düşməmə bir an da olsa fürsət vermə! 
Rəhmətinə sığınıram ey Mərhəmətlilərin ən Mərhəmətlisi olan Rəbbim! 
Nə olar, dualarımı qəbul et!
 

1 şərh

ORIGINAL
ALLAH dualarımızı qəbul etsin.AMİN!